Məhkəmə qərarları › İş №2-1(1-8)-1323/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1323/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1323/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmə səlahiyyətlərinə aid olmayan tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununda və əlaqədar normativ hüquqi aktlarda dəyişikliklər edilərək xalq iclasçısı institutunun bərpasını nəzərdə tutan zəruri tədbirlərin (hərəkətlərin) görülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununda və əlaqədar normativ hüquqi aktlarda dəyişikliklər edilərək xalq iclasçısı institutunun bərpasını nəzərdə tutan zəruri tədbirlərin (hərəkətlərin) görülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (Hakim Aynur Axundova).

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində qeyd edilən tələblər Cavabdeh fəaliyyət sferasına daxil olmadığından iddia mümkün sayılmamalıdır.

4. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Ramin Xəlilov, Hökümə Babayeva və Toğrul Axundov).

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi “Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununda və əlaqədar normativ hüquqi aktlarda dəyişikliklər edilərək xalq iclasçısı institutunun bərpasını nəzərdə tutan zəruri tədbirlərin (hərəkətlərin) görülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması”ndan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə əsasən qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsusdur. Həmin maddənin məzmunundan göründüyü kimi qanun layihələrinin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi səlahiyyəti yalnız göstərilən subyektlərə aiddir və bu səlahiyyət digər dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə aid edilməmişdir. Iddia ərizəsində irəli sürülmüş tələblər isə Cavabdeh səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə daxil olmayan məsələləri əhatə edir. Belə ki, Ədliyyə Nazirliyi qanunvericilik təşəbbüsü hüququna malik subyektlər sırasına daxil deyil və qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması ilə bağlı qərar qəbul edən orqan hesab edilmir. Iddia ərizəsində irəli sürülmüş tələblər isə Cavabdeh səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə daxil olmayan məsələlər olmasından əlavə, qeyd edilən iddia ərizəsi üzrə tələbin özü məhkəmə qaydasında baxılmalı məsələ deyildir. Bu tələblər yuxarıda qeyd edilən hüquqi normalara əsasən müvafiq qanunvericilik orqanı tərəfindən baxılmalı olan predmetdir.

7. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə təkrar baxılması üçün göndərilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində qeyd edilmişdir ki, müraciətin araşdırılması birbaşa cavabdehin vəzifədir. Cavabdehin verdiyi cavabın məhkəmələrdə müzakirə edilmədən belə yalnız mümkünsüzlük ilə araşdırılmasını qanun pozuntusudur.

b. kassasiya şikayətinə etirazın dəlilləri

9. cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

10. Azərbaycan Respublikası Konstitusiyası Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ İ. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər. IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur. V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir. VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

11. Inzibati Prosessual Məcəllə Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

15. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

16. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

17. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbinin mümkünlük əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

18. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə həm də aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Iddiaçının hazırkı tələbi “Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununda və əlaqədar normativ hüquqi aktlarda dəyişikliklər edilərək xalq iclasçısı institutunun bərpasını nəzərdə tutan zəruri tədbirlərin (hərəkətlərin) görülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması”ndan ibarətdir.

20. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə əsasən qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsusdur.

21. Həmin maddənin məzmunundan göründüyü kimi qanun layihələrinin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi səlahiyyəti yalnız göstərilən subyektlərə aiddir və bu səlahiyyət digər dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə aid edilməmişdir. Iddia ərizəsində irəli sürülmüş tələblər isə Cavabdeh səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə daxil olmayan məsələləri əhatə edir. Belə ki, Ədliyyə Nazirliyi qanunvericilik təşəbbüsü hüququna malik subyektlər sırasına daxil deyil və qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması ilə bağlı qərar qəbul edən orqan hesab edilmir.

22. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, məhkəmə qarşısında iddia qaldırmaq üçün tələb olunan əsas şərtlərdən biri hüquqi marağın mövcudluğudur. Hüquqi maraq məhkəmədə iddia qaldırmaq hüququnun əsas şərtlərindən biridir. Bu mənada, iddiaçı məhkəməyə göstərməlidir ki, hər hansı inzibati orqanın inzibati aktı və ya davranışı ona əhəmiyyətli dərəcədə təsir edib və nəticədə yaranan vəziyyət onun hüquqlarına və qanunla qorunan maraqlarına qanunsuz müdaxilə üçün əsas yaradıb.

23. Hüquqi marağın araşdırılmasının məqsədi məhkəməyə yalnız qanuni marağı olan və real şəkildə təsirlənmiş şəxslərin iddia qaldırmasını təmin etməkdir. Belə ki, məhkəmə yalnız real marağı olan iddiaları qəbul edir, əhəmiyyətini itirmiş və əsassız iddiaların qarşısını alır, nəticədə, məhkəmənin resurslarını qoruyur. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca önəmlidir.

24. Hüquqi marağın mövcudluğu məhkəmə tərəfindən bir sıra meyarlar əsasında qiymətləndirilir. Bu baxımdan müəyyən edilməlidir ki, iddiaçı mübahisəli inzibati aktdan, yaxud hərəkət və ya hərəkətsizlikdən şəxsi qaydada təsirlənmiş olsun, onun irəli sürdüyü maraq real, aktual və konkret xarakter daşısın, yalnız ehtimal olunan və ya abstrakt təsirlərə əsaslanmasın, həmin maraq qanuna və ictimai qaydalara zidd olmayan məqsədlərə xidmət etsin və nəhayət, mübahisəli inzibati akt və ya faktiki xarakterli hərəkətlə iddia edilən zərər arasında birbaşa səbəb-nəticə əlaqəsi mövcud olsun; bu meyarların hər hansı birinin olmaması hüquqi marağın mövcudluğunu istisna edir.

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçının hüquqi marağı ilə bağlı məsələ iddianın mahiyyəti ilə sıx əlaqəli olduğundan, bu məsələ iddianın mahiyyəti üzrə əsaslığı ilə birgə araşdırılmalıdır. Belə ki, hüquqi maraq ümumi qayda olaraq iddianın mümkünlüyünə dair prosessual şərt kimi qiymətləndirilsə də, onun mövcudluğu bəzi hallarda mübahisənin faktiki və hüquqi mahiyyəti ilə sıx əlaqəli olduğundan, bu məsələnin iddianın mümkünlüyü mərhələsində ayrıca həll edilməsi mümkün deyildir.

26. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar