Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1355/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsinə dair iddianın mümkünlüyü, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs: "xxxx" X2 MMC) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.
2. Bərdə RIH başçısının ##.##.2016-cı il tarixli ** nömrəli sərəncamına əsasən, İddiaçı Bərdə RIH-ə ünvanlandığı ərizəsi nəzərə alınaraq, Bərdə RIH başçısının ##.##.2003-cü il tarixli ** nömrəli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün * saylı qış otlaq sahəsindən ünvan 1 ünvanında yaşayan İddiaçı icarəsinə verilmiş 15 ha torpaq sahəsi, həmin torpaqda yaradılmış və icraçı direktoru - oğlu X1 olan “xxxx X2” MMC-nin icarəsinə 15 il müddətinə verilməsi qərara alınmış, Bərdə RIH ilə X1 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilə təsdiq edilmiş, Bərdə RIH başçısının ##.##.2003-cü il tarixli, ** nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.
3. Bərdə RIH başçısının ##.##.2016-cı il tarixli ** nömrəli sərəncamı əsasında 15 ha torpaq sahəsinin heyvandarlığı inkişaf etdirmək məqsədilə X1 icarəsinə verilməsi barədə Bərdə RIH ilə X1 arasında ##.##.2016-cı il tarixli *** nömrəli müqavilə bağlanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bərdə RIH başçısının ##.##.2016-cı il tarixli, ** saylı sərəncamının ləğv olunmasını etmişdir.
5. Iddiaçı daha sonra buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək, iddia verilməsi üçün ötürülmüş müddətin bərpa olunmasını xahiş etmişdir. 6.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının nümayəndəsi təxminən 2016-2017-ci illərdə torpaq sahəsinin “xxxx” KFT MMC-yə verildiyini bildiklərini bildirməklə, müddəti ötürdüyünü qəbul edərək, iddia müddətinin bərpasına dair ərizə vermiş, ərizəsində mübahisəli ərazidən 2022-ci ildən çıxarıldıqdan sonra bu torpaqla bağlı sənəd işləri ilə məşğul olduqlarından müddəti ötürdüklərini bildirmiş, lakin müddətin ötürülməsini üzrlü hesab edəcək əsasları təqdim etməmişdir. Hazırkı işdə iddiaçının nümayəndəsinin gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir.
8. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026cı il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Aygül Isgəndərova (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Əkrəm Qəhrəmanov).
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf təxminən 2016-2017-ci illərdə torpaq sahəsinin üçüncü şəxsə verildiyini bildirmiş, bundan başqa mübahisələndirilən sərəncamın qəbulundan sonra mübahisəli torpaq sahəsindən istifadə etmədiklərini, icarə haqqı və torpaq vergisi ödəmədiklərini, həmin ödənişlərin üçüncü şəxs tərəfindən həyata keçirildiyini etiraf etmişlər. Iddiaçı tərəf buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə versə də, məhkəməyə iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal da müəyyən edilmir.
11. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə təkrar baxılması üçün göndərilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr IPM-in 38.1-ci maddəsinə istinad etsə də, əsassız olaraq iddiaçının subyektiv hüququnun mövcud olmaması barədə nəticəyə gəliblər.
13. Iddiaçı Bərdə RIH-nin ## ##### 2003-cü il tarixli ** saylı sərəncamı ilə ona icarəyə verilən 15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alıması üçün məhkəmədə iddia qaldırmış və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bərdə Ərazisində icarə hüquqlarını qeydə aldırmış və bu barədə ona ##.##.2024-cü tarixli, ************ reyestr nömrəli, 1824018351 qeydiyyat nomrəli çıxarış verilmişdir. Qeyd olunan 15 ha torpaq sahəsi 2003-cü ildən onun sahibliyində, istifadəsində və mülkiyyətindədir. Bu barədə hər-hansı şəxslə problemi olmamışdır. Bu günlərdə ona Gəncə Apellyasiya Məhkəməsindən məktub gəldikdən sonra məlumatı olmuşdur ki, üçüncü şəxs "xxxx" KFT apellyasiya məhkəməsinin qətnaməsindən şikayət vermişdir. Həmin işə baxılarkən təqdim edilmiş sənəddən görüb ki, guya o, Bərdə rayonu Icra Hakimiyyətinin başçısının ## ##### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə onun icarəsinə verilmiş * saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsindən ərizə yazaraq imtina etmişdir. Həmin imtina əsasında isə icarəsində olan torpaq sahəsi Cavabdeh başçısının ##.##.2016-cı il tarixli, ** saylı sərəncamı ilə "xxxx" X2 MMC-nin icarəsinə verilmişdir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Inzibati Prosessual Məcəllə
Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 38. Iddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. ... Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli prosessual vəziyyəti tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia verilməsi üçün prosessual müddətin bərpa olunması barədə məsələlərin zəruri olan həddə tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, prosessual müddətin bərpa olunması ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Baxılan kassasiya şikayəti ilə bağlı hüquqi məsələlərə giriş olaraq ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərar).
24. Inzibati hüquq münasibətlərində bu təminat şəxsin inzibati orqanın hərəkətləri (hərəkətsizliyi), habelə qəbul edilmiş inzibati aktla pozulmuş hüquqlarının müdafiəsi üçün inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi, inzibati aktın etibarsız sayılması və s. tələblərlə məhkəməyə müraciət etmək imkanında ifadə olunur. Tələb hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması çıxış edir. Iddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir.
25. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Inzibati orqanların qərarından məhkəməyə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri IPM-nin 38.1ci maddəsində inzibati aktlardan məhkəməyə şikayətin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada inzibati aktdan təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində inzibati aktın ləğv olunması üçün iddianın (mübahisələndirmə haqqında iddianın) verilə bilməsi müəyyən olunur.
26. Bu normadan göründüyü kimi, inzibati akın ləğv olunması üçün mübahisələndirmə iddiası verilməsi üçün müddətin başlanması inzibati aktın təqdim (elan) edilməsi ilə əlaqələndirilmişdir.
27. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin başlanması məsələsi qiymətləndirilərkən yalnız inzibati aktın formal qaydada təqdim olunub-olunmaması deyil, iddiaçının həmin akt barədə faktiki məlumatlılığı, habelə obyektiv hallara əsasən həmin akt barədə məlumatlı olmalı olması da nəzərə alınmalıdır. Bu yanaşma IPM-in 38.1-ci maddəsinin mətninin genişləndirilməsi deyil, həmin normanın hüquqi müəyyənlik, vicdanlı davranış və hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipləri nəzərə alınmaqla sistemli və məqsədyönlü şərhindən irəli gəlir.
28. Başqa sözlə, IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş “inzibati aktın təqdim (elan) olunduğu vaxt” anlayışı, inzibati aktın bir neçə ildən sonra mübahisələndirildiyi hallarda, işin konkret hallarından asılı olaraq yalnız inzibati aktın formal qaydada təqdim edilməsi ilə yanaşı, şəxsin həmin inzibati aktın mövcudluğu və onun hüquqi nəticələri barədə faktiki məlumatlı olduğu və ya iş üzrə müəyyən edilmiş obyektiv hallara əsasən məlumatlı olmalı olduğu anın müəyyən edilməsini də istisna etmir. Belə qiymətləndirmə yeni iddia müddətinin müəyyən edilməsi deyil, sübutların məcmu halında qiymətləndirilməsi yolu ilə faktiki məlumatlılıq anının müəyyən edilməsindən ibarətdir.
29. Çünki iddia müddətinin müəyyən edilməsinin məqsədi inzibati aktların qeyrimüəyyən müddət ərzində mübahisələndirilməsinin qarşısını almaq, hüquqi müəyyənlik prinsipini təmin etmək, inzibati orqanların qəbul etdikləri aktlara etimadı qorumaq, eləcə də həmin aktlara əsasən hüquqlar əldə etmiş üçüncü şəxslərin hüquqi vəziyyətinin sabitliyini təmin etməkdir.
30. Bu mənada inzibati aktın təqdim olunmasına dair sübutun olmaması, bütün hallarda iddia müddətinin başlamaması kimi qiymətləndirilə bilməz. Əks yanaşma inzibati akt barədə faktiki məlumatlı olan və ya obyektiv olaraq məlumatlı olmalı olan şəxslərin uzun illər (5, 10 il və s.) keçdikdən sonra yalnız aktın formal qaydada təqdim edilmədiyini əsas gətirməklə həmin aktı mübahisələndirmək imkanı əldə etməsinə səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik prinsipini mənasız edər, inzibati münasibətlərin sabitliyini pozar və üçüncü şəxslərin qanuni gözləntilərinə əsassız müdaxilə ilə nəticələnərdi.
31. Buna görə də inzibati aktın təqdim edilməsinin müəyyən olunmadığı hallarda məhkəmə işin konkret hallarını qiymətləndirərək, iddiaçının həmin inzibati akt barədə faktiki məlumatlı olub-olmadığını və ya hadisələrin adi axarı baxımından həmin akt barədə məlumatlı olmalı olub-olmadığını müəyyən etməlidir. Belə qiymətləndirmə aparılarkən sübutlar ayrı-ayrılıqda deyil, onların məcmusu əsasında, həyat təcrübəsi qaydaları və hadisələrin adi axarı nəzərə alınmaqla qiymətləndirilməlidir.
32. Hazırda baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin izahatları əsasında müəyyən etmişdir ki, iddiaçı təxminən 2016-2017-ci illərdə torpaq sahəsinin üçüncü şəxsə verildiyini bildirmiş, bundan başqa mübahisələndirilən sərəncamın qəbulundan sonra mübahisəli torpaq sahəsindən istifadə etmədiklərini, icarə haqqı və torpaq vergisi ödəmədiklərini, həmin ödənişlərin üçüncü şəxs tərəfindən həyata keçirildiyini etiraf etmişlər. Iddiaçı tərəf buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə versə də, məhkəməyə iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal da müəyyən edilmir.
33. Iş materiallarından həmçinin görünür ki, mübahisəli torpaq sahəsi uzun müddət ərzində üçüncü şəxs tərəfindən açıq, aşkar və fasiləsiz istifadə edilmiş, həmin torpaq sahəsində iri təsərrüfat kompleksi yaradılmışdır. Belə olan halda iddiaçının uzun illər ərzində bu haldan xəbərsiz qalması hadisələrin adi gedişi və həyat təcrübəsi baxımından inandırıcı hesab edilə bilməz.
34. Bundan əlavə, iddiaçı uzun müddət ərzində nə inzibati orqana, nə də məhkəməyə hər hansı müraciət etməmiş, torpaq sahəsi ilə bağlı hüquqlarının müdafiəsi istiqamətində hər hansı hüquqi tədbir görməmişdir. Hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu halda uzun müddət passiv davranması onun öz prosessual hüquqlarını həyata keçirməkdə lazımi diqqət göstərmədiyini təsdiq edir.
35. Inzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə, prosessual müddət yalnız inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Müddətin bərpası istisna xarakterli prosessual institut olmaqla, müddətin buraxılmasının obyektiv və aradan qaldırılması mümkün olmayan səbəblərlə şərtlənməsini tələb edir.
36. Hazırkı iş üzrə iddiaçı buraxılmış müddətin öz təqsiri olmadan ötürüldüyünü təsdiq edən mötəbər və inandırıcı sübutlar təqdim etməmişdir. Əksinə, iş üzrə müəyyən edilmiş hallar onun mübahisəli inzibati akt və onun hüquqi nəticələri barədə uzun illər əvvəl məlumatlı olduğunu və ya ən azı obyektiv olaraq məlumatlı olmalı olduğunu göstərir. Belə olan halda iddia müddətinin ötürülməsi iddiaçının öz passiv davranışının nəticəsi hesab edilməlidir və bu hal IPM-in 24.1-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpası üçün qanuni əsas kimi qiymətləndirilə bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.