Məhkəmə qərarları › İş №2-1(1-8)-1374/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1374/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1374/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı Ilham qızının cavabdeh Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqqı, məhkəmə aidiyyatı, mülki və ya inzibati mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Ilham qızının cavabdeh Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “işlədiyi 2008-2009-cu illərdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan pulun DSMF-da olan şəxsi hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh işlədiyi 2008-2009-cu illərdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan pulun DSMF-da olan SS************* №-li şəxsi hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

2. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2008-ci ildən ##.##.2009-cu ilə kimi Cavabdeh dalandar işləmişdir. Orada işləməyini əmək kitabçasında cavabdeh tərəfindən aparılan qeyd və Sosial arayış təsdiq edir. Sosial arayışda 2008-ci ilin noyabrdekabr və 2009-cu ilin yanvar-noyabr aylarında əmək haqqı aldığı təsdiq edilir. 2023-cü ildə yaşa görə əmək pensiyasına çıxmaq üçün yaşı tamam olduqda DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2021-cü il tarixli məktubunda bildirilir ki, sığortaedən Cavabdeh tərəfindən xeyrinizə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabınızda əks olunmayıbdır. Bu səbəbdən də yaşa görə əmək pensiyasına çıxa bilmir və ona yaşa görə sosial müavinət verilir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli məktubunda isə bildirilir ki, Cavabdeh tərəfindən 2008-2009-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumat”larda Sizin və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan səbrləri barədə məlumatların əks olunmasına baxmayaraq sığortaedən tərəfindən sözügedən illər üzrə məcburi dövlət sosial sığorta haqqının tam məbləğdə ödənilmədiyi bildirilir. Cavabdehə işlədiyi ilin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə dəfələrlə müraciət etsə də, müraciəti təmin edilməyib. Hesab edir ki, bütün bunlar onun konstitusion hüquqlarını pozur. 3.Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. 4.Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı xeyrinə ödənilməli məcburi dövlət sosial sığorta haqlarının araşdırılması, fərdi şəxsi hesabınızda əks olunması üçün sığortaedənə - işəgötürən Cavabdeh müraciət etmişdir. Həmin müəssisə ilə arasında əmək müqaviləsinin bağlanılmasına dair “Əmək və məşğulluq“ altsistemində əmək müqaviləsi bildirişi aşkar edilir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən yalnız əmək münasibətləri mövcud olmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasındakı müqavilə münasibətlərindən irəli gəlir. Belə olan halda, əmək münasibətləri ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır. Hazırda iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi işlədiyi müəssisəyə qarşı hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir. Iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ümumi məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiası yolverilməzliyə görə imtina edilmişdir. Məhkəmə qeyd etmişdir ki, pozulmuş hüquqlarının müdafiəsi üçün iddiaçı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti vermək hüququna malikdir. 5.Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat 6.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, H.Ağalarov və C.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 7.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 8.Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri: 9.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Kommunal Təsərrüfatı Birlikləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında birbaşa göstərilməsə də belə müəssisələrin işi inzibati xarakterlidir. Belə publik və ictimai maraqlara xidmət etdiyi üçün onların işi ilə bağlı mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Mənzil Kommunal Təsərrüfat Birliklərinin ictimai və publik maraqlara xidmət etməsi onların icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərməsi aydın şəkildə sübut edir. Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal X1 Nizamnaməsi də təsdiq edilmişdir. Nümunəvi Nizamnamənin 2-ci hissəsinə diqqət etdikdə görürük ki, belə müəssisələr müvafiq ərazidə mənzilkommunal təsərrüfatı və mənzil istismarı sahəsi üzrə xidmətlər göstərməklə, müvafiq ərazidə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini, habelə işıqlandırma işlərini yerinə yetirməklə ictimai və publik maraqlara xidmət edir. Ona görə də belə müəssisələrin işi ilə bağlı mübahisələrə mülki qaydada inzibati məhkəmə icraatında baxılmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının tələbinin əsasını təşkil edən məsələ pensiya təminatı ilə bağlıdır. Pensiya münasibətləri dövlətin sosial təminat funksiyasının tərkib hissəsi olmaqla, inzibati hüququn tənzimlədiyi sahələrdən biridir. Inzibati icraat çərçivəsində pensiya ilə bağlı qərarlar səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən qəbul olunur. Bu zaman vətəndaşın müraciəti əsasında inzibati akt qəbul edilir və həmin akt hüquqi nəticələr doğurur. Odur ki, iddiaçının Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı tələbində marağı pensiya təminatı ilə bağlı olduğundan müvafiq tələbə də inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa iddiaçının əvvəlcə də Sabunçu Rayon Məhkəməsinə müraciət etməsi, həmin məhkəmədə iddiasına baxılmaması, inzibati məhkəmədə iddia qaldırılmasına dair tövsiyə verilməsi, inzibati məhkəmə tərəfindən isə iddianın mümkün sayılmaması ilə bağlı olan hadisələr iddiaçının məhkəməyə müraciət etməklə bağlı konstitusion hüququnun, eyni zamanda məhkəmə müdafiəsi təminatına əlçatanlıq və prosessual qənaət prinsiplərinin pozulmasına səbəb olmuşdur. Qeyd edilməlidir ki, məhkəmələr arasında aidiyyət məsələsi öz aralarında həll edilməli və müvafiq tədbirlər görülməlidir. Belə hallar vətəndaşın məhkəməyə müraciət hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır.

TƏTBIQ EDILƏN HÜQUQ

10.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

11.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli, * saylı qərar.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

12.Iddiaçı kassasiya şikayətinə “prosessual müddətin bərpasına dair” ərizə əlavə etsə də, iş materiallarından kassasiya şikayətinin dövlət hesabına təmin edilmiş vəkil tərəfindən qanunla müəyyən edilmiş müddətdə verildiyi müəyyən olunur. Kassasiya şikayəti formal baxımdan da lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 13.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

15. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 16.Bununla yanaşı kollegiya əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. 17.Iddiaçıya məxsus əmək kitabçasında olan qeydə əsasən o, ##.##.2008-ci ildən ##.##.2009-cu ilə kimi Cavabdeh “dalandar” vəzifəsində işləmişdir. 18.Hazırkı işdə iddiaçının hüquqi marağı Cavabdeh işlədiyi 2008-2009-cu illərdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan pulun DSMF-da olan SS************* №-li şəxsi hesabına köçürülməsinə nail olmaqdan ibarətdir. 19.Işə baxmış məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi mövcud olmuşdur, məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənilməsi öhdəliyi "Sosial sığorta haqqında" Qanuna və Əmək Məcəlləsinə əsasən işəgötürənin üzərinə düşür, cavabdeh qismində iştirak edən quruma münasibətdə irəli sürülən tələb inzibati orqanın inzibati aktı, hərəkəti və ya hərəkətsizliyi ilə bağlı deyil. Bu səbəbdən Inzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq münasibəti ilə bağlı mübahisə yaranmır. 20.Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, mübahisənin predmeti inzibati hüquq münasibətləri deyil, əmək müqaviləsindən irəli gələn xüsusi hüquq münasibətlərinə söykənir.

21. Ali Məhkəmənin Plenumunun ## ##### 2015-ci il tarixli * saylı qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən tərəflərin hüquqi vəziyyəti və hüquq münasibətlərinin xarakteri əsas götürülməlidir. Əgər münasibət xüsusi hüquq münasibətidirsə, belə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. 22.Eyni zamanda, Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 17-ci bəndinə əsasən, inzibati məhkəmə icraatına aid olmayan mübahisələr üzrə qaldırılmış iddialar mümkün hesab edilmir və iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilir. 23.Iş üzrə iddiaçının artıq müvafiq iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etdiyi, lakin həmin məhkəmə tərəfindən iddianın yolverilməz hesab edildiyinə dair məhkəmə aktının qəbul olunduğu müəyyən olunur. Bu hal inzibati məhkəmə aidiyyətini yaratmır. Çünki bir məhkəmənin aidiyyətlə bağlı qərarı digər məhkəmənin qanunla müəyyən edilmiş səlahiyyətlərini dəyişmir. Belə vəziyyətdə iddiaçının hüquqi müdafiə vasitəsi ümumi məhkəmənin qərardadından apellyasiya şikayəti vermək olmuşdur. Bu barədə məhkəmələrin iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu izah etməsini məhkəmə kollegiyası düzgün hesab edir. 24.Kollegiya bir daha vurğulayır ki, hazırkı mübahisə tərəflər arasında əmək müqaviləsindən irəli gələn münasibətlərə söykənən xüsusi hüquq mübahisəsidir. Bağlanmış əmək müqaviləsi üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və işçinin müvafiq qurumdakı fərdi hesabına köçürülməsi ilə bağlı öhdəlik məhz əmək münasibətlərinin tərkib hissəsi olmaqla işəgötürənin qanunla müəyyən edilmiş vəzifəsidir. Bu səbəbdən belə mübahisə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında həll edilməlidir. 25.Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, eyni mübahisənin tərəfləri Inzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsində nəzərdə tutulan- inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu olacağı halda isə aidiyyəti üzrə səlahiyyətli məhkəmə inzibati məhkəmələr olacaqdır. Bu zaman inzibati orqana qarşı işçinin işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqlarının əmək haqqından hesablanması və işçinin fərdi hesabına köçürülməsi ilə bağlı öhdəliyin qoyulması barədə iddia predmet olaraq inzibati məhkəmə icraatında araşdırılmalıdır. 26.Odur ki, hazırkı işdə cavabdeh qurumun inzibati orqan kimi qəbul ediləcəyi təqdirdə belə, iddiaçının Inzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsində nəzərdə tutulan subyektlərə aid olmayıb, “dalandar” vəzifəsində işlədiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmələr iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkünlüyü ilə bağlı düzgün nəticəyə gəlmişlər. 27.Əlavə olaraq Kollegiya onu da vacib olaraq bildirir ki, iddiaçının iddiasının yolverilməzliyə görə qəbulundan imtina edilməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilərkən ötürülmüş prosessual müddət məhz bu qərardadda göstərilənlər nəzərə alınmaqla bərpa edilməli və iddiaçının məhkəmə müdafiəsi hüququndan istifadəsinə şərait yaradılmalıdır. 28.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. 29.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar