Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1411/2026 08.05.2026 ALI MƏHKƏMƏ İddiaçıblikası adından İddiaçıblikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: prosessual müddət ötürülməklə verilmiş apellyasiya şikayətinin mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) İddiaçıblikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, fərdi yaşayış tikintisi üçün Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0265 ha torpaq sahəsinin X1 ayrılması haqqında Abşeron rayonu Masazır bələdiyyəsinin ## #### 2024-cü tarixli iclasının ** saylı protokolunun ** saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Inzibati Məhkəməsinin (hakim M.T.Mahmudlu-Abbaszadə) ##.##.2025ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır.
3. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: V.E.Əzizova /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və G.İ.Cabbarova) ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbulundan imtina edilmişdir.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2022-ci il tarixdən “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə elektron kabinet yaradılmışdir və məhkəmə qərardadının yerləşdirildiyi kabinet iddiaçıya məxsusdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Sumqayıt Inzibati Məhkəməsi də mübahisələndirilən məhkəmə qərardadını tərəflərin elektron kabinetinə ##.##.2026-ci il tarixdə yerləşdirmişdir. IPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından apelyasiya şikayəti verilməsinin son müddəti ##.##.2026-cı il tarixdə başa çatmışdır (##.##.2026-cı il tarixi istirahət gününə təsadüf etdiyi üçün). Buna baxmayaraq, iddiaçı tərəfindən apellyasiya şikayəti ##.##.2026-ci il tarixdə (1 ay 16 gün sonra) elektron kabinet vasitəsilə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir.
5. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
6. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də İddiaçıblikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “İddiaçıblikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
10. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir (Bununla bağlı bax: İddiaçıblikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarları, həmçinin ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadları).
11. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi mübahisələndirilən məhkəmə qərardadını iddiaçının elektron kabinetinə ##.##.2026-ci il tarixdə yerləşdirmişdir. Iddiaçı tərəfindən apellyasiya şikayəti ##.##.2026-ci il tarixdə, yəni 1 ay 16 gün sonra elektron kabinet vasitəsilə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Bununla da, qanunvericilikdə nəzərdə tutulmuş mübahisələndirilən məhkəmə qərardadından 10 günlük şikayət verilmə müddəti ötürülmüşdür.
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçılar üçün əlçatan və bəlli olmuşdur.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.