Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1422/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “öz arzusu ilə ehtiyata buraxılma” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(*-*)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, onun ##.##.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi qərara alınmışdır.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(*-*)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)- *****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
5. Iddiaçı kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Kassasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili ərizə ilə Ali Məhkəməyə müraciət edərək kassasiya şikayətini geri götürdüyünü və bu səbəbdən şikayətin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, bu əsasla kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
9. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı iddiaçıya izah edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı vəkili və nümayəndəsinin kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “öz arzusu ilə ehtiyata buraxılma” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(*-*)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad qətidir.