Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1461/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar iddiaçı1 və q. cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmadan imtina, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilərək, onlara vurulmuş 200.000 manat maddi və 20.000 manat mənəvi zərərin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. Bakı Inzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) ## ##### 2025-ci il tarixli, e- *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və C.B.Məmmədov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Iddiaçıların həmin qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ayrı-ayrılıqda verdikləri ərizələri Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və C.B.Məmmədov) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə təmin edilməmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 5.1. Mülki Prosessual Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67 1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də əlilliyi olan uşaqlar; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik normalarının müddəalarından göründüyü kimi, proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığı halının müəyyən edilməsindən asılıdır. Hazırkı halda sübutetmə yükünün üzərində olmasına baxmayaraq, iddiaçılar aztəminatlı olduqlarını və buna görə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunanlara əsasən iddiaçıların vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs kimi qiymətləndirilməsi istisna olunur. 5.2. Bundan başqa, qanunvericilikdə qərardan kassasiya şikayətinin verilməsi üçün 1 ay müddətin müəyyən edilməsinə baxmayaraq, iddiaçılar qərarı rəsmi qaydada aldıqdan 4 aydan çox müddət keçdikdən sonra qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə hazırkı ərizəylə məhkəməyə müraciət etmişlər. Iş materiallarında olan poçt çıxarışından görünür ki, iddiaçılar qərarın surətini ##.##.2025-ci ildə rəsmi olaraq qəbul etmişlər. Beləliklə, iddiaçıların dövlət vəsaiti hesabına vəkillə təmin olunması üçün prosessual qanunvericiliklə tələb olunan əsaslar müəyyən edilmir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizələri təmin edilməməlidir.
6. Iddiaçı iddiaçı1 kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
7. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasının müəyyən edilməsindən asılıdır. Hazırkı halda sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq iddiaçı maddi imkanlarının aşağı olduğunu və buna görə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının vəkilin xidmətlərindən istifadə etmək üçün hər hansı hüquq məsləhətxanasına müraciət etdiyi və ondan göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ də bəlli deyildir. Bu isə, onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verilməsini də mümkünsüz edir. Qeyd olunmalıdır ki, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması mütləq xarakter daşımır və bu baxımdan, heç də bütün hallarda onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, müraciət edən şəxs ən azından, məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı olduğunu, vəkillə təmsil olunmasına zərurətin yarandığını və vəkilin xidmət haqqını ödəmək imkanına malik olmadığını öz ərizəsində əsaslandırmağa və bunu təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə etməyə borcludur. Nəzərə almaq lazımdır ki, ümumi mülahizələrlə ifadə olunan və həmin mülahizələrin yuxarıda qeyd olunmuş şəkildə hər hansı sənədlə təsdiq olunmadığı ərizələr əsaslı sayıla və təmin oluna bilməz. Belə yanaşma həmin institutdan sui-istifadə hallarının qarşısının alınması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli **(***)-*/**** nömrəli qərarları).
12. Hazırkı işdə kassator vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, onun vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs kimi qiymətləndirilməsi istisna olunur. Bundan başqa, qanunvericilikdə qərardan kassasiya şikayətinin verilməsi üçün 1 ay müddətin müəyyən edilməsinə baxmayaraq, kassator qərarı rəsmi qaydada aldıqdan (iş materiallarında olan poçt çıxarışından görünür ki, qərarın surəti ona ##.##.2025-ci il tarixdə təqdim edilmişdir) 4 aydan çox müddət keçdikdən sonra, yəni ##.##.2026-cı il tarixdə qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə hazırkı ərizəylə məhkəməyə müraciət etmişdir. Beləliklə, kassatorun dövlət vəsaiti hesabına vəkillə təmin olunması üçün prosessual qanunvericiliklə tələb olunan əsaslar müəyyən edilmir.
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Beləliklə də, iddiaçının hazırkı şikayəti IPM-də kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən həmin şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.