Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1464/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğvi və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(*-*)- **/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı ##.##.2015-ci ildən “Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sümüyünün aşağı 1/3-nın çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı hal. Mil sümüyünün xroniki osteomieliti” diaqnozu əsasında əmək zədəsi səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. “xxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “xxxx” ASC-də əvvəllər qaynaqçı işləmiş Masallı rayonunun Xırmandalı kənd sakini İddiaçı iş yerində xəsarət almış, əlilliyi ilə bağlı hər ay “xxxx” ASC-dən müvafiq məbləğdə pul alır. İddiaçıla aparılan danışıqlardan müəyyən edilmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmuş, hal-hazırda fiziki işlə məşğul olur. Beləliklə, ona ikinci qrup əlillik dərəcəsi verilməsi ilə bağlı Cəmiyyətdə şübhələr yaranmışdır. Ona görə də, İddiaçı təkrarən ekspert komissiyasından keçirilməsinə və nəticəsi barədə ASC-yə məlumat verilməsinə göstərişin verilməsi xahiş olunmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etməklə ##.##.2023-cü il tarixdə əyani müayinəyə dəvət etmiş, iddiaçı əyani müayinədə iştirak etməmiş, nəticədə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə ##.##.2015-ci il tarixdən “diaqnozun təsdiqini tapmaması” qərara alınmışdır.
4. İddiaçının müraciəti əsasında yenidən onun ##.##.2024-cü il tarixdə əyani müayinəsi aparılmış, nəticədə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir: “Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 5 (beş) nəfərə dair ##.##.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 4 (dörd) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 1 (bir) nəfərin isə tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış və aşağıdakıları müəyyən etmişdir:
3. Masallı rayon sakini ##.##.1965-ci il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyyəti Tibbi-sosial ekspertiza komissiyası tərəfindən ##.##.2015-ci il tarixdə əyani müayinə əsasında qiymətləndirilmiş və ona “Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sümüyünün aşağı 1/3-nin çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı vəziyyət. Mil sümüyününün xroniki osteomieliti.” diaqnozu ilə əmək zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik və əmək qabiliyyətinin 50% itirilməsi təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-R-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərar əsasında ##.##.2015-ci il tarixdən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən ##.##.2024-cü il tarixdə əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədləri də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinəyə gələrkən iş yerində baş vermiş bədbəxt hadisə zamanı sol qolundan xəsarət aldığını bildirmiş, xəsarətin istehsalat travması olduğunu təsdiq edən ##.##.1990-cı ildə tərtib edilmiş, ##.##.1990-cı ildə baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks elətdirin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt təqdim etmiş, təqdim etdiyi TSEK arayışında diaqnoz “Sol mil sümüyünün aşağı 1/3 nin çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı vəziyyət. Mil sümüyünün xroniki osteomieliti” olmuşdur. Obyektiv müayinə zamanı sol ətrafda reflekslər canlı çağırılmış, əlində və ovuc içində atrofiya müşahidə edilməmiş, aqrovsasiya etdiyindən əlin tutma funksiyasını dəyərləndirmək mümkün olmasa da, xəsarətin köhnə bitişmiş sınıq olduğu və artıq bitişmiş sınığın əlin tutma funksiyasına ciddi təsir edə bilməyəcəyi nəzərə alınmışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibb komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2023-cü il tarixli 3-17-4/3-3-1964 qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, ##.##.2024-cü il tarixdən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.”
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət ##.##.2024-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və həmin tarixdən müddətsiz ikinci dərəcəli əlilliyin (orqanizmin funksiyalarının pozulması 61-80%) bərpa olunmasını etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1990-cı il tarixdə iş zamanı boruları kəsərkən, kəsici disk (lövhə) aşağı hissəyə (gövdəyə) dəyərək sınmış və diskdən çıxan qəlpə sol qolunun biləng hissəsini qırması nəticəsində ağır xəsarət aldığından müalicə olunmağı effekt vermədiyindən tibbi sənədlər ilə həkim məsləhət komissiyasına müraciət etmiş və ##.##.1990-cı il tarixdə ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Mütəmadi olaraq hər il həkim məsləhət komissiyasından keçməklə əlillik müddəti artırılmışdır. ##.##.2000-ci il tarixdə növbəti həkim komissiyasından keçərkən əlillik dərəcəsi üçüncü dərəcədən ikinci dərəcəyə keçirilmişdir. ##.##.2004-cü il tarixdə növbəti həkim komissiyasından keçmiş və ona müddətsiz əlillik təyin edilmişdir. Cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-R-*****/**** saylı bildirişi ilə əyani müayinəyə dəvət olunsa da, xəstə olduğundan əyani yoxlamaya gedə bilməmiş, lakin Masallı rayonunda yerləşən ** saylı TSEK-ə gedərək müraciət etmiş, tələb olunan zəruri tibbi sənədləri komissiyaya təqdim etmiş, komissiya tərəfindən sənədləri aidiyyəti üzrə göndərilmişdir. Lakin əsassız olaraq əlillik təyinatı barədə qərar ləğv edilmişdir.
7. Cavabdehin iddiaya qarşı etirazında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında göstərdiyi dəlillərə istinad edilmişdir.
8. Şirvan İnzibati Məhkəməsinin 2024-cü il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin 2024-cü il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, T**/**** saylı ekspert rəyində göstərilmişdir. “X.İddiaçı sonuncu dəfə ##.##.2024-cü il tarixdə Masallı RMX-na müraciət edərkən ona XBT-10 kodu ilə “Sol mil sümüyünün aşağı İddiaçı 1/3-nin qəlpəli yerini dəyişən açıq sınığının qeyri-düzgün bitişməsi, xroniki osteomielit, remissiya fazası. Sol mil-bilək oynağının posttravmatik artrozu, kontrakturası, ümumi ağrı sindromu funksiyanın pozulması S52.5, M84.0, M86.2, M19.1, M24.5, R52.2” diaqnozu müəyyən edilmişdir. Xəstəliklərin XBT-10 kodu ilə qeyd edilməsi hər bir ixtisas sahəsi üzrə mütəxəssisin səlahiyyətlərinə aiddir. Onun iş materiallarında olan tibbi-sosial ekspert komissiyasının tərtib etdiyi qiymətləndirilmə məlumatlarına əsasən qeyd edilmiş “X6: XIX Sinif-Travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi diğər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları = > S52- Said sümüklərinin sınığı > S52.5-Mİ1 sümüyünün aşağı üçdə... Diaqnozun mətni: Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sümüyünün aşağı l\3-nin çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı hal. Mil sümüyünün xroniki osteomieliti.” diaqnoz xəstə stasionarda müalicədə olarkən anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. Odur ki, DTSERA-da onun ##.##.2024-cü il tarixdə əyani müayinəsi zamanı sol ətrafında reflekslər canlı çağırılmış, əlində və ovuc içində atrofıya müşahidə edilməmiş, aqrovasiya etdiyindən əlin tutma funksiyasını dəyərləndirmək mümkün olmasa da, xəsarətin köhnə bitişmiş sınıq olduğu və artıq bitişmiş sınığın tutma funksiyasına ciddi təsir edə bilməyəcəyi nəzərə alınmış, anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Aparılan müayinələrin nəticələri əsasında əldə edilmiş diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin, xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər...” 10.Şirvan İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 və Ortopediya İnstitutu” X1 ##.##.2025-ci il tarixli, *- **-**/*-***/**** saylı məktubunda göstərilmiş ki, xəstə İddiaçı ##.##.2025-ci il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə olmuş, həkim müayinəsinə uyğun olaraq ********** saylı, ##.##.2025-ci il tarixli arayış tərtib olunaraq, ona “Sol mil sümüyünün distal ucunun qeyri düzgün bitişmiş sınığı cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol mil sümüyünün xroniki osteomieliti, sol milbilək oynağının kontrakturası (açma 100, bükmə 200 ). Ağrı sindromu ilə. Sol mil-bilək oynağının üçüncü dərəcəli artrozu” diaqnozu qoyulmuşdur. 11.Şirvan İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim A.Hüseynova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli, *******0003 saylı qərarı iddiaçı İddiaçı aid hissədə ləğv edilmiş, iddiaçı İddiaçı təyin olunmuş əmək zədəsi əlaqədar ikinci dərəcəli (orqanizmin funksiyalarının pozulması 61-80 %) müddətsiz əlilliyin həmin tarixdən bərpa edilməsi öhdəliyi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. 12.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan iddiaçıya ünvanladığı bildirişində Əsasnamənin 3.7-ci maddəsinə istinad edir. Belə ki, Əsasnamənin 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Cavabdehin istinad etdiyi sübut isə ümumiyyətlə mövcud deyil və mücərrəd xarakter daşıyır. Belə ki, şübhəli halların nədən ibarət olması nə iddiaçıya, nə də ki, məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, Cavabdeh ##.##.2025-ci il tarixli məktubla göstərmişdir ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə ##.##.2022-ci il tarixli, *********** nömrəli məktub daxil olmuşdur. Həmin məktub əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının şübhə altına alan əsaslar üzrə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli bildiriş məktubu göndərilərək ##.##.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Məhkəmə tərəfindən qeyd edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə ##.##.2022-ci il tarixli, **/*** nömrəli müraciət ərizəsi daxil olması iddiaçı barəsində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğv edilməsinə əsas ola bilməz. ...Bundan başqa məhkəmə tərəfindən qəbul edilmiş qərardadın icrası nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 və Ortopediya İnstitutu” X1 ##.##.2025ci il tarixli, *-**-**/*-***/**** saylı məktubuna əsasən, xəstə İddiaçı ##.##.2025-ci il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə olmuş, həkim müayinəsinə uyğun olaraq ********** saylı, ##.##.2025-ci il tarixli arayış tərtib olunaraq, ona sol mil sümüyünün distal ucunun qeyri düzgün bitişmiş sınığı cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol mil sümüyünün xroniki osteomieliti, sol milbilək oynağının kontrakturası (açma 100, bükmə 200 ). Ağrı sindromu ilə. Sol mil-bilək oynağının üçüncü dərəcəli artrozu diaqnozu qoyulmuşdur. XBT: S52.5, Z98.8, T92.1, M84.0, M86.6, M24.5, R52.2, M19. 13.Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsindəki icraat 14.Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı ilə (hakimlər C.Quliyev /sədrlik edən və məruzəçi/, F.Hüseynov və M.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 15.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə üzrə ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. İşin araşdırılması onu deməyə əsas verir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Yəni, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etmiş, lakin sonradan şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. İş materiallarında olan sübutlarla (tibbi sənədlər), o cümlədən ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** saylı mütəxəssis rəyi ilə təsdiq edilir ki, iddiaçıya ilkin olaraq 2004cü ildə əmək zədəsi ilə müddətsiz ikinci dərəcəli əlillik; sonradan ##.##.2015-ci ildə əlillik vəziyyəti təkrarən qiymətləndirilərək təyin edilmiş müddətsiz ikinci dərəcəli əlillik ilə bağlı qoyulmuş diaqnoz üzrə xəstəlik cavabdeh orqanın iddia etdiyi kimi “Tam reabilitasiya” olunmamışdır. Əksinə, iddiaçı hal-hazırda da həmin diaqnoz (müddətsiz əlillik təyin edilməsinə əsas olmuş diaqnoz) üzrə xəstəlikdən əziyyət çəkir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının ##.##.2015-ci ildə əlillik vəziyyəti təkrarən qiymətləndirilərkən ona “Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sümüyünün aşağı 1/3-nın çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı hal. Mil sümüyünün xroniki osteomieliti” diaqnozu qoyulmuş (həmin xəstəlik ilk dəfə müddətsiz əlillik təyin edilən 2004-cü ildə də mövcud olmuşdur.), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı hazırda da həmin xəstəlikdən (diaqnoz) əziyyət çəkir. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə iddiaçının xəstəliyi ilə bağlı mütəxəssis rəyi Respublikada bu sahə üzrə ixtisaslaşmış tibb mərkəzi tərəfindən verilmişdir. Deməli, iddiaçı inzibati orqanın iddia etdiyi kimi “Tam reabilitasiya” olunmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.4-cü maddəsinə görə isə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər. Hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsində nəzərdə tutulmuş qanuni əlverişli inzibati aktın ləğv edilməsi üçün əsas yoxdur. 16.Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri 17.Cavabdeh kassasiya şikayətində işin faktiki hallarına istinad etmiş, əlavə olaraq göstərmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar - “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə ##.##.2022-ci il tarixli, **/*** nömrəli müraciət ərizəsidir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə, əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxartmışdır. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19.İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 21.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22.Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 23.Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 24.İşdən görünür ki, iddiaçıya ##.##.2015-ci ildən “Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sümüyünün aşağı 1/3-nın çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı hal. Mil sümüyünün xroniki osteomieliti” diaqnozu əsasında əmək zədəsi səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyinatının əsaslılığının araşdırılması məqsədilə iddiaçı ##.##.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunsa da, müayinəyə gəlmədiyindən ##.##.2023-cü il tarixli qərarla diaqnozun təsdiqini tapmaması əsası ilə əlillik təyinatı ləğv edilmişdir. Sonradan iddiaçının müraciəti əsasında ##.##.2024-cü il tarixdə keçirilmiş əyani müayinənin nəticəsinə görə həmin qərar ləğv edilmiş və ##.##.2024-cü il tarixdən onun “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. 25.Hazırda iddiaçının hüquqi marağı ##.##.2024-cü il tarixli “Tam reabilitasiya olunma” barədə qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. 26.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində müəyyən edilmiş əlillik ləğv edilərkən iddiaçının tam reabilitasiya olunmasına istinad edilsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının əlillik vəziyyəti (onun tam reabilitasiya olunub-olunmaması) ilə bağlı hərtərəfli araşdırma aparmamışdır. 27.İlkin olaraq nəzərə alınmalıdır ki, iddianı təmin edən birinci instansiya məhkəməsi Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə istinad etmiş və göstərmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə ##.##.2022-ci il tarixli, **/*** nömrəli müraciət ərizəsi daxil olması iddiaçı barəsində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğv edilməsinə əsas ola bilməz. 28.Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək zədəsi alması və bunun nəticəsində ona əlillik təyin edilməsi ilə əlaqədar hüquqi münasibətlərin iştirakçısı olmuş “xxxx” ASC tərəfindən cavabdeh inzibati orqana iddiaçının uzun müddət Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olması, hal-hazırda fiziki işlə məşğul olması, beləliklə, ona ikinci qrup əlillik dərəcəsi verilməsi ilə bağlı Cəmiyyətdə şübhələrin yaranması barədə rəsmi müraciət ünvanlanmışdır. 29.Məhkəmə kollegiyası vurğulayır ki, sözügedən müraciət yalnız mülahizə və ya ehtimallara deyil, iddiaçının əmək fəaliyyəti və sağlamlıq vəziyyəti ilə bağlı rəsmi hüquqi şəxsin təqdim etdiyi məlumatları ehtiva etmişdir. Belə məlumatlar, iş üzrə digər sübutlarla məcmu şəkildə qiymətləndirildikdə, əvvəllər qəbul edilmiş əlillik təyinatının düzgünlüyünü şübhə altına almağa imkan verən obyektiv əsaslar kimi qiymətləndirilə bilər. 30.Beləliklə, sözügedən müraciət “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində nəzərdə tutulmuş əsaslı şübhə yaradan hal kimi qəbul edilə bilərdi. Buna görə də cavabdehin həmin müraciət əsasında inzibati icraata başlaması və iddiaçını əyani müayinəyə cəlb etməsi özlüyündə qanunsuz sayıla bilməz. 31.Apellyasiya instansiyası məhkəməsi isə iddianı təmin edərkən göstərmişdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Yəni, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etmiş, lakin sonradan şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Həmçinin iş materiallarında olan sübutlarla (tibbi sənədlər), o cümlədən ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** saylı mütəxəssis rəyi ilə təsdiq edilir ki, iddiaçı müddətsiz əlillik təyin edilməsinə əsas olmuş diaqnoz üzrə hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. 32.Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmış araşdırma tam, hərtərəfli və obyektiv xarakter daşımamış, nəticədə iş üçün əhəmiyyət kəsb edən bütün hallar lazımi səviyyədə müəyyən edilməmişdir. 33.Belə ki, apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə əsasən iş materiallarında olan mütəxəssis rəyinə istinad etmiş, lakin həmin rəyin digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməsini və iş üzrə hüquqi əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasını təmin etməmişdir. 34.Halbuki, mübahisənin düzgün həlli üçün təkcə mütəxəssis rəyinin mövcudluğu kifayət hesab edilə bilməzdi. Məhkəmə, ilk növbədə, iddiaçının hazırkı sağlamlıq vəziyyətini, əvvəllər əlillik təyinatına əsas olmuş xəstəlik və ya xəsarətin nəticələrinin, diaqnozların və funksional pozuntuların hazırda mövcud olub-olmamasını, həmin pozuntuların davamlı xarakter daşıyıb-daşımamasını, eləcə də onların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əlilliyin müəyyən edilməsi üçün zəruri meyarlara cavab verib-vermədiyini tam və hərtərəfli araşdırmalı idi. 35.Bunun üçün iddiaçının hazırkı sağlamlıq vəziyyəti, onda əvvəlki əlillik təyinatına əsas olmuş diaqnozların və funksional pozuntuların mövcud olub-olmaması, həmin pozuntuların əlilliyin müəyyən edilməsinə əsas verib-verməməsi xüsusi tibbi bilik tələb etdiyindən, müvafiq məhkəmə ekspertizası təyin edilməli və ekspert rəyi əsasında hüquqi qiymətləndirmə aparılmalı idi. 36.Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş həmin məhkəməyə təkrar baxışa göndərilməli, təkrar apellyasiya baxışı zamanı iddiaçı tam reabilitasiya olunmadığını bildirdiyi halda, onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə məhkəmə tibbi-ekspertiza keçirilməli və ekspertizanın nəticəsindən asılı olaraq iddiaçının əlilliyinə hüquqi qiymət verilməlidir.
37. Eyni zamanda, yenidən araşdırma zamanı apellyasiya məhkəməsi tərəfindən əlillik təyin edilməsi üçün müvafiq diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda göstərilən hansı bəndə və altbəndə uyğun gəlməsi, bunun hansı sübutlarla təsdiq olunması dəqiq müəyyən edilməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, cavabdeh 1 (bir) illik müddət şərtinə də riayət etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bununla bağlı olaraq isə kollegiya qeyd edir ki, sözügedən normada 1 illik müddətin hesablanması aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu günlə əlaqələndirilmişdir. Hazırkı iş üzrə “xxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubun tarixi ##.##.2022ci il olmuş, cavabdeh tərəfindən bununla əlaqədar ilk dəfə iddiaçı ##.##.2023-cü il tarixdə əyani müayinəyə dəvət edilsə də, iddiaçı müayinəyə gəlməmiş, daha sonra isə cavabdeh iddiaçını ##.##.2024-cü il tarixdə əyani müayinə edərək məhz müayinənin nəticəsi kimi həmin tarixdə “Tam reabilitasiya olunması”na dair qərar qəbul etmişdir. Beləliklə, qanuni əlverişli inzibati aktın sonradan yaranmış faktiki hallara görə ləğv edilməsinin əsası (şəxsin reabilitasiya olunduğunun müəyyən olunması) cavabdehə ##.##.2024-cü il tarixdə bəlli olmuşdur. Ona görə də, “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsində təsbit edilmiş 1 illik müddətin axımının başlanğıcı da həmin andan hesablanmalıdır.
39. Kollegiya həmçinin hesab edir ki, hazırkı işin halları baxımından “xxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubun məzmunu da xüsusilə nəzərə alınmalıdır. Həmin məktubda iddiaçının uzun müddət əmək fəaliyyəti ilə məşğul olduğu göstərilməklə ona əlillik dərəcəsinin verilməsi ilə bağlı şübhələr yarandığı bildirilmiş, ona görə də, təkrarən ekspert komissiyasından keçirilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Göründüyü kimi məktub məlumat xarakterli olmuş, iddiaçının reabilitasiya olunduğuna dair birmənalı nəticəni əks etdirməmişdir. İşin hallarına görə də, belə bir halı dəqiq göstərməsi də mümkün deyildi. Çünki reabilitasiya halının mövcudluğu yalnız tibbi müayinələrin nəticəsindən asılıdır.
40. Kollegiya qeyd edir ki, bu kimi hallarda “məlumatın əldə edilməsi” ilə “faktın məlum olması” halları fərqləndirilməlidir. Belə ki, “məlumatın əldə edilməsi” həmişə “faktın məlum olması” kimi qəbul edilə bilməz. Bir qayda olaraq, əlavə fakt araşdırmasına ehtiyac olmadan qərar qəbul etmək üçün obyektiv olaraq hazır vəziyyət mövcud olduqda (“faktın məlum olması”) müddət başlayır. Şəxsin reabilitasiya olunduğu ilə bağlı işlərin xüsusi vəziyyəti nəzərə alındıqda bu işlərdə müddətin hesablanması “faktın məlum olması” anından başlamalıdır.
41. Qeyd olunanlar nəzərə alındıqda “xxxx” ASC-nin məktubu onun məzmunu nəzərə alındıqda “faktın məlum olması” barədə deyil, “məlumatın əldə edilməsi” barədə sənəddir. Odur ki, həmin məktubun cavabdehə daxil olduğu an müddətin başlanğıc anı kimi götürülə bilməz. Nə qədər ki, hazırkı işdə cavabdeh məhz şəxsin reabilitasiya olunması halına istinad edir, bu halda “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsində təsbit edilmiş 1 illik müddətin axımının başlanğıcı da şəxsin reabilitasiya olunduğunun müəyyən olunması (“faktın məlum olması”) anıdır. Hazırkı işdə həmin an ##.##.2024-cü il tarix olduğundan 1 illik müddət ötürülməmişdir.
42. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. 43.Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. 44.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.