Məhkəmə qərarları › İş №2-1(1-8)-1556/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1556/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1556/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Bakı Komissarı Xalq Deputatlar Sovetinin Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli qərarından görünür ki, mübahisə predmetini təşkil edən sahəsi 43 kv.m. olan qaraj 9484 kv.m. dəyərində satılmış və icarəyə verilən sahələr sırasından çıxarılmışdır. 2.##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. 3.Qeyri-yaşayış binasına dair tərtib olunmuş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 39,8 kv.m. təşkil edir. Tikinti altı sahəsi 53,8 kv.m təşkil edir. 4.Iddiaçı hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. 5.Cavabdeh tərəfindən həmin müraciətə ## ##### 2025-ci il tarixli məktubla imtina edilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli, **** nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət etməsi tövsiyyə olunmuşdur.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 6.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ““Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə tərtib edilmiş, inventar nömrəsi 04/1248 olan Texniki Pasportda düzəliş edilərək, ünvan 2 ünvanında beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, mişar daşından inşa edilmiş, tikintialtı sahəsi 53,8 kv.m., ümumi sahəsi 39,8 kv.m. olan qeyri-yaşayış binasının (Qaraj) təyinatının dəyişdirilərək, (mağaza) olmasına dair düzəliş edilməsi, həmin (mağaza) qeyri-yaşayış binası üzərində iddiaçı İddiaçı tam xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mişar daşından inşa edilmiş, tikinti altı sahəsi 53,8 kv.m., ümumi sahəsi 39,8 kv.m. olan qeyri-yaşayış binası (qaraj) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə tərtib edilmiş **/**** nömrəli Texniki Pasporta əsasən iddiaçı X1 məxsusdur. Həmin qeyri-yaşayış binasına (qaraj) dair iddiaçının adına texniki pasport tərtib edildiyi vaxtdan indiyədək orada kommersiya məqsədilə, fasiləsiz olaraq “Serravale” mağaza təşkil edilmişdir və fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin ##.##.2007-ci il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakının istifadə təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılması və razılıq verilməsi Qaydaları”nın 2-ci bəndində göstərilir ki, bu Qaydalar tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisə və təşkilatlarının balansında olan daşınmaz dövlət əmlakının istifadə təyinatının dəyişdirilməsinə dair müraciətlərə müvafiq dövlət orqanı tərəfindən baxılması və razılıq verilməsi, habelə bu sahədə nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir. Yenə Qaydaların 2.1-ci bəndinə görə bu Qaydaların 2-ci bəndində göstərilən razılığı verən müvafiq dövlət orqanı Əmlak Məsələləri Dövlət Xidmətidir. Qaydaların 3.1-ci və 3.1.1-ci bəndlərinə əsasən, bu Qaydalara uyğun olaraq dövlət orqanı dövlət müəssisə və təşkilatlarının balansında olan daşınmaz əmlakın təyinatının dəyişdirilməsinə nəzarət edir. Həmin Qaydaların 4.2-ci və 4.3-cü bəndlərində bildirilir ki, razılığın alınması üçün dövlət müəssisə və təşkilatları və ya onların idarəçiliyini həyata keçirən orqanlar dövlət orqanına müraciət edirlər. Müraciətdə müvafiq məsələnin məqsədəuyğunluğunu sübut edən əsas dəlillər göstərilməlidir. Dövlət orqanı daxil olan müraciətləri araşdırır. Zəruri hallarda baxılan məsələ ilə bağlı əmlaka yerlərdə baxış keçirə bilər. Qeyd olunmalıdır ki, qeyri-yaşayış binasında (qaraj) hazırda mağaza fəaliyyəti təşkil edildiyinə görə vergi orqanına müvafiq qaydada vergi ödənilir və belə vəziyyət onun təyinatının kommersiya dəyişdirilməsini zəruri edir. Məlumdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Nizamnaməsinin 2.0, 2.0.1-ci və 2.0.2-ci bəndlərinə görə dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aiddir. Yenə DƏDKR-in Nizamnaməsinin 3.1-ci və 3.1.16-cı bəndlərində bildirilir ki, daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 8.1-ci bəndinə görə ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş verilməlidir. Eyni hüquqi mövqe “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsində də müdafiə edilmişdir. Nəzərə alınmalıdır ki, hazırkı vəziyyətdə qeyri-yaşayış binasının (qaraj) Texniki Pasportda əksini tapan təyinatının dəyişdirilməsi onun texniki vəziyyətində hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Ona görə də X1 ##.##.2025-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, adıçəkilən Texniki Pasporta əsasən, göstərilən ünvanda yerləşən qeyri-yaşayış binasının (qaraj) təyinatının dəyişdirilərək, qeyri-yaşayış binası (mağaza) olmasına razılıq verilməsini xahiş etmişdir. Lakin inzibati orqanın ##.##.2025ci il tarixli, 3-21-3-30/2-B-01215-8/2025 ************ nömrəli cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. 8.Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Iddiaçının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli, **** nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət etməyi tövsiyyə olunmuşdur.

9. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə tərtib edilmiş, inventar nömrəsi 04/1248 olan Texniki Pasportda düzəliş edilərək, ünvan 2 ünvanında beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, mişar daşından inşa edilmiş, tikinti altı sahəsi 53,8 kv.m., ümumi sahəsi 39,8 kv.m. olan qeyriyaşayış binasının (Qaraj) təyinatının dəyişdirilərək, (mağaza) olmasına dair düzəliş edilməsi, həmin (mağaza) qeyri-yaşayış binası üzərində iddiaçı İddiaçı tam xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır. 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yalnız yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya əksinə keçirilməsi üçün yerli icra hakimiyyəti orqanının müvafiq sərəncamı tələb olunur. Hazırkı halda isə iddia predmeti olan sahə beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşir, əvvəldən qeyri-yaşayış təyinatlı olmaqla (qaraj kimi), sadəcə olaraq istifadə məqsədinin dəyişdirilərək eyni hüquqi təyinat çərçivəsində, yəni qeyri-yaşayışdan qeyriyaşayışa (qarajdan mağazaya) keçməsi məsələsi mübahisə edilir. Belə olan halda, qanunvericilikdə bu tip dəyişiklik üçün icra hakimiyyətinin ayrıca sərəncamının alınması tələb edilmir. Qeyd olunur ki, iddiaçı mübahisələndirilən əmlak üzrə hüquqmüəyyənedici sənədlərə, yəni mülkiyyət hüququna əsas verən sənədlərə malikdir və həmin sahə artıq faktiki olaraq uzun müddətdir ki, mağaza kimi istifadə olunmaqdadır. Həmçinin, bu qaraj sahəsi vaxtilə səlahiyyətli orqan olan X2 Icraiyyə Komitəsinin qərarı ilə icarəyə verilən obyektlər siyahısından çıxarılmış və dəyəri ödənilməklə istifadə olunmuşdur. 11.Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, G.Sevdimalıyeva və O.Ismayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə tamamilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri: 15.Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il ######ın #-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 16.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17.Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

18.Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 20.1. yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın.

19.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər. 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 22.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 24.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 25.Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 26.Hazırkı işdə mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi hələ 26 Bakı Komissarı X2 Icraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli qərarı ilə dəyəri ödənilməklə satılmış və icarəyə verilən obyektlər siyahısından çıxarılmışdır. Sonradan həmin əmlak notariat qaydasında təsdiq edilmiş ## ###### 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. 27.Beləliklə, iddiaçının daşınmaz əmlak üzərində hüququnun yaranmasını təsdiq edən sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər hesab olunur. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatının aparılması üçün 8-ci maddədə göstərilən əsaslardan hər hansı birinin mövcud olması kifayətdir. Iş materiallarında bu sənədlərin etibarsız hesab edilməsi və ya qanunvericiliyə zidd olması barədə hər hansı sübut mövcud deyildir. 28.Işə baxmış məhkəmələr düzgün olaraq müəyyən etmişlər ki, mübahisə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı deyil. Mübahisə yalnız qeyriyaşayış təyinatlı sahənin istifadə məqsədinin qarajdan mağazaya dəyişdirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci maddəsi yaşayış və qeyri-yaşayış sahələrinin qarşılıqlı keçirilməsi məsələsini tənzimləyir, buna görə də həmin müddəalar hazırkı münasibətə şamil edilə bilməz. Buna görə də yerli icra hakimiyyəti orqanının əlavə sərəncamının alınması qanunvericiliklə tələb olunmur. 29.Faktiki sahəyə uyğun eskiz əlavə olunub. Qeyri-yaşayış sahəsinin faktiki sahəsi 47.3 kv.m, hüquqmüəyyənedici sənəd üzrə 39.8.kv.m-dir. 30.Bundan başqa, cavabdeh orqanın ## #### 2025-ci il tarixli məktubu ilə təqdim edilən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, tərtib olunan eskizdəki * saylı sahə qaraj kimi texniki pasport verilmiş sahə ilə eynidir, yalnız faktiki istifadə olunan sahənin bir hissəsi ilə texniki sənəddə göstərilən sahə arasında fərq müəyyən edilmişdir. Bu hal iddiaçının mülkiyyət hüququnun mövcudluğunu inkar etmir və ona dövlət qeydiyyatından imtina üçün qanuni əsas yaratmır. 31.Iş üzrə toplanmış sübutlarla həmçinin müəyyən edilmişdir ki, eyni binada və analoji hüquqi vəziyyətdə olan digər qeyri-yaşayış sahələri üzrə cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmış və buna dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. Bu isə inzibati orqanın oxşar hüquqi və faktiki hallara münasibətdə fərqli yanaşma tətbiq etdiyini göstərir, hansı ki belə yanaşma hüquqi müəyyənlik, bərabərlik prinsiplərinə uyğun gəlmir. 32.Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları hərtərəfli araşdıraraq düzgün nəticəyə gəlmiş, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin dövlət qeydiyyatının aparılması üçün yetərli olduğunu müəyyən etmiş və cavabdehin imtinasını haqlı olaraq qanunsuz hesab etmişdir. 33.Buna görə də, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar