Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1572/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Xnə qarşı iş üzrə QƏRARDADI (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Xnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdeh Xnə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona məxsus Gəncə şəhəri, Fətəli xan Xoyski küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının qanunsuz olaraq dağıdılmasına görə smeta dəyəri kimi 200.000 (iki yüz min) manat, mülki dövriyyə şəraitində 12 il müddətində əldə edəcəyi 288.000 (iki yüz səksən səkkiz min) manat məbləğində, ümumilikdə 488.000 (dörd yüz səksən səkkiz min) manat pulun alınıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Inzibati Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmiş və cavabdeh Xndən dövlət büdcəsi hesabına sökülmüş mağaza binasına görə 200.000 manat (iki yüz min) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.
3. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər R.Mamedov/sədrlik edən və məruzəçi/, A.Bayramov və Ş.Rzaquliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Inzibati Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır.
4. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtlərini yoxlamalıdır. Iş materiallarından müəyyən edilir ki, X başçısının ##.##.1993-cü il tarixli **** saylı sərəncamı ilə mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinə icazə “xxxx” çoxsahəli firmasına verilmişdir. Həmçinin ##.##.1998-ci il tarixli sərəncamla həmin obyektin fəaliyyətinə icazə verilərkən də obyekt “xxxx” çoxsahəli firmasının mağazası kimi göstərilmişdir. Eyni zamanda, qeyd olunan sərəncamda İddiaçı yalnız mağazada fiziki şəxs kimi fəaliyyət göstərməsi qeyd edilmiş, lakin mübahisəli əmlak üzərində onun hər hansı mülkiyyət və ya digər əşya hüququnun yaranmasını təsdiq edən hal müəyyən edilməmişdir. Bununla yanaşı, xxxx publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubunda bildirilir ki, * saylı Gəncə Ərazi Idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Fətəli Xan küçəsi ilə Nizami küçəsində yerləşən iki mərtəbəli qeyri-yaşayış binasına dair İddiaçı adına qeydiyyat vəsiqəsi aşkar edilməmişdir. Gəncə şəhəri, Fətəli Xan küçəsi ilə Nizami küçəsində yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının “xxxx” publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsində qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının kompensasiya tələbi ilə çıxış edə bilməsi üçün ilk növbədə onun mübahisə predmetinə münasibətdə subyektiv hüququnun, yəni həmin əmlak üzərində mülkiyyət və ya qanunla qorunan digər hüququnun mövcudluğu müəyyən edilməlidir. Lakin iş materiallarında iddiaçı İddiaçı mübahisəli qeyri-yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmasını təsdiq edən sübutlar mövcud deyildir. Əksinə, mövcud sübutlardan görünür ki, mübahisəli obyektin tikintisinə icazə və sonradan fəaliyyətinə icazə hüquqi şəxs olan “xxxx” çoxsahəli firmasına verilmişdir. Bundan başqa, işdə olan sənədlərdən də “xxxx” çoxsahəli firmasının hazırda dövlət qeydiyyatında olan hüquqi şəxs kimi mövcud olması, yaxud fəaliyyətini davam etdirməsi müəyyən edilmir. Eyni zamanda, həmin hüquqi şəxsin hüquqi varisliyinə dair hər hansı məlumat və ya sübut da təqdim edilməmişdir. ... Məhkəmə sorğusuna Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən sorğunuzda adı qeyd olunan hüquqi şəxs barədə məlumat aşkar edilməmişdir. Bu baxımdan, “xxxx” çoxsahəli firmasının dövlət reyestrində mövcud olmaması həmin qurumun hüquqi şəxs kimi hüquq və fəaliyyət qabiliyyətinin, o cümlədən inzibati məhkəmə icraatında iştirak etmək üçün zəruri olan prosessual hüquq qabiliyyətinin mövcud olmadığını göstərir. Belə olan halda, mübahisəli əmlaka dair ilkin hüququn verildiyi hüquqi şəxsin mövcudluğu və hüquq qabiliyyəti təsdiq olunmur. Digər tərəfdən, iddiaçı İddiaçı həmin əmlak üzərində müstəqil subyektiv hüquqa malik olması da iş materialları ilə sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
5. Iddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
6. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetininmumkunluyu-06112023-yenilenmis-son-1.pdf" Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).
10. Məhkəmə kollegiyası bildirir ki, hazırkı situasiyada iddiaçının subyektiv hüququnun yarana bilməsi üçün onun mübahisəli daşınmaz əmlaka dair hüququnun mövcudluğu təsdiq edilməlidir. Şəxsin sözügedən əmlaka dair hüququ yaranmalı və hüquqlarına müdaxilə halı baş verməlidir ki, şəxs həmin əmlakın sökülməsinə görə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilsin.
11. Işin müəyyən olunmuş hallarından görünür ki, Xnin ##.##.1993-cü il tarixli **** saylı sərəncamına (iş v. 206) əsasən F.Engels küçəsi, *** saylı kvartalın ərazisində “xxxx” çoxsahəli firmasına qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir. Sərəncama əsasən “xxxx” çoxsahəli firmasına tapşırılmışdır ki, mağazanın yerləşdiyi sahənin icarə haqqının ödənilməsi üçün şəhər çoxsahəli mənzil-kommunal təsərrüfatı istehsalat birliyi ilə müqavilə bağlasın və tikinti işləri başa çatdıqdan sonra mağazanın fəaliyyətini mütləq Icra hakimiyyətində qeydiyyatdan keçirsin. Işdə olan X başçısının ## ###### 1998-ci il tarixli **** saylı Sərəncamına əsasən Gəncə şəhəri, F.Engels küçəsi, *** saylı kvartalın ərazisində şəhər Icra Hakimiyyətinin ##.##.1993-cü il tarixli **** saylı sərəncamı ilə tikintisinə icazə verilmiş, hal-hazırda tikintisi başa çatmış 10.0 m x 5.0 m ölçüdə ikimərtəbəli “xxxx” çoxsahəli firmasının qarışıq mallar mağazasının fəaliyyətinə icazə verilmiş və İddiaçı mağazada fiziki şəxs hesab edilmişdir.
12. Sözügedən mağazaya dair tərtib edilmiş texniki pasportda sahibkar kimi iddiaçı X1 göstərilmişdir. Mağazaya dair tərtib olunmuş qeyri-yaşayış fondunun qəbulu aktında isə Xnin ##.##.1993-cü il tarixli **** saylı sərəncamına istinad edilsə də, sözügedən sahənin iddiaçıya məxsus olması göstərilmişdir.
13. xxxx publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubu ilə təsdiq olunur ki, Gəncə şəhəri, Fətəli Xan küçəsi ilə Nizami küçəsində yerləşən iki mərtəbəli qeyri-yaşayış binasına dair İddiaçı adına qeydiyyat vəsiqəsi aşkar edilməmişdir. Gəncə şəhəri, Fətəli Xan küçəsi ilə Nizami küçəsində yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının “xxxx” publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsində qeydiyyata alınmadığı müəyyən olunmuşdur.
14. Məhkəmə kollegiyası sözügedən sənədlərə əsasən bildirir ki, mübahisəli qeyriyaşayış binasına dair iddiaçının mülkiyyət və digər hər hansı hüququ müəyyən edilmir.
15. Belə ki, iddiaçının texniki pasportda sahibkar kimi göstərilməsi, mağazada fiziki şəxs hesab edilməsi hələ sözügedən mağazanın onun mülkiyyətində olmasını təsdiq etmir. Həlledici olan hüquq müəyyənedici sənədlər X Başçısının sərəncamlarıdır və həmin sərəncamlarla qeyri-yaşayış sahəsində “xxxx” çoxsahəli firmasına tikintiyə və fəaliyyət göstərməyə icazə verilmişdir. Həmçinin tərtib edilmiş qeyri-yaşayış fondunun qəbulu aktında sözügedən ##.##.1993-cü il tarixli **** saylı sərəncama istinad edilmişdir. Göstərilən səbəblərdən hazırkı iş üzrə tələb hüququ iddiaçıya yox, “xxxx” firmasına məxsusdur.
16. Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarında “xxxx” çoxsahəli firması hüquqi şəxs barədə məlumat aşkar edilməmişdir. Lakin X Başçısının ## ###### 1992-ci il *** nömrəli sərəncamı ilə müəyyən edilir ki, “xxxx” çoxsahəli firması hüquqi şəxs kimi təsis edilməsi qərara alınmışdır. Bu səbəbdən “xxxx” firması hazırkı işdə tələb hüququna malik olması öz təsdiqini tapır.
17. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı iş üzrə aparılmış icraat zamanı tələb hüququna malik olan “xxxx” firmasına məxsus sənədləri, eləcə də iddiaçının həmin hüquqi şəxslə bağlılığını təsdiq edən sənədləri təqdim etməmiş, və nəticədə özünün tələb hüququnun mövcudluğuna dair sübutları təqdim etməmişdir. Kassasiya şikayətində də göstərilən hallara dair dəlillər və sübutlar təqdim olunmamışdır.
18. Məhkəmə gəldiyi nəticəni ümumiləşdirərək bildirir ki, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət və digər hər hansı hüququ iş materialları ilə təsdiq olunmur. Iş üzrə tələb hüququna malik “xxxx” firması ilə iddiaçının hüquqi bağlılığı müəyyən edilmir. Bu səbəbdən sözügedən əmlaka hüququ yaranmadığından hazırkı iş üzrə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu öz təsdiqini tapmır.
19. Odur ki, iddiaçı tərəfindən qaldırılan iddianın ümumi mümkünlük şərti ödənilmədiyindən apellyasiya instansiyası məhkəməsi iddia qeyri-mümkün saymaqla düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən, kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və məhkəmə aktının ləğv edilməsi üçün əsas yaratmır.
20. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.