Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-158/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı (iddiaçının hüquqi varisi X3) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə (hazırda cavabdeh1) qarşı QƏRARİ (Açar sözlər: məxsusluq arayışının verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı hüquqi varisi X3 cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə (üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs cəlb edilməklə) qarşı “məxsusluq arayışının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Bakı şəhər Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatının Inkişafı və X5 bağlar massivindəki 105 №li kooperativin ** nömrəli, ##.##.1989-cu il tarixli orderinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri XDS IK-nın 9/333 №li, ##.##.1989-cu il tarixli qərarına əsasən İddiaçı Türkan bağ massivində *** nömrəli BTK ərazisində torpaq sahəsi 0.12 ha olan ***b/* nömrəli bağ sahəsi ayrılmışdır.
2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ##.##.2021-ci il tarixli, BA-*****-**** nömrəli məktubuna əlavə edilmiş Bakı şəhər XDS IK-nin ##.##.1989-cu il tarixli, */*** saylı qərarının təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Türkan bağ massivində *** nömrəli Bağ Tikinti Koperativi üzvlərinin (16 nəfər) siyahısı təsdiq edilmişdir (… 11. İddiaçı).
3. İddiaçı ona Bakı şəhəri XDS IK-nın 9/333 №li, ##.##.1989-cu il tarixli qərarına əsasən Türkan bağ massivində *** nömrəli BTK ərazisində torpaq sahəsi 0.12 ha olan ***b/* nömrəli bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Imtina onunla əsaslandırılmışdır ki, sxematik xəritəyə uyğunsuzluq var və torpaq sahəsi başqa şəxs tərəfindən zəbt olunmuşdur.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri XDS IK-nın 9-*** №-li, ##.##.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ***b/* saylı bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ##.##.1989-cu ildə Bakı şəhər XDS-nin */*** nömrəli sərəncamı ilə Xəzər rayonu, Türkan bağ massivində ***b/* saylı bağ sahəsi ayrılmışdır, o, həmin bağ sahəsində 45-50 kv.metr sahəsi olan 2 otaqlı yarımçıq tikili inşa etmiş, torpaq sahəsini hasarlamışdır. Bir neçə il səhhəti ilə bağlı bağa getməmiş, 2016-2017-ci ildə bağa gedən zaman bağ sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt olunmasını görmüşdür. Cavabdehə müraciət edərək bağ sahəsi üzərində hüquqların qeydə alınmasını xahiş etsə də, müraciəti təmin edilməmişdir. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## #### 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı Bakı şəhəri XDS IK-nın 9-*** №-li, ##.##.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ***b/* saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, Bağ sahəsinin hər hansı bir şəxs tərəfindən qanunsuz istifadə edilməsi, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi halları daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinanın əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, imtina məktubunda göstərilən əsaslarla iddiaçının Bakı şəhəri, Türkan bağ massivi, ***b/* nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə ziddir, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsində göstərilmiş halların mövcud olması isə hal-hazırda işə baxılan zaman müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının xeyrinə olan halları - bağ sahəsinin ayrılması haqqında orderin olması, iddiaçının adının həmin orderi vermiş BTKnın üzvlərinin siyahısında olması hallarını nəzərə almamasında, iddiaçıya ayrılmış bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsində ifadə olunan hərəkətləri “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Işin apelyasiya baxışı zamanı İddiaçı vəfat etdiyi üçün o, prosessual hüquq varisi X3 ilə əvəz edilmişdir.
10. Bundan sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri XDS IK-nın 9-*** №-li, ##.##.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ***b/* saylı bağ sahəsinin mərhum İddiaçı məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, G.Sevdimalıyeva və O.Ismayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı, qərara aldı hissədə «iddiaçı İddiaçı Bakı şəhəri XDS IK-nın 9-*** №-li, ##.##.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ***b/* saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» ifadəsi «Bakı şəhəri XDS IK-nın */*** №-li, ##.##.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ***b/* saylı bağ sahəsinin mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi» ifadəsi kimi qeyd olunmaqla, dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Soveti Icraiyyə komitəsinin */*** saylı, ##.##.1989-cu il tarixli qərarı ilə Türkan Massivində olan *** saylı Bağ Tikinti Kooperativinin 16 nəfərdən ibarət siyahısı təsdiq edilmiş, həmin şəxslərə bağ sahələrinin ayrılması qərara alınmışdır. Siyahıda ünvan 1 ünvanında qeydiyyatda olan mərhum həyat yoldaşı X1 adı 10-cu sırada göstərilmişdir. *** saylı BTK-nın rəisi Z.M.Şuyskiy tərəfindən verilmiş ##.##.1989 tarixli, ** saylı orderdə 0,12 ha ibarət ***b/* saylı X2 Eldar Cəfər oğluna ayrıldığı qeyd edilmişdir. Azərbaycan Milli Arxiv Idarəsinin Bakı Filialı tərəfindən verilmiş ##.##.2023 tarixli Arxiv arayışı ilə Bakı şəhər Soveti Icraiyyə komitəsinin */*** saylı, ##.##.1989 il tarixli qərarı ilə Türkan Massivində olan *** saylı Bağ Tikinti Kooperativinin 16 nəfərdən ibarət siyahısında mərhum həyat yoldaşı X1 adının 10-cu sırada olması təsdiqini tapır. 1989-cu ildən qeyd edilən bağ sahəsi istifadələrindədir, orada fərdi yaşayış evi inşa etmişlər. İddiaçı onları bağlarını heç vaxt iddia etməyib, oradan heç vaxt istifadə etməyib, 1989-cu ildən bu günə kimi bağ yalnız onların öz istifadəsində olub. 2023-cü ilin aprel ayında bağın sənədləşdirilməsi üçün DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş, oradan verilmiş ##.##.2023 tarixli cavabda göstərilmişdir ki, "müraciətinizlə əlaqədar olaraq bildirir ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmadığından yerləşməsinin doğruluğunu aydınlaşdırmaq mümkün olmamışdır. Həmçinin tərəfinizdən təqdim edilən ** nömrəli, ##.##.1989-cu il tarixli orderin arxiv nüsxəsi aşkar edilməmişdir Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı bildirir ki, müvafiq torpaq sahəsinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı mövcuddur.
TƏTBIQ EDILƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayəti mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Hazırda iddiaçının hüquq varisinin hüquqi marağı Bakı şəhəri XDS IK-nın 9-*** №-li, ##.##.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ***b/* saylı bağ sahəsinin mərhum atasına məxsus olmasına dair arayışın verilməsinə nail olmaqdan ibarətdir.
23. Işin hallarına görə Bakı şəhər XDS IK-nin ##.##.1989-cu il tarixli, */*** saylı qərarına əsasən Türkan bağ massivində *** nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin (16 nəfər) siyahısı təsdiq edilmişdir və həmin siyahıda 11-ci sırada İddiaçı da adı göstərilmişdir. Bu barədə Bakı şəhər Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatının Inkişafı və X5 bağlar massivindəki 105 №li kooperativin ** nömrəli, ##.##.1989-cu il tarixli orderi də mövcuddur.
24. İddiaçı ##.##.2024-cü ildə vəfat etmiş və o, prosessual hüquq varisi ilə əvəz olunmuşdur.
25. Hazırkı işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “texniki baxış keçirilən zaman bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu aşkar olunmuşdur. Lakin iş materialları ilə müəyyən edilir ki, digər şəxslərin həmin bağ sahəsi üzərində hüquqları qeydiyyata alınmamışdır. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd olmadan faktiki olaraq başqa şəxs tərəfindən istifadə olunması isə iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz.
26. Hazırkı iş üzrə torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün məhkəmə mühəndis-texniki ekspertizası təyin edilsə də, faktiki istifadəsində olan həmin torpaq sahəsinə baxış keçirilməsinə üçüncü şəxs tərəfindən şərait yaradılmadığı üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Öz növbəsində cavabdeh və üçüncü şəxs həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə hüquqmüəyyənedici sənədlərin olması, habelə iddiaçının torpaq sahəsinə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişlər.”
27. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.
29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı iddia ilə bağlı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
30. Belə ki, mərhum iddiaçının iddiasının təmin olunmasından imtina edən cavabdeh qurumun əsas dəlili “torpaq sahəsinin sxematik xəritəyə uyğun gəlmədiyi və onun başqa şəxs tərəfindən zəbt olunduğu” olsa da, işə baxmış məhkəmələr tərəfindən bu imtina əsası sonadək araşdırılmamışdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə mühəndis-texniki ekspertizası təyin edilsə də, üçüncü şəxs tərəfindən ekspertin torpaq sahəsinə baxış keçirməsinə şərait yaradılmadığı səbəbi ilə ekspertiza başa çatdırılmamış və nəticədə torpaq sahələrinin faktiki yerləşməsi, sərhədləri və bir-biri ilə üst-üstə düşüb-düşməməsi halı müəyyən edilməmişdir. Bu isə iş üzrə əsas mübahisəli məsələnin açıq qalmasına səbəb olmuşdur.
31. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mərhum iddiaçının iddia etdiyi bağ torpaq sahəsinin məhz üçüncü şəxsin istifadəsində və sahibliyində olan bağ torpaq sahəsinin yeri olması ilə bağlı yetəri qədər araşdırmalar aparılmamışdır. Bu barədə həm iddiaçıya ayrılmış ***b/* nömrəli bağ sahəsinin, həm də üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iddia etdiyi (hüquqmüəyyənedici sənədləri iş materiallarına əlavə olunmuşdur) bağ sahəsinin faktiki koordinatları və yerləşmə yeri müəyyən edilməmişdir. Halbuki məhz bu hal mübahisənin həlli üçün həlledici əhəmiyyət daşıyır. Torpaq sahələrinin eyni ərazidə yerləşib-yerləşmədiyi, bir-biri ilə üst-üstə düşübdüşmədiyi yalnız xüsusi bilik tələb edən mühəndis-texniki ekspertiza vasitəsilə müəyyən edilə bilər.
32. Odur ki, işin təkrar apelyasiya baxışı zamanı üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəmə icraatı zamanı təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə ayrılmış torpaq sahəsinin və İddiaçı ayrılmış torpaq sahəsinin ayrı-ayrılıqda naturada, daha sonra isə onların cavabdeh qurumda olan sxematik xəritəyə əsasən yerləri dəqiqləşdirilməli, hər iki torpaq sahəsinin naturada və sxematik xəritədə yerinin onların ayrılması barədə olan hüquqmüəyyənedici sənədlərə uyğunluğu aydınlaşdırılmalı, bundan sonra isə yerində müəyyən edilmiş koordinatların üst-üstə düşüb-düşmədiyi araşdırılmalıdır. Bu məqsədlə məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilə və mühəndis-texniki ekspertizası təyin edilə bilər. Bununla yanaşı, işin təkrar apelyasiya baxışı zamanı mərhum iddiaçı tərəfindən sağlığında iddia etdiyi bağ torpaq sahəsinə sahiblik və ondan istifadə edibetməməsi,
33. üçüncü şəxs- İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs inşa etdiyi bağ evinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə ayrılmış torpaq sahəsində yerləşib-yerləşmədiyi halları da araşdırılmalı və yalnız bundan sonra mübahisəyə düzgün hüquqi qiymət verilməlidir.
34. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.