Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1589/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh xxxx Publik Hüquqi Şəxsə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə üçüncü şəxsin icraata xitam verilməsi barədə qərardad; apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh xxxx Publik Hüquqi Şəxsə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X2 məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadlarından maraqlı şəxs üçüncü şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum həyat yoldaşı X2 məxsus olması haqqında arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Astara Rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı və ## ###### 2007-ci il tarixli “Torpaqların alğısatqısına dair” aktı ilə Bələdiyyə mülkiyyətində olan və alğı-satqı predmeti olan Astara şəhəri, Gənclər küçəsində yerləşən 400 kv.m olan torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə X2 mülkiyyətinə verilmişdir. Mübahisəli torpaq sahəsinin mərhum həyat yoldaşına məxsus qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə də təsdiqini tapmışdır. Cavabdehin torpaq sahəsi üzərində hüququn rəsmiləşdirilməsindən imtinası qanunsuzdur.
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, mərhum X2 tərəfindən Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında yerləşən, Astara Bələdiyyəsinin ## #### 2007 ci il tarixli ** saylı qərarı ilə ona ayrılmış 400 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı tərəflər arasında mübahisə olduğundan müayinə (çöl ölçmə işləri) aparılması mümkün olmamış və hüququn qeydiyyatından imtina edilmişdir.
4. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmiş və üçüncü şəxs2 iş üzrə üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
5. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının həyat yoldaşı X2 mübahisəli torpaq sahəsini 2007-2008-ci illər ərzində həmin vaxt Astara Bələdiyyəsinin sədri olmuş Məmmədov Məmməd ilə əlbir olaraq cinayət törətmək yolu ilə əldə etmək istəyirdi. Hətta, özlərinin əməllərinə “hüquqi libas” geyindirmək üçün X1 Rayon Polis şöbəsinə müraciət edərək xahiş etmişdir ki, guya onun aldığı torpağa daxil olmasına onun maneçiliyinin qarşısını almaq üçün tədbir görülsün. Bunula bağlı Kərimovun bu torpaq sahəsinə dair heç bir hüququ olmadığı üçün ##.##.2008-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir.
6. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Astara rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı Qərarı və ## ###### 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında ünvan 2) ünvanında fərdi yaşayış evi tikmək məqsədilə X2 mülkiyyətinə verilmiş ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçı İddiaçı mərhum həyat yoldaşı X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Pərvanə Qurbanova).
7. Üçüncü şəxs üçüncü şəxs2 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardad ilə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərardadı üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissədə ləğv edilmişdir (hakimlər - Ceyhun Quliyev (sədrlik edən və məruzəçi), Fikrət Hüseynov və Mirlətif Sadıqov).
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxılarkən də ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi sübut edilir ki, üçüncü şəxs1 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə X2 ayrılmış ünvan 1 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növünün həyətyanı torpaq sahəsi olması müəyyən edilir. Torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. üçüncü şəxs1 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə X2 ayrılmış ünvan 1 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsi (iddia edilən faktiki koordinatlarına əsasən) faktiki olaraq Mirzəyeva Zübeydə Ismayıl qızının istifadəsindədir. cavabdeh1 Publik Hüquqi Şəxsi ** saylı Lənkəran ərazi idarəsinin ##.##.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Hazırki iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsi JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin koordinatları ilə üst-üstə düşmür. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir və üçüncü şəxs2 qızının zəbt torpaq sahəsində yerləşir.” Beləliklə, şərh olunan sübutlarla müəyyən edilir ki, iddiaçının mərhum ərinə Astara Rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolundan çıxarış və ## ###### 2007-ci il tarixli “Torpaqların alğı-satqısına dair” aktı ilə ayrılmış torpaq sahəsi hər hansı hüquq müəyyənedici sənəd olmadan üçüncü şəxs üçüncü şəxs2 tərəfindən istifadə edilir. Qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin məhz qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, həmçinin birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq üçüncü şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamış və qərar həmin şəxs üçün vəzifə və öhdəlik yaratmır. Başqa sözlə, mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X2 məxsus olması haqqında arayışın verilməsi nəticəsində qanunla qorunan maraqlarına toxunması halını sübut etmək üçün üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması ilə bağlı sübut təqdim edilməli və yaxud bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməli idi. Hazırkı iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissədə ləğv edilməlidir.
10. üçüncü şəxs2 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı digər qərardadı ilə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş, üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir (hakimlər - Ceyhun Quliyev (sədrlik edən və məruzəçi), Fikrət Hüseynov və Mirlətif Sadıqov).
12. Apellyasiya instansiyası məhkəməsi həmin qərardadı onunla əsaslandırmışdır ki, icraatın bütün iştirakçıları kimi üçüncü şəxsə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün qəbul edilmiş məhkəmə qərarı ilə onun tələblərinin təmin olunmaması, həmçinin qanunla qorunan hüquq və maraqlarına təsir halı baş verməlidir. Hazırkı iş üzrə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mərhum ərinə Astara Rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolundan çıxarış və ## ###### 2007-ci il tarixli “Torpaqların alğı-satqısına dair” aktı ilə ayrılmış torpaq sahəsi hər hansı hüquq müəyyənedici sənəd olmadan üçüncü şəxs üçüncü şəxs2 tərəfindən istifadə edilir. Mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X2 məxsus olması haqqında arayışın verilməsi nəticəsində qanunla qorunan maraqlarına toxunması halını sübut etmək üçün üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması ilə bağlı sübut təqdim edilməli və yaxud bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməli idi. Torpaq sahəsinin zəbt edilməsi və istifadə edilməsi isə hüquqi əsas sayılmır və bu, mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil. Bu baxımdan birinci instansiya məhkəməsi üçüncü şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən üçüncü şəxs2 birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ istisna edilir.
13. üçüncü şəxs2 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətlərinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilmişdir ki, prosessual pozuntu ilə icraata qəbul edilmiş iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılır və həmin məhkəmə aktı birbaşa Konstitusiya hüquqlarını pozur. Astara Rayon Prokurorluğu bu işi tam, hər tərəfli və obyektiv araşdıraraq müəyyənləşdirmişdir ki, X3 şəhər bələdiyyəsinin sədri olmuş Məmmədov Məmməd ilə əlbir olaraq onun 50 ildən artıq müddətdir ki, istifadəsində olan torpaq sahəsini iki dəfə saxta olaraq sənədləşdirib. Bu əmələ hüquqi qiymət verilməklə cinayət tərkibi olduğunu qərarda qeyd edilmişdir. Cinayəti törətmış Kərimov Vidadi və Məmmədov Məmməd öldükləri üçün Cinayət işinin başlanması rədd edilmişdir. X4 Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi idarəsinə müraciət olunmuş, buna görə də həmin idarə tərəfindən torpaq sahəsinə yerində baxış keçirilməsi üçün mübahisəli torpaq sahəsinə gedilmiş, həmin vaxt cavabdeh üçüncü şəxs2 tərəfindən maneçiliklər yaradılaraq, torpaq sahəsinin ölçülməsinə maneələr yaradılmışdır.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
15. Tərəflər kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
16. Inzibati Prosessual Məcəllə Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması Maddə 28.1. Iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 29. Inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixi qərarı
18. “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** nömrəli qərardadı
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadları bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətlərdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından üçüncü şəxsin icraatda iştirakını və onun şikayət vermə hüquqlarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.
24. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadlarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 25.Kassasiya şikayətlərinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, IPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
26. Ümumi qaydaya görə, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.
27. Bu baxımdan işin halları təhlil edildikdə müəyyən olunur ki, üçüncü şəxs1 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə X2 ayrılmış ünvan 1 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növünün həyətyanı torpaq sahəsi olması müəyyən edilir. Torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. üçüncü şəxs1 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə X2 ayrılmış ünvan 1 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsi (iddia edilən faktiki koordinatlarına əsasən) faktiki olaraq üçüncü şəxs2 Ismayıl qızının istifadəsindədir.
28. Həmçinin cavabdeh1 Publik Hüquqi Şəxsi ** saylı Lənkəran ərazi idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Hazırki iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsi JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin koordinatları ilə üst-üstə düşmür. iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir və üçüncü şəxs2 zəbt torpaq sahəsində yerləşir.” Beləliklə, şərh olunan sübutlarla müəyyən edilir ki, iddiaçının mərhum ərinə Astara Rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolundan çıxarış və ## ###### 2007-ci il tarixli “Torpaqların alğı-satqısına dair” aktı ilə ayrılmış torpaq sahəsi hər hansı hüquq müəyyənedici sənəd olmadan üçüncü şəxs üçüncü şəxs2 tərəfindən istifadə edilir. Analoji faktlar X2 üçüncü şəxs2 qarşı Astara Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında 400 kv.m (0.04 hektar) torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına, DƏDRX-nin ** saylı Lənkəran Ərazi Idarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün cavabdeh üçüncü şəxs2 tərəfindən yaradılan süni maneələrin (400 kv.m torpaq sahəsinin ölçülməsinə və digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyi) və qanunsuz hərəkətlərinə son qoyulması tələbi üzrə Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2012-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir.
29. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin məhz qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırkı iddia icraatı üzrə üçüncü şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün vəzifə və öhdəlik yaratmır. Başqa sözlə, mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X2 məxsus olması haqqında arayışın verilməsi nəticəsində qanunla qorunan maraqlarına toxunması halını sübut etmək üçün üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması ilə bağlı sübut təqdim edilməli və yaxud bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməli idi.
30. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi Şirvan Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadının üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilməsində haqlı olmuşdur.
31. Həmçinin qeyd edilməlidir ki, üçüncü şəxs2 üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verildiyindən, beləliklə hazırkı məhkəmə icraatının iştirakçısı sayılmadığından, onun həmin iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermək hüququ da istisna edilir. Belə ki, IPM-in 81.1 və 81.2-ci maddəsinə əsasən, birinci instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərardadları kassasiya şikayətləri verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 0# ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadları dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.