Məhkəmə qərarları › İş №2-1(1-8)-1596/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1596/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1596/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan RespublikasıXnin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birdəfəlik sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan RespublikasıXnin tabeliyində Cavabdeh qarşı “birdəfəlik sığorta ödənişinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-ci il ## #### tarixli, *-*(*-*)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı Birinci Qarabağ müharibəsində ikinci dərəcə əlilliyi müəyyən edilmiş, hərbi qulluqçu olan mərhum X1 Ismayıl oğluna ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində birdəfəlik ödəmənin vərəsəsi olaraq ona verilməsinə nail olmaq istəyir. Iddiaçı həmin tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı İddiaçı Azərbaycan Respublikası cavabdehX tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Birinci Qarabağ müharibəsində ikinci dərəcə əlilliyi müəyyən edilmiş, hərbi qulluqçu olan mərhum X1 Ismayıl oğluna ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 Ismayıl oğlu ## #### 1972ci ildə anadan olmuş və Birinci Qarabağ müharibəsi zaman Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və ona ikinci dərəcə əlillik verilmişdir. Ona Azərbaycan RespublikasıX tərəfindən əlillik vəsiqəsi verilmiş və Qarabağ Əlillər Cəmiyyətinin üzvü olmuşdur. X2 Müharibəsində əlil olduqdan sonra uzun müddət sağlamlığı bərpa edilməmiş və həmin xəsarətlər səbəbindən ## ###### 2000-ci il tarixdə vəfat etmişdir. X1 Ismayıl oğlu heç vaxt ailə qurmamış, övladı olmamışdır. Oğlu qanunla 1-ci dərəcə vərəsəsi hesab edilən yaxın qohumu olmadığından, 2-ci dərəcəli vərəsəsi olaraq oğluna verilməli olan güzəşt və imtiyazlardan istifadə etmək istəyir. 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin ## ###### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş Qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçularına və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsini tənzimləyir. Birdəfəlik ödəmənin məbləği Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli **** nömrəli Fərmanı ilə aşağıdakı kimi müəyyən olunub: İ dərəcə əlilliyə görə - 8 800 manat; II dərəcə əlilliyə görə - 6 600 manat; III dərəcə əlilliyə görə - 4 400 manat. Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır: 1997-ci il ######un #-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər; Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər; Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər; Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər; Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri. Birdəfəlik ödəmə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına ödənilir. Birinci Qarabağ müharibəsi əlillərinə verilən birdəfəlik ödəmələr 1997-ci il ######un #-dək olan müddət dövründə hərbi xidmətdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları və ya onların vərəsələrinə şamil olunur. X1 Ismayıl oğlu da hərbi qulluqçu olmuş və müharibə zamanı yaralanması ilə əlaqədar əlilliyi müəyyən edilmişdir. 1997-ci il ######un #-dək olan xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, sonradan reabilitasiya olunmuş şəxslər və ya onların vərəsələri də sığorta ödənişi almaq hüququna malikdirlər. O, Şirinov Kamil Ismayıl oğlunun vərəsəsi olaraq birdəfəlik ödəmənin verilməsi üçün ərizə, şəxsiyyət vəsiqəsi və digər sənədlərlə, eləcə də oğlu barəsində əlilliyin 1997-ci il ######un #-dək olan xidmət dövrü ilə bağlı təyin edilməsinə dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.) almaq üçün tibbi-sosial ekspertiza komissiyasına müraciət etsə də, müraciətinə formal cavab verilmiş, daha sonra Azərbaycan RespublikasıXnin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə isə ona mərhum Şirinov Kamil Ismayıl oğlunun sosial ödənişlərə dair sənədlərinin aşkar olunmaması, müvafiq sənədlərin əldə edilməsi üçün aidiyyəti üzrə müraciət etməli olduğu bildirilmişdir. 1997-ci il ######un #-dək olan dövrə aid xidmətlə əlaqədar xəsarət almış, əlilliyin müəyyən edilməsi tarixindən asılı olmayaraq 1997-ci il ######un #-dək olan xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının və ya onların vərəsələrinin də birdəfəlik ödəniş almaq hüququ var. Birdəfəlik ödəmə almaq hüququ olan şəxsin əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və hərbi xidməti vəzifələrinin icrası səbəbindən qazanılmasına baxmayaraq sonradan əlillik səbəbi dəyişərsə, bu halda da ona və ya vərəsələrinə birdəfəlik ödəmə verilməlidir. O, 2022-ci ilin dekabr ayından hal-hazırkı vaxtadək, X1 Ismayıl oğlunun ikinci dərəcə əlilliyi ilə əlaqədar birdəfəlik ödəmənin verilməsi üçün müraciət etməyinə baxmayaraq müraciətinə formal cavablar verilməklə, ödənişin həyata keçirilməsindən imtina edirlər.

4. Cavabdehin iddia ərizəsinə dair verdiyi yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı bundan əvvəl ##.##.2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Iddiaçının müraciətinə ##.##.2022-ci il tarixli *********** nömrəli məktubla imtina verilmişdir. Bundan narazı qalan iddiaçı Məhkəməyə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: İ dərəcə əlilliyə görə - 80 faiz; II dərəcə əlilliyə görə - 60 faiz; III dərəcə əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanına əsasən 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur: 1.1.1 dərəcə əlilliyə görə - 8 800 manat; 1.2. II dərəcə əlilliyə görə - 6 600 manat; 1.3. III dərəcə əlilliyə görə - 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1-1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. Iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanın 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısı onların xidmət etdikləri aidiyyəti dövlət qurumları tərəfindən Azərbaycan RespublikasınınXnə təqdim edilir. 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Şirinov Kamil Ismayıl oğlunun xəsarət almağı barədə məlumatlar Nazirliyə təqdim edilmədiyindən xidmət etdiyi qurumun hərbi-həkim komissiyasına müraciət etdikdən sonra 10 iş günü ərzində sosial.gov.az saytında “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq birdəfəlik ödəmənin təyinatı ilə bağlı qərarın nəticəsini yoxlamaq, qərar dəyişmədiyi halda yenidən həmin qurumun hərbi-həkim komissiyasına müraciət etmək tövsiyə olunur. X4 icbari şəxsi sığorta məsələləri departamentinin ##.##.2023-cü il tarixli *-**-*/*- *-*****/**** nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli, **** nömrəli Fərmanının 7-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının” siyahısı onların xidmət etdikləri aidiyyəti dövlət qurumları tərəfindən Nazirliyə təqdim edilir. 1997-ci il # ###### tarixinədək xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin X9 sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il # ###### tarixli, *** nömrəli Qərarına əsasən müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının tibbi sənədləri (hərbi həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyinin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticə hissəsindən çıxarış, ölüm haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə Fondun qəbul şöbələri və ya “DOST” mərkəzləri vasitəsilə Fonda təqdim edilməlidir. Eyni zamanda Şirinov Kamil Ismayıl oğlunun 1997-ci ilin # ###### tarixinədək aldığı xəsarətlə (baş vermiş xəstəliyi ilə) əlaqədar əlilliyi olubsa, bu faktın təsdiq olunması üçün Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilməsi tövsiyə olunur. Həmin fakt təsdiqləndiyi halda İddiaçı vərəsə kimi birdəfəlik ödəmə verilməsi məsələsinə yenidən baxıla bilər.

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin məhkəməyə təqdim etdiyi ## ####### 2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum Şirinov Kamil Ismayıl oğlu ## ###### 1995-ci il tarixində “Odlu silah dəlib keçən güllə yaralanması nəticəsində baldırın hər iki sümüyünün, qüsurunun (6,5x5 sm) Ilizarov aparatı ilə antrotraks plantantla böyük qamış sümüyündə keçirilmiş əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının N nömrəli hərbi hissəsində Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin sənəddə 1987-ci il tarixli *** nömrəli əmrin 39-a maddəsinin İ bəndinə əsasən, hərbi xidmətə yararsız, hərbi qeydiyyatdan çıxarılmaq şərti ilə, yaralanmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı göstərilmişdir.

6. Şirvan Inzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim P.Qurbanova) iddia təmin edilmiş, iddiaçının mərhum oğlu İddiaçı 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində birdəfəlik ödəmənin iddiaçı İddiaçı verilməsi öhdəliyi cavabdehX tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum X1 Ismayıl X2 müharibəsi zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və ona 2-ci dərəcə əlillik verilmişdir. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum Şirinov Kamil Ismayıl oğlu ##.##.1995-ci il tarixdə “Odlu silah dəlib keçən güllə yaralanması nəticəsində baldırın hər iki sümüyünün, qüsurunun (6,5x5 sm) Ilizarov aparatı ilə antrotraks plantantla böyük qamış sümüyündə keçirilmiş əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (N nömrəli hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. 1987-ci il *** nömrəli əmrin 39 a maddəsinin, İ bəndinə əsasən hərbi xidmətə yararsız, hərbi qeydiyyatdan çıxmaq şərti ilə. Yaralanma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb. Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (N nömrəli hərbi hissədə) ##.##.1995- ##.##.1995-ci ilə məxsus “Hərbi Həkim Komissiyasının Iclas Protokolları” kitabının 28-ci səhifəsində olan 98-ci sayındakı qeyd. Cavabdehin imtinasının əsasını Şirinov Kamil Ismayıl oğlunun 1997-ci il ######un #-dək olan xidmət dövründə aldığı xəsarətlə bağlı məlumatların vaxtilə xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilmiş olmasına baxmayaraq onun əlilliyinə dair MEIS-də məlumatın mövcud olmaması təşkil edir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd etmişdir ki, Qarabağ Əlillər Cəmiyyətinin **** nömrəli vəsiqəsindən müəyyən olunur ki, Şirinov Kamil Ismayıl oğlu Respublikanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda Qarabağda və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etmiş və 2 qrup əlil olmuşdur. Həmçinin ****** nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, Şirinov Kamil Ismayıl oğlu 2-ci qrup əlil olmuşdur. Bundan əlavə,X Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Agentliyin arxiv sənədləri arasında araşdırma nəticəsində əldə edilən məlumatlara əsasən vətəndaşa dair ##.##.1998-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə protokol məlumatı mövcuddur. Belə ki, * nömrəli Zona TSEK-in Səyyar iclaslarının Nizami rayonu üzrə ##.##.1998-##.##.1998-ci illərə dair * nömrəli X6 Kamil Ismayıl oğlu barəsində ikinci dərəcə təkrar əlillik təyinatı barədə qeyd vardır. Məhkəmə müəyyən etmişdir ki, ##.##.1972-ci il tarixli, *** saylı doğum haqqında akt qeydindən görünür ki, Şirinov Kamil Ismayıl oğlu ##.##.1972-ci ildə Füzuli rayonunda anadan olmuş, atası İddiaçı, anası X3r. O, heç vaxt nikaha daxil olmamış, övladları olmamış və ##.##.2000-ci il tarixdə vəfat etmişdir. Həmçinin Ədliyyə Nazirliyi Füzuli Rayon Notariat Ofisinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sisteminə baxış zamanı ## #### 1972-ci ildə anadan olmuş, ## ###### 2000-ci ildə vəfat etmiş Şirinov Kamil Ismayıl oğlu barəsində Füzuli rayon notariat ofisində vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanına əsasən, 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları xidmət keçdiyi qurum tərəfindən Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin X9 sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il # ###### tarixli *** nömrəli Qərarının 2.6cı bəndinə uyğun olaraq müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, ərizə nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsi, tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməklə müraciət olunur. Beləliklə də, iddiaçı birdəfəlik ödəmənin mərhum oğlunun vərəsəsi kimi ona verilməsi üçün qanunvericinin müəyyən etdiyi şəxslər kateqoriyasına daxildir və cavabdehin imtinasının əsasını təşkil edən hal, yəni mərhum Kamil Şirinovun əlilliyinin mövcud olmaması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmadığından ona münasibətdə sığorta ödənişi ödənilməlidir.

8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə (hakimlər C.Quliyev /sədrlik edən və məruzəçi/, F.Hüseynov və M.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlilləri olan - Şirinov Kamil Ismayıl oğlunun əlilliyi ilə bağlı (ekspertiza üçün əhəmiyyətli sayılan müayinə aktının və TSEK arayışın), sosial ödəniş alması barədə məlumatların olmaması, o cümlədən birdəfəlik ödəmənin verilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməməsi ilə bağlı məsələlərə münasibətdə qeyd etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Kamil Ismayıl oğluna ##.##.1998-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə protokol məlumatı mövcuddur. Həmin məlumatları əks etdirən protokol kitabından çıxarış iş materiallarına əlavə edilmiş, protokolda imzalar və hüquqi şəxsin möhürü mövcuddur. Aydın məsələdir ki, əlillik təyinatı ilə bağlı qərar əlillik təyinatı barədə protokol məlumatlarına əsaslanmalıdır. Müayinə aktının və TSEK arayışının olmaması (saxlanmaması, bu barədə məlumatın aşkar edilməməsi) iddiaçının təqsiri deyil və qeyd edilən hal onu hüququndan məhrum edə bilməz. Təxminən 30 ilə yaxın bir müddətin keçməsi baxımından başqasına məxsus sənədin (TSEK arayışının) iddiaçıda olmaması da normal qarşılanmalıdır. Bundan başqa, Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Kamil Ismayıl oğluna ##.##.1998-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə protokol məlumatındakı qeydlərə baxıldıqda görünür ki, ##.##.1995-ci il tarixli ** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də Şirinov Kamil Ismayıl oğluna təyin edilmiş diaqnoz ilə şəxsə 1998-ci ildə təkrar ikinci dərəcəli əlillik təyin edilən zaman qoyulmuş diaqnoz eynidir. Bu hal isə bir daha Şirinov Kamil Ismayıl oğluna münasibətdə əlillik təyinatı barədə protokol məlumatındakı qeydlərin mötəbərliyini təsdiq edir. Həmçinin oda nəzərə alınmalıdır ki, Şirinov Kamil Ismayıl oğluna təkrar əlillik təyin edilən zaman (1998) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin “Ümumi müddəalar” adlanan 1-ci bəndinin 7-ci abzasına görə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilirdi. “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Şirinov Kamil Ismayıl oğlunun sosial ödəniş alması barədə məlumatın olmaması da vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, tələb edilən birdəfəlik müavinətin ödənilməsi məsələsi sosial ödənişin alınıb-alınmaması məsələsindən asılı deyil. Vərəsəlik hüququ haqqında şəhadətnamə məsələsinə münasibətdə isə bildirilir ki, iddiaçı (ata) Şirinov Kamil Ismayıl oğlunun birinci növbədə vərəsəsidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ###### 2022ci il Plenumunun Qərarına görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il ######ın #-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.

11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində iddia tələbinə dair etirazda göstərdiyi dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçıya dair bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə protokol məlumatı mövcud olsa da, vətəndaşa dair ekspertiza üçün əhəmiyyətli sayılan müayinə aktı və TSEK arayışı olmadığından protokol məlumatı ilə üzləşdirilməsi mümkün olmamış və Nazirliyin X9 sisteminin “Əlillik” altsisteminə şəxsin əlillik məlumatlarının daxil edilməsi mümkün olmamışdır. ... Şəxsin əlilliyinin qiymətləndirilməsi üçün ilkin növbədə göndəriş olmalıdır. Lakin mərkəzləşdirilmiş informasiya sisteminə əsasən mərhum K.Şirinova dair heç bir müayinə aktı, göndəriş, rəy və buna dair hər-hansı məlumatlar aşkar edilməmişdir. Eyni zamanda, iş materiallarında olanXnin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli məktubuna əsasən Mərkəzi Filialın arxivində, sosial ödənişlər alt sistemində mərhum K.Şirinova aid sosial müavinət alması barədə heç bir məlumat aşkarlanmamışdır. Bununla yanaşı, iş materiallarında olanXnin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda Mərkəzi Filialın arxivində, sosial ödənişlər alt sistemində mərhum K.Şirinov barədə hər hansı bir məlumat aşkarlanmadığı qeyd edilmişdir. Iş materiallarında olanXnin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli məktubuna əsasən X9 sisteminin “Əlillik” altsistemində və Tibbi-Sosial Ekspert Komissiyasının arxiv sənədlərində mərhum K.Şirinovun əlillik təyinatına dair aid sosial müavinət alması barədə heç bir məlumat aşkar edilməmişdir. Şəxsin əlilliyinin qiymətləndirilməsi və təyin edilməsinə dair bütün məlumatlar elektronlaşdırılmışdır. Cavabdeh tərəfindən elektron sistemdən çıxarışlar və müvafiq məktubların məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə kollegiyası tərəfindən mötəbər dəlilləri qərar qəbul edilərkən nəzərə alınmamışdır.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

14. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, Şirinov Kamil Ismayıl oğlu ## ###### 1995-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar odlu silahdan güllə yaralanması nəticəsində xəsarət almışdır. Həmin xəsarətlə əlaqədar o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının N nömrəli hərbi hissəsində Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və 1987-ci il tarixli *** nömrəli əmrin 39-a maddəsinin İ bəndinə əsasən hərbi xidmətə yararsız, hərbi qeydiyyatdan çıxarılmaq şərti ilə, yaralanmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin məhkəməyə təqdim etdiyi ## ####### 2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda əks olunan bu məlumatlar Kamil Şirinovun hərbi xidmət dövründə xəsarət almasının və həmin xəsarətin Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı olmasının rəsmi sənədlə təsdiq edildiyini göstərir. Başqa sözlə, iş üzrə mərhumun hərbi xidmət keçməsi, xidmət zamanı xəsarət alması və həmin xəsarətin Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olması barədə müvafiq sənəd mövcuddur.

20. Iş materiallarından həmçinin müəyyən olunur ki, Azərbaycan RespublikasıXnin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ###### 2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubuna əsasən, Agentliyin arxiv sənədlərində Şirinov Kamil Ismayıl oğluna ## ### 1998-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbdən bir il müddətinə II dərəcə təkrar əlillik təyin edilməsinə dair protokol məlumatı mövcuddur.

21. Məhkəmə kollegiyası hesab edir ki, həmin məlumatın hüquqi əhəmiyyəti ondan ibarətdir ki, əlilliyin təyin edilməsinin səbəbi kimi məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi göstərilmişdir. Bu hal isə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin məlumatları ilə birlikdə qiymətləndirildikdə, Kamil Şirinovun hərbi xidmət zamanı aldığı xəsarət ilə sonradan müəyyən edilmiş əlilliyi arasında əlaqənin mövcudluğu barədə nəticəyə gəlməyə əsas verir. Bu baxımdan, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iş üzrə mövcud olan sübutlara verdiyi qiymətlə razılaşır.

22. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Şirinov Kamil Ismayıl oğlunun 1997-ci il ######un #-dək olan xidmət dövründə aldığı xəsarətlə bağlı məlumatlar vaxtilə xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilmiş olsa da, onun əlilliyinə dair məlumat X9 Sistemində mövcud olmamış, eləcə də əlilliyin müəyyən edilməsinə əsas olan müayinə aktı, TSEK arayışı və digər tibbi sənədlər aşkar edilməmişdir. Cavabdeh hesab edir ki, bu səbəbdən Kamil Şirinovun əlilliyinin müvafiq qaydada müəyyən edilməsi təsdiq olunmadığından, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli, **** nömrəli Fərmanına əsasən birdəfəlik ödəmənin verilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmır. Belə ki, cavabdehin istinad etdiyi hal, yəni mərhumun əlilliyi barədə məlumatın X9 Sistemində mövcud olmaması öz-özlüyündə onun əlilliyinin vaxtilə müəyyən edilmədiyi və ya iş üzrə digər sənədlərlə təsdiqlənən halların hüquqi əhəmiyyət daşımadığı nəticəsinə gətirib çıxarmır.

24. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işdə əlilliyin müəyyən edilməsi ilə bağlı məlumat yalnız iddiaçının izahatından və ya sonradan tərtib edilmiş sənəddən ibarət deyildir. Əksinə, Agentliyin arxivində ## ### 1998-ci il tarixdən Kamil Şirinovun II dərəcə təkrar əlilliyinin müəyyən edilməsi barədə protokol məlumatı mövcuddur. Həmin məlumatın mövcudluğu dövlət orqanının arxiv sənədləri ilə təsdiq edilir.

25. Digər tərəfdən, həmin protokol məlumatı Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin ## ####### 2025-ci il tarixli məktubunda göstərilən məlumatlarla da uzlaşır. Belə ki, hərbi-həkim sənədində Kamil Şirinovun aldığı odlu silah yaralanması, həmin yaralanmanın xarakteri və yaralanmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı baş verməsi göstərilmişdir. Agentliyin arxiv məlumatında da ## ### 1998-ci il tarixdən onun əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqələndirilmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sənədlər birlikdə qiymətləndirildikdə, Kamil Şirinovun hərbi xidmət zamanı aldığı xəsarət və həmin xəsarətlə əlaqədar əlilliyinin müəyyən edilməsi barədə kifayət qədər ardıcıl və bir-birini tamamlayan dolayı sübutlar mövcuddur. Bu sübutların həqiqiliyini və ya mötəbərliyini təkzib edən hər hansı əsaslı sübut isə iş materiallarında müəyyən edilmir.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Agentliyin ## ###### 2024-cü il tarixli məktubunda müayinə aktının və TSEK arayışının aşkar edilmədiyi, bu səbəbdən protokol məlumatlarının digər sənədlərlə üzləşdirilməsinin və əlillik barədə məlumatların X9 Sisteminin “Əlillik” altsisteminə daxil edilməsinin mümkün olmadığı göstərilmişdir.

28. Lakin bu halın hüquqi nəticəsi həmin şəxsin əlilliyinin heç vaxt müəyyən edilmədiyi qənaətinə gəlmək olmamalıdır. Əksinə, burada söhbət bir vaxtlar mövcud olmuş tibbi-sosial ekspertiza sənədlərinin sonradan arxivdə aşkar edilməməsindən gedir. Təxminən otuz il əvvəl baş vermiş hadisəyə dair sənədlərin hazırda arxivdə saxlanılmaması və ya onların aşkar edilməməsi iddiaçının iradəsindən asılı olmayan haldır. Iddiaçı tərəfindən tərtib edilməyən və başqa dövlət orqanlarının fəaliyyətinə aid olan sənədlərin sonradan onun tərəfindən təqdim edilməsinin mümkün olmaması şəxsin hüququnun həyata keçirilməsinə maneə kimi qəbul edilə bilməz.

29. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, konkret iş üzrə hüquqi əhəmiyyət daşıyan halların müəyyən edilməsini yalnız X9 Sistemində müvafiq məlumatın mövcudluğu ilə şərtləndirmək düzgün olmazdı. Əks yanaşma, arxiv sənədlərinin sonradan saxlanılmaması və ya elektron sistemə keçirilməməsi nəticəsində yaranmış texniki və təşkilati xarakterli halların şəxsin hüququna mənfi təsir göstərməsi ilə nəticələnərdi.

30. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin mövqeyinin əsasını təşkil edən “əlilliyin müəyyən edilməsinə dair məlumatın MEIS-də mövcud olmaması” halı iş üzrə digər dolayı sübutların qiymətləndirilməsi imkanını aradan qaldırmır. Əksinə, inzibati mübahisədə hüquqi əhəmiyyət daşıyan faktlar iş materiallarında olan bütün sübutların məcmusu əsasında müəyyən edilməlidir.

31. Hazırkı işdə isə belə sübutlar mövcuddur. Bir tərəfdən, Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin məlumatları Kamil Şirinovun Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətlə əlaqədar xəsarət aldığını təsdiq edir. Digər tərəfdən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin arxiv məlumatları həmin xəsarətin səbəbi ilə əlaqələndirilən II dərəcə təkrar əlillik təyinatının mövcudluğunu təsdiq edir. Bu iki məlumatın bir-biri ilə uzlaşması isə iş üzrə nəticənin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhz bu sübutları qarşılıqlı əlaqədə qiymətləndirməklə düzgün nəticəyə gəlmişlər.

32. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin mərhum Kamil Şirinovun sosial ödəniş almasına dair məlumatların aşkar edilməməsinə istinad etməsinə də münasibət bildirərək qeyd edir ki, birdəfəlik ödəmənin verilməsi üçün əsas olan hüquqi şərtlər sırasında həmin şəxsin əvvəlki dövrdə sosial ödəniş alması tələbi nəzərdə tutulmamışdır. Buna görə də sosial ödəniş barədə məlumatın arxiv və ya elektron informasiya sistemlərində aşkar edilməməsi mübahisəli birdəfəlik ödəmənin verilməsi hüququnu özlüyündə istisna edən hal hesab edilə bilməz. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi bu məsələni araşdırmış və cavabdehin həmin dəlilini əsaslı hesab etməmişdir.

33. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının mərhumun vərəsəsi kimi birdəfəlik ödəməni tələb etmək hüququnun olub-olmaması məsələsinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyini də əsaslı hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ###### 2022-ci il Plenumunun Qərarına görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il ######ın #-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Bu baxımdan, birdəfəlik ödəmənin alınması üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin mütləq təqdim edilməsini tələb etmək hazırkı mübahisənin xüsusiyyətləri baxımından əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə mübahisənin əsasını təşkil edən məsələ Kamil Şirinovun qanunvericilikdə nəzərdə tutulan kateqoriyaya aid olubolmamasıdır.

34. Iş üzrə müəyyən edilmiş hallar onun 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xəsarət almasını və həmin xəsarətin səbəbi ilə əlaqədar II dərəcə əlilliyinin müəyyən edilməsinə dair arxiv məlumatının mövcudluğunu təsdiq edir.

35. Beləliklə, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq hesab edir ki, işin faktiki və hüquqi hallarının sistemli təhlili cavabdehin üzərinə mərhum Şirinov Kamil Ismayıl oğluna II dərəcə əlilliyinə uyğun olaraq ödənilməli olan 6600 manat məbləğində birdəfəlik ödəmənin onun vərəsəsinə verilməsi öhdəliyinin qoyulmasını əsaslı edir.

36. Məhkəmə kollegiyası nəticəyə gələrkən onu da nəzərə alır ki, mübahisəli ödənişin verilməsindən imtina yalnız tələb olunan sənədlərin bir qisminin hazırda arxivdə və elektron informasiya sistemində aşkar edilməməsi ilə əsaslandırılmışdır. Halbuki iş üzrə mövcud olan digər rəsmi sənədlər həmin sənədlərdə əks olunmuş məlumatları təsdiq edir və onların arasında ziddiyyət mövcud deyildir. Bu səbəbdən, sənədlərin sonradan aşkar edilməməsi iddiaçının hüququnu aradan qaldıran hal kimi qəbul edilə bilməz.

37. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri iş üzrə əhəmiyyətli halları tam müəyyən etmiş, təqdim edilmiş sübutları düzgün qiymətləndirmiş və mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişlər.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan RespublikasıXnin tabeliyində Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-ci il ## #### tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar