Məhkəmə qərarları › İş №2-1(1-8)-1653/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1653/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1653/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayət verilməsi müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı (üçüncü şəxs qismində üçüncü şəxs1 cəlb edilməklə) “ilkin qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı (3-cü şəxslər üçüncü şəxs1 və Bakı şəhəri ** saylı Notariat Ofisi işə cəlb edilməklə) C**** saylı, ##.##.1963-cü il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin X1 adına ##.##.2016-cı il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında cavabdeh tərəfindən RX seriyalı, ******* nömrəli çıxarışın (qeydiyyat nömrəsi: 1116057382) ləğv olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

2. Bakı Inzibati Məhkəməsinin 2023-cü il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi cavabdeh Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır.

3. Bakı Inzibati Məhkəməsinin 2023-cü il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, C**** saylı, ##.##.1963-cü il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair X1 adına ##.##.2016-cı il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın (qeydiyyat nömrəsi: 1116057382) ləğv olunması öhdəliyi cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir (hakim Aygün Abdullayeva).

4. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində birinci icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2024-cü il ## ######## tarixli, 2 *(***)-****/**** nömrəli qərarı ilə Bakı Inzibati Məhkəməsinin 2023-cü il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və Ş.Məmmədova).

6. Iddiaçı qeyd olunan qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

c) kassasiya instansiya məhkəməsində birinci icraat

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2024-cü il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (Hakimlər - Sərvər Vəliyev (məruzəçi), Səyyad Kərimov və Zakir Quliyev).

ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarı qismən ləğv edilmiş, iddia qismən təmin edilməklə Bakı şəhəri X3 Icraiyyə Komitəsi tərəfindən verilmiş C**** saylı, ##.##.1963-cü il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair X1 adına ##.##.2016-cı il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında aparılmış sonrakı qeydiyyatın ½ hissədə ləğv olunması öhdəliyi cavabdeh cavabdeh1 X2 həvalə olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

9. Iddiaçı qeyd olunan qərardan kassasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

Tərəflərin dəlilləri, kassasiyanın mümkünlüyü

10. Iş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

13. Belə ki, iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən ##.##.2026-cı il tarixli, 2 *(***)-****/**** nömrəli qərarı ##.##.2026-cı il tarixdə iddiaçının vəkili və nümayəndəsi vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin vəkil2 “Inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” da elektron kabinetinə yerləşdirilmişdir.

14. Lakin iddiaçının vəkili və nümayəndəsi vəkil2 apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından kassasiya şikayətini ##.##.2026-cı il tarixdə vermiş, bununla da qanunvericilikdə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 ay prosessual müddəti ötürmüşdür.

15. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə kollegiyası iş materiallarına istinad edərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə qərarla birlikdə göndərilmiş izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. Inzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

16. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

18. Izahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, 2 *(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar