Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1688/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sabiq hakimə pensiya hesablanmasının xüsusiyyətləri, nəzərə alınmalı ödəmələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il tarixli, 2-1(103) ***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. İddiaçı Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli Sərəncamı ilə Tovuz Rayon Məhkəməsinin hakimi təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin ## #### 2010-cu il tarixli Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilmiş, Məhkəmə-Hüquq Şurasının ##.##.2025-ci il tarixli qərarı ilə onun hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınmaqla səlahiyyətlərinə xitam verilmişdir.
2. İddiaçı (bundan sonra – iddiaçı) ##.##.2025-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək, son 2 il və ya 5 ildə aldığı məbləğlər üzrə araşdırma aparılmaqla, hansı pensiya məbləği çoxdursa, həmin məbləğdə pensiya təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ## ### 2025-ci il tarixdən sabiq hakim kimi pensiya təyin edilmiş, pensiyanın məbləği hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə istinadən, onun 16 il 9 ay 8 gün hakim kimi iş stajına uyğun olaraq, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 55,25 faizi məbləğində müəyyən edilmişdir.
4. Iddiaçı cavabdehə müraciət edərək, hakim kimi pensiya almaq hüququna dair münasibətlər ##.##.2013-сü ildə yarandığına görə ##.##.2017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Qanunun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanıb təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh pensiyanın yenidən hesablanmasından imtina etmiş, # #### 2025-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərin əmək pensiyasına əlavələr əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 20.7.1-ci maddəsinə əsasən, 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 20.7.2-ci maddəsinə əsasən, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 20.7.3-cü maddəsinə əsasən, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilirdi. Qanunun # #### 2017-ci il tarixindən qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə əsasən, Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin (yəni sabiq hakimlərin) əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsinə əsasən, 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2-ci maddəsinə əsasən, 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 5.1 “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu maddəsinin ## ###### 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilirdi və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilirdi. 5.2 Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2011 -ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və ## ###### 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları’nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş ## ### 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. 5.3 Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən, sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. 5.4 Qeyd edilənlərə əsasən hakim kimi əmək pensiyası hüququnuz ## ### 2025-ci il tarixindən yaranıb. Bununla əlaqədar əmək pensiyası müraciətdə göstərilən qaydada deyil, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən hesablanıb. Eyni zamanda bildirilir ki, ərizəçinin vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, digər növ əlavələr nəzərə alınmaqla müəyyən olunan əmək haqqı əsas götürülməklə, Qanunun 20.7.2-ci maddəsinə əsasən, 16 il 9 ay 8 gün hakim stajına uyğun olaraq, ona vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 55,25 faizi məbləğində pensiya hesablanıb.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakim kimi pensiya almaq hüququna dair münasibətlərin ##.##.2013-cü ildə yarandığına görə ##.##.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faizi) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər - 55 faiz, 10 ildən yuxarı hakimlik stajımın hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni ## ### 2023 - ## ### 2025-ci illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılıb ki, pensiyanın yenidən hesablanmasından cavabdehin imtina etməsi əsassızdır. Cavabdehin imtinası onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş 20.7ci maddəsinə əsasən əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 5 il hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 45 faizi miqdarında, 10 ilə qədər hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizindən çox olmamaq şərti ilə müəyyən olunmuş məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməsi nəzərdə tutulmuşdur. "Əmək pensiyaları haqqında" Qanunun ##.##.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malik olmuşlar. "Əmək pensiyaları haqqında" Qanunun ##.##.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malik olmuşlar. Onun tələb etdiyi qaydada hakim kimi pensiya təyin olunmasından imtinasının əsası kimi cavabdehin istinad etdiyi "Əmək pensiyaları haqqında" Qanunun 20.7.2-ci maddəsi, 2017-ci il ####un #-dən qüvvəyə minmişdir. Qanunda edilmiş bu dəyişiklik onun vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və ##.##.2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salmışdır. Cavabdeh orqanın qanunu düzgün tətbiq etməməsi nəticəsində, pensiya çıxmış sabiq hakimlərə təyin edilmiş pensiyalar arasında kəskin fərqlər əmələ gəlmişdir. Əmək Məcəlləsinin 154cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və aylıq məbləğ, habelə əlavələrin və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair ##.##.2020-ci il tarixli Qərarında şərh olunmuşdur ki, "şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) o zaman nəzərə alınır ki, həmin şəxs: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun". Hesab edir ki, ##.##.2008-ci il ildə hakim təyin edildiyindən və onunla dövlət arasında hakim kimi hüquq münasibətləri də həmin vaxt yarandığından, həmin münasibətlərlə bağlı mübahisələr ##.##.2017-ci il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun normaları ilə deyil, ##.##.2017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Qanunun normalarına uyğun həll olunmalıdır.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh etirazın dəlillərini iddiaçıya ünvanlandığı, yuxarıda qeyd olunan # #### 2025-ci il tarixli məktubla pensiyanın yenidən hesablanmasından imtinanın məzmununa uyğun əsaslandırmışdır.
9. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı sabiq hakim kimi hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni ##.##.2023-##.##.2025-ci illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırkı pensiyası arasında olan fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi, «“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarına, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci il tarixə qədər olan redaksiyasına, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə istinad etməklə bildirmişdir ki, milli hüquqda və beynəlxalqhüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır.
11. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və II hissələrində, 128-ci maddəsinin İ və II hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Qanununn 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin VII hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
13. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair» ##.##.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.
15. Məhkəmə qeyd edib ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.
16. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cə maddəsinin birinci hissəsinə əsasən hakimlərin aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Iddiaçı həmin əlavəni almışdır.
17. Habelə iddiaçı həmin maddədə hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) müəyyən olunmuş əlavə haqqı, habelə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı almışdır.
18. Eyni zamanda qeyd olunan Qanunun 107-ci maddəsinin ##.##.2022-ci il tarixə qədər olan redaksiyasına görə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilirdi və iddiaçı həmin tarixədək qeyd olunan müavinəti almışdır.
19. # #### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.
20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş edilmişdir. Apelyasiya şikayəti iddia tələbinə qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-ci il tarixli, 2-1(103) ***/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Kamran Əkbərov (sədrlik edən və məruzəçi),Vidadi Qasımov və Nigar Nəbizadə).
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi, sabiq hakimə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)**/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qərarına uyğundur.
23. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində işin yuxarıda müəyyən olunan halları göstərilmiş, iddia tələbinə etirazın dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ##.##.2017-ci il tarixinə qədər 10 ildən yuxarı hakim işləməmişdi (##.##.2008- ##.##.2017=8 il 10 ay 25 gün). Göründüyü kimi, məhkəmə hazırkı mübahisəyə Qanunun ##.##.2017-ci il tarixə qədər olan redaksiyasının 20.7.3-cü maddəsini tətbiq etməkdə haqlı olmamışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlilərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
26. Lakin apelyasiya məhkəməsi Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinində bəhs olunan işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələblərinə əməl etməmişdir.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
27. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
28. “Məhkəmələr və hakimlər haqqında” Qanun Maddə 106. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: (2019-cu il ########ın #dən qüvvədə olan redaksiya) ... Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir (2019-cu il ########ın #-dən qüvvədə olan redaksiya). Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://eqanun.az/framework/3379" \t "_blank" \o "Azərbaycan Respublikasının Nazirlər Kabineti" orqan (qurum) tərəfindən təsdiq edilir (bu normanın ## #### 2019-cu il tarixli ****-VQD nömrəli Qanundan sonra 2022-ci il ########ın #-dək qüvvədə olmuş redaksiyasında deyilirdi: Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir). Maddə 109. Hakimlərin sosial müdafiəsi ... Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (2022-ci il ########ın #-dək qüvvədə olmuş redaksiya. HYPERLINK "https://e-qanun.az/framework/50063" \t "_blank" \o "## #### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu" ## #### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, ## #### 2022-ci il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №*, maddə 713) ilə 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır). Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ...
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: (Bu maddənin 2017-ci il ####un #-dən qüvvədə olan redaksiyasına HYPERLINK "https://e-qanun.az/framework/52946" \t "_blank" \o "# ###### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu" # ###### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “pensiya təyinatı tarixinədək” sözləri əlavə edilmişdir və sonuncu redaksiya 2023-cü il ######ın #-dən qüvvəyə minmişdir). 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; (həmin norma 2017-ci il ####un #-dək aşağıdakı redaksiyada olmuşdur: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında;) 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir (Həmin norma 2017-ci il ####un #-dək aşağıdakı redaksiyada olmuşdur: 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla;) 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir ( HYPERLINK "http://e-qanun.az/framework/35345" \t "_blank" \o "Azərbaycan Respublikasının ## #### 2017-ci il tarixli ***-VQD nömrəli Qanunu" ## #### 2017-ci il tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.7.3cü maddə ləğv edilmişdir).
30. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən – “məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiya təyin edilməsi” hissəsində ləğv edilməli, bu hissədə yeni qərar çıxarılmaqla, həmin hissədə iddia təmin edilməməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli faktik halları bu qərarın “Işin halları” bölməsində əksini tapmışdır.
35. Tərəflər arasında yaranmış mübahisə, sabiq hakimə təyin edilmiş pensiyanın məbləğinin müəyyən edilməsi ilə bağlıdır.
36. Belə ki, cavabdeh iddiaçıya pensiya hesablayarkən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşını, hakimlik stajına görə vəzifə maaşına 45 faizi miqdarında əlavəni, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəni, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni, digər növ əlavələr nəzərə almaqla müəyyən olunan əmək haqqını əsas götürmüş, Qanunun 20.7.2-ci maddəsinə istinadla, 16 il 9 ay 8 gün hakim stajına uyğun olaraq, ona vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 55,25 faizi məbləğində pensiya hesablamışdır.
37. Iddiaçı bu hesablama ilə razılaşmır və hesab edir ki, ona pensiya hesablanması üçün əmək haqqı müəyyən edilərkən məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı da nəzərə alınmalı, habelə orta aylıq əmək haqqının 55,25 faizi məbləğində deyil, 80 faizi məbləğində pensiya hesablanmalıdır.
38. Işə baxmış məhkəmələr iddiaçının tələbini təmin etmişdir və cavabdeh yuxarıda qeyd olunan etiraz dəlillərinə əsaslanmaqla məhkəmələrin gəldiyi nəticə ilə razılaşmır.
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həlli baxımından təhlil olunmalı hüquqi məsələlər: iddiaçıya orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiyanın təyin edilməsinin mümkünlüyü; əmək haqqı hesablanarkən məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatının nəzərə alınmalı olub olmamasından ibarətdir.
40. Məhkəmə kollegiyası birinci məsələ (iddiaçıya orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiyanın təyin edilməsinin mümkünlüyü) ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Bu hissədə məhkəmənin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında bu hissədə ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini “məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiya təyin edilməsi” hissəsində təmin etmək barədə nəticəyə gəlməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
42. Belə ki, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilməsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107ci maddəsinin birinci hissəsində əksini tapmışdı. Lakin HYPERLINK "https://eqanun.az/framework/50063" \t "_blank" \o "## #### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu" ## #### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılmışdır. Həmin qanun 2022-ci il ########ın #-dən qüvvəyə minmişdir.
43. Habelə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin dördüncü hissəsinin 2022-ci il ########ın #-dək qüvvədə olmuş redaksiyasına əsasən, hakimlər dövlət tibb xidmətilə təmin olunur, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əməkhaqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilirdi. Lakin HYPERLINK "https://eqanun.az/framework/50063" \t "_blank" \o "## #### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu" ## #### 2022-ci il tarixli ***- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bəhs olunan 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır.
44. Bu hallar baxılan işin düzgün həlli üçün əhəmiyyətli idi. Çünki iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-1 və 20.7-ci maddələrinə əsasən, öz seçiminə uyğun olaraq, hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən pensiya hesablanmasını tələb etmək hüququna malikdir.
45. Iddiaçı həmin normada nəzərdə tutulmuş hüququndan istifadə etməklə hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni ## ### 2023 - ## ### 2025-ci illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
46. Göründüyü kimi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin birinci hissəsinə əsasən hakimlərə ödənilən “iki aylıq əmək haqqı məbləğində müavinət” və 109-cu maddəsinin dördüncü hissəsinə əsasən hakimlərə müalicə olunmaları üçün onların “iki aylıq əməkhaqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı” 2022-ci il ########ın #-dən sonra hakimlərə ödənilmirdi və iddiaçının tələb etdiyi hesablama müddətində nəzərə alına bilməzdi.
47. Bu məbləğlər o zaman iddiaçıya pensiya hesablanmasında nəzərə alına bilərdi ki, iddiaçı ona pensiyanın hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı üzrə deyil, həmin ödəmələrin verildiyi dövrü əhatə edən ardıcıl 60 ay üzrə hesablanmasını tələb etmiş olsun.
48. Nəzərə alınmalıdır ki, əmək pensiyası - sığortaolunanın ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda pensiya təyin edilməsi üçün müraciət etmiş şəxsin, pensiya hesablanması üçün seçdiyi dövrdə alınmamış əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması, əmək pensiyaları haqqında qanunvericiliyin yuxarıda qeyd olunan kompensasiya etmə məzmununa cavab vermir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iddia tələbinin “məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiya təyin edilməsi” hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv olunaraq yeni qərar çıxarılmaqla bu tələblər təmin edilməməli, qalan hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarı “məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiya təyin edilməsi” hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar çıxarılmaqla, həmin hissədə iddia təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.