Məhkəmə qərarları › İş №2-1(1-8)-169/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-169/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-169/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakim Məmmədov Xəqani Səyyad oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraatda baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Dövlət Gömrük Komitəsinin Əməliyyat-Istintaq Baş Idarəsinin ##.##.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Əməliyyat və Təhqiqat Idarəsinin Təhqiqat Şöbəsində kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasına 34JZ9529/34KZ4337 nömrə nişanlı yük avtomobildə idxal edilmiş “xxxx” markalı “XG16DWTEJ2RXHFDF” modelli -30º C (+425oC) ətraf mühitin temperaturunda işləyə bilən diyircəkli kran yükünü xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 15 % idxal rüsum dərəcəsi müəyyən edilmiş 8481 80819 0 alt yarım mövqeyində sinifləşdirilməli olduğu halda, # ####### 2021-ci il tarixdə Cavabdeh 01211000327815 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 5 % idxal rüsum dərəcəsi müəyyən edilmiş 8481 80 5990 alt yarım mövqeyində sinifləşdirilməklə, ödənilməli olan 22610 manat idxal rüsumu və 4069,80 manat X1 ibarət ümumilikdə xeyli miqdarda, yəni 26679,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə aparılan araşdırma nəticəsində toplanılmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğundan material aidiyyəti üzrə göndərilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat - Istintaq Baş Idarəsinin istintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2022-ci il tarixli qərarından görünür ki, **/**/****** nömrəli yoxlama materialı üzrə əməldə Azərbaycan Respublikası CM-nin 209 və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Cavabdeh “Ipək Yolu” gömrük postunun anbarında saxlanılan, "xxxx” MMC tərəfindən idxal edilmiş “xxxx” markalı, “T5GBI6AAHI805-MOV 24181” və “XG16DWTEJ2RXHBDP MOV 24182" modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Cavabdeh həvalə edilmişdir.

3. Qərar belə əsaslandırılmışdır ki, idxalatçı İddiaçı MMC tərəfindən ## ###### 2022-ci il tarixli məktubla təqdim edilmiş “xxxx” şirkətinin Mərkəzi Gömrük Ekspertizası Idarəsinin elektron poçtuna göndərdiyi cavab və təqdim olunan sənədlərdə həmin avadanlıqların mənşə ölkəsinin Finlandiya olduğu, elektrik akluatoru ilə təchiz edilmiş avtomatlaşdırılmış kürəşəkilli idarəetmə klapanı olduğu və XIF MN kodunun 8481805990 olduğu göstərilmişdir. Idxalatçı İddiaçı MMC tərəfindən ## ###### 2022-ci il tarixli məktubla təqdim edilmiş sözügedən avadanlıqların Finlandiyadan ixrac sənədlərində həmin avadanlıqların “tənzimləyici klapan” təsviri olduğu, Finlandiyadan ixrac edilməsinə dair gömrük bəyannaməsində də malların XIF MN kodunun 8481805990 olduğu, invoys və qablaşdırma siyahısı sənədlərində XIF MN kodunun 8481805990 olduğu göstərilmişdir. Göründüyü kimi, idxalatçı tərəfindən təqdim olunmuş sənədlərin və sənədlərdə əksini tapmış məlumatların həqiqiliyi şübhə doğurmur. Odur ki, aparılmış araşdırma zamanı bəyan edilmiş avadanlığın XIF MN kodunun 8481805990 olduğu müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 34JZ9529\**KZ**** nömrəli nəqliyyat vasitəsində, ****** saylı ##.##.2021-ci il tarixli invoys sənədi və 01211000327815 sorğu nömrəli, ##.##.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “xxxx” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən 01211000327815 sorğu nömrəli, ##.##.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “xxxx” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, # ###### 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)****/**** nömrəli, # ###### 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında göstərmişdir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2022-ci il tarixli həmin qərarla eyni zamanda Cavabdeh “Ipək Yolu” gömrük postunun anbarında saxlanılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “xxxx” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Cavabdeh həvalə edilmişdir. Lakin həmin qərara rəğmən, cavabdeh Mərkəzi Gömrük Ekspertiza Idarəsinin verdiyi rəyə zidd olaraq gömrük rəsmiləşdirilməsinin aparılmasının mümkün olmadığını iddia etmişdir.

5. Işdə olan 01211000327815 sorğu nömrəli gömrük bəyananməsi üzrə elektron çıxarışdan görünür ki, iddiaçı ##.##.2023-cü ildə təsdiq edilməsi üçün həmin gömrük bəyannaməsini yenidən cavabdehə göndərmiş, ##.##.2023-cü ildə gömrük bəyannaməsi təsdiq edilərək yük buraxılmışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş ümumilikdə 385202,0 manat ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçının nümayəndəsi ##.##.2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin ünvanına **JZ****Y**KZ**** nömrəli nəqliyyat vasitəsində, ****** saylı ##.##.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük 01211000327815 sorğu nömrəli, ##.##.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Cavabdeh bəyan edilmişdir. Mal müşayiət sənədlərində həmin malların XIF MN üzrə 8481805990 kodu altında təsnif edildiyi göstərilmişdir. Həmin malların XIF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi məqsədi ilə Mərkəzi Gömrük Ekspertizası idarəsinə müraciət edilmişdir. Mərkəzi Gömrük Ekspertizası Idarəsindən daxil olmuş məktubda İddiaçı MMC tərəfindən verilmiş invoys üzrə 1-ci mövqedə olan malın XIF MN 8481898120 kodu altında təsnif edilməklə 5 % idxal gömrük rüsumuna, 2-ci mövqedə olan malın isə XIF MN 8481808190 kodu altında təsnif edilməklə 15 % idxal gömrük rüsumuna cəlb edilməli olduğu qeyd edilmişdir. Nəticədə həmin malların idxalı zamanı İddiaçı MMCnin 26678,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayındığı və əməldə Azərbaycan Respublikası CM-nin 209.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsinin istintaq və təhqiqat idarəsinin icraatında olan və 25\25\****** nömrəli material üzrə araşdırma aparılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən 01211000327815 sorğu nömrəli, ##.##.2021-ci il tarixli bəyannaməsi ilə Cavabdeh bəyan edilmiş “xxxx” markalı “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların XIF MN kodunun 8481805990 olmasına dəlalət edir. Eyni zamanda araşdırmanın nəticəsində İddiaçı MMC-nin həmin avadanlıqların idxalı və “sərbəst dövriyyə üçün buraxılışı” gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilməsi zamanı malların təsviri və XIF MN kodunu düzgün bəyan etdiyi və gömrük ödənişlərinin ödənilməsindən yayınma halının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsinin istintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin ## ###### 2022-ci il tarixli qərarı ilə 25\25\****** nömrəli yoxlama materialı üzrə əməldə Azərbaycan Respublikası CM-nin 209 və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Eyni zamanda, Cavabdeh “Ipək Yolu” gömrük postunun anbarında saxlanılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “xxxx” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Cavabdeh həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat Istintaq Baş Idarəsi 25\****** nömrəli 01 maıt 2022-ci il tarixli məktubla Cavabdeh müraciət edərək İddiaçı MMC tərəfindən idxal edilmiş “xxxx” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG 16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılması məsələsinə baxılması sonuncuya həvalə edilmişdir. Bundan sonra İddiaçı MMC-nin əməkdaşları Cavabdehin Təhqiqat şöbəsində olmuş, sonuncu tərəfindən raport yazılaraq materialın hüquqpozmalardan çıxarılmış və aidiyyatı sənədlər maliyyə inspektoruna təqdim edilmişdir. Bundan başqa İddiaçı MMC-nin əməkdaşları Cavabdehin Təhqiqat şöbəsində, Idarənin rəisi və onun müavinlərinin yanında olsa da İddiaçı MMC tərəfindən idxal edilmiş “xxxx” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçirilməsi yubadılmış və beləliklə Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan İddiaçı MMC-nin mülkiyyət hüquqları pozulmuşdur. Bütün yuxarıda göstərilən yazışmalar bir nəticə vermədiyindən, yəni gömrük orqanı tərəfindən heç bir səbəb olmadan gömrük rəsmiləşdirilməsinin aparılmasından imtina olunduğundan, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət olunmuşdur. Bakı Inzibati Məhkəməsinin 2- 1(112)-7873\**** nömrəli ## ####### 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh qarşı “idxal edilmiş avadanlıqların rəsmiləşdirilməsi” tələbinə dair iddiası ərizəsi təmin olunmuş, İddiaçı MMC tərəfindən 01211000327815 sorğu nömrəli, ##.##.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “xxxx” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh həvalə edilmişdir. Gömrük orqanının apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi özünün *-*(***)-****/**** nömrəli, # ###### 2023-cü il tarixli qərarı ilə Bakı Inzibati Məhkəməsinin 2-1(112)-7873\**** nömrəli ## ####### 2022-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Gömrük orqanının kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi özünün **(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin *- *(***)-****/**** nömrəli, # ###### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gömrük orqanın qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Qeyd olunan ziyan aşağıdakılardan ibarətdir: 1. Gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın saxlanılması ilə (icarə müqaviləsi ilə əlaqədar) əlaqədar çəkilən xərc- 49240,0 manat ziyan, 2. Gömrük dəyəri 790500 manat olan malın saxlanılması ilə əlaqədar dəyən ziyan-158100,0 manat, 3. Gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın alınması və daşınması ilə əlaqədar xərclənən 790500 manat məbləğində dövriyyə vəsaitinin banklardan götürülmüş kredit hesabına maliyyələşməsindən dəyən ziyan-177862,0 manat.

9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, iddiaçı İddiaçı MMCnin ünvanına idxal olunmuş “xxxx” markalı avadanlıqlar ##.##.2021-ci il tarixdə 01211000327815 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Cavabdeh gömrük rəsmiləşdirilməsinin aparılması məqsədilə təqdim edilmişdir. ##.##.2021-ci il tarixdə gömrük əməkdaşına yönləndirilmiş, elə həmin gün gömrük əməkdaşı tərəfindən malların təsnifat kodunun onun təsviri ilə uyğunluğunun müəyyən edilməsi üçün malların şəkillərinin təqdim edilməsi tələb edilmiş, lakin malların təsnifat kodunun müəyyənləşdirilməsi mümkün olmadığından malların təsnifat koduna dair müvafiq rəyin tərtib edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası Idarəsinə ##.##.2021-ci il tarixli ****- ***/*****/****** nömrəli məktubla müraciət edilmiş, həmin qurum tərəfindən ##.##.2023-cü il tarixli ****-***/***-**/****** nömrəli cavab məktubu əsasında rəy təqdim edilmişdir. Göründüyü kimi, ekspertizanın aparılma müddəti sözügedən qanunvericilik normasının nəzərdə tutduğu müddəti ötməmiş, 20 iş günü müddətində rəy təqdim edilmişdir. Verilmiş rəy əsasında gömrük bəyannaməsində müvafiq düzəlişlərin təsnifat koduna düzəliş edilməsinin təmin edilməsi üçün gömrük bəyannaməsi ##.##.2021-ci il tarixdə bəyannaməçiyə qaytarılmış, lakin bəyannaməçi tərəfindən qeyd olunan düzəliş aparılmayaraq ##.##.2021-ci il tarixdə yenidən rəsmiləşdirmə üçün göndərilmişdir. Daha sonra ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək bəyannamə üzrə hüquqpozma faktının mövcudluğu araşdırıldığından həmin müddətdə rəsmiləşdirilmə dayandırılmışdır. ##.##.2022-ci il tarixdə gömrük bəyannaməsində düzəlişin edilməsi məqsədilə bəyannaməçiyə qaytarılmış, lakin gömrük bəyannaməsi bəyannaməçi tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək, yəni 575 gün ərzində “bəyannaməçidə” statusunda saxlanılaraq gömrük rəsmiləşdirilməsinə təqdim etməkdən və gömrük ödənişlərini ödəmək öhdəliyindən qəsdli olaraq boyun qaçırmışdır. Yalnız ##.##.2023-cü il tarixdə rəsmiləşdirmənin davam etdirilməsi üçün bəyannamə təqdim edilmiş, bu tarixdən bir həftə sonra, ##.##.2023-cü il tarixdə gömrük ödənişləri ödənilərək malların buraxılışı həyata keçirilmişdir. Hesablanmış gömrük ödənişləri, iddiaçı tərəfindən yalnız yuxarıda qeyd olunduğu kimi, ##.##.2023-cü il tarixdə ödənildiyi üçün malların sərbəst dövriyyəyə buraxılışı həmin tarixdə mümkün olmuşdur. “Gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın saxlanılması ilə bağlı çəkilən xərc - 49240 manat” ziyanın gömrük orqanından tələb edilməsi tamamilə əsassız və qanunaziddir. Belə ki, malların xeyli müddət anbarda saxlanmasının səbəbkarı gömrük orqanı deyil, iddiaçının öz iradəsinin ifadəsi olmuşdur. Gömrük rəsmiləşdirilməsi ərəfəsində sözügedən malların gömrük nəzarət zonası kimi Cavabdeh “Ipək Yolu” Gömrük Postunun yerləşdiyi anbarda saxlanılmış, postun yerləşdiyi anbar “xxxx” MMC-yə (VÖEN: 1300346331) məxsusdur və orada saxlanılan malların gündəlik saxlanc üçün xərcləri dövlət büdcəsinə ödənilmir. “xxxx” MMC ilə iddiaçı İddiaçı MMC arasında yaranan münasibətlər tamamilə mülki-hüquqi xarakter daşıyır və onlar arasında iddiaçının özünün də etiraf etdiyi kimi icarə müqaviləsi bağlanılmışdır. Gömrük orqanının bağlanmış müqavilədə tərəf kimi iştirak etmədiyi nəzərə alınsa, iddiaya cavab verməli olan şəxsin gömrük orqanı ola bilməyəcəyi müəyyən olunur. Iddiaçı ərizəsində real zərər və əldən çıxmış faydanın gömrük orqanının hərəkətlərindən meydana gəldiyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı sübutedici vasitə təqdim edə bilməmişdir. Iddiaçı saxlanc xərci ilə bağlı “49240 manat” məbləğ barədə hər hansı təsdiqedici sənəd də məhkəməyə təqdim etməmişdir. 2-ci maddi ziyan olaraq iddiaya əlavə edilmiş “gömrük dəyəri 790500 manat olan malın saxlanılması ilə əlaqədar dəymiş -158100 manat” ziyanın nə ilə əsaslandırıldığına dair sübutedici faktlar yoxdur, həmçinin malların anbarda saxlanılmasında yuxarıda da qeyd edildiyi kimi gömrük orqanının təqsiri olmadığı üçün əsassız hesab edilməlidir. Mallar iddiaçının sərəncamında olmuş, lakin onun təyinatı üzrə istifadəsi iddiaçı tərəfindən həyata keçirilməmiş, bu əsasla “əldən çıxmış fayda” ümumiyyətlə mövcud deyil, hətta mövcud olsa belə bu iddiaçının təqsirinə görə mövcuddur. Iddiaçı tərəfindən 3-cü maddi ziyan hesab edilən “Gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın alınması və daşınması ilə əlaqədar xərclənən 790500 manat məbləğində dövriyyə vəsaitinin banklardan götürülmüş kredit hesabına maliyyələşməsindən dəyən - 177862,0 manat” ziyanın əsaslandırılması real deyil. Belə ki, bank ilə kreditor arasında bağlanmış müqavilə əsasında kreditora ödəniləcək pul vəsaitinin istifadə təyinatı müqavilədə qeyd edilmir, çünki mahiyyətcə kredit müqaviləsinin şərtlərində bu hal nəzərdə tutulmamışdır. Həmçinin, 790500 manat məbləğində dövriyyə vəsaitinin kreditora təqdim edilməsi ilə bağlı rəsmi sənəd də məhkəməyə təqdim edilməmiş və verildiyi halda belə həmin məbləğin gömrük nəzarəti altında olan malların saxlanc xərclərinə (iddia tələbinə) aidiyyəti üzrə sübut təqdim edilməmişdir.

10. Bakı Inzibati Məhkəməsinin (hakim S.İ.Qənbərova) *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

11. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədov və H.A.Ağalarov) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti rədd edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 13.

14. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdeh iddiaçının idxal etdiyi malın kodunu dəqiqləşdirmək üçün bu hüququndan istifadə edərək, rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə müraciət etmiş ekspert tərəfindən verilmiş rəydə göstərilən kod iddiaçının bəyan etdiyi kodla eynilik təşkil etməmiş, cavabdeh Mərkəzi Gömrük Ekspertizası Idarəsinin verdiyi ekspert rəyini əsas götürməklə iddiaçıdan malı həmin rəydə göstərilən koda uyğun bəyan edilməsini tələb etmişdir. Həmçinin, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat - Istintaq Baş Idarəsinin deyil, Cavabdeh səlahiyyətində olduğundan Cavabdeh tərəfindən Əməliyyat - Istintaq Baş Idarəsinin deyil, Mərkəzi Gömrük Ekspertizası Idarəsinin verdiyi ekspert rəyinin əsas götürülməsi onun təqsirli davranışı kimi qiymətləndirilə bilməz. Cavabdeh ekspert rəyini əsas götürməklə, 01211000327815 sorğu nömrəli gömrük bəyananməsini ##.##.2022-ci ildə iddiaçıya qaytarmış, iddiaçı isə həmin bəyannaməni yenidən yalnız 1 ildən artıq müddət keçdikdən sonra, ##.##.2023-cü ildə təsdiq edilməsi üçün cavabdehə göndərmişdir.

15. Iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) Kassasiya şikayətinin dəlilləri

16. Iddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Iddiaçı əlavə olaraq qeyd edir ki, məhkəmə səhv nəticəyə gəlməklə mübahisənin nədən ibarət olmasını unutmuşdur. Belə ki, mübahisə inzibati orqanla onun qanunsuz hərəkətləri nəticəsində hüquqi şəxsə vurulmuş ziyandan gedir. Məhkəmə isə öz qərarında mübahisəyə qədər olan məsələlərin üzərində dayanmışdır. Bu avadanlığın kimdən alınması, necə alınmasının hazırki mübahisəyə heç bir aidiyyatı yoxdur. Mübahisə inzibati orqanla mal idxalı zamanı hüquqi şəxsin bəyan etdiyi məlumatlarla əlaqədar olmuşdur. Inzibati orqanın bu hissədə haqlı olmadığı cinayət işinin başlanmasının rədd edilməsi qərarı və məhkəmə qərarları ilə təsdiq olunur, bu hallar məhkəmə üçün preyudisiallıq təşkil edir. Digər çox önəmli məsələ, məhkəmə öz qərarında ehtimala əsaslanmışdır. Bu da hesab edirik ki qanunsuz və yol verilməzdir. Məhkəmənin təxmin etmək hüququ yoxdur. Qərar həmişə əsaslandırılmalıdır. Məhkəmə "ehtimal balansına" əsaslansa belə, bir versiyanın digərini niyə istisna etdiyini məntiqi şəkildə əsaslandırmalıdır. Işin materiallarından görünür ki, avadanlıq ölkəyə idxal edildikdən sonra, onun saxlanılması üçün icarə müqaviləsi bağlanılmış, həmin aydan icarə haqları ödənilmiş və avadanlığa dair gömrük rəsmiləşdirilməsi bitənə qədər bu hal davam etmişdir. Məhkəmənin saxlanc yerlərinin mal gətirənin icarəsində olması məhz həmin mala görə obyektin icarəyə götürülərək icarə haqqının ödənilməsinə dəlalət edə bilməz ehtimalı qanunsuz, əsassız və ədalətsizdir. İddiaçı MMC-nin həmin dövrü əhatə edən müddətdə “xxxx” MMC ilə (gömrük mallarının saxlanıldığı anbar sahələri) heç bir digər müqavilə münasibətləri olmamış, həmin dövrdə İddiaçı MMC-nin idxal etdiyi mallarla əlaqədar gömrük orqanı ilə mübahisəsi olmamışdır ki, digər malları həmin anbarda saxlamaq zərurəti yaransın. Digər bir tərəfdən əgər nəzəri olaraq belə bir halın baş verməsini nəzərə alsaq məhz inzibati orqan bu halı sübut etməli idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh tərəfindən kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

TƏTBIQ EDILƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

19. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 89. Inzibati orqanların məsuliyyəti 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

20. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə Kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilərək həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, digər hissələrdə qərar dəyişdirilmədən saxlanılmalıdır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

24. Iddiaçı hazırda ****** saylı, ##.##.2021-ci il tarixli invoys sənədi ilə idxal etdiyi “tənzimləmə üçün klapanlar: PART No:301032001 Ball Valve – T5GB16AAH18/05-MOV 24181-1 ədəd.poz.1 nişan: xxxx/ Model: X Part No- 301032002 Ball Valve – XG16DWTEJ2RXHBDF-MOV” adlı yükün gömrük rəsmiləşdirilməsinin cavabdeh tərəfindən vaxtında həyata keçirilməməsini iddia edərək, bu hərəkətlərə görə ona 385202,0 manat ziyan dəydiyini iddia edir və həmin ziyanın əvəzinin ona ödənilməsini xahiş edir. Qeyd olunan ziyanı iddiaçı aşağıdakı kimi təqdim edir: 1) gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın saxlanılması ilə (icarə müqaviləsi ilə əlaqədar) əlaqədar çəkilən xərc - 49240,0 manat ziyan; 2) gömrük dəyəri 790500 manat olan malın saxlanılması ilə əlaqədar dəyən ziyan - 158100,0 manat; 3) gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın alınması və daşınması ilə əlaqədar xərclənən 790500 manat məbləğində dövriyyə vəsaitinin banklardan götürülmüş kredit hesabına maliyyələşməsindən dəyən ziyan - 177862,0 manat.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə o hissədə razılaşır ki, avadanlıqların bankdan götürülən kredit vəsaiti hesabına alınması əvvəlcədən, yəni malı gətirməmişdən öncə kredit müqaviləsi üzrə götürülmüş vəsaitin üzərinə yığılmış faizlərin (177.862,0 manat) qaytarılması riski müqavilənin tərəfi olmuş İddiaçı MMC üzərinə düşür. Ona görə də, bu əsasla cavabdeh təşkilatdan kredit müqaviləsi üzrə yığılmış faiz dərəcələrinin tələb edilməsi əsassızdır. Həmçinin, iddiaçı malların dövriyyədən çıxarılaraq uzun müddət saxlanılması nəticəsində dəyən ziyan ilə (158.100,0 manat) bağlı iddiasını əsaslandıra və bu halı təsdiq edən mötəbər sübutlar da təqdim edə bilməmişdir.

26. Lakin məhkəmə kollegiyası malın ilk bəyan olunduğu 02.10.21-ci il tarixdən rəsmiləşdirilməklə dövriyyəyə buraxıldığı ##.##.2023-cü il tarixinədək malların saxlanc yerində saxlanması ilə bağlı çəkilən xərclərin (49.240,0 manat) cavabdehdən tutulmaması hissəsində apellyasiya instansiya məhkəməsinin araşdırmasını yetərli və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiya məhkəməsi məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, “ İddiaçı MMC sifarişlər əsasında müxtəlif növ avadanlıqları ölkə ərazisinə idxal edir. Qeyd olunan MMC-in mülkiyyətindən və ya icarəsində adətən anbar və ya digər saxlanc yerləri mövcud olur. Saxlanc yerlərinin mal gətirənin icarəsində olması məhz həmin mala görə obyektin icarəyə götürülərək icarə haqqının ödənilməsinə dəlalət edə bilməz. Başqa sözlə desək həmin anbarda digər malların saxlanması da istisna deyil”.

27. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh yükün gömrük rəsmiləşdirilməsi vaxtında həyata keçirməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2022-ci il tarixli qərar və məhkəmə qərarları (o cümlədən Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı) sübut edir ki, cavabdehin gömrük rəsmiləşdirilməsindən imtinası əsassız olmuşdur. Gecikmə səbəbindən iddiaçının yükü gömrük postunun yerləşdiyi “xxxx MMC”-yə məxsus anbarda saxlanılmışdır.

28. Cavabdeh iddiaya etirazında bununla bağlı bildirmişdir ki, Gömrük rəsmiləşdirilməsi ərəfəsində sözügedən malların gömrük nəzarət zonası kimi Cavabdeh “Ipək Yolu” Gömrük Postunun yerləşdiyi anbarda saxlanılmış, postun yerləşdiyi anbar “xxxx” MMC-yə məxsusdur və orada saxlanılan malların gündəlik saxlanc üçün xərcləri dövlət büdcəsinə ödənilmir. “xxxx” MMC ilə iddiaçı İddiaçı MMC arasında yaranan münasibətlər tamamilə mülki-hüquqi xarakter daşıyır və onlar arasında iddiaçının özünün də etiraf etdiyi kimi icarə müqaviləsi bağlanılmışdır.

29. Iddiaçı isə bildirmişdir ki, avadanlıq ölkəyə idxal edildikdən sonra, onun saxlanılması üçün icarə müqaviləsi bağlanılmış, həmin aydan icarə haqları ödənilmiş və avadanlığa dair gömrük rəsmiləşdirilməsi bitənə qədər bu hal davam etmişdir. İddiaçı MMCnin həmin dövrü əhatə edən müddətdə “xxxx” MMC ilə (gömrük mallarının saxlanıldığı anbar sahələri) heç bir digər müqavilə münasibətləri olmamış, həmin dövrdə İddiaçı MMC-nin idxal etdiyi mallarla əlaqədar gömrük orqanı ilə mübahisəsi olmamışdır ki, digər malları həmin anbarda saxlamaq zərurəti yaransın. Məhkəmənin saxlanc yerlərinin mal gətirənin icarəsində olması məhz həmin mala görə obyektin icarəyə götürülərək icarə haqqının ödənilməsinə dəlalət edə bilməz ehtimalı qanunsuz, əsassız və ədalətsizdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ziyanın mövcudluğu, həcmi və ziyan ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin tam müəyyən edilməsi üçün işə təkrar baxılan zaman aşağıdakı halları hərtərəfli aydınlaşdırılmalı və müvafiq qaydada qiymətləndirilməlidir: Iradə və zərurət faktı: Malların cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın çıxarıldığı ##.##.2022-ci il ildən ##.##.2023-cü ilədək “xxxx” MMC-yə məxsus anbarda saxlanılması iddiaçının sərbəst iradəsi nəticəsində baş verib, yoxsa gömrük rəsmiləşdirilməsinin ləngidilməsi səbəbindən yaranmış obyektiv məcburiyyət olub? Icarənin predmeti və hüdudları: Iddiaçı həmin anbarı müstəsna olaraq məhz bu mübahisəli malların saxlanılması üçün icarəyə götürüb, yoxsa anbar ümumi məqsədlər üçün icarəyə götürülüb? ##.##.2022 – ##.##.2023-cü illərdə orada şirkətin digər malları da saxlanılıbmı? Əgər icarə müqaviləsi yalnız gömrük tərəfindən buraxılışı ləngidilmiş malın mühafizəsi məqsədini daşıyıbsa, həmin ödənişlər tam həcmdə zərər kimi qəbul edilməlidir. Əgər şirkətin digər malları da saxlanıbsa, zərər mütənasib şəkildə ödənilməlidir. Sübutların qiymətləndirilməsi: ##.##.2022 – ##.##.2023-cü illər aralığını əhatə edən dövr üzrə iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış icarə (saxlanc) müqavilələri, təhviltəslim aktları və faktiki pul ödənişlərini təsdiq edən maliyyə sənədləri (qəbzlər, bank çıxarışları) tələb edilərək araşdırılmalı və zərərin dəqiq məbləği (faktiki ödənilmiş vəsait) müəyyənləşdirilməlidir.

31. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən - iddia tələbinin “gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın saxlanılması ilə (icarə müqaviləsi ilə əlaqədar) əlaqədar çəkilən xərc - 49240,0 manat ziyanın ödənilməsi” hissəsində ləğv edilməlidir. Işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman tələbin həmin hissəsi üzrə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla yenidən ətraflı araşdırma və qiymətləndirmə aparılmalıdır.

32. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən Məhkəmə Kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı qismən - iddia tələbinin “gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın saxlanılması ilə (icarə müqaviləsi ilə əlaqədar) əlaqədar çəkilən xərc - 49240,0 manat ziyanın ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar