Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-170/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Iddiaçı İddiaçı ##.##.1958-ci il təvəllüdlüdür. 2.Iddiaçıya məxsus ИТ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: ##.##.1974- ##.##.1976, ##.##.1976- ##.##.1977, ##.##.1980- ##.##.1982, ##.##.1982 – ##.##.1988, ##.##.1988 - ##.##.1992, ##.##.1992- ##.##.1993, ##.##.1993 – ##.##.2005. 3.Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş **** nömrəli, ## #### 1976-cı il tarixli attestata əsasən İddiaçı ##.##.1974-##.##.1976-cı illərdə peşə təhsili almışdır. 4.НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı ##.##.1977- ##.##.1979cu illərdə Azərbaycan SSR ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 5.Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ## ###### 2023-cü il tarixli, *-**-*F/*-A-*****/**** nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, həqiqətən Bakı Baş Tikinti Idarəsi ** saylı Tikinti Idarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı ##.##.1976-cı il tarixli, ***/s saylı əmrlə ##.##.1976-ci il tarixdən Texniki Peşə məktəbindən buraxıldıqdan sonra 4-cü dərəcəli “маляр” vəzifəsinə işə qəbul olunması, ##.##.1977-ci il tarixli, **/s saylı əmrlə ##.##.1977-ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunması, yenidən ##.##.1980-cı il tarixli, */k saylı əmrlə ##.##.1980-cı il tarixdən 4-cü dərəcəli "маляр" kimi işə qəbul olunması, ##.##.1982-ci il tarixdən **/k saylı əmrlə ##.##.1982-ci il tarixdən iş yerinin BBTI Təmir Tikinti idarəsinə dəyişdirilərək işdən azad olunması və 1981-ci il, 1982-ci ilin yanvaravqust aylarına dair hesabat cədvəllərində əmək haqqı hesablanması, BBTI Təmir Tikinti Idarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında ##.##.1982-ci il tarixli **/k saylı əmrlə ##.##.1982-ci il tarixdən 4-cü dərəcəli "маляр" kimi işə qəbul olunması, ##.##.1988-ci il tarixli, **/s saylı əmrlə ##.##.1988-ci il tarixdən işdən azad olunması (iş yerinin * saylı Tikinti Idarəsinə dəyişdirilərək) və 1982-ci ilin sentyabr-dekabr aylarına dair, 1983, 1984, 1985-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. BBTI * saylı Tikinti Idarəsinin 1988- 1992-cu illərə dair arxiv sənədləri və BBTI Təmir Tikinti idarəsinin 1985-ci ildən sonrakı dövr üçün arxiv sənədlərinin əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur. 6.Iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh qurum ona əsaslanmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün işəgötürənin arayışı təqdim olunmalı və orada zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olduğu göstərilməlidir. Şəxsin təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajının olmadığı müəyyən olunur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 7.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu, ##.##.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1958-ci il tarixdə anadan olmuşdur. 1977-ci ildən 1979-cu ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. 1974-cü ildən 1976-cı ilə qədər texnikomda təhsili almışdır. Bakı Baş Tikinti Idarəsinin ** saylı Tikinti Idarəsində 4-cü dərəcəli malyar yəni rəngsaz vəzifəsinə işə daxil olmuşdur. 1973-cü il tarixdən 1992-ci il tarixə qədər həmin müəssisədə 4-cü dərəcə rəngsaz kimi çalışmışdır. Bu dövrdən sonra olan vaxtlarda işləmiş olduğu müəssisələrdə də, zərərli peşələr üzrə işləmişdir. O, ilk öncə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən zərərli iş şəraitində işlədiyi dövrün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısında nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları iş yerinin arayışda dəqiq göstərilməlidir. Verilmiş olan imtinanı əsassız hesab edir, çünki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının “Ümumi peşələr” bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərlə məşğul olan rəngsazların güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ göstərilmişdir. Bu o deməkdir ki, o, rəngsaz kimi 4-cü sinifdən yuxarıdır. O ki, qaldı iş yerindən güzəştli arayışın verilməməsinə, hazırda həmin idarələrin fəaliyyəti çoxdan dayandırıldığından və onların hüquqi varisliyi də hər hansı hüquqi şəxsə keçmədiyindən ona məxsus olan sənədlərdən hər hansı birinin dövlət arxivinə verilməməsinin səbəbkarı o deyildir. Işləməsi ilə bağlı bütün qeydlər əmək kitabçasında qeyd edilmişdir. 2017-ci ilə qədər onun 25 il ümumi iş stajı, 12 il 6 aydan çox isə güzəştli iş stajı vardır. 9.Azərbaycan Respublikası Milli Arxiv Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ######## 2023-cü il tarixli, *-**-*/*-A-****/**-**** nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan "xxxx" kiçik müəssisəsinin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. 10.Azərbaycan Respublikası Milli Arxiv Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ######## 2023-cü il tarixli, *-**-*/*-A-****/**-**** nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan Qafqaz Müsəlmanları Idarəsi Xüsusi Təmir Tikinti Idarəsinin (sonrakı adı "xxxx" Təmir-Tikinti müəssisəsi) arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. 11.Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, 3-21- *-*/*-****/**** nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində Bakı Baş Tikinti Idarəsi Təmir Tikinti Idarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. 12.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, *-**/*-***/**-*/**** nömrəli məktubla bildirilmişdir ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfinden təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız "ada" görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə onu maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. 13.Məhkəmənin sorğusuna əsasən SOCAR “xxxx” tresti tərəfindən ## ### 2025ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd edilən peşəyə oxşar rəngsaz peşəsi "xxxx" trestində mövcud peşələr siyahısında vardır. Məlumat üçün qeyd edirlər ki, "xxxx” trestinin əsas fəaliyyəti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və Trestin istehsalatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aiddir. Rəngsaz peşəsi Siyahının qeyd olunan bölməsinin “a) fəhlələr” alt bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmamışdır. Istehsalat sahələrindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr Siyahının "35. Ümumi peşələr” bölməsində nəzərdə tutulmuşdur. Həmin bölmədə "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. ГОСТ 12.1.007-76* "Zərərli maddələr. Təsnifat və ümumi təhlükəsizlik tələbləri" dövlətlərarası standartına əsasən insan orqanizminə təsirinə görə zərərli maddələr 4 təhlükəlilik sinfinə bölünürlər. 1-ci sinif — daha çox təhlükəli maddələr, 2-ci sinif - yüksək təhlükəli maddələr, 3-cü sinif - zəif təhlükəli maddələr, 4-cü sinif - az təhlükəli maddələr. "xxxx" trestində rəngsaz peşəsi üzrə tətbiq edilən zərərli maddənin (aseton) təhlükəliliyi 4-cü sinif (az təhlükəli maddələr) olduğu üçün həmin peşə Siyahının "35. Ümumi peşələr" bölməsində nəzərdə tutulmuş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsi ilə uyğunluq təşkil etmir. 14.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. 15.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi ## ###### 1997-ci ildən başlayaraq ## ###### 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ tələbi irəli sürmək hüququ yaranmış olurdu. Lakin, hazırki işin hallarından görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatsa da, o, yuxarıda qeyd edilən qanunvericilik normasının digər şərti olan ##.##.2006-cı il tarixədək o, güzəştli iş stajına malik deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, # ###### 2006-cı il tarixədək onun güzəştli iş stajının olması müəyyən edilə bilmir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasının müəyyən edilməsi məqsədilə analoji sahə olaraq SOCAR ““xxxx” trestinə sorğu göndərilmiş, lakin, qeyd edilən müəssisədən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, Təsnifat və ümumi təhlükəsizlik tələbləri" dövlətlərarası standartına əsasən insan orqanizminə təsirinə görə zərərli maddələr 4 təhlükəlilik sinfinə bölünürlər. 1-ci sinif — daha çox təhlükəli maddələr, 2-ci sinif - yüksək təhlükəli maddələr, 3-cü sinif - zəif təhlükəli maddələr, 4-cü sinif - az təhlükəli maddələr. "xxxx" trestində rəngsaz peşəsi üzrə tətbiq edilən zərərli maddənin (aseton) təhlükəliliyi 4-cü sinif (az təhlükəli maddələr) olduğu üçün həmin peşə Siyahının "35. Ümumi peşələr" bölməsində nəzərdə tutulmuş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsi ilə uyğunluq təşkil etmir. Belə olan təqdirdə, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələbi əsaslı hesab edilə bilməz. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 16.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: C.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və H.Ağalarov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 19.Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri: 20.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş sorğuya cavabda deyilir ki, rəngsaz peşələrinin ardıcıllığı həmin qurum 1 dərəcə rəngsaz peşəsini daha yüksək 5-ci dərəcə rəngsaz peşəsini daha aşağı qiymətləndirmişdir. Halbuki, artım siyahısı (Nazirlər Kabinetinin müvafiq Qərarında) isə 4-cü dərəcə rəngsaz peşəsini çox, birinci dərəcəni isə daha az verir. İddiaçı əmək kitabçasında o, işlədiyi dövrlər ərizində bu dərəcələr artan siyahı ilə getmişdir (Üçüncü təsnifat dərəcəsindən yuxarı). 21.Ən əsas məqam isə ondan ibarətdir ki, məhkəmələr işə baxarkən nəzərə almamışlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya HYPERLINK "https://eqanun.az/framework/49537" \l "%C9%99lav%C9%992"* nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən, işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/12731" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikası Əmək Məcəlləsi"Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən hesablanır.
TƏTBIQ EDILƏN HÜQUQ
22.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 47. Bu Qanun 2006-cı il ######ın #-dən qüvvəyə minir. 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: .... 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: .... 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya HYPERLINK "https://e-qanun.az/framework/49537" \l "%C9%99lav%C9%992"* nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. Işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/12731" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikası Əmək Məcəlləsi"Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən. 24.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı". 35.Ümumi peşələr .... təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar... 25.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
26.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 27.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 30.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 31.Bundan əlavə kollegiya əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 32.Hazırkı işdə iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh qurum onun tələbinin təmin olunmasından imtina edərək ona əsaslanmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün işəgötürənin arayışı təqdim olunmalı və orada zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olduğu göstərilməlidir. Təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajının olmadığı müəyyən olunur. 33.Işə baxmış məhkəmələr iddiaçının müvafiq dövrlərdə işlədiyi 4-cü və 5-ci dərəcəli rəngsaz peşəsinin zərərli peşə kimi qəbul edilib-edilməməsi istiqamətində müəyyən araşdırmalar apararaq, müxtəlif müəssisələrə həmin analoji işdə işləyən şəxslərin iş stajının zərərli staj kimi qəbul edilməsinin mümkünlüyü ilə bağlı sorğular verərək həmin dövrün şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu verib-vermədiyi məsələsini yoxlamışlar və bu zaman müəyyən edilmişdi ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın "35. Ümumi peşələr" bölməsində qeyd olunan "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsi ilə eyni deyil. Bu baxımdan işə baxmış məhkəmələr iddianın rədd edilməsi qənaətinə gəlmişlər. 34.Məhkəmə kollegiyası işə baxmış məhkəmələrin apardığı araşdırmaları iş üzrə obyektiv və ədalətli məhkəmə qərarının qəbul edilməsi üçün yetərli hesab edir. Bununla yanaşı, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə Kollegiya bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1. bəndində əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının hansı sənədlərə əsasən müəyyən edildiyi əks olunmuşdur. 35.Həmin sənədlərdən biri kimi Qaydaların 4.1.20. bəndində Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddətinin bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya HYPERLINK "https://e-qanun.az/framework/49537" \l "%C9%99lav%C9%992"* nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən, işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/12731" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikası Əmək Məcəlləsi"Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən müəyyən edildiyi göstərilmişdir. 36.Beləliklə, hazırkı işdə iddiaçının müvafiq dövrlərdə rəngsaz peşəsində işlədiyi dövrün zərərli iş stajı hesab edilməsi üçün onun işlədiyi müəssisənin hazırda fəaliyyəti olmadığından, onun güzəştli arayışı da təqdim etməsi obyektiv olaraq mümkün olmadığından həmin peşənin adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən peşə ilə eynilik təşkil etməsi əsas şərt kimi çıxış edir. 37.Iddiaçının müvafiq dövrlərdə 4-cü və 5-ci dərəcəli rəngsaz peşəsində işləməsi mübahisəsizdir. 38.Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın "35. Ümumi peşələr" bölməsində "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" qeyd olunmuşdur. 39.Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən hazırkı vəziyyətdə mötəbər sübut kimi qiymətləndirilən iddiaçının əmək kitabçasındakı qeydlərdə onun müvafiq dövrlərdə 4-cü və 5-ci dərəcəli rəngsaz işlədiyi peşənin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın "35. Ümumi peşələr" bölməsində əksini tapan "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsi ilə eyniliyi müəyyən olunmur. 40.O ki qaldı iddiaçının “işlədiyi rəngsaz peşəsinin adı çəkilən Siyahıda göstərilən "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar"dan daha təhlükəli olan 4-cü və 5-ci dərəcəli rəngsaz olduğu halda cavabdeh tərəfindən bu halın nəzərə alınmaması” barədə dəlilinə, məhkəmə kollegiyası bu barədə bildirir ki, ГОСТ 12.1.007-76* "Zərərli maddələr. “Təsnifat və ümumi təhlükəsizlik tələbləri” dövlətlərarası standartına əsasən insan orqanizminə təsirinə görə zərərli maddələr 4 təhlükəlilik sinfinə bölünür: 1-ci sinif- daha çox təhlükəli maddələr, 2-ci sinif- yüksək təhlükəli maddələr, 3-cü sinif- zəif təhlükəli maddələr, 4-cü sinif- az təhlükəli maddələr. 41.Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının 4-cü və 5ci dərəcəli rəngsaz kimi az təhlükəli maddələrlə işlədiyi üçün həmin peşənin göstərilən Siyahının “35. Ümumi peşələr” bölməsində əksini tapan "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsi ilə eyniliyi müəyyən edilmədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün yetəri qədər zərərli iş stajının mövcudluğu təsdiq olunmur. 42.Buna görə də apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının düzgün tətbiqinə əsaslandığı üçün məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.