Məhkəmə qərarları › İş №2-1(1-8)-1729/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1729/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1729/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi bəhanəsilə sosial yardımın təyinatından imtina edilməsi barədə cavabdehin qəbul etdiyi ## ###### 2024-cü il tarixli qanunsuz qərarının ləğv edilməsi və müraciət etdiyi ## ###### 2024-cü il tarixdən sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(*-**)- **/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi bəhanəsilə sosial yardımın təyinatından imtina edilməsi barədə cavabdehin qəbul etdiyi ## ###### 2024-cü il tarixli qanunsuz qərarının ləğv edilməsi və müraciət etdiyi ## ###### 2024-cü il tarixdən sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin (hakim: F.Hacızadə) 2026-cı il ## ###### tarixli 2- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdi.

4. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Musayev və T.Həsənov) 2026-cı il ## ###### tarixli, *-*(*- **)-**/**** nömrəli nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. # #### 2026-cı il tarixdə iddiaçı İddiaçı ərizəsi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş və iddiaçı ərizəsində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli *-*(*-**)- **/**** nömrəli qərardadından kassasiya şikayəti verməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi qərara alınmışdır.

7. Bundan sonra iddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərardadından kassasiya şikayəti verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

10. Bu qərardadın 8-ci bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. İş üzrə materiallardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı tərəfindən verilmiş “dövlət hesabına vəkillə təmin edilmə” tələbinə dair ərizə təmin edilmiş, iddiaçı İddiaçı vəkillə təmin edilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilmişdir.

12. Məhkəmənin sözügedən qərardadı icra olunaraq ##.##.2026-cı il tarixdə iddiaçının adına vəkil orderi tərtib edilmişdir. Lakin kassasiya şikayəti qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürüldükdən sonra, yəni ##.##.2026-cı il tarixdə verilmişdir.

13. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.

14. Eyni zamanda, bu qərardadın 8-ci bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin iddiaçı tərəfindən kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.

15. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar