Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-174/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçının cavabdeh cavabdeh1 Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə (üçüncü şəxs Üçüncü şəxs Mənzil Tikinti Kooperativi) qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Üçüncü şəxs MTK ilə payçı İddiaçı arasında bağlanmış **** nömrəli ## ###### 2023-cü il tarixli mənzilin alqı-satqısına dair Payçı müqaviləsinin 1 və 2-ci bəndlərinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, * №-li, 3 otaqlı mənzilin ümumi dəyəri 180233 manat, müqavilə üzrə MTK-ya avans şəklində ödənəcək ilkin ödəniş 60033 AZN çıxılmaqla, qalan 120200 manat məbləğində pul vəsaitinin payçı tərəfindən onunla MTK və xxxx ASC arasında bağlanacaq müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödənilməsi müəyyən edilmişdir.
2. ##.##.2023-cü il tarixli, BPM************ №-li, BPM************ №-li mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən 50875.42 manat pul vəsaiti Üçüncü şəxs MTK-nın bank hesabına, onun ədv məbləği olan 9166.74 manat məbləğində pul vəsaiti isə Üçüncü şəxs MTK-nın ədv depozit hesabına köçürülmüşdür.
3. ##.##.2023-cü il tarixli FJB************* nömrəli məxaric orderindən görünür ki, 120200 AZN məbləğində vəsait İddiaçı hesabına köçürülmüş və ##.##.2023-cü il tarixli BPM************ nömrəli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən 120200.00 AZN məbləğində vəsait Üçüncü şəxs MTK-nin bank hesabına köçürülmüşdür.
4. ƏDV qaytarmaq ərizəsindən imtina barədə bildirişdən görünür ki, iddiaçının ##.##.2023-cü il tarixli **************** nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə”si üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Bu barədə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.6-cı bəndinə uyğun olaraq əsaslandırılmış inzibati akt bildirişin qoşmasında iddiaçıya təqdim olunmuşdur.
5. cavabdeh1 Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ## ### 2023-cü il tarixli **************** nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarında qeyd olunur ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin, yəni 27493.17 manat ƏDV məbləğinin 18335.59 manatının satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı ## ### 2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmaması qərara alınmışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat 6.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Üçüncü şəxs Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanan ##.##.2023-cü il tarixli № **** saylı payçı müqaviləsi üzrə iddiaçı ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, * №-li, 3 otaqlı mənzili mülkiyyətinə qəbul etməyi və mənzil üzrə tələb olunan bütün ödənişlərin “MTK"-ya ödənilməsini öhdəliyinə götürmüşdür. Qeyd edilir ki, müqavilə şərtlərinə əsasən müqavilənin ümumi dəyəri ƏDV də daxil olmaqla 180233 (bir yüz səksən min iki yüz otuz üç) manat, ƏDV isə 27493.17 manat təşkil edir. Müqavilənin ilkin ödənişini müqavilənin ümümi dəyərinin 33%-ni təşkil etməklə 60033 (altmış min otuz üç) manatı avans olaraq ##.##.2023-cü il tarixində müqavilə bağlandığı gün ödənilmişdir. Müqavilənin ümumi dəyərinin qalıq 120200 (bir yüz yirmi min iki yüz) manat pul vəsaitini “xxxx” ASC-dən götürülən kredit vəsaiti hesabına ##.##.2023-cü il tarixində ödənilmişdir. Mənzillə bağlı hər iki ödəniş bank vasitəsilə ödənilmişdir, bu faktı təsdiq edən xxxx ASC tərəfindən təqdim edilən mədaxil qəbzləri iddia ərizəsinə əlavə edilmişdir. Bildirilir ki, iddiaçı yaşayış sahəsinin alınması ilə bağlı nağdsız qaydada ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə elektron qaydada müraciət edərək bütün sənədləri elektron qaydada cavabdeh orqana təqdim etmişdir. Müraciətinin nəticəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli, **************** saylı qərar qəbul edərək ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərarda bildirilir ki, yaşayış sahəsinin ümümi dəyərinindən əldə olunan 27493,17 (iyirmi yeddi min dörd yüz doxsan üç manat on yeddi qəpik) manat ƏDV məbləğinin 18335,59 (on səkkiz min üç yüz otuz beş manat əlli doqquz qəpik) manatını satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Cavabdeh yuxarıda qeyd olunan səbəbi qeyd edərək Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası”nın 5.1.2ci bəndinin iddiaçı tərəfindən pozulduğunu bildirmişdir. Hesab edir ki, cavabdeh orqanın ##.##.2023-cü il tarixli **************** saylı qərarı əsassız və qanunsuzdur. Qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş şərtlərə və qaydalara uyğun olaraq mənzilin dəyəri ödənilmişdir. Belə ki, qeyd olunan qaydalarının 5.1.2-ci maddəsinə əsasən “alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi’' təqdim edilməlidir. Yuxarıda qeyd olunan qaydalara uyğun olaraq iddiaçı tərəfindən ödənişləri nağdsız şəkildə həyata keçirilmişdir və qeyd olunan ödənişlərlə bağlı sənədlər cavabdeh orqana elektron qaydada təqdim edilmişdir. Cavabdeh orqan qəbul etdiyi imtina məktubunda özü qismən iddiaçı tərəfindən ödənişlərin düzgün həyata keçirilməsini qəbul etmişdir. Belə ki, imtina qərarında cavabdeh orqan bildirir ki, mənzilin ümümi dəyərinə uyğun olaraq hesablanmış 27493.17 (iyirmi yeddi min dörd yüz doxsan üç manat on yeddi qəpik) manat ƏDV məbləğinin 18335.59 (on səkkiz min üç yüz otuz beş manat əlli doqquz qəpik) manatını satıcının bank hesabına ödənilmişdir, dolayı yolla cavabdeh orqan təsdiq edir ki, mənzilin ümumi dəyərinə uyğun olaraq hesablanmış əlavə dəyər vergisinin 9157,58 (doqquz min yüz əlli yeddi manat əlli səkkiz qəpik) manat pul vəsaitini satıcının ƏDV depozitinə ödənilmişdir. Lakin cavabdeh orqan imtina məktubunda bu faktı birbaşa qeyd etmir. Bu halda sual yaranır, iddiaçının nə marağı var ki, mənzilin ümumi dəyərinə hesablanmış ƏDV-nin bir qismini ödəyərək, lakin digər hissəsi ödəməsin. Bir daha qeyd edilir ki, mənzilin ümumi dəyəri iki mərhələdə ödənilmişdir. Ilk mərhələdə iddiaçı tərəfindən öz vəsaiti hesabına mənzilin ümumi dəyərinin 33%-i ödənilmişdir. Ödənişin ikinci mərhələsində iddiaçı xxxx bankdan kredit götürərək mənzilin qalıq dəyəri ödənilmişdir və kredit vəsaiti birbaşa bank tərəfindən MTK-ya köçürülmüşdür. Göründüyü kimi, ödənişin ikinci mərhələsində iddiaçı tərəfindən ödənişlərə hər hansı bir mədaxil etməyə imkan olmamışdır və pul vəsaitinin köçürülməsi MTK və xxxx ASC arasında həyata keçirilmişdir. Iddiaçı hesab edir ki, həyata keçirilən ödənişləri bank və ya mtk tərəfindən düzgün yönəldilməməsi nəticəsində faktiki olaraq iddiaçı ödənilmiş ədv-nin geri qaytarılması hüququndan məhrum olunur. Cavabdeh orqan isə, əlavə araşdırma aparmadan, bankdan və MTK-dan heç bir sənəd tələb etmədən əlavə dəyər vergisini qaytarılmasını imtina edilməsi barədə qərar qəbul etmişdir.
8. Sonradan iddiaçının nümayəndəsinin ərizələri nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadları ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi ilə əvəz edilmiş, iddia tələbi isə “Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, **************** saylı qərarının ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən “Avant Park” Yaşayış Kompleksinin 7-ci bina, 7-ci blok, 8-ci mərtəbə, * nömrəli, 3 otaqlı mənzilinə görə iddiaçı İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası cavabdeh2 üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
9. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş, Azərbaycan Respublikası cavabdeh2 ##.##.2023-cü il tarixli, **************** saylı qərarı ləğv olunmuş və ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, * №-li, 3 otaqlı mənzilə görə İddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası cavabdeh2 üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təqsiri ilə bağlı olmamaqla ƏDV məbləğinin geri qaytarılmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. Iddiaçının aldığı, müqavilənin predmeti olan mənzilin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTK-nın hesabına ödənildiyindən, MTK da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyəyə cəlb olunan məbləğdən ƏDV ödəmiş və hesabat təqdim etmişdir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, *** №-li qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDVnin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 2.1-ci bəndinə əsasən ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslərin ödəmələrindən. ƏDV-nin depozit hesabı həmçinin ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından ödənilmiş vəsaitlərdən mədaxili də nəzərdə tutulmuşdur. Həmçinin göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində, ƏDV-nin məbləğinin aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Lakin hazırkı halda Üçüncü şəxs MTK etdiyi alqı-satqılar üzrə ƏDV hesabatı təqdim etməsinə baxmayaraq, cavabdeh tərəfindən MTK-nın satdığı mənzilə görə ƏDV aldığı məbləğin ƏDV depozit hesabına köçürməməsinə görə maliyyə sanksiyasının tədbiq edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, bu halı mübahisələndirməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat 12.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. kassasiya şikayətinin dəlilləri 15.
b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Iddiaçı kassasiya şikayətinə etiraz verərək, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
18. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsinə nail olmaqdan ibarətdir.
25. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı İddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, Üçüncü şəxs MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Iddiaçı tərəfindən Üçüncü şəxs MTK ilə bağlanmış payçı müqaviləsi üzrə yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş və əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən ƏDV-nin qaytarılmasından imtina edilməsi və mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas kimi İddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin, yəni 27493.17 manat ƏDV məbləğinin 18335.59 manatının satıcının bank hesabına ödənildiyi bildirilmişdir.
26. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 2020-ci il ######ın #-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir.
27. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış28.sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
29. Sözügedən Qaydanın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən isə Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini, eyni zamanda müvafiq sənədləri, o cümlədən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini portala göndərir.
30. Beləliklə, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır.
31. Hazırkı halda, iddiaçı yaşayış sahəsinə dair müqaviləni ##.##.2023-cü il tarixdə bağladığından, ödənişləri də adı çəkilən Qayda qüvvəyə mindikdən sonra apardığından hazırkı qərarın 30-cu bəndində əks olunan qaydada qiymətləndirilmə aparılmalıdır. 35.Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər.
32. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də o istiqamətdədir ki, bu qəbildən olan işlərə baxarkən məhkəmələr alıcılara təqdim edilməli olan yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsi ilə bağlı texniki imkanların mövcud olub-olmamasını araşdırmalıdır. Başqa sözlə, satıcılar tərəfindən alıcılara mənzilin dəyərinin və onun ƏDV-nin ayrı-ayrılıqda ödənilməsinə imkan verən e-qaimənin tərtib edilməsinin texniki cəhətdən mümkün olub-olmaması müəyyən edilməlidir.
33. Cavabdehin kassasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, iddiaçı tərəfindən ##.##.2023-cü il tarixində həyata keçirilmiş ödəniş zamanı (BPM************ nömrəli ödəniş qəbzinə əsasən) mənzilin ƏDV məbləği olan 18 326,43 manat satıcının ƏDV depozit hesabına ödənilməmişdir. Həmin ƏDV məbləği mənzilin dəyəri üzrə 101 873,57 manatla birlikdə, ümumilikdə 120 200 manat olmaqla, satıcının bank hesabına köçürülmüşdür. Bu hal Qaydanın 5.1.2-ci bəndinin, eləcə də qüvvədə olan vergi qanunvericiliyinin tələblərinin pozulması deməkdir.
34. Hazırkı iş üzrə iddiaçı tərəfindən aparılmış hər iki ödəniş portalın istifadəyə verilməsindən sonrakı vaxta təsadüf etdiyi üçün texniki imkanın mövcudluğu mübahisəsizdir. Iddiaçı tərəfindən Qaydanın tələbinə uyğun olaraq, BPM************ №-li, BPM************ №-li mədaxil qəbzlərinə əsasən ##.##.2023-cü il tarixdə 50875.42 manat pul vəsaiti Üçüncü şəxs MTK-nın bank hesabına, onun ədv məbləği olan 9166.74 manat məbləğində pul vəsaiti isə Üçüncü şəxs MTK-nın ədv depozit hesabına köçürülmüşdür.
35. Lakin iddiaçı tərəfindən ikinci ödəniş ##.##.2023-cü il tarixli FJB************* nömrəli məxaric orderi əsasında ona bank tərəfindən köçürülmüş 120200 AZN məbləğində vəsait hesabına ##.##.2023-cü il tarixli BPM************ nömrəli mədaxil qəbzinə əsasən Üçüncü şəxs MTK-nin bank hesabına köçürülmüşdür. Yəni, mənzilin dəyəri üzrə 101 873,57 manatın satıcının bank hesabına, onun ƏDV məbləği olan 18 326,43 manatın isə ƏDV depozit hesabına ayrılıqda ödənilməsi aparılmamış, mənzilin dəyəri olan məbləğ onun ədv-si birlikdə satıcının bank hesabına keçirilmişdir ki, bununla da Qaydanın 5.1.2-ci bəndinin tələbləri pozulmuşdur.
36. Sözügedən Qaydanın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.
37. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, qanunvericiliyin tələbindən də açıq şəkildə göründüyü kimi, mənzilin dəyərinə görə ödənilmiş məbləğin ƏDV-sinin qismən əvəzləşdirilməsinə yol verilmir. Yəni qanunvericilik mənzilin dəyərinin tam şəkildə Qaydaya uyğun ödənilməsi halında ƏDV-nin əvəzləşdirilməsini təsbit etmişdir.
38. Odur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri üzrə aparılan ödəniş Qaydaya uyğun olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
39. Nəticə etibarı ilə, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
40. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia rədd olunmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia rədd edilsin. Qərar qətidir.