Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1744/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X1 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Cavabdehnin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçılar X1 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Cavabdehnin Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat
1. Iddiaçılar iddiaçı1 qızı və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddiaçı iddiaçı1 qızına dəymiş cəmi 2133,60 manat pul məbləğində maddi ziyanın və 100 manat pul məbləğində mənəvi ziyanın, ümumilikdə 2233,60 (iki min iki yüz otuz üç manat altmış qəpik) manat pul məbləğinin iddiaçı iddiaçı1 qızına ödənilməsi və iddiaçı iddiaçı2 qızma dəymiş cəmi 1596,75 manat pul məbləğində maddi ziyanın və 100 manat pul məbləğində mənəvi ziyanın, ümumilikdə 1696,75 (min altı yüz doxsan altı manat yetmiş beş) manat pul məbləğinin iddiaçı iddiaçı2 ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
2. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim A. Abdullayeva) iddia rədd edilmişdir.
3. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişlər.
a) apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ##### 2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadı ilə (hakimlər: E.Əliyev – sədrlik edən və məruzəçi, F.Mədətli və A.Oruczadə) apellyasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti müddət ötürülməklə verilmiş və müddətin bərpası barədə vəsatət təqdim edilməmişdir.
6. Iddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
7. Iddiaçılar kassasiya şikayətində qeyd etmişlər ki,
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBIQ EDILƏN HÜQUQ
9. Inzibati Prosessual Məcəllə Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
10. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılan zaman hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
13. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, lakin şikayətin faktiki verilmə tarixini müəyyən edilməsində səhvə yol vermişdir.
15. Belə ki, apellyasiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ##.##.2026-cı il tarixində iddiaçı iddiaçı1 qızının vəkili və nümayəndəsi Nümayəndə və iddiaçı2 vəkili və nümayəndəsi vəkil2 elektron kabinetinə yerləşdirilmiş, həmin qərardan apellyasiya şikayəti ##.##.2026-cı il tarixində verilməklə, qanunla müəyyən edilən 30 günlük müddət ötürülmüşdür.
16. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçılar tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti ##.##.2026-cı il tarixə poçt şöbəsinə verilmişdir.
17. Inzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.
18. Həmin məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
19. Qeyd olunan normalara əsasən, birinci instansiya məhkəməsinin qərarı iddiaçıların vəkil və nümayəndələrinə ##.##.2026-cı ildə təqdim edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 30 günlük müddətin sonuncu günü ##.##.2026-cı il olmuşdur.
20. Lakin iddiaçılar, kassasiya şikayətində özlərinin də bildirdikləri kimi, apellyasiya şikayətini ##.##.2026-cı ildə, yəni qanunla müəyyən edilmiş prosessual müddət başa çatdıqdan sonra poçt şöbəsinə təqdim etmişlər.
21. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin verilmə tarixini ##.##.2026-cı il kimi yanlış müəyyən etsə də, bu hal onun şikayətin müddət ötürülməklə verilməsi barədə gəldiyi yekun nəticənin düzgünlüyünə təsir etmir.
22. Qeyd edilməlidir ki, Inzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
23. Hazırkı işdə iddiaçılar tərəfindən məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizə və müddətin onun təqsiri olmadan buraxılmasına dair mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər.
24. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası,
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ##### 2026-cı il tarixli, *-*(*- *)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.