Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1755/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar “xxxx” Kiçik Müəssisəsinin, iddiaçı3 və iddiaçı1 cavabdeh Imişli Rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiyanın mümkünlüyü ilə bağlı hüquqi yardımın apellyasiya məhkəməsi tərəfindən yerinə yetirilməsi, şikayətin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçılar “xxxx” Kiçik Müəssisəsinin, iddiaçı3 və iddiaçı1 cavabdeh Imişli Rayon Icra Hakimiyyətinə qarşı “Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamının iddiaçılara aid olan hissədə və ##.##.2017-ci il tarixli *** saylı sərəncama əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin “xxxx” Kiçik Müəssisəsinə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 ha hissədə, iddiaçı1 ayrılan 160.0 ha torpaq sahəsinin 127.22 ha hissədə və iddiaçı3 ayrılan 205.0 ha torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçılar cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, “Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamının iddiaçılara aid olan hissədə və ##.##.2017-ci il tarixli *** saylı sərəncama əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin “xxxx” Kiçik Müəssisəsinə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 ha hissədə, iddiaçı1 ayrılan 160.0 ha torpaq sahəsinin 127.22 ha hissədə və iddiaçı3 ayrılan 205.0 ha torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamının iddiaçılara aid olan hissədə və ##.##.2017-ci il tarixli *** saylı sərəncamına əsasən “xxxx” MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin iddiaçı2-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 hissəsinin, iddiaçı1 ayrılan 160.0 ha sahəsinin 127.22 ha hissəsinin və iddiaçı3 ayrılan 205.0 ha olan torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissəsinin ləğv edilməsi qərara alınmışdır.
3. Cavabdeh və üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı ilə Şirvan Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.
5. Iddiaçılar qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
TƏTBIQ EDILƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. ...
KASSASIYANIN MÜMKÜNLÜYÜ
7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
8. Iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi *-*(***)- ***/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadla birlikdə “Inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı ## ### 2026-cı il tarixdə iddiaçıların nümayəndəsi və vəkili vəkil2 “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində yerləşdirildiyindən (təqdim edildiyindən) və iddiaçılar tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayəti ## ### 2026-cı il tarixində təqdim edildiyindən iddiaçılar kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 10 günlük prosessual müddəti ötürmüşlər.
9. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur.
10. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçıların kassasiya şikayətini mümkünlüyə təyin etmədən qəbulundan imtina edilməsinin əsası aşağıdakı kimidir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara münasibətdə 10 günlük müddət axımı apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim edildiyi tarixdən hesablandıqda, kassasiya şikayətinin təqdim olunması üçün son müddət ## ### 2026-cı ildir. Lakin iddiaçılar tərəfindən kassasiya şikayəti ## ### 2026-cı il tarixdə təqdim edilmişdir.
12. Yuxarıda adı çəkilən məlumat və izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. Inzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
13. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
15. Lakin iddiaçılar kassasiya şikayəti verərkən məlumat və izahda göstərilən tələbə (prosessual müddətlərə riayət edilməklə verilməlidir) əməl etməmiş, şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verilməsinə baxmayaraq buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməmişdir.
16. Izahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.