Məhkəmə qərarları › İş №2-1(1-8)-178/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-178/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-178/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh "xxxx" PHŞ-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun akademik tanınması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh "xxxx" X1rşı “diplomun akademik tanınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Rusiya Federasiyası Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes Institutu” tərəfindən verilmiş 137724 ******* saylı (qeydiyyat nömrəsi: 38142), ##.##.2023-cü il tarixli Bakalavr Diplomuna əsasən, İddiaçı 40.03.01. Hüquqşünaslıq hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə Bakalavr 40.03.01. Hüquqşünaslıq ixtisası verilmişdir.

2. Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes Instutu” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****/** saylı arxiv arayışında aşağıdakılar göstərilmişdir: “ ... Bu arxiv arayışı ilə Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes Institutu” tələbə ##.##.2000-ci il təvəllüdlü (Azərbaycan Respublikası vətəndaşı) İddiaçı Məhman oğlunun 2019-cu ilin sentyabrından 2023-cü ilin iyuluna qədər iqtisadiyyat, idarəetmə və hüquq fakültəsində 40.03.01 “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almasını təsdiq edir. Dövlət Imtahan Komissiyasının ##.##.2023-cü il tarixli, * saylı protokoluna əsasən İddiaçı Məhman oğluna “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr kvalifikasiyası verilmişdir. Təhsilini bitirdikdən sonra adına 137724 ******* nömrəli ali təhsil haqqında diplom və ona əlavə – 137724 ******* nömrəli əlavə ##.##.2023-cü il tarixində, 38142 qeydiyyat nömrəsi ilə verilmişdir. Təhsil forması: əyani-qiyabi/əyani (elektron təhsil və distant təhsil texnologiyalarının tətbiqi ilə həyata keçirilirdi). Rusiya Federasiyasının “Təhsil haqqında” ##.##.2012-ci il tarixli, ***-FZ saylı Federal Qanununun 16-cı maddəsinə, həmçinin Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin ##.##.2017-ci il tarixli *** saylı əmrinə uyğun olaraq, elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilən ali təhsil proqramı çərçivəsində İddiaçı Məhman oğlu 40.03.01 Hüquqşünaslıq ixtisası üzrə təhsil almış, o cümlədən sonuncu kursda distant təhsil texnologiyalarından istifadə edilmişdir. İddiaçı Məhman oğlunun dövlət yekun attestasiyası Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes Institutu”nda ##.##.2023–##.##.2023 tarixlərində, Moskva şəhəri, Yunost küçəsi, 5 ünvanında əyani formada keçirilmişdir. Akademik məzuniyyət: verilməmişdir. Tələbə kimi qəbulla bağlı əmr: ***/k-** saylı, ##.##.2019 (İ kursa qəbul). Təhsil formasının dəyişdirilməsi haqqında əmr: ***/c-** saylı, ##.##.2022 (əyani-qiyabi formadan əyani formaya keçid; təhsil elektron və distant texnologiyaların tətbiqi ilə həyata keçirilirdi). Tələbə sırasından xaric olunma əmri: ***/c-** saylı, ##.##.2023 (təhsil müəssisəsini bitirməsi ilə əlaqədar)”.

3. xxxxnin ##.##.2024-cü il tarixli, NA******** saylı “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** saylı Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1ci və 4.1.4-cü bəndlərinə əsasən, ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023cü il ## ###### tarixli, **** saylı Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan forma! təhsilin əldə olunması) tələb olunur.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı ## ######## 2024-cü il tarixli, A******** saylı imtina məktubunun əsassız sayılması, Rusiya Federasiyasının “Qeyri-kommersiya təyinatlı Milli Biznes Institutunda iddiaçı İddiaçı bakalavr diplomu üzrə hüquqşünaslıq ixtisası ali təhsilinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Sonradan iddiaçı Bakı Inzibati Məhkəməsinə ərizə təqdim edərək, iddia tələbinin diplomun akademik tanınması kimi dəyişdirilməsini xahiş etmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “diplomun akademik tanınması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyasının Moskva şəhərində Milli Biznes Institutunda 2019-cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayına qədər “iqtisadiyyat idarəetmə və hüquq” fakültəsinin 40.03.01. kod üzrə “hüquqşünaslıq” ixtisası almışdır. Dövlət Imtahan Komissiyasının ##.##.2023-cü il tarixli protokolu və əmri əsasında İddiaçı hüquqşünaslıq ixtisası üzrə bakalavr ali təhsil dərəcəsi üzrə qeydiyyat nömrəsi 38142 olan diplom və diploma əlavə verilmişdir. Təhsil forması elektron təhsil və distansion formada həm əyani, həm qiyabi olmuşdur. Qeyri-kommersiya təyinatlı “Milli Biznes Institutunun” ##.##.2024-cü il tarixli arxiv arayışında İddiaçı distansion qaydada ##.##.2023-cü ildə ali təhsil almışdır. Nizamnamə əsasında fəaliyyət göstərən Milli Biznes Institutunun Rektorunun şəxsində İddiaçı ilə hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili üzrə pullu təhsil qaydalarına uyğun müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə təhsil müddəti 4 il 6 ay müəyyən edilmişdir. Təhsilin əyani və qiyabi olmasından asılı olmayaraq, tədris müqaviləsində distansion qaydada təhsil alınması müəyyən edilmişdir. Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması ilə bağlı İddiaçı ərizəsinə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən imtina verilmişdir. Belə ki, həmin imtina sərhəd xidmətinin məlumatlarına əsaslanmışdır. Iddiaçı bu imtinanı əsassız və qanunsuz saymışdır.

7. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “Milli Biznes Institutu” tərəfindən iddiaçı İddiaçı verilmiş 137724 ******* saylı (qeydiyyat nömrəsi: 38142), ##.##.2023-cü il tarixli Bakalavr Diplomu üzrə aldığı ixtisasın (40.03.01. Hüquqşünaslıq) Azərbaycan Respublikasının ərazisində akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Rusiya-Ukrayna münaqişəsinin nəticələri yalnız döyüş əməliyyatlarının birbaşa baş verdiyi ərazilərlə məhdudlaşmır. Rusiya Federasiyası ilə Ukrayna arasında davam edən hərbi münaqişə beynəlxalq sanksiyalar, hava yollarının bağlanması, logistika və təhlükəsizlik risklərinin artması və diplomatik qeyri-müəyyənliklər xarici vətəndaşlar üçün Rusiya ərazisinə daxilolmasını və orada uzun müddət qalmanı çətinləşdirə biləcəyini inkar etmək mümkün deyil. Tələbənin ölkədə fiziki olaraq uzun müddət qala bilməməsi onun şəxsi iradəsi və təhsildən yayınması deyil, obyektiv şəraitin və beynəlxalq vəziyyətin nəticəsi olmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, belə bir şəraitdə tələbənin (iddiaçının) təhsil prosesində iştirak etməməsi onun təhsil prosesindən yayınması kimi deyil, özündən asılı olmayan səbəblərlə iştirak imkanlarının məhdudlaşması kimi qiymətləndirilə bilər.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: N.Nəbizadə /sədrlik edən və məruzəçi/, V.Qasımov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdı.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma çərçivəsində ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun tədris prosesində faktiki cəlb olunmaqla iştirak üçün ali təhsil müəssisəsinin yerləşdiyi xarici ölkənin ərazisində olma müddətləri müəyyən edilmişdir: İ il - 9 ay. II il - 5 ay 2 gün (pandemiya dövrü), III il - 8 ay 8 gün (pandemiya dövrü), IV il - 7 gün. Ümumilikdə 4 illik təhsil müddətinin sonuncu tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Iddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi diplom əlavəsinin 4-cü bəndindən və məhkəməyə təqdim etdiyi arayışdan açıq şəkildə görünür ki, iddiaçı əyani təhsilalma formasında təhsil almışdır. Məhkəmə qərarın 7-ci səhifəsinin 19-cu bəndində vurğulanmış “tanınma qərarı yalnız kəmiyyət meyarlarına əsaslana bilməz” ifadəsinə əsasən bildirir ki, tanınma zamanı sərhədkeçmə məlumatları minimum tələb kimi yoxlanılır. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. Məhkəmə qərarı ilə tanış olduqda, məhkəmənin mövqeyinin əsassız olması aydın şəkildə görünür. Belə ki, məhkəmə qərarın 10-cu səhifəsinin 26-cı bəndində inzibati orqan tərəfindən qəbul olunan qərarda ədalətlilik və mütənasiblik prinsiplərinin pozulması bildirilmişdir, qərar qəbul edilərkən əsas məqsəd ölkədə təhsilin keyfiyyətinin təmin olunması və xaricdə əldə olunan təhsil kvalifikasiyalarının Azərbaycan Respublikasında təsdiqi zamanı onların ölkədə mövcud təhsil standartlarının tələblərinə uyğunluğunu təmin etməkdir. Iddiaçının təhsil aldığı dövrün xarici ölkədəki müharibə vəziyyəti ilə üst –üstə düşməsi barədə qeyd olunmuş məsələ ilə bağlı bildirir ki, iddiaçının təhsil aldığı Moskva şəhəri Rusiya-Ukrayna münaqişəsi dövründə hərbi əməliyyatların və ya fövqəladə hüquqi rejimlərin tətbiq edildiyi ərazi hesab olunmur, habelə iddiaçı tərəfindən həmin dövr üzrə müharibə səbəbindən tədrisin təşkilinin mümkünsüz olduğunu təsdiq edən sənədlər inzibati və məhkəmə icraatı zamanı təqdim olunmamışdır.

TƏTBIQ EDILƏN HÜQUQ

14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev adına Hərbi Instituta qəbul olunduqdan sonra əsas təhsil proqramlarının icrasına başlamazdan əvvəl bütün təhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəruri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edilir. Hazırlıq kursunun proqramını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilir. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı iddia ilə bağlı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı aldığı ali təhsil haqqında diplomun akademik tanınmasına nail olmaqdan ibarətdir. Işin hallarına görə, Rusiya Federasiyası Ali Təhsil üzrə Muxtar Qeyri- 27. Kommersiya Təşkilatı “Milli Biznes Institutu” tərəfindən verilmiş 137724 ******* saylı (qeydiyyat nömrəsi: 38142), ##.##.2023-cü il tarixli Bakalavr Diplomuna əsasən, İddiaçı 40.03.01. Hüquqşünaslıq hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə Bakalavr 40.03.01. Hüquqşünaslıq ixtisası verilmişdir.

28. Dövlət Imtahan Komissiyasının ##.##.2023-cü il tarixli, * saylı protokoluna əsasən İddiaçı Məhman oğluna “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr kvalifikasiyası verilmişdir. Təhsilini bitirdikdən sonra adına 137724 ******* nömrəli ali təhsil haqqında diplom və ona əlavə – 137724 ******* nömrəli əlavə ##.##.2023-cü il tarixində, 38142 qeydiyyat nömrəsi ilə verilmişdir. Təhsil forması: əyani-qiyabi/əyani (elektron təhsil və distant təhsil texnologiyalarının tətbiqi ilə həyata keçirilirdi).

29. Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes Institutu” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****/** saylı arxiv arayışına əsasən İddiaçı Məhman oğlunun dövlət yekun attestasiyası Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes Institutu”nda ##.##.2023–##.##.2023 tarixlərində, Moskva şəhəri, Yunost küçəsi, 5 ünvanında əyani formada keçirilmiş, Təhsil formasının dəyişdirilməsi haqqında əmr: ***/c-** saylı, ##.##.2022 (əyani qiyabi formadan əyani formaya keçid; təhsil elektron və distant texnologiyaların tətbiqi ilə həyata keçirilirdi).

30. Iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xxxxnə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2019/2020-ci tədris ili üzrə - 9 ay, 2020/2021-ci tədris ili üzrə - 5 ay 2 gün, 2021/2022-cu tədris ili üzrə - 8 ay 8 gün, 2022/2023-ci tədris ili üzrə - 7 gün. Ümumilikdə 4 illik təhsil müddətinin sonuncu tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması məlum olmuşdur. Bu səbəbdən iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi diplomun tanınması ilə bağlı iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı İddiaçı Rusiya Federasiyasında təhsil aldığı ilk üç tədris ili ərzində (2019/2020-ci tədris ili üzrə, 2020/2021-ci tədris ili üzrə və 2021/2022-ci tədris ili üzrə) təhsil prosesində ardıcıl və uzunmüddətli şəkildə iştirak etmişdir. Eyni zamanda iddiaçının təhsil müəssisəsinin daxili qaydalarına və dövlət standartlarına uyğun olaraq təhsilini uğurla tamamladığı hüquq müəyyənedici sənədlərlə təsdiqlənir. Bu müddət ərzində onun akademik fəaliyyətinin keyfiyyəti və yekun attestasiyanın alınması, onun təhsil proqramını tam mənimsədiyi və müvafiq biliklərə malik olduğunu göstərir. Bu baxımdan yalnız sonuncu tədris ilindəki qısa müddətli iştirakın bütün tədris prosesinin mənimsənilməsi və keyfiyyətinə mənfi təsir göstərməsi ağlabatan deyil. Belə ki, sonuncu tədris ili 2022–2023-cü illərə təsadüf etmiş və bu dövr Rusiya- Ukrayna müharibəsinin ən gərgin mərhələsi idi. Münaqişə başlayandan dərhal sonra dünya ölkələrinin əksəriyyəti Rusiya üçün hava məkanını bağladı, bir çox aviaşirkətlər həmin ölkəyə uçuşları ləğv etdi, istiqamətlər dəyişdi, aviabiletlər kəskin bahalaşdı və əlçatanlıq minimuma endi. Qeyd olunanlarla əlaqədar həmin vaxt bir çox xarici tələbələr universitet tərəfindən ölkələrinə geri qaytarılmışdır. Həmçinin müharibə dövründə Rusiya Federasiyasında hüquqi rejim sərtləşmiş, ölkə daxilində təhlükəsizlik tədbirləri genişləndirilmiş, xarici vətəndaşlara yanaşma daha sərt nəzarətə götürülmüşdür. Göründüyü kimi, bu maneələr iddiaçının şəxsi iradəsindən asılı olmayıb, fövqəladə xarici səbəblərin nəticəsi idi. Belə olan halda üç tədris ili ərzində təhsil prosesində davamlı iştirak etmiş şəxsin sonuncu ildə qısa müddətli iştirakına görə diplomun akademik tanınmasından imtina edilməsi tələbənin təhsil prosesində uzunmüddətli iştirakının və əldə etdiyi akademik nəticələrin inkar edilməsi ilə nəticələndiyindən iddiaçının konkret fərdi situasiyasına münasibətdə ədalətli deyil.”

32. Göründüyü kimi, arxiv arayışında iddiaçının təhsil aldığı müəssisə tərəfindən onun təhsilinin bir hissəsini əyani-qiyabi formada, bir hissəsini isə əyani (elektron təhsil və distant təhsil texnologiyalarının tətbiqi ilə) aldığı qeyd olunmuşdur.

33. Məhkəmə kollegiyası iddiaçıya məxsus bakalavr diplomuna əlavənin sonuncu vərəqində təhsil formasının əyani-qiyabi, əyani göstərilməsindən çıxış edərək iddiaçının məhz əyani təhsil formasında təhsil aldığı qəbul edilərsə, aşağıda göstərilən məqamların hazırkı iddianın qiymətləndirilməsində önəm kəsb etdiyini diqqətə çatdırır.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

35. Kollegiya hazırkı işin xüsusi halları baxımından bildirir ki, iddiaçının Rusiya Federasiyasında təhsil aldığı ilk üç tədris ili ərzində (2019/2020-ci, 2020/2021-ci və 2021/2022-ci tədris illəri üzrə) təhsil prosesində ardıcıl və uzunmüddətli şəkildə iştirak etmişdir. Eyni zamanda iddiaçının təhsil müəssisəsinin daxili qaydalarına və dövlət standartlarına uyğun olaraq təhsilini uğurla tamamladığı hüquq müəyyənedici sənədlərlə təsdiqlənir. Bu müddət ərzində onun akademik fəaliyyətinin keyfiyyəti və yekun attestasiyanın alınması, onun təhsil proqramını tam mənimsədiyi və müvafiq biliklərə malik olduğunu göstərir. Kollegiya məhkəmənin bu barədə olan mövqeyi ilə razılaşır. Iddiaçının təhsil aldığı dövrlərdən sonuncu 2022/2023-ci tədris ili üzrə isə cavabdeh qurum tərəfindən normativ müddətin yarısı qədər ali məktəbin yerləşdiyi ölkədə olmaması səbəbindən qəbul edilmir və bu səbəbdən diplomun tanınmasından imtina olunmuşdur. Belə ki, həmin ildə iddiaçı təhsil aldığı ölkədə 7 gün müddətində olmuşdur.

36. Iddiaçıya Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes Institutu” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****/** saylı arxiv arayışında qeyd edilmiş əyani-qiyabi təhsil formasından əyani təhsil formasına keçirilmə və sonuncu kursda əyani təhsil formasında təhsilin distant texnologiyalarının tətbiqi ilə alınması, bunun yalnız iddiaçıya münasibətdə tətbiq edildiyi halda onun səbəbləri məhkəmələr tərəfindən araşdırılmamışdır. Halbuki bu halın müəyyən edilməsi mübahisənin düzgün hüquqi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

37. Belə ki, “Təhsil haqqında” Qanunda Azərbaycan Respublikasında qəbul edilən təhsilalma formaları müəyyən edilmişdir. Bunlar əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) formalar olmaqla, 4 növdən ibarətdir. Qanunun da mənasından göründüyü kimi, əyani və distant (məsafədən) təhsil fərqləndirilmişdir.

38. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq əyani və distant fərqli təhsil formalarıdır. Iddiaçının əyani təhsil formasında təhsil alması (Bakalavr diplomuna əlavəyə əsasən) qəbul edilərsə, əyani təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin əyani formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış əyani formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması məhz Azərbaycanda bakalavriat təhsilinin əyani formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

39. Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricdə alınmış əyani bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin əyani formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını əyani formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. Iddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməməsi barədə məhkəmələrin mövqeyi birmənalı qəbul edilməməlidir. Belə ki, iddiaçının təhsil aldığı Moskva şəhəri Rusiya- Ukrayna 40.münaqişəsi dövründə hərbi əməliyyatların və ya fövqəladə hüquqi rejimlərin tətbiq edildiyi ərazi hesab olunmurdu, habelə iddiaçı tərəfindən həmin dövr üzrə məhz müharibə səbəbindən əyani təhsil formasında olan tədrisin təşkilinin mümkünsüz olduğunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.

41. Kollegiya xüsusilə vurğulayır ki, oxşar işlərə baxılarkən vahid yanaşma prinsipinə görə, mübahisənin əsas hüquqi məsələsi xaricdə əyani təhsil formasında əldə edilmiş ali təhsilin Azərbaycan Respublikasında həmin təhsil formasına münasibətdə müəyyən edilmiş minimum tələblərə uyğun olub-olmamasının müəyyən edilməsindən ibarətdir.

42. Apellyasiya instansiyası məhkəməsi isə bu hüquqi məsələyə ümumiyyətlə qiymət verməmiş, universitet tərəfindən tədrisin qanuni təşkil edilməsi və diplomun həqiqiliyinin təsdiqlənməsi faktını həlledici hesab etməklə kifayətlənmişdir. Halbuki həmin hallar xarici kvalifikasiyanın tanınması zamanı tətbiq olunan ekvivalentlik meyarlarının araşdırılması və Azərbaycan Respublikasında əyani təhsil formasına münasibətdə mövcud olan əsas tələblərlə müqayisə aparılması zərurətini aradan qaldırmır.

43. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar