Məhkəmə qərarları › İş №2-1(1-8)-1792/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1792/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1792/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Quba bələdiyyəsinə (üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs3) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Quba bələdiyyəsinə (üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs3) qarşı “##.##.2021-ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş şikayətlər üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Quba bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “Quba bələdiyyəsinin ## ###### 2021-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə üçüncü şəxs3 və üçüncü şəxs2, ## ###### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə üçüncü şəxs1 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər.

3. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim – L.Mirzəyeva).

6. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Hacıyev, hakimlər – V.Əzizova, T.Axundov).

8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – S.Kərimov, R.Nəbizadə).

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-**/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən- Quba Bələdiyyəsinin ##.##.2021-ci il tarixli, ** saylı iclas protokolunun * saylı qərarının JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamə əsasında iddiaçının adına ayrılmış Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə aid iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunmuş, ləğv edilən həmin hissədə iddia təmin edilmişdir. Quba Bələdiyyəsinin ##.##.2021-ci il tarixli, ** saylı iclas protokolunun * saylı qərarı Quba rayonu Aqrar İslahat Komissiyasının ## ### 2000-ci il tarixli ** saylı qərarı və JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamə əsasında iddiaçının adına ayrılmış Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilmiş və qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Cabbarova, hakimlər – Z.Məmmədov, İ.Quliyev).

11. Üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs3 qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.

KASSASİYANIN MÜMKÜNLÜYÜ

12. Üçüncü şəxslərin kassasiya şikayətlərini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayətlər vəkil tərəfindən tərtib edilib imzalanmamış və vəkil orderi şikayətlərə əlavə edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi ... əlavə olunur.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri vəkil tərəfindən tərtib edilib imzalanmadığından və şikayətlərə vəkilin orderi əlavə olunmadığından üçüncü şəxslərin verdiyi şikayətlər üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətlərinin qəbulundan imtina edilməlidir

16. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” ilə birlikdə poçt xəbərnaməsinə imza edilməklə ##.##.2026-cı il tarixdə üçüncü şəxslərə rəsmi qaydada təqdim edilmişdir.

17. İzahda qeyd edilmişdir ki, kassasiya. şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir… Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından zəruridir.

19. Lakin üçüncü şəxslər kassasiya şikayətləri verərkən izahda göstərilən tələbə əməl etməmiş, kassasiya şikayətləri vəkil tərəfindən tərtib edilib imzalanmamış və vəkil orderi şikayətlərə əlavə edilməmişdir.

20. İzahda göstərildiyi kimi, göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayətləri vəkil tərəfindən tərtib edilib imzalanmadığından və vəkil orderi şikayətlərə əlavə edilmədiyindən, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.

21. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi

Qərara aldı:

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-**/**** nömrəli qərarından üçüncü şəxslər üçüncü şəxs3 və üçüncü şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş şikayətlər üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətlərinin qəbulundan imtina edilsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar