Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1810/2026 06.08.2026 ALI MӘHKӘMӘ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Әliyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İddiaçı barəsində ##.##.2025ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilmiş, İddiaçı ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmuşdur.
2. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Mamedov /sədrlik edən və məruzəçi/, A.Bayramov və İ.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından görünür ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişinə əsasən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (##.##.2020) sağ bazunun, döş qəfəsinin və belin sağ yarısının, qarnın ön divarının, sol pəncənin içəri səthinin kor qəlpə yaralarından sonrakı bərkimiş dəri çapıqları, sağ bazu nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə). Partlayış travması (##.##.2020) sağ bud və baldır nahiyəsinin qəlpə yaralanmasına sol bud, sol diz, sağ əlin sıyrılmış yaralarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi və diaqnostik laparotomiya əməliyyatından sonrakı vəziyyət. Barotravma (##.##.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 1.5 (bir tam onda beş) metr məsafədən eşitməsi ilə. Üzvi (II Qarabağ müharibəsi alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, funksional tutmalarla” diaqnozu əsasında ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materialında olan cavabdeh tərəfindən göndərilmiş iddiaçı barəsində olan göndərişdən də görünür ki, TSEK-ə göndəriş zamanı ona qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: “Әsas diaqnoz - F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (II Qarabağ müharibəsi alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, funksional tutmalarla. Yanaşı xəstəliklər - T70.0 Qulağın barotravması, Barotravma (##.##.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 1.5 (bir tam onda beş) metr məsafədən eşitməsi ilə. Yanaşı xəstəliklər - Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (##.##.2020) sağ bazunun, döş qəfəsinin və bellin sağ yarısının, qarnın ön divarının, sol pəncənin içəri səthinin kor qəlpə yaralarından sonrakı bərkimiş dəri çapıqları, sağ bazu nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə)”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2024cü il tarixli, **** nömrəli hərbi psixiatr komissiyasının rəyində qeyd edilir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, teztez dekompensasiyalar, funksional tutmalarla F07.0 qeyd edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompesasiyalar, anamnezində funksional tutmalarla” (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - ##.##.2020-ci tarixdə döyüş zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklərin yaranması, Gəncə Psixiatriya Xəstəxanasında, SN xxxxnda müayinə və müalicədə olması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri və aşkar olunan əlamətlər -təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompesasiyalar, anamnezində funksional tutmalarla” (F07.0) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Әlilliyin müəyyən olunması meyarlarına Әlavənin” 7.6.2. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu” XBT-10 kodu “F07.0” kimi təsbit olunmuş və həmin Әlavənin 7.6.2. bəndinin 7.6.2.1. yarımbəndinə əsasən “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” ilə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozların, ekspertiza rəyi də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapması təsdiq olunmuşdur. Bundan başqa iddiaçıda olan xəstəliyin səbəb əlaqəsinə gəldikdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı diaqnozu: “F07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, funksional tutmalarla. T 90.5, G 90 Partlayış travması (##.##.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, , koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. T 70.0, H 93.3, H 90.4 Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 1,5 (bir tam onda beş) metr məsafədən eşitməsi ilə. Y 36.2 Partlayış travması (##.##.2020) sağ bazunun, döş qəfəsinin və belin sağ yarısının, qarının ön divarının, sol pəncənin içəri səthinin kor qəlpə yaralarından sonrakı bərkimiş dəri çapıqları, sağ bazu nahiyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə). Partlayış travması (##.##.2020) Sağ bud və baldır nahiyələrinin qəlpə yaralanmasına, sol bud, sol diz, sağ əlin sıyrılmış yaralarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
4. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
8. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
9. Belə ki, kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *- *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarları; *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli; *-*(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
10. Әlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarları; *- *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli; *-*(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Әlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Әsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Әlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması Meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir.
11. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
12. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *- *(*-*)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.