Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-189/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İlkin iddia üzrə iddiaçı Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Əzimzadə İmarət Şaban qızına, cavabdeh4 İbrahimxəlil oğluna, cavabdeh2 İbrahimxəlil qızına, Əzimzadə Seymur İbrahimxəlil oğluna, cavabdeh1 İbrahimxəlil qızına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinə vəkil orderinin əlavə edilməməsi; şikayət üzrə kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Əzimzadə İmarət Şaban qızına, cavabdeh4 İbrahimxəlil oğluna, cavabdeh2 İbrahimxəlil qızına, cavabdeh3 İbrahimxəlil oğluna, cavabdeh1 İbrahimxəlil qızına qarşı “kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, cavabdeh4 İbrahimxəlil oğlu, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu, cavabdeh1 İbrahimxəlil qızının cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “torpağa, yaşayış və qeyri-yaşayış sahəsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu və cavabdeh1 İbrahimxəlil qızı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İlkin iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti cavabdehlər cavabdeh4 İbrahimxəlil oğlu və cavabdeh3 İbrahimxəlil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 81 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 229185 manat məbləğində kompensasiya ödənilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Eyni zamanda Əzimzadə İmarət Şaban qızı, cavabdeh4 İbrahimxəlil oğlu, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu, cavabdeh1 İbrahimxəlil qızı cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mövcüd bazar qiymətləri əsas götürülməklə qanuni mülkiyyətdə olan mülkün- Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən fərdi evinin 230.4 kv.m-dan ibarət torpaq sahəsinin hər kv.m-i üçün 5000 azndən hesablanmaqla onlara çatan sahənin 1/5-nə görə- 230.400 AZN, mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın evin (binanın) faktiki mövcüd olan 199.21 sahəsinə görə hər kv.m üçün 1500 AZN olmaqla- 298.815 AZN, beləliklə, əsas kompensasiya olaraq cəmi - 52.92.15 AZN əlavə kompensasiyanın, mövcud inflyasiyaya görə əsas kompensasiyanın 10% həcmində - 52.92.15 AZN əlavə kompensasiyanın və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il # ###### tarixli ***-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli *** nömrəli Fərmanının 2.3 bəndinə əsasən (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir). Əsas kompensasiyanın 20 faizi həcmində-105.843 AZN əlavə kompensasiyanın, 2 aylıq kirayə haqqı olaraq, 1000AZN-nin cəmi 741.901 AZN pul məbləğinin ödənilməsinin alan orqana - bu iddia üzrə cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar çıxarılması barədə qarşılıqlı iddia vermişlər.
3. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1592/2019-cu il tarixli ##.##.2019-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir.
4. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı ##.##.2019-cu il tarixli qərardadı ilə Əzimzadə İmarət Şaban qızı, cavabdeh2 İbrahimxəlil qızı və Əhmədzadə Zeynəb İbrahimxəlil qızı cavabdeh qismində cəlb edilmişdir.
5. Məhkəmənin ##.##.2020-ci il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı (iddiaçı iddiaçı3 cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ** saylı evin 2-ci mərtəbəsində, sahəsi 62.9 kv.m-dən ibarət olan yaşayış sahəsinə istifadə hüququ tanımış iddiaçı və iki övlasının həmin yaşayış sahəsinin sökülməsinə və yaşayış sahəsinə istifadə hüququndan məhrum olduğuna görə cavabdeh tərəfindən həmin yaşayış sahəsinə görə iddiaçının keçmiş yoldaşı cavabdeh3 İbrahimxəlil oğluna hesablanmış kompensasiya iddiaçı və iki övladına kompensasiyanın ayrıca hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə dair) və *-*(***)-***/**** saylı (iddiaçı Yasamal Rayon İcra Hakimiyyətinin cavabdeh cavabdeh3 İbrahimxəlil oğluna qarşı “kompensasiya” tələbinə dair) inzibati işlər birləşdirilmişdir.
6. Məhkəmənin 2021-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə ilkin iddia üzrə iddiaçı Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Əzimzadə Məmməd İbrahim Xəlil oğluna (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, Əzimzadə Məmməd İbrahimxəlil oğluna, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu, iddiaçı3, cavabdeh1 İbrahimxəlil qızının cavabdeh Bakı şəhəri Yasamal Rayon Hakimiyyətinə qarşı “torpağa, yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsi” iddia tələbinə dair iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı inzibati işə baxılıb qurtaranadək dayandırılmışdır.
7. Məhkəmənin 2021-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı Əzimzadə İmarət Şaban qızı, Əzimzadə Məmməd İbrahimxəlil oğlu, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu, cavabdeh1 İbrahimxəlil qızı, X3, X2, X1, X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır.
8. Məhkəmənin 2021-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
9. Məhkəmənin 2021-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə ilkin iddia üzrə iddiaçı Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Əzimzadə Məmməd İbrahim Xəlil oğluna (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, Əzimzadə Məmməd İbrahimxəlil oğluna, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu, iddiaçı3, cavabdeh1 İbrahimxəlil qızının cavabdeh Bakı şəhəri Yasamal Rayon Hakimiyyətinə qarşı “torpağa, yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsi” iddia tələbinə dair iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-***/**** saylı inzibati işə baxılıb qurtaranadək dayandırılmışdır.
10. Məhkəmənin 2023-cü il ## #### tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə iş üzrə lkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, ilkin iddia üzrə iddiaçı dəqiqləşdirilmiş ünvan 3 ünvanında yerləşən daşınmaz mlaka sahibliyi alan orqan Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 711.340 (yeddi yüz on bir min üç yüz qırx) manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması və həmin ünvanda yaşayan şəxslərin çıxarılması” kimi icraata qəbul olunmuşdur.
11. Məhkəmənin 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, cavabdeh4 İbrahimxəlil oğlu, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu və cavabdeh1 İbrahimxəlil qızının qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, cavabdeh4 İbrahimxəlil oğlu, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu və cavabdeh1 İbrahimxəlil qızının qarşılıqlı iddia üzrə iddia tələbi dəqiqləşdirilmiş ünvan 4 ünvanında yerləşən fərdi evin 230,4 kv.metrdən ibarət torpaq sahəsinin hər kv.metri üçün 7000 AZN-dən hesablanmaqla–1.612.800 AZN, mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan 206,20 kv.m sahəsinə görə hər kv.m üçün 5000 AZN olmaqla-1.031.000 AZN, beləliklə əsas kompensasiya olaraq cəmi-2.643.800 AZN-in, çətinliyə görə əsas kompensasiyanın 10%-i həcmində-264.380 AZN əlavə kompensasiyanın, mövcud inflyasiyaya görə əsas kompensiyanın 10%-i həcmində 264.380 AZN əlavə kompensasiyanın və əsas kompensasiyanın 20% həcmində-528.760 AZN əlavə kompensasiyanın, cəmi 3.701.320 AZN məbləğin ödənilməsinin cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” kimi icraata qəbul olunmuşdur.
12. Məhkəmənin 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərardadı ilə ilkin iddia üzrə iddiaçı Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin iddia tələbi “Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 81 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 11*****,0 (bir milyon bir yüz min) manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması və həmin ünvanda yaşayan şəxslərin çıxarılması barədə qərar qəbul edilməsi” kimi iddianın dəyişdirilməsi qəbul edilmişdir.
13. Məhkəmənin 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, cavabdeh4 İbrahimxəlil oğlu, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu, cavabdeh1 İbrahimxəlil qızının iddia tələbi “mövcud bazar qiymətləri əsas götürülməklə qanuni mülkiyyətdə olan mülkün - Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən 0.023040 ha torpaq sahəsinin hər sot üçün 370.000 AZN-dən hesablanmaqla - 851.400 (səkkiz yüz əlli bir min dörd yüz manat) AZN, mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın evin (binanın) faktiki mövcud olan 20620 sahəsinə görə hər kv.m üçün 4200 AZN olmaqla - 866.040 (səkkiz yüz altmış altı min qırx manat) AZN, beləliklə, əsas kompensasiya olaraq cəmi-1.717.040 ( bir milyon yeddi yüz on yeddi min qırx manat) AZN-nin, çətinliyə görə əsas kompensasiyanın 10 faizi həcmində - 171.707 (yüz yetmiş bir min yeddi yüz yeddi manat) AZN əlavə kompensasiyanın, mövcud inflyasiyaya görə əsas kompensasiyanın 10 faizi həcmində - 171.707 (yüz yetmiş bir min yeddi yüz yeddi manat) AZN əlavə kompensasiyanın və "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il # ###### tarixli ***- IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli *** №-li Fərmanının 2.3. bəndinə əsasən (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.) əsas kompensasiyanın 20 faizi həcmində - 343,408 (üç yüz qırx üç min dörd yüz səkkiz manat) AZN əlavə kompensasiyanın, cəmi 2.403.862 (iki milyon dörd yüz üç min səkkiz yüz altmış iki manat) AZN pul məbləğinin onlara ödənilməsinin alan orqana - bu iddia üzrə cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar qəbul edilməsi” kimi iddianın dəyişdirilməsi qəbul edilmişdir.
14. Məhkəmənin 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərardadı ilə iş üzrə iddiaçı3 Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
15. Məhkəmənin 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin (hakim A.V.Babayev) 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərarı ilə ilkin iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 81 ünvanında yerləşən daşınmaz əmlakların- 206.2 kv/m fərdi yaşayış evi və 0.02304 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlər Əzimzadə İmarət Şaban qızına, cavabdeh4 İbrahimxəlil oğluna, cavabdeh2 İbrahimxəlil qızına, cavabdeh3 İbrahimxəlil oğluna, cavabdeh1 İbrahimxəlil qızına 206.20 kv.m. fərdi yaşayış evinə və fərdi yaşayış evinin altındakı 0,02304 ha torpaq sahəsinə görə (bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq və çətinliyə görə 10% əlavə nəzərə alınmaqla) cəmi 11*****,0 (bir milyon yüz min) manat məbləğində kompensasiya ödənilməklə fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, qarşılıqlı iddia qismən təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Əzimzadə İmarət Şaban qızına, cavabdeh4 İbrahimxəlil oğluna, cavabdeh2 İbrahimxəlil qızına, cavabdeh3 İbrahimxəlil oğluna, cavabdeh1 İbrahimxəlil qızına 206.20 kv.m. fərdi yaşayış evinə və fərdi yaşayış evinin altındakı 0,02304 ha torpaq sahəsinə görə (bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq və çətinliyə görə 10% əlavə nəzərə alınmaqla) cəmi 11*****,0 (bir milyon yüz min) manat ödənilməsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qərara alınmışdır.
17. Qərardan narazı qalan ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ilkin iddia üzrə kompensasiya təyini hissəsində ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddiaçıların iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
18. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, F.İ.Mədətli və E.Ə.Əliyev) 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Həmin qərardan qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu və cavabdeh1 İbrahimxəlil qızı tərəfindən kassasiya şikayəti verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. … Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. … 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. …
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. ... Maddə 96. Ali Məhkəmədə icraat ... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. ...
KASSASİYANIN MÜMKÜNLÜYÜ
22. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu və cavabdeh1 İbrahimxəlil qızı tərəfindən verilmiş kassasiya şikayətinə vəkilin orderi əlavə olunmadığından onlar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
23. Belə ki, İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.
24. Hazırkı mübahisə üzrə təqdim edilən kassasiya şikayəti Əzimzadə İmarət Şaban qızı, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu və cavabdeh1 İbrahimxəlil qızı tərəfindən imzalansa da, sonuncuları təmsil etmək səlahiyyətinə malik olan vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Kassasiya şikayətinə əlavə edilmiş orderdən isə müəyyən edilir ki, həmin orderdə hüquqi yardım göstərilən şəxs kimi yalnız cavabdeh4 İbrahimxəlil oğlunun adı qeyd edilmişdir. Odur ki, Əzimzadə İmarət Şaban qızı, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu və cavabdeh1 İbrahimxəlil qızının hazırkı şikayəti, kassasiya şikayətinə dair qanunvericilikdə nəzərdə tutulmuş formal tələblərə cavab vermədiyindən icraata qəbul edilə və onun əsasında kassasiya icraatı mümkün sayıla bilməz.
25. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuş və həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, baş verə biləcək hüquqi nəticələr, o cümlədən şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
26. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərilməsində kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
27. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızının, cavabdeh2 İbrahimxəlil qızının, cavabdeh3 İbrahimxəlil oğlunun və cavabdeh1 İbrahimxəlil qızının hazırkı kassasiya şikayəti verilərkən qanunvericiliyin tələblərinə (vəkilin orderinin kassasiya şikayətinə əlavə edilməsi barədə) əməl olunmamışdır. Odur ki, şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə İmarət Şaban qızı, cavabdeh2 İbrahimxəlil qızı, cavabdeh3 İbrahimxəlil oğlu və cavabdeh1 İbrahimxəlil qızı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.