Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-191/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elmi dərəcəyə görə Prezident təqaüdünün verilməsinin əsasları; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Cavabdeh tərəfindən qəbul edilmiş “Təqaüdün təyinatı üzrə” ##.##.2022-ci il tarixli, ****/*********** nömrəli qərar ilə iddiaçıya ##.##.2021-ci ildən müddətsiz olaraq “Fəlsəfə doktoru” elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir.
2. Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, iddiaçı ##.##.2025-ci il tarixində Fonda gəlmiş və Fondun inzibati binasında qəbul edilmişdir. Ona xidməti yoxlama zamanı təqaüd işinə daxil olan sənədlərdə qeyd olunan məlumatlara əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il iş stajının olmadığının (faktiki staj: 24 il 8 ay 5 gün) müəyyən edildiyi bildirilmişdir. Eyni zamanda bu cür hallar aşkar edildikdə təyin edilmiş təqaüd ödənişinin dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona Prezident təqaüdünün təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir.
3. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, *-DN-****/****** nömrəli qərardan görünür ki, iddiaçıya təyin olunmuş təqaüd üzrə inzibati icraatın aparılması qərara alınmışdır.
4. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, 1-DN-2025/0496 (N******) nömrəli qərardan görünür ki, iddiaçıya təyin olunmuş təqaüd dayandırılmışdır. Əsas elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il iş stajının olmamasıdır (faktiki staj: 24 il 8 ay 5 gün).
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “300 manat məbləğində olan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinin dayandırılmasına dair” ## #### 2025-ci il tarixli *-DN-****/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci tarixli Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən olunmuşdur. Iddiaçı İddiaçı Azərbaycan Dövlət Tibb Universitetində və müxtəlif tibb müəssisələrində işlədikdən sonra ona əmək pensiyası təyin edilmiş və sonra o, işləməyən əmək pensiyaçı statusuna malik olmuşdur. Onun 25 ildən çox ali təhsil müəssisəsində işləməsi və fəlsəfə doktoru elmi dərəcəsi nəzərə alınmaqla 300 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Iddiaçının bütövlükdə 47 il sosial sığorta stajı (1966-2013) olmuş, onun 26 ildən çoxunu ali təhsil müəssisəsində əsas iş yeri kimi (1971-1998), 6 il isə əvəzçilik qaydasında (1999- 2005) fəaliyyət göstərmişdir. Iddiaçı cari ilin fevral ayına kimi həmin təqaüdü almışdır. Cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-C****/**** saylı məktubu ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına dəvət olunmuş və orada ona ##.##.1971-ci ildən ##.##.1974-cü ilədək olan dövrlərin, yəni X1 (hazırda Elmi- Tədqiqat Hematologiya və Transfuziologiya Institutunda) əyani şöbədə doktoranturada təhsil aldığı müddətin staja daxil edilməli olmadığı bildirilərək həmin təqaüdün dayandırılması bildirilmişdir. Tərtib edilmiş aktdan görünür ki, cavabdeh təşkilat iddiaçının təhsil müəssisəsində işlədiyi stajın yalnız 24 il 8 ay 5 gün olduğunu təsbit etmiş və 25 ildən az stajı olduğuna görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsini dayandırmışdır. Iddiaçının ərizəsinə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, onun ##.##.1971-ci ildən ##.##.1974-cü ilədək olan dövrlərin, yəni X1 (hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Institutunda) əyani şöbədə doktoranturada təhsil aldığı müddət təsbit edilmişdir. Nazirlər Kabinetinin ## ######## 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”ın (## ###### 2024-cü ilədək qüvvədə olmuşdur) 2.34-cü bəndinə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin ## #### 2024-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 4.1.26-cı bəndinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün cəmi iki sənədin təqdim edilməsi tələb olunur: əmək kitabçasının surəti; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi barədə diplomun surəti. Bu baxımdan hesab olunur ki, cavabdeh təşkilat qanunsuz inzibati hüquqi akt qəbul etməklə iddiaçının hüquqlarını kobudcasına pozmuşdur.
7. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçıya ##.##.2021-ci il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Daxili xidməti yoxlama nəticəsində “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçının Prezident təqaüdü hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun olaraq maraqlı şəxs ##.##.2025-ci il tarixli *-**-*/*- C-****/**** nömrəli məktubla Fonda dəvət olunmuşdur. Iddiaçı ##.##.2025-ci il tarixdə Fonda gəlmişdir. Maraqlı şəxsə xidməti yoxlama zamanı təqaüd işinə daxil olan sənədlərdə qeyd olunan məlumatlara əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il iş stajının olmadığının (faktiki staj: 24 il 8 ay 5 gün) müəyyən edildiyi bildirilmişdir. Eyni zamanda bu cür hallar aşkar edildikdə təyin edilmiş təqaüd ödənişinin dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona Prezident təqaüdünün təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanına əsasən ##.##.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Fərmanın tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə münasibətdə təsis edilmişdir. Belə ki təhsil dövrləri Prezident təqaüdünün təyin edilməsi zamanı nəzərə alman dövrlər kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının ##.##.1971-ci ildən ##.##.1974-cü ilədək X2 (hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Institutunda) doktoranturada təhsil aldığı dövr əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan dövr kimi qəbul edilməsinə baxmayaraq, Prezident təqaüdünün təyin edilməsi zamanı nəzərə alınan dövrlərə aid edilə bilməz. Beləliklə, xidməti yoxlama zamanı iddiaçının təqaüd işinə daxil olan sənədlərdə qeyd olunan məlumatlara əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində onun 25 il iş stajının olmadığı (faktiki staj: 24 il 8 ay 5 gün) müəyyən edilmişdir. Bu səbəbdən də Prezident təqaüdünün ödənişi Mərkəzi Filial tərəfindən dayandırılmışdır. Bu zaman “Inzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.
8. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə X3 Əlisahib Cəfər oğlu barəsində qəbul etdiyi 300 manat məbləğində olan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinin dayandırılmasına dair ##.##.2025-ci il tarixli, 1-DN-2025/0496 (N******) nömrəli qərarı ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Iddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. O da qeyd edilməlidir ki, “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Inzibati icraat materiallarından görünür ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2022-ci ildə Prezident təqaüdü təyin etmiş, lakin 1 ildən çox müddət keçdikdən sonra ona təyin olunmuş təqaüdün araşdırılması ilə bağlı yenidən inzibati icraat başlamışdır ki, cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər C.Məmmədov – məruzəçi, H.Ağalarov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
15. Kassator əlavə olaraq göstərmişdir ki, “Inzibati icraat haqqında” Qanunun 67.5ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “Inzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşdırılmaqla qərar qəbul edilməlidir.
16. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz.
17. Məhkəmə inzibati aktın ləğvi üçün tələb olunan 1 illik müddəti işə tətbiq etməkdə haqlı olmamışdır. Həmçinin 1 illik müddətin axımının sosial ödənişin başqa hüquqi statusda (əmək pensiyasına əlavə kimi) ödənilməsi tarixindən hesablaması da yanlış hüquqi nəticəyə gəlməyə əsas vermişdir. Əgər 1 illik müddət tətbiq ediləcəksə, bu halda “halın aşkar olunduğu tarix” əsas götürülməli idi. Bildiririk ki, bu hal daxili xidməti yoxlama nəticəsində aşkar olunmuş, yoxlamanın həyata keçirildiyi tarixdən isə 1 illik müddət keçmədən inzibati akt ləğv edilərək, yeni inzibati akt qəbul edilmiş, Prezident təqaüdünün ödənişi dayandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
19. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanı:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin ######ın #-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
25. Belə ki, cavabdeh tərəfindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına əsasən iddiaçıya “Təqaüdün təyinatı üzrə” ##.##.2022-ci il tarixli, ****/*********** nömrəli qərarla ##.##.2021-ci ildən müddətsiz olaraq “Fəlsəfə doktoru” elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir.
26. Sonradan cavabdehin ##.##.2025-ci il tarixli, 1-DN-2025/0496 (N******) nömrəli qərarı ilə iddiaçıya təyin olunmuş təqaüd dayandırılmış, əsas kimi elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il iş stajının olmaması (faktiki staj: 24 il 8 ay 5 gün) göstərilmişdir.
27. Iddiaçının cavabdehin ##.##.2025-ci il tarixli, 1-DN-2025/0496 (N******) nömrəli qərarımı mübahisələndirməkdə hüquqi marağı cavabdeh tərəfindən dayandırlan Prezident təqaüdünün bərpa edilməsidir.
28. Cavabdehin dəlillərinə əsasən iddiaçının ##.##.1971-ci ildən ##.##.1974-cü ilədək X2 (hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Institutunda) doktoranturada təhsil aldığı dövr əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan dövr kimi qəbul edilməsinə baxmayaraq, Prezident təqaüdünün təyin edilməsi zamanı nəzərə alınan dövrlərə aid edilə bilməz. Ona görə də, onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində iş stajı 25 ildən az –faktiki olaraq 24 il 8 ay 5 gündür.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə qərarını dəyişdirmədən saxlamış və mövqeyini onunla əsaslandırmışdır ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2022-ci ildə Prezident təqaüdü təyin etmiş, lakin 1 ildən çox müddət keçdikdən sonra ona təyin olunmuş təqaüdün araşdırılması ilə bağlı yenidən inzibati icraat başlamışdır. Cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Iş materiallarından cavabdehin iddiaçıya təqaüdün təyin edilməsi ilə bağlı inzibati aktının ləğv olunmasını şərtləndirən halların ona 1 (bir) il ərzində məlum olması müəyyən edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Bu zaman inzibati orqan “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67- ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
31. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
32. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır.
33. Yuxarıda da qeyd edildiyi kimi “Inzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir.
34. Ikinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə təqaüd təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
35. Bu halda, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.
36. Ona görə də, növbəti apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi inzibati aktın ləğv olunmasını şərtləndirən halların cavabdehə məlum olduğu zaman kəsiyinin müəyyən edilməsi və bunun üzərindən müddətlə bağlı tələbə cavabdeh tərəfindən əməl olunması istiqamətində araşdırma aparmalıdır. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh ##.##.2022-ci il tarixli qərarla iddiaçıya təqaüd təyin etmiş, daha sonra ##.##.2025-ci il tarixli qərarla isə iddiaçıya təyin olunmuş təqaüdü dayandırmışdır. Göründüyü kimi iddiaçıya təqaüdün təyin olunmasından həmin təqaüdün dayandırılmasına qədər təxminən üç il müddət keçmişdir. Qeyd edilən zaman kəsiyi nəzərəçarpacaq dərəcədə böyük olmadığından apellyasiya instansiyası məhkəməsi cavabdehin ##.##.2025-ci il tarixli qərarının qəbul edilməsinə əsas olmuş halların cavabdehə konkret olaraq nə vaxt məlum olması ilə bağlı tam və hərtərəfli araşdırma aparmalıdır.
37. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iş üzrə mübahisələndirilən ##.##.2025-ci il tarixli qərarın qəbul edilməsinə əsas olmuş hallarla bağlı “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulan bir illik müddəti ötürməmişdirsə, o zaman apellyasiya instansiyası məhkəməsi cavabdehin başlıca dəlili olan iddiaçının ##.##.1971-ci ildən ##.##.1974-cü ilədək X2 (hazırda Elmi- Tədqiqat Hematologiya və Transfuziologiya Institutunda) doktoranturada təhsil aldığı dövr ilə bağlı müvafiq araşdırma aparmalı, iddiaçının mübahisələndirilən dövrdə təhsil aldığı illər üzrə həmin yerdə işləyib-işləməməsi, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına uyğun olaraq həmin yerin onun əsas iş yeri (elmi müəssisə və təşkilatlar və ya təhsil müəssisələri üzrə) olub-olmaması xüsusatını araşdırmalıdır.
38. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd olunması hissəsində şikayət təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.