Məhkəmə qərarları › İş №2-1(1-8)-1982/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1982/2026

06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1982/2026 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 33350 manat məbləğində maddi və mənəvi zərərin tutulmasına, göstərilən məbləğin, uzun illər ərzində (19 il) əməkhaqqından çəkilmiş, real maddi xərclərin və vaxt itkisinin, qismən kompensasiyası kimi tanınması və cavabdeh tərəfindən yol verilmiş məcburi əmək, maddi istismar və konstitusion hüquq pozuntularına hüquqi qiymət verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı kassasiya şikayətinin geri götürülməsi barədə məhkəməyə ərizə ünvanlamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin geri götürülməsi iddiaçının muxtar iradəsi sferasına aiddir. Həmçinin dispozitivlik prinsipinə uyğun olaraq iddiaçının həmin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyi nəzərə alınmalıdır. Bu baxımdan iddiaçının kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli və kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

9. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı iddiaçıya izah edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçının kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilir. Kassasiya şikayəti üzrə icraata xitam verilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar