Məhkəmə qərarları › İş №2-1(1-8)-1989/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1989/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1989/2026 15.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinətin ödənilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Iddiaçı boyun fəqərələrinin osteoxondrozu fonunda vertebro-bazilyar çatmamazlıqla müşayiət olunan xr.deformasiyaedici spondilyoz fonunda nəzərə çarpan ağrı sindromu ilə gedən xr. Bel-oma radikuliti, NSD kardial tip. Qabarıq asteno-nevrotik sindrom. OU-yüksək dərəcəli miopiya, xorioretinit. Vis OU=0.08 k/olunmur” diaqnozu üzrə peşə xəstəliyi səbəbi ilə ##.##.1997-ci ildən müddətsiz ikinci dərəcəli əlildir. 2.##.##.2023-cü il tarixdə iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi kimi SMD adlı müəssisədən müavinət almışdır. 3.Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli 2313020079421100 tarixli Arayışdan görünür ki, İddiaçı təqdim etdiyi ərizədə qeyd olunan hüquqi şəxs "xxxx" Dövlət Şirkətinin ** saylı X6 ##.##.1995-ci il tarixdə D-813 nömrə ilə Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2007-ci il tarixli ** nömrəli sərəncamına əsasən “xxxx" ASC-yə çevrilib və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində ##.##.2007-ci il tarixdə 0907-Z7-607 nömrə ilə dövlət qeydiyyatına alınıb. “xxxx" ASC-nin (VÖEN **********) fəaliyyəti cəmiyyət adından təqdim olunmuş ərizəyə əsasən vergi orqanının məlumat bazasında dayandırılmışdır. Zaqatala * saylı Mexanizasiya sahəsinin bazasında Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin ##.##.1998-ci il tarixli *** nömrəli sərəncamına əsasən “ZAQATALA- MEXANIKLƏŞDIRMƏ” ATSC təsis edilərək ##.##.1998-ci il tarixdə D-2811 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. ##.##.2005-ci il tarixdə “xxxx" ATSC “xxxx" ASC-yə çevrilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində 0905-Z4-509 nömrə ilə dövlət qeydiyyatına alınıb. “xxxx" ASC-nin (VÖEN **********) fəaliyyəti cəmiyyət adından təqdim olunmuş ərizəyə əsasən vergi orqanının məlumat bazasında dayandırılmışdır. 4.İddiaçı ##.##.2023-cü il tarixdə peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi ilə bağlı müraciət etmişdir. 5.Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan ##.##.2023-cü il tarixli *-**-*/*-S-******/**** nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na * nömrəli əlavənin 2.18.1-ci maddəsinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinətin təyin edilməsi üçün istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya peşə xəstəliyinə dair Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” publik hüquqi şəxsin V.Y.Axundov adına X5 Institutunun arayışı və işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surəti tələb olunur. Qeyd olunanlara əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya peşə xəstəliyinə dair Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin V.Y.Axundov adına Elmi- X4 Institutunun arayışı və işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surəti təqdim edilmədiyindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sözügedən sənədlər təqdim edildikdən sonra sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq baxıla bilər. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 6.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət tərəfindən xəstəliyə görə ona ayrılmış təqaüdü və təqaüdünün sığorta hissəsinin hesablanmasına dair Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şəki rayonunda anadan olmuşdur, faktiki yaşayış ünvanı Bakı şəhəri Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsi ev 140, mənzil 27D-dir. 1993-cü ildə xəstəliyə görə təqaüdə çıxmışdır. Aldığı maaşa görə peşə xəstəliyini nəzərə alaraq 65% ona təqaüddən əlavə vəsait verirdilər. Ona ayrılmış vəsaiti 1997-ci ilə qədər almışdır. Hal-hazırda onun aldığı təqaüdün ödənişini saxlayıblar. Hal-hazırda ona verilən təqaüdün məbləği 365 azn təşkil edir, ona görə ki, pensiya sığorta hissəsini düzgün hesablamayıblar. Dəfələrlə Bakı şəhəri Yasamal rayonunda yerləşən DOST xidmətinə müraciət etmişdir və Sosial Müdafiə fonduna müraciət etmişdir, lakin bu barədə ona köməklik edən yoxdur və bu idarələr tərəfindən imtina gəlib. X1 və Mingəçevir QRES-dən Rostov oblastı Volqodonsk şəhərində 2 il işlədiyi müddətdə gəlirləri hesablamamışlar, hansı ki bu idarənin mərkəzi Bakı şəhərində yerləşirdi. O, Sosial Müdafiə Fonduna müraciət edəndə ona sözügedən sənədləri təqdim etdikdən sonra sosial müavinət hüququna qanunvericilik tələblərinə uyğun olaraq baxıla bilər. Əslində müraciət etdiyi Sosial Müdafiə Fondu özü sübutları toplamaq üçün arxivlərə və başqa idarələrə sorğu göndərməlidir. O, Zaqatala rayonu Icra Hakimiyyətinin tərkibində olan arxivinə, Azərbaycan Respublikası Milli Arxivlər Idarəsinin Respublika X2 filialına və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı ərazi vergilər idarəsinə müraciət etdi. Hansı ki, bu sorğuları Sosial Müdafiə Fondu özü həyata keçirməli idi. Hal-hazırda səhhətində problemlər var, aldığı 365 azn onun dərmanlarına və müalicəsinə çatmır, həyat yoldaşı insult xəstəliyindən əziyyət çəkir, maddi durumu yaxşı deyil, aldığı arayışları nəzərə alaraq, hansı ki Dövlət Sosial Fondu sorğu əsasında alınmalı idi, o, özü onu əldə etmişdir, onun cəmi 18 il iş təcrübəsi var, xəstəliyə görə cavan yaşında təqaüdə çıxmışdır, ona aydın deyil ki onun peşə xəstəliyinə görə dövlət tərəfindən ödənilən vəsait nəyə görə kəsilməlidir. Bu təqaüd ona müvəqqəti verilməmişdir. 8.Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona peşə xəstəliyi ilə əlaqədar dəyən zərərə görə aylıq ödəncin və ya aylıq müavinətin ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır. 10.Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: G.Sevdimalıyeva - sədrlik edən və məruzəçi, P.Hüseynov və O.Ismayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının peşə xəstəliyi aldığını iddia etdiyi "xxxx" Dövlət Şirkətinin ** saylı X6 ##.##.1995-ci il tarixdə qeydiyyata alınmış, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2007-ci il tarixli ** nömrəli sərəncamına əsasən “xxxx" ASC-yə çevrilmiş, daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində ##.##.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi istehsalat qəzasının baş verdiyi qurum özəlləşənədək - ##.##.2007-ci ilədək mövcud olmuşdur. ##.##.2007-ci ildən müavinəti ödəmək öhdəliyi hüquqi şəxsə keçmiş, hüquqi şəxs dövlət qeydiyyatına alınmış, fəaliyyəti dayandırılmış olsa da, hüquqi şəxs kimi ləğv edilməmişdir. Məhz bu səbəbdən qeyd edilən tarixdən sonra müavinəti ödəmək vəzifəsi dövlətin deyil, müəssisənin vəzifəsi olduğundan, 2007-ci il tarixdən sonrakı dövrə münasibətdə iddia tələbi qeyd edilən əsasla mümkün sayılmamalıdır. 13.Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddianın mümkünlüyü məsələsini araşdırarkən işin mahiyyəti üzrə nəticəyə gəlmiş və nəticədə onun məhkəmə müdafiəsi hüququ məhdudlaşdırılmışdır. Uzun illər əmək fəaliyyəti nəticəsində peşə xəstəliyi almış, sağlamlığını itirmiş və əlilliyi müəyyən edilmiş şəxs kimi sosial təminat hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Lakin iddia mahiyyəti üzrə araşdırılmadan mümkünsüz hesab edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Maddə 1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər.

16.Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” İ. Ümumi müddəalar Bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. II. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. IV. Aylıq müavinəti seçmək hüququ 4.1. Bu Qaydaların II bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər. 4.2. Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır. 4.3. Aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. V. Müavinətin verilməsi müddəti və qaydası 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. 17.Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2003-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları Şərtləri və Məbləği”: Bənd 1.1. Işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Bənd 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan RespublikasıPrezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Bənd 1.3.Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);. Bənd 3.2 Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. Bənd 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bənd 3.11. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. 18.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası:

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın II bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.

2. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər.

7. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il ## ######## tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Qurum, Maliyyə Idarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.

8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir. 19.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarı.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 21.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 22.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 24.Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 25.Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı peşə xəstəliyi səbəbi ilə ##.##.1997-ci ildən müddətsiz ikinci dərəcəli əlildir. Iddiaçının peşə xəstəliyi aldığını iddia etdiyi "xxxx" Dövlət Şirkətinin ** saylı X6 ##.##.1995-ci il tarixdə qeydiyyata alınmış, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2007-ci il tarixli ** nömrəli sərəncamına əsasən “xxxx" ASC-yə çevrilmiş, daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində ##.##.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 26.Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nı hazırkı iş üzrə normativ əsas kimi qəbul edən məhkəmələr hazırkı iş üzrə hesab etmişlər ki, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrü əhatə edir. Hazırkı işdə isə iddiaçının peşə xəstəliyi aldığını iddia etdiyi müəssisə ##.##.2007-ci ildə özəlləşdirilərək ASC-yə çevrildiyi üçün bu vəziyyətdə cavabdehin dövlət büdcəsi vəsaiti hesabına iddia olunan aylıq müavinəti ödəmək öhdəliyi yaranmır. 27.Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının oxşar işlər üzrə əvvəllər qəbul etdiyi qərarlarındakı hüquqi mövqeyə əsasən müavinəti ödəyən hüquqi şəxslər dövlət reyestrindən çıxarılaraq ləğv olunduğu halda müavinət cavabdeh tərəfindən həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın tələbinə əsasən cavabdehin müavinət öhdəliyi olmadığından məhkəmə kollegiyası tərəfindən yeni yanaşma (hüquqi mövqe) tətbiq edilərək, istehsalat qəzasının baş verdiyi qurumun özəlləşdirildiyi, daha sonra isə hüquqi şəxs kimi ləğv edildiyi halda cavabdehin iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyinin olmadığı qənaətinə gəlinmişdir. 28.Hazırkı işdə cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi istehsalat qəzasının baş verdiyi qurum özəlləşənədək - ##.##.2007-ci ilədək mövcud olmuşdur. ##.##.2007-ci ildən etibarən isə müavinəti ödəmək öhdəliyi hüquqi şəxsə (müəssisəyə) keçmiş, hüquqi şəxs dövlət qeydiyyatına alınmış, fəaliyyəti dayandırılmış olsa da, hüquqi şəxs kimi ləğv edilməmişdir. Bu səbəbdən hazırda cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinəti ödəmək öhdəliyi olmadığı üçün işə baxmış məhkəmələr bu barədə düzgün nəticəyə gəlmişlər. 29.Həmçinin məhkəmə kollegiyası iddiaçının cavabdehdən tələb etdiyi aylıq müavinətin ödənilməsi ilə bağlı irəli sürdüyü iddia üzrə iddia müddətinin ötürülməsi səbəbindən apellyasiya məhkəməsinin iddianın qeyri-mümkün sayılması ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 30.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. 31.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar