Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-205/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “daşınmaz əmlaka dair məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Icraiyyə Komitəsinin 1957-ci il, */*** nömrəli protokolu, ##.##.1960-cı il tarixli, **** nömrəli müqavilə və onun davamı olaraq bağlanılmış ##.##.1969-cu il tarixli, **** nömrəli müqavilə, o cümlədən digər müqavilələr və Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən ##.##.2002-ci il tarixli, **** nömrəli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən X1 Mərdəkan qəsəbəsində ayrılmış **** nömrəli 0.3597 ha sahədən ibarət bağ sahəsinin və 25,2 kv.m sahədən ibarət 1 otaqlı binanın üzərində ilkin torpaqayırma sənədləri (cizgi plan, sxematik xəritə) nəzərə alınmaqla mülkiyyət hüququnun bağ sahəsinin faktiki yerləşdiyi 0.3597 ha hektar yerə uyğun olaraq, 1. X=427474.5411 Y=4483726.9932, 2. X=427474.0987 Y=4483727.8350, 3. X=427483.6750 Y=4483732.4430, 4. X=427500.4648 Y=4483693.9068, 5. X=427483.7298 Y=4483685.4243, 6. X=427471.9008 Y=4483676.3730, 7. X=427458.8879 Y=4483665.9812, 8. X=427453.4098 Y=4483659.7111, 9. X=427448.8334 Y=4483656.9339, 10. X=427435.4601 Y=4483651.1584, 11. X=427433.1329 Y=4483650.8256, 12. X=427428.6957 Y=4483652.6196, 13. X=427426.0129 Y=4483655.6134, 14. X=427423.8087 Y=4483661.0242, 15. X=427422.4652 Y=4483664.8465, 16. X=427421.0785 Y=4483668.5038, 17. X=427420.7778 Y=4483670.1596, 18. X=427420.5880 Y=4483672.4147, 19. X=427420.6803 Y=4483684.5015, 20. X=427420.7540 Y=4483692.1211, 21. X=427420.5552 Y=4483697.5895, 22. X=427426.5889 Y=4483698.8191, 23. X=427428.1686 Y=4483699.5572, 24. X=427430.9614 Y=4483700.8620, 25. X=427431.2660 Y=4483702.0421, 26. X=427446.5407 Y=4483712.7594, 27. X=427452.4328 Y=4483716.1066 koordinatlar üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mərhum X1 məxsus olması haqqında arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilməmişdir.
3. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakimlər E.Əliyev – məruzəçi, N.Nəbizadə və A.Oruczadə) ilə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və qəbulundan imtina edilmişdir.
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ##.##.2025-ci il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilmiş, həmin qərardan apellyasiya şikayəti ##.##.2025-ci il tarixində verilməklə, qanunla müəyyən edilən 30 günlük müddət ötürülmüşdür. Hazırkı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması ##.##.2025-ci il tarixə təyin edilmiş və iddiaçının elektron kabinetinə ##.##.2025-ci il tarixində IPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım məktubu göndərilmiş, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Iddiaçının nümayəndəsi və vəkili tərəfindən prosessual müddətin buraxılmamış hesab edilməsi barədə ərizə təqdim edilmişdir. Həmçinin məhkəmə iclas zamanı iddiaçının vəkili və nümayəndəsi üzrlü səbəb kimi onunla hüquqi yardım müqaviləsinin gec bağlandığına, yəni şikayətin son verilmə tarixinə - ##.##.2025-ci il tarixinə istinad etmişdir ki, həmin hal da inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallara (üzrlü səbəb) aid edilə bilməz.
6. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməli, eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apelyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli və ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadları).
11. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının yaxın ailə üzvünün vəfatı səbəbindən həm mənəvi, həm də fiziki baxımdan prosesdə fəal iştirak imkanını itirməsi, məhkəmənin bu faktı nəzərə almaması barədə dəlilinə münasibətdə qeyd edir ki, inzibati işin ikinci cildinin 13-cü səhifəsində olan ölüm haqqında şəhadətnaməyə görə iddiaçının qardaşı X2 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Iddiaçı isə 2025-ci ilin 28-30 avqust tarixlərində onun tərəfindən prosessual müddətin üzrlü səbəblərdən ötürülməsinə dair sübut təqdim etməmişdir.
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe ilə bağlı çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
13. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
14. Bundan başqa, iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.