Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-21/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2019-cu il tarixli, */*-***** nömrəli arayışında bildirilir ki, Neftçala RHK-dan çağırılmış 1961-ci il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** №-li əmrilə (əsas: səh.12, §1, sıra-57) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq doldurucu vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: səh.51, §1, sıra-5) 5 (beş) gün müddətinə ezamiyyətə göndərildiyi üçün bütün növ ərzaq təminatından çıxarılmışdır. Respublika toplanış məntəqəsindən göndərilmiş Neftçala RHK-dan çağırılmış 1961-ci il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli 687 № -li əmrilə (əsas: §1, sıra-4) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. Müdafiə nazirinin ##.##.1995-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrində ehtiyata tərxis olunmuş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli 873 № -li əmrilə (əsas: səh.10, §2, sıra- 49) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Neftçala RHK-na göndərilərək ##.##.1995-ci il tarixdən getmiş hesab edilmişdir.
2. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli, *-**-**/*-***/** nömrəli məktubunda bildirilir ki, N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** №-li əmrində (əsas: §-1, səh-12, sıra-57, əmrdə vəzifəsi yazılmamışdır) Daşburun stansiyasına, döyüş bölgəsində yerləşən Xaçinstroy kəndinə gəlmiş hesab edilərək aylıq məvacibləri üçqat miqdarında hesab edilən, N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında, Neftçala RHK-nın çağırışçısı, ##.##.1961-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-1, səh-35, sıra-8, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) məzuniyyətə buraxılaraq ərzaq təminatından çıxarılan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-2, səh-36, sıra-3, əmrdə haradan gəlməsi, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissəyə gəlmiş hesab edilərək ərzaq təminatına qoyulmuş hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №li əmrində (əsas: §-1, səh-51, sıra-5, əmrdə vəzifəsi və ezamiyyətə buraxıldığı yer yazılmamışdır) 5 (beş) gün müddətinə ezamiyyətə buraxılaraq bütün növ ərzaq təminatından azad olunmuş hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin ##.##.1993-##.##.1994-cü il, ##.##.1994-##.##.1994-cü il, ##.##.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrində (əsas: §-1, sıra4, əmrdə vəzifəsi yazılmamışdır) Respublika Toplanış Məntəqəsindən göndərilmiş, ##.##.1995-ci il tarixdən hərbi hissənin 1-ci motoatıcı taborunun şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və xidməti vəzifələrinin icrasına buraxılmış əsgərlərin siyahısında, Neftçala RHK-nın çağırışçısı, 1961-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrində (əsas: §-2, səh-9, sıra-49, əmrdə vəzifəsi göstərilməmişdir) Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1995-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, 1961-ci il təvəllüdlü, yuxarı yaş hədli, 1-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğuna görə, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri ilə birlikdə qeydiyyata düşmək üçün ##.##.1995-ci il tarixdən getmiş hesab edilməsi və Neftçala RHKna göndərilməsi qeyd olunmuşdur.
3. Iddiaçı müharibə veteranı adının və vəsiqənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
4. Cavabdeh tərəfindən ##.##.2019-cu il tarixli məktubla həmin müraciətdən imtina edilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin ##.##.2019-cu il tarixli */*- ***** nömrəli arayışına əsasən ##.##.1994-cü il tarixdən ##.##.1995-ci il tarixədək hərbi xidmətiniz barədə məlumat olmadığına gorə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildiririk ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli 16-№-li əmri ilə şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq doldurucu vəzifəsinə təyin olunmuşdur. ##.##.1994-cü il tarixli ** №-li əmri ilə 5 gün müddətinə ezamiyyətə göndərildiyi üçün bütün növ ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmri ilə şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, müvafiq vəzifəyə təyin edilmişdir. Müdafiə Nazirinin ##.##.1995-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrində ehtiyata tərxis olunmuş, N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli, *** №-li əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq tərxis olunmuşdur. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsə də, imtina olunmuşdur.
10. Cavabdeh Cavabdeh imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, qüvvədə olan Veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Şəxsə “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2019-cu il tarixli, */M-***** nömrəli məktubundan görünür ki, iddiaçı İddiaçı ##.##.1994-cü il tarixdən ##.##.1995-ci il tarixədək hərbi xidmət keçməsi barədə məlumatlar aşkar olunmamışdır.
11. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim A.Hüseynova) iddia təmin edilmişdir. 12.
13. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: F.Hüseynov /sədrlik edən və məruzəçi/, M.Sadıqov və C.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. kassasiya şikayətinin dəlilləri
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi şərtləri haqqında" Əsasnamədə müharibə veteran vəsiqəsinin verilməsi üçün təqdim edilməli olan aşağıdakı sənədlər qeyd olunmuşdu: 1. şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Iş materialında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli, *- **-**/*-***/** nömrəli məktubuna əsasən müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** nömrəli əmrində Neftçala rayon Hərbi Komissarlığından çağırılmış, ##.##.1961-ci il təvəllüdlü vətəndaş İddiaçı döyüş bölgəsində yerləşən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması və aylıq məvacibinin üç qat hesablanması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmrilə İddiaçı məzuniyyətə buraxılmış, ##.##.1994-cü il tarixli ** nömrəli əmri ilə məzuniyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmrində İddiaçı 5 gün müddətinə ezamiyyətə buraxılması barədə qeydlər vardır. N nömrəli hərbi hissə komandirinin ##.##.1993-##.##.1994-cü il, ##.##.1994-##.##.1994cü il, ##.##.1994-##.##.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin ##.##.1994-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə ləğv edilmiş, N nömrəli hərbi hissədə xidmət edən hərbi qulluqçular xidmətini davam etmək üçün digər hərbi hissəyə göndərilmişdir. Həmçinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli, *-**-**/*- ***/** nömrəli məktubuna əsasən müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin ##.##.1995- ci il tarixli *** nömrəli əmrində ##.##.1995-ci il tarixdən Respublika Toplanış Məntəqəsindən göndərilmiş İddiaçı N nömrəli hərbi hissənin 1-ci taborunun şəxsi heyətinin siyahısına daxil edilməsi barədə qeydlər vardır. N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** nömrəli əmri ilə Azərbaycan Respublikasının Müdafiə nazirinin ##.##.1995-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılaraq qeydiyyata alınmağı üçün Neftçala rayon Hərbi Komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissə ləğv edildiyindən İddiaçı xidmətini davam etdirmək üçün ##.##.1994-cü il tarixdə digər hərbi hissəyə göndərilmiş, lakin o, təyin edilmiş hərbi hissəyə getməyərək xidməti yerini tərk etmiş, bundan sonra ##.##.1995-ci il tarixdə yenidən xidmətə çağırılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin 1-ci taborunun şəxsi heyətinin siyahısına daxil edilmişdir. Beləliklə müəyyən olunur ki, İddiaçı ##.##.1993-cü il tarixdə Neftçala rayon Hərbi Komissarlığından çağırılaraq N nömrəli hərbi hissədə xidmətə başlamış, ##.##.1994-cü il tarixdə N nömrəli hərbi hissə ləğv edildiyinə görə ##.##.1994-cü il tarixdə xidmətini davam etmək üçün digər hərbi hissəyə göndərilmiş, lakin o, təyin edilmiş hərbi hissəyə getməyərək xidməti yerini tərk etmişdir. Bundan sonra ##.##.1995-ci il tarixdə Respublika Toplanış Məntəqəsindən göndərilərək N nömrəli hərbi hissədə xidmətə başlamış, ##.##.1995-ci tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılaraq qeydiyyata alınmağı üçün Neftçala rayon Hərbi Komissarlığına göndərilmişdir. Bununla da iddiaçının müharibə dövründə N nömrəli hərbi hissədə hərbi xidmətə başlanması olsa da, qanuni əsaslarla ehtiyata buraxılması olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyildir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. 1-ci abzas. müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X1 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.
23. Işin hallarına əsasən qeyd edilməlidir ki, Cavabdeh Mərkəzi Arxivinin ##.##.2019-cu il tarixli, */*-***** nömrəli arayışında bildirilir ki, Neftçala RHK-dan çağırılmış 1961-ci il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** №-li əmrilə (əsas: səh.12, §1, sıra-57) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq doldurucu vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: səh.51, §1, sıra-5) 5( beş) gün müddətinə ezamiyyətə göndərildiyi üçün bütün növ ərzaq təminatından çıxarılmışdır. Respublika toplanış məntəqəsindən göndərilmiş Neftçala RHK-dan çağırılmış 1961-ci il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrilə (əsas: §1, sıra-4) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. Müdafiə nazirinin ##.##.1995ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrində ehtiyata tərxis olunmuş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrilə (əsas: səh.10, §2, sıra- 49) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Neftçala RHK-na göndərilərək ##.##.1995-ci il tarixdən getmiş hesab edilmişdir.
24. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli, *-**-**/*-***/** nömrəli məktubunda bildirilir ki, N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** №-li əmrində (əsas: §-1, səh-12, sıra-57, əmrdə vəzifəsi yazılmamışdır) Daşburun stansiyasına, döyüş bölgəsində yerləşən Xaçinstroy kəndinə gəlmiş hesab edilərək aylıq məvacibləri üçqat miqdarında hesab edilən, N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında, Neftçala RHK-nın çağırışçısı, ##.##.1961-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-1, səh-35, sıra-8, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) məzuniyyətə buraxılaraq ərzaq təminatından çıxarılan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-2, səh-36, sıra-3, əmrdə haradan gəlməsi, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissəyə gəlmiş hesab edilərək ərzaq təminatına qoyulmuş hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №li əmrində (əsas: §-1, səh-51, sıra-5, əmrdə vəzifəsi və ezamiyyətə buraxıldığı yer yazılmamışdır) 5 (beş) gün müddətinə ezamiyyətə buraxılaraq bütün növ ərzaq təminatından azad olunmuş hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin ##.##.1993- ##.##.1994-cü il, ##.##.1994-##.##.1994-cü il, ##.##.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrində (əsas: §-1, sıra4, əmrdə vəzifəsi yazılmamışdır) Respublika Toplanış Məntəqəsindən göndərilmiş, ##.##.1995-ci il tarixdən hərbi hissənin 1-ci motoatıcı taborunun şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və xidməti vəzifələrinin icrasına buraxılmış əsgərlərin siyahısında, Neftçala RHK-nın çağırışçısı, 1961-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrində (əsas: §-2, səh-9, sıra-49, əmrdə vəzifəsi göstərilməmişdir) Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1995-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, 1961-ci il təvəllüdlü, yuxarı yaş hədli, 1-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğuna görə, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri ilə birlikdə qeydiyyata düşmək üçün ##.##.1995-ci il tarixdən getmiş hesab edilməsi və Neftçala RHKna göndərilməsi qeyd olunmuşdur.
25. Apelyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “...cavabdeh orqan mötəbər sübutlara istinad etmədən, həmçinin veteran statusunun verilməsi üçün kifayət qədər sübutlar olduğu halda əsassız olaraq iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, iddiaçının döyüşən hərbi hissədə xidmət etməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə mötəbər sübutlar mövcuddur və bu hal iddianın əsaslı olmasına dəlalət edir.”
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və hesab edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
28. Məhkəmə kollegiyası əvvəla bildirir ki, apellyasiya məhkəməsi iddiaçının hərbi xidmətini həyata keçirdiyi N nömrəli hərbi hissənin yerləşdiyi ərazinin hazırkı qərarın 19cu bəndində qeyd edilən Əsasnamədə adları sadalanan ərazilərdən hansına düşdüyünü araşdırmamış, ümumiyyətlə iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarının aparılmasına cəlb olunan hərbi hissə olub-olmadığını, döyüş əməliyyatlarına cəlb olunan hərbi hissə olduğu halda belə, iddiaçının həmin hərbi hissə daxilində xidmət etməsi ilə eyni zamanda hansı hərbi əməliyyatların aparılmasına cəlb olunduğunu, hansı təminat növünün həyata keçirilməsində iştirak etdiyini aydınlaşdırmamışdır.
29. Nəzərə alınmalıdır ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin yalnız döyüş bölgəsində yerləşməsi halı və bu barədə həmin hərbi hissə komandanının verdiyi arayışın məzmunu hələ həmin hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunan hərbi hissə olması və iddiaçının da belə hərbi hissədə döyüş əməliyyatlarının aparılmasında iştirak etməsi faktını təsdiq etmir.
30. Bununla yanaşı, iş üzrə iddianın təmin edilməsi qənaətinə gələn məhkəmələr iddiaçı barəsində tərtib edilmiş fərdi kartoçkada iddiaçı İddiaçı N saylı hərbi hissənin tərkibində hərbi əməliyyatlarda iştirak etməsi barədə məlumatların əks olunduğuna da istinad etmişlər. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, adı çəkilən fərdi kartoçkadakı məlumatda əvvəla iddiaçının N saylı hərbi hissənin tərkibində hansı tarixlərdə döyüş əməliyyatlarında iştirak etməsi dəqiq göstərilməmişdir. Belə ki, kartoçkanın həmin qrafasında “не участвовал” yazısı iddiaçının döyüş əməliyyatlarında iştirak edib-etmədiyini aydınlaşdırmaq zərurətini yaratsa da, bu barədə məhkəmələr tərəfindən hər hansı əlavə araşdırma aparılmamışdır.
31. Buna görə də işin təkrar apelyasiya baxışı zamanı iddiaçı barəsində tərtib edilmiş fərdi kartoçkada olan həmin qeydiyyat üzrə müvafiq sorğular verilməklə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edib-etməməsi məsələsi dəqiqləşdirilməli və bu zaman müvafiq əmrin mövcud olub-olmaması baxımından da qiymətləndirmə aparılmalıdır. Belə ki, döyüş əməliyyatlarında iştirak faktı özü-özlüyündə şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərli deyil. Bunun üçün qanunverici müvafiq sənədlərin verilməsi şərtini də qoyur: hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər.
32. Beləliklə, hazırkı iş üzrə iddiaçının tələbinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş sənədlərin də təqdim olunma şərti və bunun işin həllində hüquqi əhəmiyyəti işə baxmış məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Halbuki belə sənədlər veteran statusunun verilməsi zamanı qiymətləndirilməli olan önəmli sübutlar sayılır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar apelyasiya baxışı zamanı iddiaçının ##.##.1993-cü il tarixdə Neftçala rayon Hərbi Komissarlığından çağırılaraq N nömrəli hərbi hissədə xidmətə başlayıb, sonradan ##.##.1994-cü il tarixdə N nömrəli hərbi hissə ləğv edildiyinə görə ##.##.1994-cü il tarixdə xidmətini davam etmək üçün digər hərbi hissəyə göndərilməsi, lakin onun təyin edildiyi hərbi hissəyə getməyərək xidməti yerini tərk etməsi, bundan sonra ##.##.1995-ci il tarixdə Respublika Toplanış Məntəqəsindən göndərilərək N nömrəli hərbi hissədə xidmətə başlaması, ##.##.1995-ci tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılaraq qeydiyyata alınmağı üçün Neftçala rayon Hərbi Komissarlığına göndərilməsi barədə cavabdehin dəlilləri üzərindən də bir araşdırma aparılmalı və iddiaçının tələbinin təmin edilmə ehtimalları yoxlanılarkən həmin halların həqiqətən mövcud olub-olmaması işin digər araşdırılan halları və sübutları ilə məcmu halda qiymətləndirilərək mahiyyəti üzrə obyektiv qərar qəbul edilməlidir.
33. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.