Məhkəmə qərarları › İş №2-1(1-8)-2102/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-2102/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-2102/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsi” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

4. Daha sonra iddiaçı apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə verərək "dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilməsi barədə qərar qəbul olunması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(1-8) ***/**** nömrəli Qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kasassiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

8. İddiaçı İddiaçı ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək *-*(*-*)- ****/**** nömrəli inzibati işə Şirvan İnzibati Məhkəməsində baxılmasına etiraz etdiyini bildirmişdir. Etirazını onunla əsaslandırmışdır ki, sözügedən iş üzrə Şirvan İnzibati Məhkəməsi səlahiyyətli məhkəmə deyildir. Belə ki, qeyd olunan iş üzrə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 2 ünvanında yerləşir. Odur ki, *-*(*-*)-****/**** nömrəli inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş edir.

9. Şirvan İnzibati Məhkəməsinin # ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iş səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iş materiallarında olan arayışlardan müəyyən olunur ki, iddiaçı İddiaçı Laçın rayonunda qeydiyyatda olsa da, məcburi köçkün kimi ünvan 3 ünvanında məskunlaşmışdır. Bu kontekstdə məcburi köçkün olmuş şəxslərə münasibətdə “yaşayış yeri və ya olduğu yer”in anlayışına aydınlıq gətirilməsinə ehtiyac yaranır. Belə ki, Mülki Məcəllənin: 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Belə olan halda iddiaçının məskunlaşdığı və hal-hazırda yaşadığı ünvan, yəni Sumqayıt şəhəri Mülki Məcəllədə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda qanunvericinin “yaşayış yeri” ifadəsinə verdiyi izaha müvafiq olaraq onun yaşayış yeri hesab olunur. Bundan əlavə məhkəmə diqqətə çatdırır ki, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin səlahiyyətləri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan Laçın rayonunu əhatə etsə də, Bölmə faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 68 ünvanında yerləşir və fəaliyyət göstərir. Beləlikə də, məhkəməyə əlçatanlığın təmin olunması məqsədilə, cavabdehin səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etməməsi və qanunvericinin tələbinə əsasən məcburetmə haqqında iddialara cavabdehin erləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki inzibati işə baxmaq səlahiyyəti Bakı İnzibati Məhkəməsinə aiddir.”

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; ... Maddə 9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə; 9.1.2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda; 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olması qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin məzmunundan göründüyü kimi, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. İPM-in yuxarıda bəhs olunan müddəalarına görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

14. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsinə nail olmaqdan ibarətdir.

15. İPM-in 8.1.4-cü maddəsində qeyd edilir ki, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.

16. “Digər hallarda” sözləri onu ehtiva edir ki, İPM-in 8.1.4-cü maddəsi o halda tətbiq edilə bilər ki, 8.1.1-8.1.3-1-ci maddəsində olan şərtlər mövcud olmadığı halda ərazi aidiyyəti 8.1.4-cü maddə ilə tənzimlənəcəkdir.

17. Hazırkı iş üzrə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 1 ünvanında yerləşir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə öhdəliyin icrası haqqında iddia olduğundan və cavabdehin yerləşdiyi ünvan, yəni Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar