Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-2122/2026 16.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina edildiyi üçün iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı “mülkiyyət hüququna dair aparılmış qeydin ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş iddiadan imtinaya dair ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, RX seriyalı, ******* nömrəli çıxarışın qismən (İddiaçı aid hissədə - A literli fərdi yaşayış evi ½ hissə; 2216002018 qeydiyyat nömrəsi ilə, ##.##.2016-cı il tarixdə qeydə alınmış) ləğv edilməsini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin ölmüş X2 aid olması və bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən maraqlı şəxs1 və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdirlər.
3. Şirvan İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
4. Cavabdeh və üçüncü şəxs maraqlı şəxs1 həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdirlər.
5. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maraqlı şəxs2 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh və üçüncü şəxs maraqlı şəxs1 həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdirlər.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, şikayətlər qalan hissədə təmin edilməmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli çıxarış ilə rəsmiləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində (A literli fərdi yaşayış evi) İddiaçı ¼, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ½ hissədə payı istisna olmaqla qalan (X1 üçün nəzərdə tutulan ¼) hissədə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı aparılmış qeydin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir.
11. İş üzrə kassasiya icraatı zamanı iddiaçı ərizə verərək, iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və iddiaçının iddiadan imtinaya dair ərizəsini nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
14. Belə ki, hazırkı qərardadın 12-ci bəndində istinad olunan normaların məzmunundan görünür ki, iddiaçı məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiadan imtina edə bilər.
15. Hazırkı mübahisəyə münasibətdə iddiaçı ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək, iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
16. Belə olan halda, iddiaçının iddiadan imtinaya dair ərizəsi təmin edilməli, iş üzrə icraata xitam verilməlidir.
17. Eyni zamanda, iddiadan imtina edilməsinin hüquqi nəticələri ilə bağlı iddiaçıya izah edilir ki, hazırkı qərardadın 12-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş iddiadan imtinaya dair ərizə təmin edilir. İş üzrə icraata xitam verilir.