Məhkəmə qərarları › İş №2-1(1-8)-218/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-218/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-218/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Kürdəmir Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatından Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə daxil olmuş ## ###### 2024-cü il tarixli *-**-*/*-***/**** nömrəli məktubda İddiaçı tərəfindən ünvanlanmış müraciət aidiyyəti üzrə baxılması üçün Arxiv idarəsinə göndərilmişdir. Arxiv idarəsində araşdırma aparılmış ##.##.2023-cü il tarixli 5-56-39/2-53/2023 və *-**-**/*-**/**** nömrəli arxiv arayışları aşkar edilərək təsdiq olunmuş surətləri qoşma vərəqlərə əlavə olunaraq göndərilmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 3-43-1/2- ***/**** saylı arayışdan görünür ki, 1955-ci il təvəllüdlü istefada olan R İddiaçı ##.##.1974cü il tarixdən ##.##.1976-cı il tarixədək əsgər qismində keçmiş SSR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. ##.##.1992-ci il tarixdən ##.##.1996-cı il tarixədək keçmiş Kürdəmir rayon hərbi komissarlığında zabit qismində həqiqi hərbi xidmət keçmiş, MN-in ##.##.1996-cı il tarixli ***** nömrəli və Kürdəmir RHK-nın ##.##.1996-cı il tarixli,*** nömrəli müvafiq əmri ilə 18-ci maddənin “d” (xidməti uyğunsuzluq) bəndinə əsasən ehtiyata buraxılmışdır. ##.##.1997-ci il tarixdən ##.##.1997-ci il tarixədək Mülki Müdafiə Alayında, ##.##.1998-ci il tarixdən ##.##.2000-ci il tarixədək DİN-in Daxili Qoşunlarında zabit qismində həqiqi hərbi xidmət keçmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “a” (xidmət müddətinin başa çatması) maddəsinə əsasən ehtiyata buraxılmışdır.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlərlə İş idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubdan görünür ki, İddiaçı DİNin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin komandirinin ##.##.1998-ci il tarixli ** nömrəli əmri ilə həqiqi hərbi xidmətə qəbul edilmiş, N saylı hərbi hissə komandirinin ##.##.2000-ci il tarixli ** nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlərlə İş idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubdan görünür ki, İddiaçı şəxsi işi arxivə təhvil verilmədiyi və Silahlı Qüvvələrə ehtiyata buraxılarkən hərbi komissarlığa göndərildiyi üçün şəxsi işinin surətinin təqdim olunması imkan xaricindədir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” ##.##.1992ci il tarixli, *** nömrəli Qərarında xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə, eləcə də dövlət qulluğu vəzifələrində iş stajının pensiya təyin edilməsi üçün hərbi xidmət müddətinə hesablanması nəzərdə tutulmamışdır. Bununla əlaqədar mülki vəzifələrdə işlədiyi müddətin hərbi qulluqçu kimi əmək pensiyası hüququ verən xidmət müddətinə hesablanması mümkün deyildir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlərlə İş idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubdan görünür ki, İddiaçı şəxsi işi arxivə təhvil verilmədiyi və Silahlı Qüvvələrə ehtiyata buraxılarkən hərbi komissarlığa göndərildiyi üçün şəxsi işinin surətinin təqdim olunması imkan xaricindədir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlərlə İş idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubdan görünür ki, İddiaçı DİNin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin komandirinin ##.##.1998-ci il tarixli ** nömrəli əmri ilə həqiqi hərbi xidmətə qəbul edilmiş, N saylı hərbi hissə komandirinin ##.##.2000-ci il tarixli ** nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “##.##.1987-ci il tarixdən ## ##### 1992-ci ilədək Kürdəmir rayonu Qocalı kəndi X2 İcraiyyə Komitəsinin sədri, ## ##### 1992-ci il tarixdən ## ######## 1992-ci il tarixədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Qocalı kəndi İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi vəzifəsində işlədiyi əmək stajının qulluq stajına görə əmək pensiyasına hesablanaraq, DSMF-nin XŞT üzrə Mərkəzi Filiala göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ## ###### 2000-ci il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli, *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq, ## ###### 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. İddiaçı ## #### 1987-ci il tarixdən ## ##### 1992-ci ilədək Kürdəmir rayonu Qocalı kəndi X2 İcraiyyə Komitəsinin sədri, ## ##### 1992-ci il tarixdən ## ######## 1992-ci il tarixədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Qocalı kəndi İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” ## ###### 2006-cı il tarixli, № **-lIIQ saylı Qanununda vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi müəyyən edilib. Həmin qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: Maddə: 20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). İddiaçı təqaüdə çıxanda hazırda qüvvədə olan bu Qanun qəbul olunmamışdı. Qanundan göründüyü kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ərizə ilə müraciət etmişdir. Ərizə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında araşdırılmış, ## ###### 2024-cü il tarixli, *-**-*/*-Ə-******/**** saylı cavab məktubunda bildirilib ki, yuxarıda qeyd olunanlara əsasən, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş ## ###### 2024-cü il tarixli, *-**-**-Ə********** saylı cavab məktubuna əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*- Ə-****/*/**** saylı cavab məktubu ilə ərizə təmin edilməmiş, əsas kimi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi ##.##.1992-ci il tarixli, *** nömrəli qərarı göstərilmişdir. Məlumat üçün bildirir ki, Nazirlər Kabinetinin qəbul etdiyi bu qərardan 31 ildən artıq bir müddət keçir. Cavabdeh isə qüvvədə olan qanunvericiliyə deyil, hüquqi qüvvəsini itirmiş qanuna istinad edir.

10. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli Qərarına müvafiq olaraq, 2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. 1987-ci ilin iyul ayından 1992-ci ilin aprel ayının 30-dək Kürdəmir rayonu Qocalı kəndi XDS İcraiyyə Komitəsinin sədri, 1992-ci ilin aprel ayından sentyabr ayının 5-dək Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qocalı kəndi İnzibati-Ərazi Vahidi üzrə nümayəndəsi vəzifəsində işlədiyi iş stajının “Əmək pensiyaları haqqında” ## ###### 2006-cı il tarixli, 54 HTQ saylı Qanunun 20.1, 20.1.7-ci maddəsinə müvafiq olaraq, orqan pensiya stajına əlavə olunmasını ərizə ilə Daxili İşlər Nazirinin müavini-X3, R cənab Şahin Məmmədovdan xahiş etmişdir. X3 müavini-Şəxsi Heyət üzrə İdarə rəisinin imzası ilə göndərilən cavab məktubunda bildirilir ki, “Sizin xidmət müddətiniz haqqında hesablama vərəqəsinin yenidən tərtib edilərək, Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə göndərilməsi məqsədə müvafiq hesab edildi”. Bildirir ki, bu günə kimi DİN-nin Maliyyə-Plan İdarəsi tərəfində onun müraciəti icra olunmamışdir. Əsas kimi qeyd edib göstərirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli Qərarında mülki işlərdə, eləcə də dövlət qulluğu vəzifələrində iş stajının pensiya təyin edilməsi üçün hərbi xidmət müddətinə hesablanması nəzərdə tutulmamışdır. Bununla əlaqədar mülki vəzifələrdə işlədiyi müddətin hərbi qulluqçu kimi əmək pensiyası hüququ verən xidmət müddətinə hesablanması mümkün deyildir.

11. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – M.Mahmudlu-Abbaszadə).

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” ##.##.1992-ci il tarixli *** nömrəli Qərarında daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - İ.Quliyev, hakimlər - G.Cabbarova, V.Əzizova).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxil edilən dövrlər qanunvericilikdə konkret olaraq müəyyən edilmiş, xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır.

16. Kollegiya əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə istinad etmişdir. Sözügedən maddəyə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ## -dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir.

17. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsassız hesab etməklə aşağıdakıları qeyd etmişdir ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması məqsədilə bir neçə dəfə müraciətlər etmişdir. Sözügedən müraciətlərin nəticəsində isə ona izah olunmuşdur ki, ona əmək pensiyası sabiq dövlət qulluqçusu olaraq deyil, hərbi qulluqçu kimi təyin edilmiş və ödənilir. Bu səbəbdən də ərizədə qeyd edilən dövlət qulluqçularına münasibətdə tətbiq olunan qanunvericilik müddəalarının onun əmək pensiyasının hesablanmasında nəzərə alınması mümkün deyil. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7ci maddəsi ilə həmin qanunun 20.11.1, 20.11.2, 20.11.3, 20.11-1, 20.12-ci və digər əlaqəli normalarının qarşılıqlı təhlilinə əsasən həmin normanın dövlət qulluqçusu kimi pensiya alan şəxslərə şamil olunacağını nəzərə alaraq hazırkı iddiaya tətbiq ediləcək norma kimi qəbul etmir.

18. Lakin yuxarıda da istinad olunduğu kimi, nə iddiaçıya pensiya təyin olunarkən, nə də hazırda qüvvədə olan qanunvericilikdə xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı tələbində haqlı olmamışdır. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə həll olunarkən cavabdehin imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətinin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

19. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” # ###### 2006-cı il tarixli Qanununda vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi müəyyən edilib. Həmin qanunun 20.1.7-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları. Lakin məhkəmə kollegiyası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli, *** nömrəli qərarını ## ###### 2006-cı il tarixli, *** nömrəli Fərmandan üstün tutmaqla iddiasını qanunsuz olaraq təmin etməmişdir. İş materialında olan üçüncü şəxs tərəfindən ona verilmiş ## ###### 2024-cü il tarixli, *-**-*/*-Ə-******/**** saylı cavab məktubdan görünür ki, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə üçüncü şəxsə təqdim edildikdən sonra baxılacaqdır. Üçüncü şəxsin məktubuna əsasən cavabdehə müraciət etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-Ə-****/*/**** saylı cavab məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli, *** nömrəli qərarına istinad edilməklə ona imtina verilmişdir. Qeyd edir ki, cavabdehin istinad etdiyi və məhkəmə tərəfindən əsaslı hesab edilən Nazirlər Kabinetinin bu qərarından 33 ildən artıq bir müddət keçir. Cavabdeh isə qüvvədə olan qanunvericiliyə deyil, hüquqi qüvvəsini itirmiş qərara istinad edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi xidmətə təyin olunma günündən; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji X5 Agentliyində zabit heyəti, R və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifələrində xidmət — vəzifəyə təyin olunma günündən; daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən; Gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən; Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidməti vəzifəyə təyin olunma günündən; Miqrasiya orqanlarının kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən; həqiqi hərbi xidmətdə daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarının kadrları tərkibində qalmaqla mülki nazirliklərdə, baş idarələrdə, müəssisə və təşkilatlarda işləmək dövrü; Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik hərbi qulluqçuların, daxili işlər, ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis və sıravi heyətinə mənsub şəxslərin həbsdə olduğu, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət; döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə;

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “məlumat vərəqəsinin göndərilməsi” ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ## #### 1987-ci il tarixdən ## ######## 1992-ci il tarixədək işlədiyi dövrlərin qulluq stajına görə əmək pensiyasına hesablanaraq, məlumat vərəqinin cavabdeh tərəfindən DSMF-nin XŞT üzrə Mərkəzi Filiala göndərilməsinə nail olmaqdan ibarətdir.

32. Qanunvericiliyin tələbinə əsasən, zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxil edilən dövrlər qanunvericilikdə konkret olaraq müəyyən edilmiş, xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır.

33. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçıya pensiya təyin olunarkən və ya hazırda qüvvədə olan qanunvericilikdə xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır.

34. Bundan başqa, apellyasiya şikayətinin kassasiya şikayətində təkrarlanan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.

35. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar