Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-226/2026 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1970-ci ildə verilmiş Texniki inventarlaşdırma Pasportuna əsasən Nərimanov rayonu, Moskovski (hazırda Xətai) prospekti, 47 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 621,3 kv.m qeyd olunmuşdur.
2. Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş seriya ÖM ****** nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Xətai prospekti ** saylı evin 36,7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı * saylı mənzili iddiaçı2 adına ##.##.2003-cü il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,0358 ha torpaq sahəsində yerləşən ** nömrəli 1 mərtəbəli binanın girişində, 1-ci mərtəbəsində yerləşən 27 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı * nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçı2 adına ##.##.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil Həşimova Səbinə Rafayıl qızının adına mülkiyyət hüququ əsasında ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 47, mənzil 1 ünvanında yerləşən mənzil Həşimova Səbinə Rafayıl qızının adına ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ** saylı sahədə yerləşən 0,025 ha torpaq sahəsi iddiaçı2 (9/18 hissə), X1 (2/18 hissə) və Həşimova Səbinə Rafayıl qızının (7/18 hissə) adına ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ** saylı sahədə yerləşən 0,025 ha torpaq sahəsinə dair Həşimova Səbinə Rafayıl qızının və iddiaçı2 adına ##.##.2014-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ** saylı sahədə yerləşən 0,025 ha torpaq sahəsi iddiaçı2 (9/18 hissə) və Həşimova Səbinə Rafayıl qızının (9/18 hissə) adına ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
9. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın ##.##.2011-ci il tarixli MA seriyalı ******* saylı, MA seriyalı ******* saylı, Nazirlər Kabineti yanında DƏDRX-nın ##.##.2006-cı il tarixli MH seriyalı ******* saylı Çıxarışları və Bakı şəhəri IH Texniki Inventarlaşdırma və MHQI-nin ##.##.2003-cü il tarixli OM seriyalı ****** saylı Qeydiyyat Vəsiqəsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində ** saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı iddiaçı2 və Həşimova Səbinə Rafayıl qızının adına Torpaq sahəsinin planı və ölçüsü ##.##.2014-cü il tarixdə tərtib edilmişdir.
10. Reyestrdə 4Ə-651 nömrə ilə qeyd olunan ##.##.2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Həşimova Səbinə Rafayıl qızı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ** saylı sahədə yerləşən torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 9/18 hissəsini alıcı iddiaçı1 satmışdır.
11. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ** saylı sahədə yerləşən 0,025 ha torpaq sahəsinə dair iddiaçı2 və iddiaçı1 adına ##.##.2016-cı il tarixdə Torpaq sahəsinin planı tərtib edilmişdir.
12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ** saylı sahədə yerləşən 0,025 ha torpaq sahəsi iddiaçı2 (9/18) və iddiaçı1 (9/18) adına ##.##.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 47, mənzil 1 ünvanında yerləşən mənzil iddiaçı1 adına ##.##.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı1 adına ##.##.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
15. Cavabdeh tərəfindən iddiaçı iddiaçı2 ünvanlanmış ##.##.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 371 kv.m hissəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının tikintialtı sahəsinin bir hissəsi sənəd üzrə qeyd olunan sahədən kənarda yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, razılaşdırılmış eskiz layihədə tikilinin 2-ci mərtəbəsində faktiki mövcud olan bəzi sahələr nəzərə alınmamış və göstərilməmişdir. Həmçinin, sözügedən sahələr tikinti obyektinin istismarına icazə sənədində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 16.
17. Iddia tələbi işin yuxarıda istinad edilən hallarına uyğun əsaslandırılmışdır.
18. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddiaçı2 iddia tələbində qeyd olunanlarla bağlı ##.##.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və ##.##.2023-cü il tarixli, ************ nömrəli məktubla ona cavab verilmişdir. Həşimova Səbinə Rafayıl qızının isə qeyd olunanlarla bağlı Idarəyə müraciəti olmamışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsi hazırda paylı mülkiyyət hüququ üzrə iddiaçı2 (9/18 hissə) və iddiaçı1 (9/18 hissə) mülkiyyətindədir. 371 kv.m torpaq sahəsinə dair isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatına əsasən, göstərilən torpaq sahəsinin (371 kv.m) 30 kv.m hissəsi *** saylı orta məktəbin ərazisində yerləşir. Həmçinin, Idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ümumi ölçüsü 621,5 kv.m təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.
19. Bakı Inzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 371 kv.metr torpaq sahəsi üzərində birgə iddiaçılar iddiaçı2 və iddiaçı1 paylı mülkiyyət hüquqları qeydə alınmaqla, çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir.
20. Birinci instansiya məhkəməsinin əsaslandırması: 20.1. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən torpaq sahəsinin yalnız 250 kv.m hissəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınsa da, sözügedən torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu” əsasında vahid ölçüsü 621 kv.m olmaqla, tam şəkildə (371 kv.m də daxil olmaqla) mülkiyyətçilərin istifadəsində olmuşdur, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaranmamışdır və ya torpaq sahəsinə dair hər hansı digər şəxsin tələbi olmamışdır. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirildikdən sonra hazırda birgə iddiaçılar iddiaçı2 və iddiaçı1 qanuni istifadəsindədir, məhz elə bu səbəbdən də ləğv edilmiş X2 Komitəsi tərəfindən iddiaçı2 və Həşimova Səbinə Rafayıl qızının adına tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin ölçüsü 621,3 kv.m olaraq qeyd edilmişdir və həmin sənəd də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma pasportu” ilə birlikdə iddiaçıların torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün əsasdır. Odur ki, iddiaçılardan iddiaçı1 qeyd edilən daşınmaz əmlakı Həşimova Səbinə Rafayıl qızından satın aldığından, qeyd edilən hissədə torpaq sahəsi üzərində hüquqlar da ona keçmişdir. Əvvəllər tərtib edilmiş plan-ölçü sənədi iddiaçı2 və Həşimova Səbinə Rafayıl qızının adına (birgə) tərtib edildiyindən və hazırda mülkiyyətçilər dəyişdiyindən (iddiaçı2 və iddiaçı1) iddiaçıların həmin sənədi əldə etməkdə hüquqi maraqları mövcuddur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, torpaq sahəsinin yalnız 250 kv.m hissəsində mülkiyyət hüquqları tanınmış iddiaçıların qalan 371 kv.m torpaq sahəsi üzərində də (ümumilikdə, 621 kv.m) mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı “qanuni gözlənti”ləri var. 20.2. Cavabdeh orqan imtinanın digər əsası olaraq qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən, göstərilən torpaq sahəsinin (371 kv.m) 30 kv.m hissəsi *** saylı orta məktəbin ərazisində yerləşir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh orqan qeyd edilən halı təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, sözügedən 621 kv.m torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Texniki inventarlaşdırma Pasportu” əsasında 1970-ci il tarixdən etibarən vahid hasar daxilində istifadə edilir və torpaq sahəsinin hasar daxilindəki yerləşmə mövqeyi ilə bağlı hər hansı uyğunsuzluq mövcud deyil.
21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
22. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ** saylı sahədə yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. 23.
24. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, H.A.Ağalarov və C.B.Məmmədov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (IPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür. Belə ki, cavabdeh orqan qeyd edilən halı təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, sözügedən 621 kv.m torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Texniki inventarlaşdırma Pasportu” əsasında 1970-ci il tarixdən etibarən vahid hasar daxilində istifadə edilir və torpaq sahəsinin hasar daxilindəki yerləşmə mövqeyi ilə bağlı hər hansı uyğunsuzluq mövcud deyil.
26. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
27. Cavabdehin kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 243. Daşınmaz əmlak mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ ... 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
31. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);
32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ...
33. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
34. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 17 ünvanında yerləşən 371,3 kv.m torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
40. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bununla belə, kassasiya şikayətinin dəlillərinə dair aşağıdakılar qeyd olunur.
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, **/**** nömrəli rəyi ilə təsdiq olunmuşdur, baxış zamanı təqdim olunan iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi, yəni Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 371 kv.metr torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu”nda nəzərdə tutulmuş vahid ölçüsü 621 kv.m torpaq sahəsinin bir hissəsini təşkil edir. Qeyd edilən 371 kv.metr torpaq sahəsinin koordinatları ##.##.2014-cü il tarixli, A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara uyğundur. Baxış zamanı təqdim olunan iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi, yəni Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 371 kv.metr torpaq sahəsinin qonşu sahələrin sərhəd hasarından kənarda yerləşdiyini və həmin sahəyə iddiaçının adına ##.##.2014-cü il tarixli, A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edildiyini nəzərə alaraq, torpaq sahəsinin başqa hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi və *** saylı orta məktəbin ərazisində yerləşmədiyi müəyyən edilmişdir.
43. Göründüyü kimi, iddia tələbinin əsaslı, cavabdehin etirazlarının isə əsassız olması ekspert rəyi ilə də öz təsdiqini tapmışdır.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- 1(103)-1329/2025 qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.