Məhkəmə qərarları › İş №2-1(1-8)-2265/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-2265/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-2265/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işin ərazi aidiyyəti ilə bağlı işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin ## #### 2004-cü il tarixli *** nömrəli səramcamına və Bakı şəhər Bələdiyyə torpaqlarınlın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsində ##.##.2004-cü il tarixli müqaviləyə əsasən 700 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə iş materialları aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir (hakim - Ləman Musayeva).

3. Bakı Inzibati Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi iddia Abşeron rayonunun ərazisində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə qərar qəbul edilməsi ilə bağlıdır. Hazırkı mübahisə Abşeron rayon ərazi hüdudları daxilində yerləşən torpaq sahəsi ilə bağlı hüquq münasibəti olduğu üçün, mübahisəyə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrdə işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq qeyd edilən qaydada baxılmasının əsas məqsədi iddiaçının məhkəməyə çatımlığını, hüquqi müdafiə vasitələrindən səmərəli istifadənin təmin edilməsidir. Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli * nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Abşeron rayonu Sumqayıt Inzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə hazırkı işə Sumqayıt Inzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilməlidir.

4. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin ## #### 2004-cü il tarixli *** nömrəli səramcamına və Bakı şəhər Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında ##.##.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 700 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə *-*(***)-****/**** saylı inzibati iş üzrə ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim - Leyla Mirzəyeva).

5. Sumqayıt Inzibati Məhkəməsi öz mövqeyini onunla əsaslandırılmışdır ki, Sumqayıt Inzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin hansı inzibati ərazi bölgüsünə aid olduğunun aydınlaşdırılması məqsədilə yenidən cavabdeh orqana sorğu ünvanlamışdır. Məhkəmənin sorğusuna cavab olaraq, cavabdehin ## ###### 2026-cı il tarixli və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin ## ###### 2026-cı il tarixli məktublarında qeyd edilmişdir ki, “sözügedən torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonun inzibati ərazisinin hüdudları daxilində yerləşir”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisənin əsasını Bakı şəhərində yerləşən torpaq sahəsi təşkil etdiyindən, hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi tətbiq edilməli və işə daşınmaz əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır.

Tətbiq edilən hüquq

6. Inzibati Prosessual Məcəlləsi 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 8.1. Inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.

7. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsinə göndərilməlidir.

9. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

10. Iş materiallarında olan cavabdehin ## ###### 2026-cı il tarixli və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin ## ###### 2026-cı il tarixli məktublarında qeyd edilmişdir ki, “iddia tələbinin mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonun inzibati ərazisinin hüdudları daxilində yerləşir”.

11. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. Inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.

12. Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli * nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Xəzər rayonu Bakı Inzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə predmeti olan daşınmaz əmlakın əhatə etdiyi ərazi yalnız bir məhkəmənin yurisdiksiyasına aid olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsinə göndərilməlidir.

14. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar