Məhkəmə qərarları › İş №2-1(1-8)-2413/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-2413/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-2413/2026 12.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (şikayətin vəkil tərəfindən tərtib edilməməsi;şikayət üzrə kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı “rəssamlıq emalatxanasının yerləşdiyi qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(*-*)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin ## #### 2003cü il tarixli,

1. **** nömrəli Sərəncamını rəhbər tutaraq, istifadəsində olan yaradıcılıq emalatxanasının onun və X1 adına özəlləşdirilib çıxarış verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə “Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyi və Cavabdehn * saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Cavabdeh ilə əvəz edilmiş, onun üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilmişdir.

4. .Bakı İnzibati Məhkəməsinin (Hakim: T.R.Məlikov) 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilməmişdir.

5. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, E.A.Nuriyev və T.N.Mahmudova) 2026-cı il ## #### tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı ilə, apellyasiya şikayəti təmin edilməyərək, qərar dəyişdirilmədən saxlanmışdır.

7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. … Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. … 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. …

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. ... Maddə 96. Ali Məhkəmədə icraat ... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ

10. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və şikayətə vəkilin orderi əlavə olunmadığından onun verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

11. Belə ki, İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

12. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Odur ki, iddiaçının hazırkı şikayəti, kassasiya şikayətinə dair qanunvericilikdə nəzərdə tutulmuş formal tələblərə cavab vermədiyindən icraata qəbul edilə və onun əsasında kassasiya icraatı mümkün sayıla bilməz.

13. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuş və həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, baş verə biləcək hüquqi nəticələr, o cümlədən şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

14. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərilməsində kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

15. Beləliklə, iddiaçının hazırkı kassasiya şikayəti verilərkən qanunvericiliyin tələblərinə (kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsi, vəkil tərəfindən imzalanması və vəkilin orderinin kassasiya şikayətinə əlavə edilməsi barədə) əməl olunmamışdır. Odur ki, şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(*-*)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar