Məhkəmə qərarları › İş №2-1(1-8)-245/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-245/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-245/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı Mövlud oğlunun cavabdeh Cavabdeh X1rşı QƏRARİ (Açar sözlər: qərarını ləğv edərək, əlilliyin bərpa edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Mövlud oğlunun cavabdeh Cavabdeh X1rşı “cavabdehin ##.##.2022-ci il tarixli qərarını ləğv edərək, əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əlillik altsistemi”ndən çıxarışdan görünür ki, iddiaçının ##.##.2001-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz II dərəcəli əlilliyi müəyyən edilmişdir.

2. Agentliyin elektron poçt ünvanına elektron ünvan 1 elektron poçt ünvanından ##.##.2022-ci il tarixdə anonim müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən araşdırmalar aparılmış, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən iddiaçıya ##.##.2022-ci il tarixli, *********** nömrəli bildiriş ünvanlanaraq əyani müayinəyə dəvət edilmişdir.

3. Cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdə 40 nəfər vətəndaşın, o cümlədən iddiaçının əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərə baxılaraq əyani müayinə aparılmış və ##.##.2022-ci il tarixli, *********** nömrəli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

4. Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul etdiyi - “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarın qəbul edildiyi tarix - ##.##.2022-ci il qeyd edilmişdir. Həmçinin, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”da - iddiaçı barəsində qəbul edilmiş “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarın tarixi - ##.##.2022-ci il göstərilmişdir.

5. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə 35 nəfər vətəndaşın, o cümlədən iddiaçının əyani müayinəsi aparılmış və oktyabr 2023-cü il tarixdə 3-17-4/3-3-*****/**** №li “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə növbəti dəfə eyni məzmunlu qərar qəbul edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “imtina qərarını dəyişdirərək, imtina verilmiş gündən (##.##.2022) etibarən əlilliyin yenidən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması ” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı, məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, “cavabdehin ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsini, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ##.##.1966-cı il tarixdə Zaqatala rayonu, Qandax kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsində iştirak etmiş, gedən döyüşlərdə yaralanmışdır. Belə ki, ##.##.1992-ci il tarixində Ağdam rayonunda gedən döyüşlər zamanı, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, qarın nahiyyəsindən nüfuzedici güllə yarası və qəlpə yaraları, dövri qarın ağrısı. nəcizin pozulması, gecikmə, ümumi zəiflik, ani kilo itkisi” diaqnozu ilə Qaradağlı xəstəxanasında **** nömrəli Xəstəlik haqqında şəhadətnamədə göstərilən digər diaqnozlar ona təyin edilmişdir. O, özünü həmin vaxtdan narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr və müalicələr də aparılmışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. Döyüşlərdə aldığı ağır zədələr, müalicələr nəticəsində o, ##.##.1993-cü il tarixində AR Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikası tərəfindən **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə" verilmiş və Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı ilə ona müddətsiz II qrup əlillik təyin edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində xxxx 2022-ci ilin oktyabr ayında onun müddətsiz əlilliyinə məhəl qoymayaraq təkrar öz komissiyalarına çağırmaqla heç bir müayinə aparmadan əlilliyini ləğv etmişdir. Onu mədə-bağırsaq və ağ ciyər xətəlikləri xəstəxanalarına göndərib mütəxəssis rəyi almağı barədə yazdığı ərizəyə məhəl qoymayaraq, öz baxışlarına əsaslanaraq əlilliyini ləğv edərək pensiyasını dayandırmışlar. Halbuki, onda 3 güllə deşiyi var, ağ ciyərində 2 qəlpə, dağılmış qarnından 25 sm ölçüdə bağırsaq kəsilərək yerinə həmin ölçüdə kənar əşya-plastik boru qoyulmuşdur. Sağ ayağı isinmir. Müntəzəm olaraq müalicələr alır. Xəstəxanası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (2393№li Xəstəlik haqqında şəhadətnamə) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ##.##.2024-ci il tarixli imtina verilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, təyin olunan Diaqnoz ağırlaşmaları diaqnozun əlillik əlamətini özündə əks etdirmir.

9. Şəki Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi barədə Cavabdeh PHŞ-nin ##.##.2022-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı və məqsədi ##.##.2022-ci il tarixdən dayandırılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iş hallarına qiymət verərək, aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək hesab etmişdir ki, iddia mahiyyət etibarilə də əsaslıdır. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. Istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçı barəsində şübhənin nədən ibarət olduğu, həmin şübhənin əsaslılığını göstərən hallarla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bununla belə iddiaçı barəsində müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırılması barədə qərar qəbul edilmişdir. Həmin Qərarın mahiyyəti isə risk və şübhə məfhumları ilə uyğun deyildir. Belə ki, cavabdeh orqan eyni diaqnozla şəxsə əvvəllər 2-ci dərəcə və müddətsiz olaraq əlillik təyin etmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəməsinin araşdırması zamanı iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi və ya dəyişdirildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı İddiaçı Mövlud oğlunun ikinci dərəcə əlilliyinin ləğvi barədə ##.##.2022-ci il tarixli qərarı əsassız olmuşdur. Belə ki, mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir. Iddiaçı barəsində qəbul edilmiş ##.##.2022-ci il tarixli qərarla “diaqnoz əlilik əlaməti təyin etmir” səbəbli qərarla faktiki olaraq iddiaçının müddətsiz əlilliyi ləğv edilmiş, əlillik hüquqi qüvvəsini itirmişdir. Cavabdehin ##.##.2023-cü il tarixli yeni Qərarı isə əyani müayinə nəticəsində əvvəlki qərarın qüvvədə saxlanılması barədə olduğundan həmin qərar əslində ilkin qərarın ləğvindən sonra nəticə etibarı ilə öz hüquqi əhəmiyyətini itirmiş olur. Bu baxımdan da sonuncu qərar mübahisə predmeti deyildir.

11. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: V.Musayev /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən aparılmış araşdırma məhz mövcud sənədlər üzrə aparılmışdır. Məhkəmə iddiaçıya qoyulmuş diaqnozun öz təsdiqini tapmaması barədə səlahiyyətli komissiyanın qərarı üzrə lazımi qaydada qiymətləndirmə aparmamış, səlahiyyətli qurumun əsaslı qərarını faktiki olaraq görməzdən gəlməklə inzibati orqanın qərarının ləğv edilməli olması qənaətinə gəlmişdir ki, nəticə etibarilə düzgün olmayan qərar çıxarılmışdır.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə bağlı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərardad qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ##.##.2022-ci il tarixli qərarın ləğv edilərək, əlilliyin bərpa edilməsinə yönəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdehin iddiaçı İddiaçı Mövlud oğlunun ikinci dərəcə əlilliyinin ləğvi barədə ##.##.2022-ci il tarixli qərarı əsassız olmuşdur. Belə ki, mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir. Iddiaçı barəsində qəbul edilmiş ##.##.2022-ci il tarixli qərarla “diaqnoz əlilik əlaməti təyin etmir” səbəbli qərarla faktiki olaraq iddiaçının müddətsiz əlilliyi ləğv edilmiş, əlillik hüquqi qüvvəsini itirmişdir. Cavabdehin ##.##.2023-cü il tarixli yeni Qərarı isə əyani müayinə nəticəsində əvvəlki qərarın qüvvədə saxlanılması barədə olduğundan həmin qərar əslində ilkin qərarın ləğvindən sonra nəticə etibarı ilə öz hüquqi əhəmiyyətini itirmiş olur. Bu baxımdan da sonuncu qərar mübahisə predmeti deyildir.”

25. Kassasiya instansiya məhkəməsi bu hüquqi mövqe ilə razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə qiymət verməzdən əvvəl iddianın qanunla müəyyən edilmiş müddətdə verilib-verilməməsini araşdırmalı idi. Məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddəti məsələsi prosessual baxımdan ilkin araşdırılmalı olan hal olduğu halda, apellyasiya instansiyası bu məsələyə ümumiyyətlə hüquqi qiymət verməmişdir.

26. Hazırkı işdə iddiaçının 2001-ci ildə müəyyən edilmiş müddətsiz əlilliyinin bərpası məqsədilə yalnız ##.##.2024-cü il tarixində məhkəməyə müraciət etməsi, faktiki olaraq ##.##.2022-ci il tarixli inzibati aktın qəbul edilməsindən təxminən iki il sonra baş vermişdir. Bu zaman qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi məsələsi məhkəmələr tərəfindən müzakirə olunmamışdır.

27. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıya münasibətdə qüvvədə olan əlillik təyinatı qərarının ləğvi ilə bağlı qəbul edilmiş ##.##.2022-ci il tarixli qərar bir inzibati akt olduğu üçün iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan həmin inzibati aktı mübahisələndirmək hüququna malik olmuşdur.

28. Lakin iddiaçı həmin inzibati aktı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirmiş, qanunvericilikdə təsbit edilmiş müddəti isə ötürmüşdür.

29. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, ##.##.2022-ci il tarixli qərardan sonra iddiaçı barəsində cavabdeh qurum tərəfindən ##.##.2022-ci il, ##.##.2023-cü il və oktyabr 2023-cü il tarixli qərarlar da qəbul edilmişdir. Həmin qərarlardan hansının iddiaçı barəsində gedən göndəriş əsasında, hansının isə onun əyani müayinəsi nəticəsində qəbul edildiyi araşdırılmamışdır. Belə ki, mübahisəsizdir ki, iddiaçı barəsində yeni müayinələr aparılmış və həmin müayinələrin nəticəsi olaraq yenidən "diaqnoz əlillik əlaməti təyin etmir" məzmunlu qərarlar qəbul edilmişdir.

30. Buna görə də işin təkrar apelyasiya baxışı zamanı əvvəlcə iddiaçı barəsində olan sonrakı qərarların verilən yeni göndərişlər əsasında həyata keçirilən icraatın nəticəsi olduğu, yoxsa inzibati orqanın öz təşəbbüsü ilə inzibati icraatın təzələnməsi istiqamətində apardığı araşdırmalara görə əvvəlki qərarın yenidən qiymətləndirməsi məqsədilə qəbul olunduğu müəyyən edilməlidir. Bu hal sonrakı qərarların müstəqil inzibati akt kimi çıxış etməsi baxımından əhəmiyyətlidir.

31. Odur ki, təkrar apelyasiya baxışında iddiaçının ##.##.2022-ci il tarixli qərardan narazı qalıb iddia ilə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürdüyü üçün həmin iddiasının qeyri-mümkünlüyü məsələsi ilə yanaşı, həm də iddiaçı barəsində qəbul edilmiş digər- ##.##.2022-ci il, ##.##.2023-cü il və oktyabr 2023-cü il tarixli qərarların onun barəsində göndərilən göndərişlər əsasında qəbul edildiyi yaxud inzibati orqanın öz təşəbbüsü ilə təzələnmiş icraat zamanı aparılmış müayinələrin nəticəsi olub-olmadığı aydınlaşdırılmalı, bundan sonra əgər iddiaçı barəsində verilən göndərişlər mövcud olmuşdusa, həmin göndərişlər nəticəsində qəbul edilmiş imtina ilə bağlı inzibati aktların mübahisələndirilməsi imkanı (bu zaman da iddia müddətinin keçib-keçmədiyi, keçdiyi halda onun bərpasının mümkünlüyü qiymətləndirilməklə) tanınmalıdır.

32. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

33. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar