Məhkəmə qərarları › İş №2-1(1-8)-254/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-254/2026

25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-254/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsindən imtina; əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Işin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarından görünür ki, Salyan RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun ##.##.2014-cü il tarixli məktubunda barəsində cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi xxxxnda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol baldırın dəlib keçən güllə yarası, incik sümüyünün açıq qəlpəli sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Salyan rayon şöbəsinin ##.##.2016-cı il tarixli *** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli, *** nömrəli arayışı, xxxx tərəfindən verilmiş ##.##.1994-cü il çıxarışı, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ** saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumatdan görünür ki, İddiaçı ##.##.2016-cı il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

3. Cavabdehin ##.##.2022-ci il tarixli qərarından görünür ki, “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçı barəsində əlilliyin müəyyən edilməsindən imtina edilmişdir.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0008 nömrəli qərarından görünür ki, İddiaçı əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0008 nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə ##.##.2016-cı il tarixdə təyin olunmuş 3-cü dərəcəli müddətsiz əlilliyinin ##.##.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1975-ci il təvəllüdlüdür, iki uşaq atasıdır, oğlu Aprel döyüşlərinin iştirakçısıdır. 1993-cü ildə hərbi xidmətə getmiş, 1-ci Vətən müharibəsində döyüşmüş, Kəlbəcər rayonunun Bağırlı və Qamışlı istiqamətində döyüşlər zamanı ##.##.1994-cü il tarixdə düşmənin atdığı güllə yarası ilə hospitala aparılmış, yer olmadığından Şəmkir rayonunun Kür qəsəbəsində xəstəxanada cərrahi əməliyyat olmuş, 3 ay palata şəraitində müalicə olunmuşdur. Uzun sürən müalicələrdən sonra sol ayağının bazu sümüyü və ayaq barmaqlarını hiss etməmiş, sümüyünün iliyi dağılmışdır. 2016-cı ildə dözülməz ağrılar nəticəsində həkim ekspertizası yoxlayaraq 3cü dərəcəli müddətsiz əlillik müəyyən etmiş və ömürlük əlil kimi hər ay pensiya almağa başlamış, həmin təqaüdlə müalicələrinə getmişdir. 2022-ci ilin altıncı ayında əlil avtomobili ilə bağlı 3 dəfə müraciət yazmış, avtomobil vermək yerinə pensiyası kəsilmişdir. Döyüşdə yaralanmış, ayağı üzərində dura bilmir, buna baxmayaraq əlilliyi və qaziliyi ləğv edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0008 nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə ##.##.2016-cı il tarixdə təyin olunmuş 3-cü dərəcəli müddətsiz əlilliyinin ##.##.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh iddiaya dair yazılı etirazda göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xxxxnın ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanmasından sonra sol incik sümüyünün orta 1/3nin qəlpəli bitişmiş sınığı. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Iddiaçının əlillik vəziyyəti ##.##.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 22420263416). Yenidən əlillik vəziyyətinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2016-cı il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol baldırın dəlib-keçən güllə yarası, incik sümüyünün açıq qəlpəli sınığı (1994)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təng nəfəslikdən yerişin pozulması və ayaqlarındakı ağrılardan şikayətlənsə də, aşağı ətraflarda əzələ gücü 4,5-5,0 bal, tonusu normal, reflekslər canlı, hərəkətlər sərbəst, auskultasiyada vezikulyar tənəffüs, SPQ2-99%, nəbz 86 qeyd olunmuşdur” kimi qeyd olunmuş, “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətrafında yanma hissindən şikayətlənmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də çapıq, qarının ön divarında Meyo kəsiyi ilə herioplastika əməliyyatına məxsus çapıq (iki həftədir əməliyyat olunub) izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, nisbi qısalıq, trofiki pozuntular aşkarlanmamışdır. Nevroloji statusunda heç bir periferik sinir patologiyası müşahidə edilməmiş, yuxarı və aşağı ətraflarda reflekslər canlı çağırılmış, əzələ gücü və tonus norma daxilində olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

8. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1nin ##.##.2025-ci il tarixli, T **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “xxxx” X1 tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli R********UFX saylı göndərişində qeyd edilmiş “Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanmasından sonra sol incik sümüyünün orta 1/3-nin qəlpəli bitişmiş sınığı. G83.1-Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi; G57.3- Bayır dizaltı peroneal sinirin zədələnməsi. Odlu silah yaralanmasından sonra sol incik sümüyünün posttravmatik neyropatiyası. T93.4-Aşağı ətrafın sinirinin travmasının nəticələri. Hərəkətin və yerişin pozulması; R26- Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın hərəki, hissi, trofıki pozulması” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Qiymətləndirmə vərəqələrində tibbi-sosial ekspertləri tərəfindən İddiaçı oturaq işlərdə işləyə bilməsi qeyd edilmişdir. İddiaçı almış olduğu xəsarətlər “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” və onun xəstəlikləri hərbi xidmət dövrü ilə əlaqədardır.

9. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim H.Nəcəfov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0008 nömrəli qərarı ləğv edilmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə ##.##.2016-cı il tarixdə İddiaçı təyin olunmuş 3-cü dərəcəli müddətsiz əlilliyin ##.##.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, normativ aktla əlilliyin düzgün müəyyən edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir. Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, qüvvədə olan qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutları mövcud olduğu halda başlanılmış inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Lakin cavabdeh orqan tərəfindən bu halda da inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər F.Hüseynov – məruzəçi, C.Quliyev və M.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında iddiaçıya ##.##.2016-cı il tarixli qərarla təyin edilmiş əlilliyin bərpa edilməli olması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, iddiaçının müddətsiz əlillik təyinatı barədə həmin qərar cavabdehin ##.##.2022-ci il tarixli qərarı ilə öz qüvvəsini itirmiş, lakin iddiaçı uzun müddət (2 ilə yaxın) həmin qərarı mübahisələndirməmiş və növbəti tibbi göndəriş əsasında hazırda mübahisələndirilən ##.##.2024-cü il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində olan patofunksional pozuntualar baxımından ##.##.2024-cü il tarixli qərarı ləğv etməklə düzgün nəticəyə gəlsə də, əlilliyin bərpa edilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, ##.##.2022-ci il tarixli qərar mübahisələndirilmədiyi halda (həmin qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür) həmin qərar əsasında ləğv edilmiş əlilliyin bərpası məsələsinə həm prosessual, həm də maddi hüquq normalarının tələblərinə nəzərən baxıla bilməz.

14. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) iddiaçının kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

17. Kassator göstərir ki, apellyasiya instansiyası məhkəməsində sübutlara tam və hərtərəfli qiymət verilməmiş, əsassız olaraq ziyanına qərar çıxarmaqla “Inzibati icraat haqqında” Qanunun 24-25, 36, 67-ci maddələrinin tələblərini pozmuşlar.

b) cavabdehin kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir.

19. Kassator əlavə olaraq göstərir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

20. Kassasiya şikayətində Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarına, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na, Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə istinad edilmişdir.

c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. ... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin, cavabdehin kassasiya şikayətinin dəlilləri isə mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əlillik vəziyyətinin düzgün qiymətləndirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının hüquqi marağı ona Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə ##.##.2016-cı il tarixdən müəyyən olunmuş 3-cü dərəcəli müddətsiz əlilliyin bərpasıdır.

33. Lakin işin hallarından görünür ki, iddiaçıya ##.##.2016-cı il tarixdən müəyyən olunmuş 3-cü dərəcəli müddətsiz əlillik cavabdehin ##.##.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçı barəsində əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. Iddiaçı cavabdehin qeyd edilən ##.##.2022-ci il tarixli qərarını mübahisələndirməmişdir.

34. Bundan sonra, iddiaçının əlillik vəziyyətinə yeni göndəriş əsasında yenidən baxılmış və nəticə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0008 nömrəli qərarı ilə ona əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur.

35. Iddiaçı hazırda ona əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə ##.##.2024-cü il tarixli qərarı mübahisələndirir. Lakin qeyd edilən qərarın ləğv edilməsi iddiaçıya ##.##.2016-cı il tarixdən müəyyən olunmuş 3-cü dərəcəli müddətsiz əlilliyin bərpasına əsas vermir. Belə ki, iddiaçının 3-cü dərəcəli müddətsiz əlilliyi cavabdehin ##.##.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarları, ## ######## 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, # ###### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli və ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları). Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin müəyyən olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh, eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilibedilməməsinin

37. cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Bundan əlavə, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli və ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:

Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar