Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-2580/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Gəncə şəhər Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina, kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Gəncə şəhər Icra Hakimiyyətinə qarşı “Gəncə şəhər Icra Hakimiyyətinin başçısının ## #### 2007-ci il tarixli, ** saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək ##.##.2025-ci il tarixli ******/****-**-* saylı “Icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi və başlanmış icra icraatının dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli # ####### 2026-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərək işin məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Iddiaçı həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, eyni zamanda, kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iiddianın mümkün sayılmaqla işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 9-1.3. Inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ
7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi aşağıda qeyd olunan səbəblərdən təmin edilməməli, həmçinin onun kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
8. Kassasiya şikayətinin Inzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
9. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin Inzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
10. Belə ki, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı elektron imza ilə təsdiq edilməklə ##.##.2026-cı il tarixdə AZEMIS-də iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti qeyd edilən ##.##.2026-cı il tarixdən, şikayətin verilməsi üçün müəyyən edilmiş 10 günlük müddətdə deyil, həmin müddət ötürüldükdən sonra, yəni ##.##.2026-cı il tarixdə verilmişdir.
11. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.
12. Bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Eyni zamanda, bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
14. Iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində müddətin ötürülməsi onun kassasiya şikayətinin tərtib edilməsi və göndərilməsi üçün Gəncə Regional Vəkil Bürosunun vəkili Nümayəndə müraciət etməsi, lakin sonradan Nümayəndə şikayəti göndərmədiyi və Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunduğu, bu səbəbdən müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyi ilə əlaqələndirilmiş və müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyi qeyd edilərək buraxılmış prosessual müddətin bərpa olunması xahiş edilmişdir.
15. Iddiaçının “müddət bərpasına dair” ərizəyə əlavə etdiyi Gəncə Regional Vəkil Bürosunun ** saylı ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin ##.##.2025-ci il tarixli ** saylı iclas protokoluna əsasən vəkil Nümayəndə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəmə aktı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyəti dayandırılmışdır.
16. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, apelyasiya instansiya məhkəməsinin mübahisələndirilən aktı məhz iddiaçının elektron kabinetinə yerləşdirilmiş və buna görə də iddiaçının qanunvericiliyin tələbinə görə şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərmək hüququ olmuşdur.
17. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə iddiaçının ərizəsində istinad etdiyi hal müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi rədd edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.