Məhkəmə qərarları › İş №2-1(1-8)-259/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-259/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-259/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Cəmilova Xəyalə Adil qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2005-ci il tarixli *** nömrəli qərarda “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın II dərəcəli donması” diaqnozunun səbəb əlaqəsi “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. Iddiaçıya ##.##.2005-ci il tarixdən “Sağ ağrının ağır kor qəlpə yaralanması. Sol ayağın İ və III barmaqların, İ və II dərəcəli, II barmağın III dərəcəli donvurması. Sol aşağı ətrafda zəif ağrı əlamətləri ilə” diaqnozu əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ilkin üçüncü dərəcə əlillik təyin edilmişdir.

3. Daha sonra “Sağ ağrının ağır kor qəlpə yaralanması. Sol ayağın İ və II barmaqların II dərəcəli, III barmağın II dərəcəli donvurması. Sol aşağı ətrafda bud sinirinin postravmatik iflici. ÜIX stenokardiya. Aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi II mərhələ. Ensefalopatiya II mərhələ. QDÇ II dərəcə. Yeriş funksiyasının pozulması” diaqnozu əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2011-ci il tarixdən 1 il müddətinə, ##.##.2014-cü il tarixdən 1 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir.

4. “Sağ ağrının ağır kor qəlpə yarası (1993-cü il). Sol ayağın İ-II barmağının II dərəcə, III barmağın III dərəcə donvurması. Sol aşağı ətrafın, bud sinirinin postravmatik parezi, yeriş funksiyasının pozulması ilə. Ensefalopatiya II mərhələ. ÜIX stenokardiya fs III. Aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi II mərhələ. QDÇ II dərəcə. Kardioskleroz. Hipertoniya xəstəliyi II B mərhələ. QDÇ II dərəcə” diaqnozu əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2015-ci il tarixdən 1 il müddətinə, ##.##.2016-cı il tarixdən 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir.

5. TSEK müayinə aktından çıxarışlara əsasən ##.##.2007-ci il tarixində 1 il müddətinə, ##.##.2008-ci il tarixdə 1 il müddətinə, ##.##.2009-cu il tarixdə 1 il müddətinə, ##.##.2010-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, ##.##.2012-ci il tarixdə 1 il müddətinə, ##.##.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

6. Iddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

7. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən ##.##.2022-ci il tarixli göndərişi əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

8. Əlilliyin qiymətləndirilməsindən verilmiş şikayət üzrə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və TSEK-in ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarı ilə “xxxx” qərara alınmışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il tarixdə ikinci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2016-cı il tarixə kimi N saylı hərbi hissənin tərkibində Birinci Qarabağ müharibəsində mənfur erməni vandallarına qarşı döyüş əməliyyatlarında sıravi əsgər kimi də iştirak etmişdir. ##.##.1993-cü il tarixdə Ağdərə rayonunun Vənk kəndinin alınması uğrunda gedən ağır döyüşlərdə düşmənin minamyotdan atdığı atəş nəticəsində ağır kor qəlpə xəsarətləri alaraq yaralanmışdır. Həmin vaxtı Ağdərə şəhərində məktəbi Hospital etmişdilər, orada ilkin yardım almışdır. Iki qəlpəni həmin hospitalda həkimlər çıxarmışdır. Lakin vəziyyətinin ağır olması ilə bağlı ##.##.1993-cü il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparılmışdır. O, həmin xəstəxanada ##.##.1993-cü il tarixə kimi stasionar müalicə olunmuşdur. ##.##.1993-cü il tarixdən, ##.##.1993-cü il tarixə kimi isə Gəncə şəhərində *** saylı hərbi hospitalda müalicəsini davam etdirmişdir. ##.##.1993-cü il tarixdə *** saylı Hərbi hospitalın cərrahiyyə şöbəsinin həkimləri ona “Sağ sağrının ağır kor qəlpə yarası, sol ayağın İ-II barmağının II dərəcə, III barmağın III dərəcə donvurması. Sol aşağı ətrafın, bud sinirinin postravmatik parezi, yeriş funksiyasının pozulması ilə. Ensefalopatiya II mərhələ. ÜIX. stenokardiya fs III.Kardioskleroz.Hipertoniya xəstəliyi IIB mərhələ. QDÇ II dərəcə” diaqnozu qoymuşlar. O, 1992-ci ilin avqust ayının 21-dən 1993-cü ilin yanvar ayının 26na kimi Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ##.##.2005-ci il tarixdə onu yenidən müayinə edərək yuxarıda qeyd etdiyi xəstəliklərini, N saylı hərbi hissənin tərkibində Birinci Qarabağ müharibəsində mənfur erməni vandallarına qarşı döyüşlərdə sıravi əsgər kimi iştirak etdiyini, ##.##.1993-cü il tarixdə Ağdərə rayonunun Vənk kəndinin alınması uğrunda gedən ağır döyüşlərdə düşmənin minamyotdan atdığı atəş nəticəsində ağır yaralandığını, ##.##.1993-cü il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparılaraq, ##.##.1993-cü il tarixə kimi stasionar müalicə olunduğunu, ##.##.1993-cü il tarixdən, ##.##.1993-cü il tarixə kimi Gəncə şəhərində yerləşən *** saylı hərbi hospitalda müalicəsini davam etdirdiyini, ##.##.1993-cü il tarixdə *** saylı Hərbi hospitalın cərrahiyyə şöbəsinin həkimlərinin ona “Sağ sağrının ağır kor qəlpə yarası, sol ayağın İ-II barmağının II dərəcə, III barmağın III dərəcə donvurması” xəstəliklərindən əziyyət çəkdiyini ** nömrəli qərarı ilə təsdiqləmişdir. Eləcə də həmin qərarda göstərilmişdir ki, aldığı xəsarətlər hərbi travma olmaqla, erməni vandallarına qarşı döyüşlər zamanı alınmışdır. Bundan sonra o, müharibədə aldığı travmalarla bağlı tibbi sənədlərini Tibbi-Sosial Ekspert komissiyasına təqdim etdikdən sonra ##.##.2005-ci il tarixdə TSEK-in həkimləri ona hərbi vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı III qrup əlillik təyin etmişlər. ##.##.2011-ci il tarixdə isə ** nömrəli Tibbi Sosial Ekspert Komissiyasının həkimləri onu yenidən komissiyadan keçirib onun III qrup əlilliyini dəyişdirərək, ona həmin tarixdən Il qrup əlillik təyin etmişlər. O, hər il Tibbi-Sosial Ekspert Komissiyasının müayinələrindən keçmişdir. 2016-cı ilin iyul ayının 7-də ** saylı TSEK ona növbəti 5 il müddətinə II qrup əlillik təyin etmişdir. ##.##.2021-ci il tarixə kimi mütəmadi olaraq həkim nəzarətində olmuş, müalicəsini davam etdirmişdir. ##.##.2021-ci il tarixdə növbəti müayinə zamanı xəstəlikləri təsdiq olunmasına baxmayaraq ona imtina verilmişdir. Cavabdeh orqan öz imtinasında “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş sağrı və sol bud-çanaq oynağı nahiyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət, sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların III dərəcəli don vurmasından sonrakı vəziyyət (##.##.1993). Hissiyyat pozğunluğu falanqa oynağının konturakturası. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu. Pəncə arteriyalarının okkluziyası. Aşağı ətrafların II dərəcəli xroniki işemiyası.” xəstəliyindən əziyyət çəkməklə diaqnozlarını təsdiq etsə də, imtinada həmin “xxxx” yazmışdır. Bundan sonra o, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi Gəncə şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicə olunmuşdur. Bundan başqa, ##.##.2024-cü il tarixdə Bakı şəhərində Travmatologiya və Ortopediya Institutunda müayinə olunmuşdur. Müayinə zamanı həkim ona demişdir ki, sinir sümüklərində yeyilmə gedir. Eləcə də zəhərli zobdan əziyyət çəkdiyinə görə ##.##.2022-ci ildə yod terapiya almışdır. Şəkər xəstəsidir. Samux rayon poliklinikasından xəstəlikləri ilə bağlı Forma 88 cavabdeh orqanın sisteminə vurulsa da, cavabdeh orqan ##.##.2022-ci il tarixdə yenidən ona imtina cavabı verilmişdir. Imtinada həkimlər ona “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və sol bud-çanaq oynağı nahiyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət, sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə, Sol pəncənin və barmaqların III dərəcəli don vurmasından sonrakı vəziyyət (##.##.1993)” diaqnozu qoymasına baxmayaraq ona imtina verilmişdir. Hansı ki, Birinci Qarabağ müharibəsində o, döyüşmüş, yaralanmışdır. A.Səhhət adına xəstəxanada və *** saylı hərbi Hospitalda stasionar müalicə olunmuşdur. 15 il əlil kimi pensiya aldığına baxmayaraq qanunsuz olaraq imtina vermişlər. Hesab edir ki, 10 ildən artıq əlil kimi pensiya aldığına görə qanunvericiliyin tələbinə görə əlilliyi müddətsiz olmalıdır. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə onun Konstitusiyada nəzərdə tutulmuş xəstəliyə görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur.

11. Gəncə Inzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmiş ekspertiza üzrə verilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1n ##.##.2024-cü il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma *** saylı göndərişində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və bud-çanaq nahiyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların III dərəcəli donvurmadan sonrakı vəziyyət. (##.##.1993) hissiyyat pozğunluğu. Daraq falanqa oynağının kontrakturası. Ağrı sindromu ilə. Ağırlaşma.; Tibbi proseduralardan sonra əmələ gələn hipotiroidizm, Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm. Levothyroxin. Aşağı ətrafların monoplegiyası, Sol bud sinirinin posttravmatik iflic. Ateroskleroz, Ateroskleroz. Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu, pəncə arteriyalarının akuluziyası. Oynaqların kontrakturası. Daraq falanqa oynağının kontrakturası. M79.5 - Yumşaq toxumalarda qalmış yad cisim. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə” diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Xəstənin əyani müayinəsi zamanı aşağı ətraflarında dəri adi, yerli hərarət normal, trofiki pozğunluqlar, izlənməmiş, nevroloji müayinədə əlillik təyinatına əsas verən ocaqlı simptomatika, koordinasiya, hərəki pozuntular aşkar edilməmiş, “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya” PHŞ-nin ##.##.2022-ci il tarixli *********** nömrəli ****/***** saylı arayışında olan diaqnoz müayinə zamanı öz təsdiqini qismən tapdığından qərardadda qoyulmuş 2-ci və 3-cü bənddə göstərilən sualların həlli mümkün olmadı. Belə ki, diaqnoz nəzərə alınmaqla anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilmədiyindən əlillik dərəcəsinin təyini zamanı, ona Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi.

12. Gəncə Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı əsasında iddiaçının ##.##.2024-cü il tarixdə təkrar əyani müayinəsi həyata keçirilmiş, nəticədə, TSEK-in 2024-cü il ## ###### tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən “xxxx” və tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması qərara alınmışdır.

13. Gəncə Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmiş, iddiaçıya ##.##.2022-ci il tarixdən orqanizminin funksiyalarının 35-60 faiz pozulması ilə bağlı 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnozun ağırlaşmaları olan “I70 – Ateroskleroz, Ateroskleroz” və “I73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası” diaqnozları üzrə orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 1 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Iddiaçı iddia tələbində ona II dərəcə əlilliyin təyin olunmasını tələb etsə də, iddiaçıda olan diaqnozlar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verdiyindən, məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2005-ci il tarixli *** nömrəli qərarda “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın II dərəcəli donması” diaqnozunun səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edildiyindən və iddiaçının səhhətində olan aşağı ətraflarda arterial çatışmazlıq onun Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətin nəticəsində yarandığından, onun əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

15. Iddiaçı və cavabdeh qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.Isgəndərova /sədrlik edən və məruzəçi/, A.Bayramov və R.Mamedov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən – İddiaçı 1 il müddətinə əlilliyin təyin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə əlaqədar müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi iddiaçı barəsində müəyyən olunacaq əlilliyin orqanizm funksiyalarının 35-60 faiz aralığında pozulmasına uyğun təyin edilməsi hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Belə ki, Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli göndərişdə iddiaçı barəsində qeyd olunan diaqnozların ağırlaşmaları olan “I70 – Ateroskleroz, Ateroskleroz” və “I73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası” diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır. Təyin olunmuş əlilliyin müddəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əvvəlki dövr üzrə fasiləsiz əlilliyinin olması kifayət qədər araşdırılmamış, həmin hissədə düzgün nəticəyə gəlinməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun ##.##.2025-ci il tarixli, 3-17-1/2- ******/**** nömrəli məktubuna əlavə edilmiş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, sonuncuya ##.##.2005-ci ildə ilkin əlilliyə görə əmək pensiyası təyin edilmiş, həmin tarixdən ##.##.2021-ci il tarixədək pensiya ödənilmişdir. Göründüyü kimi, iddiaçıya ##.##.2005-ci il tarixindən ##.##.2010-cu il tarixinədək fasiləsiz üçüncü dərəcə, ##.##.2011-ci il tarixindən ##.##.2021-ci il tarixinədək isə fasiləsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Bununla yanaşı iş materiallarında iddiaçıya əvvəllər təyin edilmiş əlillik barədə materiallar arasında 2007-ci ilə dair sənədlər aşkarlanmasa da, məhkəmə kollegiyasının araşdırması nəticəsində iddiaçıya ##.##.2007-##.##.2007-ci illərdə əlilliyə görə pensiya ödənişlərinin edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”nın 4.3-cü maddəsinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Beləliklə, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin dərəcələri fərqli (ikinci və üçüncü dərəcə) olduğundan onun barəsində müddətsiz əlilliyin müəyyən edilməsi üçün ardıcıl olaraq 15 il əlillik müddətinin olması şərti ödənilməlidir ki, həmin şərt də iddiaçıya münasibətdə ödənilir. Bundan başqa məhkəmə iddiaçı barəsində müəyyən edilmiş əlilliyin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2005-ci il tarixli *** nömrəli qərarda “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın II dərəcəli donması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə işə baxarkən faktiki olaraq yalnız “xxxx” X1 tərəfindən tərtib edilmiş arayışa əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Faktiki olaraq məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

20. Inzibati Prosessual Məcəllə Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. Işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına əsasən, ##.##.2022-ci il tarixli qiymətləndirilmənin (imtinanın) verilməsinə əsas olmuş ##.##.2022-ci il tarixli göndərişdəki diaqnozlar belə müəyyən edilmişdir: “Əsas diaqnoz – Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların II dərəcəli donvurmadan sonrakı vəziyyət (##.##.1993-cü il) hissiyat pozğunluğu. Daraq falanqa oynağının kontrakturası. Ağrı sindormu ilə Axsama; Ağırlaşma – E89.0 – Tibbi prosedurlardan sonra əmələ gələn hipotiroidizm, Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm. Levothyroxin; Ağırlaşma - G83.1 Aşağı ətrafların monoplegiyası, Sol bud sinirinin posttravmatik iflici; Ağırlaşma - I70 Ateroskleroz, Ateroskleroz; Ağırlaşma - I73.9 Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası; Ağırlaşma - M24.5 Oynaqların kontrakturası, Daraq falanqa oynağının kontrakturası; Ağırlaşma - M79.5 Yumşaq toxumalarda qalmış yad cism, Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə; Yanaşı xəstəliklər – E05.0 Diffuz urla müşayiət olunan tireotoksikoz, Diffuz urla müşayiət olunan tireotoksikoz. Radioaktiv yod müayinəsindən sonrakı vəziyyət; Yanaşı xəstəliklər - E11 Insulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet II tip ağır forma, insulindən asılı olmayan; Yanaşı xəstəliklər - I15.2 Endokrin pozğunluqlara görə ikincili hipertenziya, Hipertenziya xəstəliyi IIA mərhələ; - Yanaşı xəstəliklər - I20.8 Stenokardiyanın digər formaları, ÜIX Gərginlik stenokardiyası. Hipertenziya xəstəliyi II A mərhələ.”

26. Iş üzrə apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən ekspert rəyini və digər tibbi sənədləri əsas götürərək iddiaçıda müəyyən diaqnozların mövcudluğu ilə kifayətlənmiş və həmin diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun olaraq əlilliyin təyin edilməsinə əsas verdiyi qənaətinə gəlmişlər. Lakin məhkəmə aktlarında bu nəticənin əsaslandığı hüquqi və faktiki dəlillər kifayət qədər açıqlanmamışdır.

27. Bu barədə məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı barəsində tərtib edilmiş ##.##.2022-ci il tarixli göndərişdə qeyd olunan diaqnozların ağırlaşmaları olan “I70 – Ateroskleroz, Ateroskleroz” və “I73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası” diaqnozlarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 2.6.1.1-ci bəndində göstərilmiş “IIB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABI 0,75- 0,50 aralığında olduqda - 35-60% - 1 il” qiymətləndirmə meyarına uyğunlaşdırmışdır. Lakin bu qərara gələrkən iş üzrə hansı tibbi göstəricini əsas götürdüyünü qeyd etməmişdir.

28. Kollegiya hesab edir ki, əlillik mübahisələrinə dair işlərə baxarkən məhkəmələr tərəfindən hər hansı təxmini və ya “gözəyarı” dəyərləndirmələr deyil, xüsusən göndərişdə (eləcə də ekspert rəyi, digər tibbi sənədlərdə və s.) mövcud olan real tibbi göstəricilər rəhbər tutulmalıdır. Hazırkı iş üzrə apelyasiya məhkəməsinin gəldiyi qənaətə görə hansı əsaslardan çıxış etdiyini müəyyən etmək mümkün deyil.

29. Həmçinin apellyasiya instansiyası məhkəməsi müvafiq göndərişdə göstərilmiş və ekspert rəyi ilə iddiaçıda mövcudluğu təsdiqlənmiş digər diaqnozların Meyarların konkret hansı bəndinə və altbəndinə uyğun gəldiyi, həmin diaqnozların orqanizmin funksiyalarının pozulmasının hansı dərəcəsini və faiz göstəricisini şərtləndirdiyi, habelə bu halların əlilliyin müəyyən edilməsi üçün normativ hüquqi aktla müəyyən edilmiş meyarları necə ödədiyini dəqiq araşdırmamışdır.

30. Məlumdur ki, əlilliyin müəyyən edilməsi üçün şəxsdə hər hansı xəstəlik və ya diaqnozun mövcudluğu özü-özlüyündə kifayət etmir. Hüquqi əhəmiyyət kəsb edən hal diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda nəzərdə tutulmuş konkret göstəricilərə uyğunluğunun müəyyən edilməsidir. Buna görə də məhkəmə, ekspert rəyini və tibbi sənədləri digər sübutlarla birlikdə qiymətləndirərək göndərişdə göstərilmiş diaqnozların Meyarların konkret bənd və altbəndlərinə uyğunluğunu müəyyən etməli, habelə əlilliyin müəyyən edilməsinə əsas verən hüquqi şərtlərin mövcudluğunu əsaslandırmalı idi.

31. Bu baxımdan, məhkəmələrin gəldiyi nəticə sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi, habelə qərarın kifayət qədər əsaslandırılması tələblərinə cavab vermir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə mahiyyəti üzrə təkrar baxılarkən göndərişdə qeyd edilən xəstəliklərin “Əlilliyin müəyyən olunması Meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilib-edilmədiyi halı araşdırılmalı, bunun nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

33. Eyni zamanda, yenidən araşdırma zamanı apellyasiya məhkəməsi tərəfindən əlillik təyin edilməsi üçün qiymətləndirmənin aparıldığı göndərişdə qeyd edilən xəstəliklərin, həmin göndərişin rəsmiləşdirildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda göstərilən hansı bəndə və altbəndə uyğun gəlməsi, bunun hansı sübutlarla təsdiq olunması, eləcə də orqanizmin funksiyalarının pozulması faizi və əlilliyin müddəti dəqiq müəyyən edilməlidir. Çünki məlumdur ki, həmin diaqnozun yalnız XBT kodunun Meyarlarda mövcudluğu kifayət etmir, bu zaman həm də onun ağırlaşmalarının müvafiq altbəndlərə (qiymətləndirmə meyarlarına) uyğunluğu öz təsdiqini tapmalıdır (zərurət olduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərinin tələbləri çərçivəsində də hüquqi dəyərləndirmə aparılmalıdır).

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

35. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar