Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-266/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı cavabdehin ##.##.2024-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, hərbi vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində aldığı travmalarla bağlı ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2024-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona hərbi vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində aldığı travmalarla bağlı ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddianın qismən təmin edilməsi qərara alınmışdır (hakim – G.Əliyeva).
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Bayramov, hakimlər – R.Mamedov və A.İsgəndərova).
5. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Tibb müəssisəsi tərəfindən iddiaçı barəsində ##.##.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı ona qoyulmuş əsas diaqnoz və yanaşı xəstəliklər üzrə ##.##.2022-ci il tarixdə Mingəçevir PND-də, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək Gəncə Psixiatriya Xəstəxanasında, ##.##.2022-ci il tarixdə Bakı Psixi Sağlamlıq Mərkəzində, ##.##.2022-ci il tarixdən ##.##.2022ci il tarixədək * saylı Kliniki Psixiatriya Xəstəxanasında, ##.##.2023-cü il tarixdən ##.##.2023cü il tarixədək və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Bakı * saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olmuşdur. Həmçinin, məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli ekspert rəyindən görünür ki, İddiaçı “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, dissosiativ pozuntu, psixotik daxil olmalar, funksional tutmalarla” aşkar olunur. İddiaçı aşkar edilmiş xəstəliklərin səbəb əlaqəsi hərbi travma kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması inkar edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş əsas diaqnoz “F06.5 – Üzvi dissosiativ pozuntu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla” iddiaçının qiymətləndirildiyi dövrdə (##.##.2024cü il tarixdə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə mövcud olmamışdır. Qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən də işin müəyyən edilmiş halı olmuşdur. 60. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tibb müəssisəsi tərəfindən ##.##.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə iddiaçıya qoyulmuş diaqnozda əks olunan xəstəliyin adıçəkilən Meyarlara Əlavənin 7.5.1-ci yarımbəndində təsbit olunmuş “F44” XBT kodu altında olan “dissosiativ (konversion) pozuntular” xəstəliyinə uyğun olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, “dissosiativ-konversion pozuntu” şiddətli psixoloji stresin və ya travmanın nəticəsində fiziki simptomların meydana gəlməsi ilə xarakterizə olunan psixoloji bir pozuntudur. Bu pozuntuda şəxs üzləşdiyi emosional çətinlikləri bilincsiz bir şəkildə, somatik (fiziki) simptomlarla ifadə edir, bu əhval-ruhiyyənin güclü emosional dəyişikliyi nəticəsində insanın depressiv vəziyyətə salan psixi pozuntu halıdır. Həm “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə əvvəllər mövcud olmuş “F06.5- Üzvi dissosiativ pozuntu” adlı xəstəlikdə, həm də hazırda mövcud olan “F44- dissosiativ (konversion) pozuntular” adlı xəstəlikdə qiymətləndirmə meyarı kimi 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət olması halları müəyyən edilmişdir. Bütün bunlar isə iddiaçıda olan xəstəliklərin “F44- dissosiativ (konversion) pozuntular” adlı xəstəliyin əlamətlərinə uyğun gəldiyini deməyə əsas verir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxs barəsində göndəriş rəsmiləşdirilən zaman onda mövcud olan xəstəliyin və onun XBT kodunun düzgün müəyyənləşdirilməməsi, yəni onda olan xəstəlik əlamətlərinin yuxarıda adıçəkilən Meyarlara Əlavənin qüvvədə olan normasına deyil, qüvvədən düşmüş normasına istinadən müəyyən edilməsi iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, sözügedən göndərişin rəsmiləşdirilməsi, dolayısı ilə iddiaçıda mövcud olan xəstəliyin və onun XBT kodunun düzgün müəyyənləşdirilməsi iddiaçının deyil, göndərişi verən tibb müəssisəsinin məsuliyyət sferasına aiddir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda qeyd olunan əsas diaqnozdan əlavə yanaşı xəstəliklər - “F07.2 Postkontuzion sindrom; F62.2 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi; F43.1 Posttravmatik stress pozuntusu” da olmuşdur. Həmin xəstəliklərin də qiymətləndirmə meyarı kimi – 2 il müddətində məqsədyönlü fəaliyyət qabiliyyətinin azalması, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, tez-tez kəskinləşən psixotik epizodlar və intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olması halları müəyyən edilmişdir. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya qoyulmuş bütün diaqnozlar üzrə o, 2 ildən artıq davam edən müalicələrdə olmuş, bununla yanaşı özünəqəsd (suisidal) cəhdləri olmuşdur. Bundan əlavə, məhkəmə iclasında vizual baxışla iddiaçının özünü, davranışını idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmiş, zala valideynləri tərəfindən sürüyərək (yerişinin pozulması) daxil edilməsi və çıxarılması müşahidə edilmişdir. İddiaçı iclas gedişatında başını aşağı salaraq ona verilən suallara cavab reaksiyası olmamışdır”.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
12. İddiaçıda olan xəstəliklərin əlilliyin təyinatına əsas verməməsi ilə bağlı qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; 2-1(102)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2024cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)****/**** nömrəli, ##.##.2023cü il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.
13. Bundan başqa, Ali Məhkəmənin bir çox qərarlarında “diskresion səlahiyyət” ilə bağlı arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.