Məhkəmə qərarları › İş №2-1(1-8)-273/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-273/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-273/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və qeyrilərinə (üçüncü şəxslər: üçüncü şəxs4 MMC və qeyriləri) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamların və qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və qeyrilərinə (üçüncü şəxslər: üçüncü şəxs4 MMC və qeyriləri) qarşı “sərəncamların və qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı sərəncamlarının addan-ada keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2019-cu il tarixli *** №li sərəncamı ilə, Azərbaycan Respublikası Prezidentinin üçüncü şəxs3 ASC-nin yaradılması haqqında” 2017-ci il # ###### tarixli **** №-li və üçüncü şəxs3 ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli **** №-li Fərmanlarını, üçüncü şəxs3 ASC-nin ##.##.2019-cu il tarixli 01- **-****-**** saylı müraciətini, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2018-ci il tarixli 1118043482 qeydiyyat №li, ##.##.2018-ci il tarixli 1118043484 qeydiyyat №-li və ##.##.2019-cu il tarixli 1119020499 qeydiyyat №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışları nəzərə alaraq, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən qərar alınmışdır: Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə biznes və yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xxxx MMC-yə dair ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı Sərəncamları, ***** saylı İnşaat pasportu "xxxx” ASC-nin adına keçirilsin və aparılmış sənədləşmə işləri həmin cəmiyyətə aid edilsin.

2. Bakı Şəhər İcra Hakimiyyəti “İcarəyəverən” və “xxxx" ASC (İcarəçi) arasında bağlanmış ##.##.2019-cu il tarixli “Torpaq icarə müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının *** №-li ##.##.2019-cu il tarixli sərəncamı və ##.##.2007-ci il tarixli ***** №-li İnşaat pasportuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən 404 kv.m torpaq sahəsinə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin müddəti 49 il müəyyən edilmişdir.

3. "xxxx” ASC ##.##.2020-ci il tarixli 01-05-2020-**** №-li məktubla DƏDRX-nin * saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, göstərmişdir ki, üçüncü şəxs3 ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli **** №-li Fərmanına əsasən "xxxx” MMC-yə məxsus olmuş dövlət əmlakı üçüncü şəxs3 ASCnin mülkiyyətinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli ** №-li sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən özəlləşdirilmiş 2628.1 kv.m torpaq sahəsində biznes və yaşayış binasının tikintisinin layihələndirilməsi üçün üçüncü şəxs4 MMC-yə icazə verilmişdir. Sözügedən sərəncama əlavələr edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2007-ci il tarixli *** №-li sərəncamının 1.1-ci yarımbəndinə əsasən, “xxxx" MMC-yə qeyri-yaşayış tikililərinin tutduğu 0.0404 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə icarə müqaviləsinin bağlanılması tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli *** №-li sərəncamına əsasən, qeyd edilən ərazidə biznes və yaşayış binasının layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının üçüncü şəxs4 MMC-yə dair ##.##.2006-cı il tarixli ** saylı ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı sərəncamları, ***** saylı İnşaat pasportu “xxxx” ASC-nin adına keçirilmiş və aparılmış sənədləşmə işləri “xxxx” ASC-yə aid edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti ilə “xxxx” ASC arasında Bakı şəhəri Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən 404 kv.m olan torpaq sahəsinə dair 49 il müddətinə ##.##.2019-cu il tarixli **** №-li icarə müqaviləsi imzalanmışdır. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən 404 kv.m (0.0404 ha) torpaq sahəsinə dair “xxxx” ASCnin icarə hüququnun dövlət qeydiyyatına alınmasını və hüquqa dair reyestrdən çıxarışların təqdim edilməsi xahiş olunmuşdur.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR-in verdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 345-ci məhəllə Tolstoy və H.Aslanov küçələrinin kəsişməsində yerləşən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar (digər)" kateqoriyasından olan 0.0404 ha torpaq sahəsi üzərində üçüncü şəxs3 ASC-nin icarə hüququ ##.##.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, yüklülüyün müddəti ##.##.2019cu il tarixindən 49 il müddətinə müəyyən edilmişdir.

5. üçüncü şəxs3 ASC ##.##.2024-cü il tarixdə 13-5/2-01-*/**** №-li məktubla DƏDKRin * saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, göstərmişdir ki, “xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında’ Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən 0.33549 ha və 0.0404 torpaq sahələri üzərində icarə hüququ “xxxx” ASC tərəfindən üçüncü şəxs3 ASC-yəxxxx) verilmişdir. Bundan başqa, DƏDKR Publik Hüquqi Şəxsin # #### 2024cü il tarixli 008011005121 və ************ reyestr nömrəli çıxarışlarına əsasən həmin torpaq sahələri üzərində “xxxx" ASC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd olunanlara əsaslanan "xxxx" ASC sözügedən torpaq sahələrinin birləşdirilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345ci məhəllədə

6. yerləşən “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasından olan 0,3750 ha torpaq sahəsi üzərində “xxxx" ASC-nin icarə hüququ ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – “cavabdehlər”) qarşı (zəruri və adi cəlbetmə qaydasında üçüncü şəxslər üçüncü şəxs4 Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü şəxs1 Mənzil Tikinti Kooperativi, üçüncü şəxs3xxxx”) Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs2 İdris oğlu) iddia ərizəsi (dəqiqləşmələr) ilə məhkəməyə müraciət edərək aşağıdakıları xahiş etmişdir: - Cavabdeh “Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı, ## #### 2006-cı il tarixli sərəncamına əlavələr haqqında” *** saylı, ##.##.2007-ci il tarixli və ##.##.2007-ci il tarixli *** saylı sərəncamları, ***** saylı İnşaat Pasportu iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilsin; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin “xxxx İnşaat” MMC-yə 1-№-li, 23.01,2020-ci il tarixli “Obyektin tikintisinə icazə” verilməsi barədə qəbul etdiyi qərar iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilsin; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üçüncü şəxs3 ASC-yə Tl- **/** №-li, ##.##.2024-cü il tarixli tikintiyə icazə barədə qəbul etdiyi qərar iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilsin; - “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı sərəncamlarının addan-ada keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2019-cu il tarixli *** №li sərəncamı iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilsin; - Bakı Şəhər İcra Hakimiyyəti “İcarəyəverən” və üçüncü şəxs3 ASC (İcarəçi) arasında bağlanmış ##.##.2019-cu il tarixli “Torpaq icarə müqaviləsi” iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilsin; - Bakı şəhəri, Nəsimi rayonu, 345-ci məhəllə Tolstoy və H.Aslanov küçələrinin kəsişməsində yerləşən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar (digər)” kateqoriyasından olan 0.0404 ha torpaq sahəsi üzərində üçüncü şəxs3 ASC-nin icarə hüququnun dövlət qeydiyyatına alınması barədə ##.##.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilsin; - Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasından olan 0.3750 ha torpaq sahəsi üzərində üçüncü şəxs3 ASC-nin icarə hüququnun dövlət qeydiyyatına alınması barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli çıxarış iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilsin; - Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə biznes və yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi ilə bağlı üçüncü şəxs4 MMC-yə torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ##.##.2007-ci il tarixdə verilmiş **/*** №-li Ayrıc aktı iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyriyaşayış sahəsinə aid hissədə etibarsız hesab edilsin.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanında yerləşən 39 kv.m torpaq sahəsi və ünvan 2 ünvanda inşa edilmiş 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsi ##.##.2005-ci il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2005-ci il tarixdə * nömrəli reyestr kitabının 76-cı səhifəsində 004880 nömrə və 004879 nömrə ilə qeydiyyata alınmış və bu barədə ****** nömrəli və ****** nömrəli şəhadətnamələr verilmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin şəhadətnamələr verilən zaman iddiaçının adı “Mehman” olmuş, lakin sonradan o, qanuni əsaslarla adını “Abdulla” adına dəyişdirmiş, bu dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsi verdiyi ##.##.2020-ci il tarixli *******-***** nömrəli arayışda göstərilir ki, ünvan 2, Tolstoy küçəsi 175/1 ünvanında 0,039 ha torpaq sahəsi və ünvan 2 ünvanında inşa edilmiş 333,7 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyət hüququ ilə yüklü edilmişdir. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, ona mülkiyyət hüququ əsasında məxsus qeyri-yaşayış sahəsi sökülmüşdür. Bildirirlər ki, bu söküntüdən iddiaçının məlumatı ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanında yerləşən 39 kv.m torpaq sahəsi və ünvan 2 ünvanda inşa edilmiş 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsi ##.##.2005-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, ona mülkiyyət hüququ əsasında məxsus qeyri-yaşayış sahəsi sökülmüşdür. Bildirirlər ki, Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş tikintilərin dövlət reyestrindən əldə olunmuş çıxarışdan görünür ki, iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda tikilmiş 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə “xxxx" ASC tərəfindən yaşayış binalarının tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi icazə vermişdir. Reyestrdən çıxarışda yerləşdirilmiş məlumatlara görə, həmin icazənin tarixi - ##.##.2024-cü il, nömrəsi - Tl-11/24, tikinti ərazisinin sahəsi (ha) - 0.6387, tikinti ünvanı isə - Bakı şəhəri, Nəsimi rayonu, 345-ci məhəllə, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsi, Həzi Aslanov küçəsi, 80 və Lev Tolstoy küçəsi 175, 179 qeyd olunmuşdur. Göründüyü kimi, həm “xxxx İnşaat” MMC, həm də sonuncunun strukturuna daxil olduğu üçüncü şəxs3 ASC tərəfindən tikintisinə icazə verildiyi tikinti Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsi, 345-ci məhəllə, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsi, Həzi Aslanov küçəsi, 80 və Lev Tolstoy küçəsi 175, 179 və aparılması nəzərdə tutulmuşdur. Həmin ərazinin bir hissəsi hazırkı iş üzrə iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanında yerləşən 39 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda inşa edilmiş 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsini olduğu ərazini də əhatə edir. İddiaçının iddia ərizəsində qeyd olunduğu kimi, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən qısa müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, ona mülkiyyət hüququ əsasında məxsus qeyri-yaşayış sahəsi sökülmüşdür. Bildiririk ki, bu söküntüdən iddiaçının məlumatı olmamışdır. İddiaçıya məxsus sahəsi 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinin sökülməsi üçün iddiaçıdan hər hansı fiziki və ya hüquqi şəxs icazə istəməmişdir, bu barədə iddiaçı hər hansı şəxsə razılıq verməmişdir. İddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən, 333,7 kv.m-dən ibarət qeyriyaşayış sahəsi məlumatı və razılığı olmadan sökülmüşdür. Bu barədə məlumat aldıqdan dərhal sonra iddiaçı müxtəlif dövlət orqanlarına müraciət etmişdir. İddiaçıya verilmiş cavablardan 2023-cü ilin sentyabr ayında məlum olmuşdur ki, ona məxsus 333,7 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi “xxxx" MMC tərəfindən sökülmüşdür. Söküntü üçün əsas isə Bakı Şəhər İcra Hakimiyyətinin “Biznes və yaşayış binasının layihələndirilməsi haqqında” ** saylı ## #### 2006-cı il tarixli sərəncamı və həmin sərəncama əlavə olaraq verilmiş *** saylı ##.##.2007-ci il tarixli sərəncam olmuşdur. Hazırkı iş materiallarında olan ##.##.2020-ci il tarixli “Obyektin tikintisinə * №-li icazə dən isə məlum olur ki, iddiaçının mülkiyyətində olan və söküntüyə məruz qalan əmlakların yerləşdiyi torpaq sahəsində tikinti aparılmasına həmçinin “xxxx İnşaat” MMC-yə və üçüncü şəxs3 ASC-yə də icazə verilmişdir. Göründüyü kimi, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsi və qeyri-yaşayış sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd olunan ** saylı, ##.##.2006-cı il tarixli və *** saylı, ##.##.2007-ci il tarixli sərəncamlarının təsiri altına düşmüş, sərəncamın icrası ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər və Şəhərsalma Baş İdarəsinə verilmiş tikintiyə icazə əsasında aparılmış söküntü işlən nəticəsində iddiaçı mülkiyyətindən məhrum olmuşdur. Həmin sərəncamların qəbul edilməsi, habelə tikintiyə icazələrin verilməsi ilə iddiaçının mülkiyyət hüququna müdaxilə olunmuş, o, mülkiyyətindən qanunsuz olaraq məhrum olmuşdur. Həmin sərəncamlar və tikintiyə icazələr əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsi zəbt edilmiş, hasara alınmış və iddiaçının mülkiyyətində olan torpaq sahəsində olan 333,7 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaqda binalar tikəcək hüquqi şəxslər tərəfindən sökülmüşdür. Bu səbəbdən iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin, habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin qəbul etdiyi inzibati aktlarla (sərəncamlar, tikintiyə icazələr) pozulmuş hüquqlarının bərpa olunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin məhkəmə baxışı zamanı iddiaçıya məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan, lakin Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamları əsasında "xxxx” MMC tərəfindən zəbt edilən, qanunsuz olaraq hasara alınaraq torpaq sahəsi üzərindəki sökülən 333,7 kv.m. ibarət ibarət qeyri-yaşayış sahəsinin yerində hazırda böyük həcmli tikinti işlən aparan hüquqi şəxslər “xxxx" MMC-dir. Hazırda isə məlum olur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ##.##.2020-ci il tarixdə "xxxx İnşaat" MMC-yə sözügedən torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı "Obyektin tikintisinə * №-li icazə” verilməsi barədə qərar qəbul etmişdir. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya məxsus daşınmaz əmlakın yerləşdiyi ərazidə üçüncü şəxs3 ASCyə də ##.##.2024-cü il tarixdə Tİ-11/24 nömrə ilə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bildirilir ki, iddiaçıya məxsus torpaq sahəsində və həmin torpaq sahəsində mövcud olmuş, lakin sonradan qanunsuz sökülmüş qeyri-yaşayış sahəsinin yerində tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin üçüncü şəxs1 MMC-yə verdiyi tikintiyə icazə verilməsi, tikintinin layihələrdirilməsi barədə sərəncamları, həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin “xxxx İnşaat” MMC-yə və üçüncü şəxs3 ASCyə müvafiq olaraq verdiyi ##.##.2020-ci il tarixli * №-li və ##.##.2024-cü il tarixli, Tİ-11Z24 №*i tikintiyə icazə barədə qəbul etdiyi qərarları iddiaçının konstitsion hüquqlarını kobud şəkildə pozur. Göstərilənlərə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı irəli sürülmüş tələblərlə yanaşı, üçüncü şəxs1 MMC-yə verilmiş tikintiyə icazə və tikintinin layihələndirilməsi barədə sərəncam və qərarı, habelə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxx İnşaat MMC-yə verdiyi ##.##.2020-ci il tarixli * nömrəli və üçüncü şəxs3 ASCyə verdiyi ##.##.2024-cü il tarixli, Tl-**/** nömrəli tikintiyə icazə barədə qərarlarını da məhkəmə qaydasında mübahisələndirmək məcburiyyətindədirlər. İddiaçının iddiasına dair inzibati işə baxılması zamanı mübahisənin həlli ilə bağlı məhkəmə tərəfindən müvafiq dövlət orqanlarına, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə sorğular göndərilmişdir. DƏDKR-in * saylı Bakı Ərazi İdarəsi Bakı İnzibati Məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixi, 3-21-3-30/2-*****/**** №-li məktubun müşayiəti ilə iddiaçıya məxsus olan torpaq sahəsinə əsassız və qanunsuz verilmiş 008011005125 və ************ reyestr nömrəli çıxarışların verilməsinə əsas olan sənədləri məhkəməyə göndərmişdir.

9. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – G.Sevdimalıyeva).

10. Məhkəmə hesab etmişdir ki, ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanında yerləşən 39 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda inşa edilmiş 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ ##.##.2005-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının 76-cı səhifəsində müvafiq olaraq 004880 nömrə və 004879 nömrə ilə qeydiyyata alınmış və bu barədə Dövlət Əmlakın İdarə Olunması və özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçının adına ****** nömrəli və ****** nömrəli şəhadətnamələr verilmişdir. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2006cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı sərəncamları, habelə ***** saylı İnşaat Pasportu ilə üçüncü şəxs4 MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə biznes və yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Torpaq sahəsinin ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ##.##.2007-ci il tarixdə **/*** №-li Ayrıc aktı tərtib edilmişdir. Halbuki ayrıc aktı ilə “xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin bir hissəsi, yəni 39 kv.m torpaq sahəsi və üzərindəki 337.7 kv.m qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur və iddiaçıya məxsus həmin torpaq sahəsi və üzərindəki tikili başqa şəxsə ayrıla bilməzdi.

11. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli *** №-li sərəncamına əsasən, üçüncü şəxs4 MMC-yə dair ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı sərəncamları, ***** saylı İnşaat pasportu “xxxx” ASC-nin adına keçirilmiş, daha sonra isə Bakı şəhəri Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən 404 kv.rn olan torpaq sahəsinə dair 49 il müddətinə Bakı şəhər İcra Hakimiyyəti ilə “xxxx” ASC arasında ##.##.2019-cu il tarixli **** №-li icarə müqaviləsi imzalanmış, “xxxx” ASC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli yazılı müraciətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, H.Aslanov küçələrinin kəsişməsi, 345-ci məhəllə/torpaq sahəsi/ ünvanda yerləşən 0.3750 ha torpaq sahəsinə dair ##.##.2007-##.##.2019-cu il tarixindən 49 il müddətinə “xxxx” ASC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə ASC-nin adına ##.##.2024cü il tarixdə çıxarış verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin mübahisələndirilən sənədlərlə əhatə olunması mübahisəsizdir. Qeyd edilən hal mütəxəssis rəyi, tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən olunur.

12. Sahiblik institutu hüquq münasibətlərində həm də cəmiyyətdəki nizamı və sosial sülhü qoruma funksiyasını (Mülki Məcəllə, m.164, 165) yerinə yetirir. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr. Bu səbəbdən MM-in 164.1-ci maddəsində sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Normanın mahiyyətini və məqsədini nəzərə alsaq qeyd etmək olar ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Mülki qanunvericiliyə görə sahibin özbaşınalıqdan müdafiə oluna bilməsi üçün aşağıdakı imkanlar nəzərdə tutulmuşdur: sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı (Mülki Məcəllə, m.164.1, ikinci cümlə); sahibliyin müdafiəsinə dair iddialar qaldırmaq hüququ. “Possessor tələblər” adlandırılan sahiblik iddiaları qanunda aşağıdakı kimi əks olunmuşdur. MM-in 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Bu norma məhrumetmə halında özbaşınalıqdan müdafiəni təmin edir. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Bu norma isə sahibliyin pozulması halında özbaşınalıqdan müdafiəni təmin edir. Göstərilən normalarla hər növ əşya üzərindəki sahibliyə, hər kəs tərəfindən edilən müdaxilə aradan qaldırılır. Özbaşınalıq edən tərəfin əşya üzərində hüququnun olması və ya təqsirin dərəcəsi iddianın həlli üçün əhəmiyyət kəsb etmir.

13. Bununla belə, məhkəmə hesab etmişdir ki, işin konkret halları baxımından iddiaçıya münasibətdə mülkiyyətin müdafiəsi və pozulmuş hüquqlarının bərpası üçün səmərəli hüquq müdafiə vasitəsi (gələcəkdə) ədalətli kompensasiya tələbidir. Məhkəmənin hazırkı iş üzrə mövqeyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli və *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarlarına əsaslanır. Tətbiq olunan hüquq: İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokol (Əlavə protokol, * saylı protokol) Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

14. Cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Digər inzibati orqanların faktiki xarakterli hərəkətləri həmin sərəncama və ayrıc aktına əsaslanmışdır. Odur ki, ilkin hüquqi vəziyyət bərpa edilməlidir. Məhkəmənin qənaətinə görə qeyd edilənlər mübahisələndirilən inzibati aktların və inzibati orqanların faktiki xarakterli hərəkətlərinin iddiaçının hüquqi marağına toxunan hissədə etibarsız (qanunsuz) olduğu qənaətinə gəlmək üçün yetərlidir. Məhkəmə qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı ## #### 2006-cı il tarixli sərəncamı biznes və yaşayış binasının tikintisinin layihələndirilməsi ilə bağlı olduğundan hər hansı şəkildə iddiaçının marağında toxunmur.

15. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, üçüncü şəxslər üçüncü şəxs1 Mənzil Tikinti Kooperativi, üçüncü şəxs3xxxx”) Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətləri verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır (sədrlik edən – E.Əliyev, hakimlər – F.Mədətli, A.Oruczadə).

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdeh “Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı, ## #### 2006-cı il tarixli sərəncamına əlavələr haqqında” *** saylı, ##.##.2007-ci il tarixli və *** saylı ##.##.2007-ci il tarixli sərəncamlarının iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməsi ilə bağlı iddia müddəti ötürüldüyündən tələb həmin hissədə mümkünsüz hesab edilməlidir. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, # ###### 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir.

18. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd etmişdir ki, müvafiq inzibati akt iddiaçıya təqdim edilməsə belə (iddiaçı tərəfindən təqdim edilməməyə dair hər hansı sübut təqdim edilməmişdir), iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 0# ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

19. Beləliklə, hər bir halda iddiaçı cavabdeh “Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı, ## #### 2006-cı il tarixli sərəncamına əlavələr haqqında” *** saylı, ##.##.2007-ci il tarixli və ##.##.2007-ci il tarixli *** saylı sərəncamları, ***** saylı İnşaat Pasportu iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilmə və “Bakı Şəhər İcra Hakimiyyətinin başçısının ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı sərəncamlarının addan-ada keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2019-cu il tarixli *** №li sərəncamı iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməsiilə bağlı cavabdehin hərəkətini mübahisələndirmə imkanını 2011-ci il # ###### tarixədək itirmişdir.

20. Beləliklə, iddiaçı aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddəti ötürmüş hesab olunur.

21. Bundan əlavə, iddiaçının digər tələbləri olan üçüncü şəxs3xxxx”) Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş “Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007ci il tarixli *** saylı sərəncamlarının addan-ada keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üçüncü şəxs3 ASC-yə Tl-**/** №-li, ##.##.2024-cü il tarixli tikintiyə icazə barədə qəbul etdiyi qərarının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin “xxxx İnşaat” MMC-yə 1-№-li, ##.##.2020-ci il tarixli “Obyektin tikintisinə icazə” verilməsi barədə qəbul etdiyi qərarın iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməsi əsas tələbdən, yəni Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı, ## #### 2006-cı il tarixli sərəncamına əlavələr haqqında” *** saylı, ##.##.2007-ci il tarixli və ##.##.2007-ci il tarixli *** saylı sərəncamlarının etibarsız hesab edilməsi tələbindən asılı olduğundan və iddia tələbi qeyd edilən hissədə mümkünsüz hesab edildiyindən, yuxarıda qeyd edilən tələblər də mümkünsüz hesab edilməlidir.

22. Kollegiya birinci instansiya məhkəməsinin Bakı Şəhər İcra Hakimiyyəti “İcarəyəverən” və üçüncü şəxs3 ASC (İcarəçi) arasında bağlanmış ##.##.2019-cu il tarixli “Torpaq icarə müqaviləsi”nin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, torpağın icarəyə verilməsi ilə bağlı müvafiq inzibati akt ləğv edilmədən yalnız müvafiq müqavilənin inzibati məhkəmə icraatı qaydasında ləğv edilməsi yolverilməzdir. Tələbin bu qaydada əsaslandırılması birinci instansiya məhkəməsi qərarının “Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı, ## #### 2006-cı il tarixli sərəncamına əlavələr haqqında” *** saylı, ##.##.2007-ci il tarixli və ##.##.2007-ci il tarixli *** saylı sərəncamlarının müvafiq hissədə etibarsız sayılması” hissəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, sözügedən sərəncamlar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı inzibati aktlardır və birinci instansiya məhkəməsi bir tərəfdən həmin sərəncamları ləğv etmiş və torpaq icarəsi müqaviləsinə qiymət verməmiş, digər tərəfdən isə torpağın icarəyə verilməsi ilə bağlı inzibati akta qiymət vermədən yalnız ##.##.2019-cu il “torpaq icarə müqaviləsi”nin ləğvi barədə qərar qəbul etmişdir.

23. Kollegiya iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, 345-ci məhəllə Tolstoy və H.Aslanov küçələrinin kəsişməsində yerləşən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar (digər)” kateqoriyasından olan 0.0404 ha torpaq sahəsi üzərində üçüncü şəxs3 ASC-nin icarə hüququnun dövlət qeydiyyatına alınması barədə ##.##.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasından olan 0.3750 ha torpaq sahəsi üzərində üçüncü şəxs3 ASC-nin icarə hüququnun dövlət qeydiyyatına alınması barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024cü il tarixli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı qeyd etmişdir ki, tələb həmin hissədə də mümkünsüz hesab edilməlidir.

24. Kollegiya bildirmişdir ki, ilk növbədə çıxarışın verilməsinə əsas olan sənəd mübahsiələndirməli idi. Göründüyü kimi mülkiyyət hüququnun qeydə alınmasına əsas olan sənəd mübahisələndirildikdən sonra iddia tələbi müvafiq “çıxarış”ın ləğvi kimi deyil, aparılımış reyestr “qeyd”inin ləğvi kimi qoyulmaqla mübahisənin həllinə nail oluna bilərdi. Lakin birinci instansiya məhkəməsi “çıxarış”a inzibati akt statusunda yanaşaraq həmin çıxarışları etibarsız hesab etmişdir. Halubki daşınmaz əmlakın reyestri qeydindən “çıxarış” inzibati akt deyil.

25. Əlavə olaraq Kollegiya bununla bağlı qeyd etmişdir ki, “çıxarış”lar inzibati akt hesab olunsa belə, həmin çıxarışların etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin tələblərinə cavab verməli idi. Hazırkı işin hallarında isə inzibati icraat qanunvericliyində təsbit edilmiş etibarsızlığın əsasları müəyyən edilmir.

26. Kollegiya iddia tələbinin ***** saylı İnşaat Pasportu və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ##.##.2007-ci il tarixdə verilmiş **/*** №-li Ayrıc akının etibarsız hesab edilməsi isə hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd edilən sənədlər inzibati akt olmadığından tələb həmin hissədə də mümkünsüz sayılmalıdır.

27. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

28. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.

29. Bununla belə, ##.##.2005-ci il tarixli ******* saylı satıcı üçüncü şəxs2 İdris oğlunun alıcı X3 arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən 4356,8 kvadrat metr qeyri- yaşayış sahəsindən: 1-ci mərtəbə - 39 kvadrat metr, 2-ci mərtəbədən 144,3 kvadrat metr, 3-cü mərtəbədən 150,4 kvadrat metri alıcının mülkiyyətinə verməsi, qalan hissəsini özündə saxlaması və satılan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında reyestr kitabı 6, səhifə: 63, qeydiyyatı: 004127 olan, ##.##.2004-cü il tarixdə verilmiş, 004127 paylı qeydiyyat vəsiqəsi əsasında satıcıya məxsus olması, ##.##.2004-cü il tarixli ******* saylı satıcı “X2” ASC-nin alıcı üçüncü şəxs2 İdris oğlu arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi- 4356,8 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alıcının mülkiyyətinə verilməsi və satılan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş ****** nömrəli müəssisə və obyektin texniki pasportu əsasında satıcıya məxsus olması, ##.##.2005-ci il tarixli ******* saylı satıcı üçüncü şəxs2 İdris oğlunun alıcı X3 arasında bağlanılmış daşınmaz əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, ünvan 2, Tolstoy küçəsi 175, 179 ünvanında yerləşən 2614,7 kvadrat metr torpaq sahəsindən 39 kvadrat metrini, alıcının mülkiyyətinə verilməsi, qalan hissəsinin özündə saxlanılması və satılan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında reyestr kitabı 6, 63, qeydiyyatı: 004129 olan, 27.12.04-cü il tarixdə verilmiş, ****** saylı qeydiyyat vəsiqəsi əsasında satıcıya məxsus olması müəyyən edilmişdir.

30. Yuxarıda qeyd edilən alqı-satqı müqavilələrinin ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət olmamışdır. Müqavilələr hazırda qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda, kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair ## ##### 2015-ci il tarixli, * nömrəli Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və s.) də mövcudluğu yoxlanılmalıdır.

31. Yuxarıda qeyd olunanlara əsasən kollegiya bildirmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər - tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

32. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ### 2018-ci il tarixli qərardadı ilə, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)- ***/**** saylı, ## #### 2017-cı tarixli qətnaməsinin icra üsulunu dəyişdirərək, borclu üçüncü şəxs4 MMC-dən cəmi 54 284 832,52 manat (əsas borc 37 999 138,00 manat, faiz borcu 16 285 694,52 manat) və 20 405 843,10 ABŞ dolları (əsas borc 13 543 069,00 ABŞ dolları; faiz borcu 6 862 774,10 ABŞ dolları) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin üçüncü şəxs4 MMC-yə məxsus Bakı ş., Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı, 345-ci məhəllədə 0,6387 ha torpaq sahəsi üzərində yerləşən bazar dəyəri 36 055 760 manat olan yaşayış kompleksinə (ümumi sahəsi 9 047,3 kv.m olan 54 ədəd mənzil, ümumi sahəsi 2004,0 kv.m olan qeyri-yaşayış sahələri və 24 ədəd yeraltı dayanacaq), “Toyota Camry minik” markalı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə, ünvan 2, Tolstoy küçəsi 175,179 ünvanında yerləşən 0,2576 ha torpaq sahəsinə, ünvan 2, Tolstoy küçəsi 175,179 ünvanında yerləşən 52,4 kv.m torpaq sahəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzilinə, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzilinə, Bakı şəhəri, Nəsimi rayonu, M.Tolstoy və H.Aslanov küçələrinin kəsişməsindəki *** saylı məhəllədə ayrılmış 3354,9 kv.m torpaq sahəsi üzərində icarə hüququna və üçüncü şəxs4 MMC-nin mülkiyyətində olan digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, yuxarıda qeyd edilən əmlaklar üzərində üçüncü şəxs4 MMC-nin mülkiyyət və icarə hüquqlarına xitam verilməsi və “xxxx” ASC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət və icarə hüquqları tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X1 İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə “xxxx” ASC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi və icarəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda göstərilən əmlakların dəyəri borcun ödənilməsi üçün kifayət etmədikdə yerdə qalan borc məbləğinin borclu üçüncü şəxs4 MMC-dən tutulması qərara alınmışdır.

33. Eyni zamanda * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə 37.999.138 manat əsas borc, 16.285.694,52 manat faiz borcu, cəmi 54.284.832,52 manat və 13.543.069 ABŞ dolları əsas, 6.862.774,10 ABŞ dolları faiz, 20.405.843,10 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Borc tələbi cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı, 345-ci məhəllədə 0,6387 ha torpaq sahəsi üzərində yerləşən, bazar dəyəri 36.055.760 manat olan yaşayış kompleksinə (ümumi sahəsi 9.047,3 kv.m olan 54 ədəd mənzil, ümumi sahəsi 2004,0 kv.m olan qeyri-yaşayış sahələri və 24 ədəd yeraltı dayanacaq) və “Toyota Camry minik” markalı, **-AA-*** qeydiyyat dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. “xxxx” MMC-nin yuxarıda qeyd edilən əmlaklar üzərində mülkiyyət hüququna xitam verilsin və həmin əmlaklar “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilsin. Həmin əmlakların dəyəri borcun tam ödənilməsi üçün kifayət etməzsə qalıq borc məbləği “xxxx” MMC-dən tutulsun. Bu qətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi və digər orqanlar tərəfindən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının qətnamə əsasında onun mülkiyyətinə verilmiş əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması üçün əsasdır.

34. Göründüyü kimi, iddia tələbinin başlıca əsası kimi çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı, ## #### 2006-cı il tarixli sərəncamına əlavələr haqqında” *** saylı, ##.##.2007-ci il tarixli və ##.##.2007-ci il tarixli *** saylı sərəncamları əsasında torpaq “xxxx”ə verilsə də, daha sonra * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin verilməsi ilə bağlı sərəncamlar əhəmiyyətini itirmişdir. Belə ki, torpaq sahəsi sözügedən sərəncamlarla üçüncü şəxs4 MMC-yə ayrıldığı halda, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsi ilə həmin torpaq sahəsi “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına verilmişdir. Belə olan halda, Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı, ## #### 2006-cı il tarixli sərəncamına əlavələr haqqında” *** saylı, ##.##.2007-ci il tarixli və ##.##.2007-ci il tarixli *** saylı sərəncamlarla iddiaçının hüquqlarına toxunması aradan qalxmış və torpaq sahəsinə dair mübahisəli hal artıq məhkəmə qətnaməsi ilə tənzimlənmişdir.

35. Nəzərə almaq lazımdır ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2017ci il tarixli və ## ### 2018-ci il tarixli qərarlar hazırda qüvvədədir və ləğv edilməmişdir. Belə ki, həmin çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın etibarsız hesab edilməsindən və iddia etdiyi torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasından imtinanın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, mülkiyyət hüquqlarının tanınması barədə məhkəmə qərarı, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğu təqdirdə, maraqlarına toxunduğu hissədə iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində məhkəmə qərarı həmin hissədə ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə mülkiyyət hüquqlarının tanınması barədə məhkəmə qərarının ləğvinə nail olmalı idi.

36. Hazırkı mübahisəyə münasibətdə iddiaçının yuxarıda qeyd edilən məhkəmə qərarlarını mübahisələndirdiyi və onun ləğvinə nail olduğu iş üzrə materiallardan görünmür. İddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı sübut təqdim olunmamışdır.

37. İddiaçı həmin qərardaddan kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin və ona əlavənin dəlilləri

38. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə iddia ərizəsinə uyğun əsaslanmış və əlavə olaraq bildirilmişdir ki, hazırkı iş üzrə iddiaçı uzun müddət fasiləsiz olaraq ölkə sərhədlərindən kənarda olduğu üçün onu mülkiyyətdən məhrum edən Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı, ##.##.2006-cı il tarixli sərəncamına əlavələr haqqında *** saylı, ##.##.2007-ci il tarixli və *** saylı ##.##.2007-ci il tarixli sərəncamlardan məlumatı olmamışdır. Həmin sərəncamlar heç iddiaçıya təqdim edilməmişdir. Yalnız 2023-cü ildə iddiaçı ona məxsus torpaq sahəsinin zəbt edilməsi, qeyri-yaşayış sahəsinin isə sökülməsi barədə məlumat almışdır. Bundan sonra iddiaçı müvafiq dövlət orqanlarına müraciət edərək, onu mülkiyyətindən məhrum edən inzibati aktların əldə edilməsinə cəhd göstərmişdir. İddiaçının vəkilinin sorğusuna əsasən müəyyən sənədlər əldə olunsa da, əsas sənədlərin əldə olunması mümkün olmamışdır. İddiaçı da əldə etdiyi sənədlər əsasında bir ay müddətində məhkəməyə müraciət etmiş və eyni zamanda sübutların təmin olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.

39. Göründüyü kimi, iddia müddəti ötürülməmiş, məhkəmə isə araşdırma aparmadan və ya iddiaçının vəkilinin izahatını dinləmədən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir.

40. İşə baxmış məhkəmə kollegiyası iş üzrə təyin edilmiş ##.##.2025-ci il tarixli iclasda iş üzrə üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinlədikdən sonra, iddiaçıya məxsus torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqavilələri ətrafında müzakirə aparmış, daha sonra həmin alqı-satqı müqavilələrinin etibarlılığını mülki iddia icraatı qaydasında mübahisələndirmək üçün məhkəmə iclasının qısa müddətə təxirə salınması barədə iddiaçının nümayəndəsinin (vəkili) vəsatətini təmin edərək, məhkəmə iclasını ##.##.2025-ci il tarixə təxirə salmışdır. Bundan sonra iddiaçı tərəf, Tərlan Məhərrəmov və İddiaçı arasında, sonuncuya məxsus torpaq sahəsi və qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan və iş üzrə məhkəmə iclası təyin olunduqdan sonra isə, iddiaçı tərəf vəsatətlə Bakı Apellyasiya Məhkəməsinin İnzibati məhkəməsinə müraciət edərək, inzibati iş üzrə icraatın, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində olan mülki işə baxılıb qurtaranadək dayandırılmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası həmin vəsatəti də əsassız olaraq rədd etmişdir. Qeyd olunanlara əsasən, hesab edirlər ki, iddiaçı iddia tələbləri iddia müddətinin buraxılması barədə iş üzrə gəldiyi nəticə səhvdir. İddiaçı iddia tələbləri üzrə iddia müddətini buraxmamışdır. O, hüquqlarının pozulduğunu bildiyi gündən sonra ən qısa müddət ərzində inzibati orqanların qərar və hərəkətlərini məhkəmə qaydasında mübahisələndirmişdir.

41. Məhkəmə kollegiyası iddiaçının mümkünsüz sayılmasının digər əsası kimi, ona istinad etmişdir ki, ##.##.2019-cu il tarixli "Torpaq icarə müqaviləsi"nə əsasən torpağın icarəyə verilməsi ilə bağlı müvafiq inzibati akt ləğv edilmədən yalnız müvafiq müqavilənin inzibati məhkəmə icraatı qaydasında ləğv edilməsi yolverilməzdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi, habelə qeyri-yaşayış sahəsinin də mövcud olduğu torpaq sahəsinin icarəyə verilməsi barədə qəbul edilmiş inzibati aktlar iddiaçının maraqlarına toxunduğu hissələrdə iddiaçı tərəfindən mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsi də haqlı olaraq həmin sərəncamları iddiaçıya aid hissədə etibarsız hesab etmişdir. Ona görə də hesab edirlər ki, hazırda apellyasiya instansiyası məhkəməsinin guya iddiaçı tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə qəbul edilmiş inzibati aktın mübahisələndirilməməsinə dair mövqeyi əsassızdır.

42. Məhkəmə kollegiyası tərəfindən iddiaçının iddiasının mümkün sayılmamasının başqa bir əsası da Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı sərəncamları əsasında "xxxx" MMC-yə verilmiş torpaq sahəsinin məhkəmə qətnaməsi ilə başqa hüquqi şəxsə verilməsi və bununla da həmin inzibati aktların öz əhəmiyyətinin itirilməsidir.

43. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının bu mövqeyi ilə bağlı bildirmişdir ki, məhkəmə özü də qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadda, ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanında yerləşən 39 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda inşa edilmiş 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun ##.##.2005-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının 76-cı səhifəsində müvafiq olaraq 004880 nömrə və 004879 nömrə ilə qeydiyyata alınmasını və bu barədə Dövlət Əmlakın İdarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən iddiaçının adına ****** nömrəli və ****** nömrəli şəhadətnamələrin verilməsini şübhə altına almır.

44. Başqa sözlə, ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanında yerləşən 39 kv.m torpaq sahəsi və ünvan 2 ünvanda inşa edilmiş 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Lakin hazırkı iş üzrə cavabdehlər olan Bakı Şəhər İcra Hakimiyyəti və Memarlıq və Şəhərsalma Baş Idarəsi iş üzrə etibarlılığı mübahisələndirilən inzibati aktları (o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı sərəncamları) qəbul etməklə iddiaçını mülkiyyətindən qanunsuz məhrum etmişlər. Göründüyü kimi, iddiaçının hüquqları ilkin olaraq iş üzrə cavabdehlər olan cavabdeh3 və Memarlıq və Şəhərsalma Baş İdarəsinin qərarları və hərəkətləri nəticəsində pozulmuş, həmin qərar və hərəkətlər nəticəsində iddiaçıya məxsus torpaq sahəsi və qeyriyaşayış45.sahəsi mülkiyyətçinin razılığı və məlumatı olmadan qanunsuz olaraq üçüncü şəxs4 MMC-nin sahiblik və istifadəsinə verilmişdir. Bu baxımdan iddiaçı tərəfindən məhz cavabdeh3 başçısının ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı Sərəncamlarının və sair inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi düzgün, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin iş üzrə sərgilədiyi mövqe isə səhvdir.

46. Qeyd olunanlara əsasən, hesab edirlər ki, iddianın mümkünsüz sayılması barədə Bakı Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının iş üzrə gədiyi nəticə qanunsuz və əsassızdır. İddiaçının hazırkı iş üzrə mülkiyyətindən qanunsuz məhrum olunmuş şəxs kimi hazırkı iddianı irəli sürmək üçün subyekti hüququ vardır və o, bu tələbləri irəli sürmək üçün iddia müddətini buraxmamışdır.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Ləğv prosesində olan üçüncü şəxs3 ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz həmin cəmiyyətin apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

48. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (## ##### 2012ci il tarixli

49. Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş redaksiyada) “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

55. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

56. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

57. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

58. Qeyd olunmalıdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan, iddiaçılar mübahisələndirdikləri qərar barədə məlumat aldıqları zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmalarına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışlar. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan, şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

59. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

60. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

61. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

62. Nəzərə alınmalıdır ki, 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

63. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, # ###### 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir

64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, tələbin “cavabdehin “Bakı Şəhər İcra Hakimiyyətinin ** saylı, ## #### 2006-cı il tarixli sərəncamına əlavələr haqqında” *** saylı, ##.##.2007-ci il tarixli və *** saylı ##.##.2007-ci il tarixli sərəncamlarının iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m. torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməsi” ilə bağlı hissəsinə münasibətdə iddia müddəti ötürülmüşdür.

65. Bundan başqa, məhkəmə kollegiyası tələbin “üçüncü şəxs3 ASC-nin icarə hüququnun dövlət qeydiyyatına alınması barədə ##.##.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasından olan 0.3750 ha torpaq sahəsi üzərində üçüncü şəxs3 ASC-nin icarə hüququnun dövlət qeydiyyatına alınması barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi” ilə bağlı da apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir.

66. Nəzərə alınmalıdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarına əsasən, qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

67. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçının digər tələbləri olan üçüncü şəxs3xxxx”) Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş “Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı sərəncamlarının addan-ada keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üçüncü şəxs3 ASC-yə Tl- **/** №-li, ##.##.2024-cü il tarixli tikintiyə icazə barədə qəbul etdiyi qərarının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin “xxxx İnşaat” MMC-yə 1-№-li, ##.##.2020-ci il tarixli “Obyektin tikintisinə icazə” verilməsi barədə qəbul etdiyi qərar iddiaçıya məxsus ünvan 2, Tolstoy küçəsi 175/179 ünvanda yerləşən 39,0 kv.m torpaq sahəsi və ünvan 2 ünvanda yerləşən 333,7 kv.m ibarət qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməsi əsas tələbdən asılı olduğundan iddia tələbi qeyd edilən hissədə mümkünsüz hesab edildi, yuxarıda qeyd edilən tələblər də mümkünsüz hesab edilməlidir.

68. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin icraatın dayandırılması ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, hazırkı iş materiallarından göründüyü kimi, mübahisəli daşınmaz əmlaklarla bağlı iddiaçının iştirak etdiyi alqı-satqı müqavilələri mövcuddur və bu müqavilələr qüvvədədir. Nəzərə alınmalıdır ki, həmin müqavilələr ilə bağlı mülki məhkəmə mübahisəsi iddiaçının xeyrinə başa çatacağı halda iddiaçının müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ itmir.

69. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar