Məhkəmə qərarları › İş №2-1(1-8)-275/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-275/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-275/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Hüquqi Şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçıya ##.##.2014-cü il tarixdən “Ümumi xəstəlik” səbəbindən “Postravmatik serebral araxnoiditdən sonrakı qalıq əlamətləri. Kəllədaxili hipertenziya tez-tez təkrar olunan diensefal kriz” diaqnozu ilə 1 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Daha sonra “Ümumi xəstəlik” səbəbindən “Serebral oraxnoiditi. Hipertenzion sindrom, tez-tez təkrarlanan beyin-damar krizləri ilə. Kəskin asteno-nevrotik vəziyyət. Xr. Xolesistit” diaqnozu ilə ##.##.2015-ci il tarixdən 1 il müddətinə, ##.##.2016-cı il tarixdən 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli *** nömrəli qərarına əsasən Bakı şəhəri Nizami RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X1 döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin aprel ayında aldığı və ##.##.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyəsində bir ədəd, üst dodaq üzərində burun nahiyəsinə keçməklə bir ədəd, boynun sağ arxa səthində bir ədəd, bədənin sağ yan səthində, düzgün olaraq sağ qalça tini səviyyəsində bir ədəd, sol budun orta 1/3-nin içəri səthində isə bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Xətai rayon idarəsinin ##.##.2016-cı il tarixli *** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli ** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin ##.##.2016-cı il tarixli *** nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

4. Iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2016-cı il tarixdən “Başın travmalarının nəticələri. Travmatik ensefalopatiya II-lll dərəcə, ağır gedişli. Epilepsiya. Tez-tez təkrarlanan (ayda 5-6 dəfə) posttravmatik epileptik tutmalar. Onurğanın osteoxandrozu.” diaqnozu ilə 5 il müddətinə ilkin ikinci dərəcə əlillik təyin edilmişdir.

5. Iddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə növbəti dəfə qiymətləndirilərkən “əlavə müalicəyə ehtiyacın olması”, ##.##.2022, ##.##.2023 və ##.##.2024-cü il tarixlərdə “göndərişin natamam doldurulması”, ##.##.2025-ci il tarixdə isə “diaqnozun öz təsdiqini tapmaması” əsas gətirilərək ona əlillik təyinatından imtina edilmişdir.

6. Həmçinin iddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə növbəti dəfə qiymətləndirilərkən diaqnozun əlillik əlaməti təyin etməməsi əsas gətirilərək ona əlillik təyinatından imtina edilmişdir.

7. Əlillik vəziyyətinin qiymətləndirilməsindən verilmiş şikayət üzrə ##.##.2022-ci il tarixdə iddiaçının yenidən əyani müayinəsi aparılmış və onun barəsində diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul edilmişdir.

8. Iddiaçının əlillik vəziyyəti ##.##.2022-ci il tarixdə növbəti dəfə qiymətləndirilərkən göndərişin natamam doldurulması əsas gətirilərək ona əlillik təyinatından imtina edilmişdir.

9. Əlillik vəziyyətinin qiymətləndirilməsindən verilmiş şikayət üzrə iddiaçının əlillik vəziyyəti ##.##.2023-cü il tarixdə yenidən qiymətləndirilmiş və onun barəsində diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul olunmuşdur.

10. Sonuncu dəfə iddiaçı barəsində verilmiş ##.##.2024-cü il tarixli göndəriş əsasında isə ##.##.2024-cü il tarixdə “göndərişin natamam doldurulması” əsas gətirilərək ona əlillik təyinatından imtina edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən ümumi xəstəlik nəticəsində II qrup əlil olmuşdur. Ambulator kartadan çıxarışdan və xəstəliyinə dair sənədlərdən və epikrizdən görünür ki, xəstəyə medikamentoz yuxuda BERA testi aparıldı. Hər iki qulaqda 80 db HL intensivlikdə V dalğa forması əldə edildi. Nəticə: “Iki tərəfli ağır (IV) dərəcəli sensonevral tip eşitmə azlığı”. Lakin 2021-cü ilin yanvar ayına qədər əlilliyin verilməsi davam etmiş, sonradan əlilliyin verilməsi dayandırılmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da müayinəyə dair məlumatın verilməsinə dair arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Növbəti müayinəyə göndərilmiş, lakin cavabdeh idarə iddiaçının əlilliyinin müvafiq qaydada müəyyənləşdirməmişdir. Belə ki, cavabdeh idarə müayinələr aparılması üçün lazımi mərkəzlərə və tibbi müəssisələrə iddiaçıya göndəriş verilməmişdir. Nəticədə, düzgün aparılmayan müayinələr nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində iddiaçıya əlillik verilməsindən imtina edilməsi cavabı qeydə alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Tibbi Sosial Ekspert Komissiyasının cavabında qeyd edilir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: eşitmənin, nitqin, səsin patologiyası üzrə Respublika mərkəzində müayinəsi və tibbi rəyi qeyd olunmayıb. Hansı ki, iddiaçının xəstəliyi daha da kəskinləşmiş və iş qabiliyyəti azalmış, tam olaraq II qrup əlillik meyarları qalmışdır. Cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır.

13. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi-Sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 40 (qırx) db, sol qulaq 40 (qırx) db.” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-cü il tarixli İ********ZEB nömrəli göndərişində “Epilepsiya xəstəliyi” yanaşı xəstəlik kimi göstərildiyindən, həkim-ekspertlər tərəfindən EEQ müayinəsinə göndəriş təqdim edilmiş, lakin vətəndaş müayinə olunmaqdan imtina edərək hal-hazırda xəstəliyə dair heç bir şikayətinin olmadığını və heç bir dərman qəbul etmədiyini, sonuncu dəfə “Epilepsiya” xəstəliyi səbəbilə 2021-ci il tarixində müalicə aldığını bildirmişdir. Nəticədə, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-c il tarixli İ********ZEB nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

14. Bakı Inzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddiaçının ##.##.2025-ci ildə əyani müayinəsi aparılmış, nəticədə, TSEK-in ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ilə “diaqnozun təsdiqini tapmaması” qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrılarından, baş gicəllənməsindən, ağıreşitmədən, ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq hal-hazırda dərman qəbul etmədiyini, dəfələrlə ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Ə.D.Məlikov adına * saylı X4 ##.##.2022- ##.##.2022-ci il tarixli epikrizinə əsasən diaqnoz “Ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə (IV). Postravmatik ensefalopatiya. Qıcolma sindromu. Astenonevrotik sindrom” kimi qeyd edilmiş, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2024-cü il tarixli ambulator xəstənin 12550 tibbi vərəqinə əsasən diaqnoz “Ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə” şəklində göstərilmiş, ##.##.2023-cü il tarixində X3 xəstəyə medikamentoz yuxu altında aparılmış BERA-test müayinəsinin nəticəsi “Ikitərəfli ağır (IV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, ortayüksək tonlu səs qıcıqlarına rahatlıqla reaksiya vermiş, müayinə edən həkim-mütəxəssisin suallarını aydın və açıq şəkildə cavablandırmış, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən kəllə-beyin sinirləri patologiyasız, sümüküstü və vətər refleksləri D=S canlı olmuş, patoloji reflekslər, ətraflarda parez qeyd edilməmiş, əzələ tonusu normal izlənilmiş, “Burunbarmaq” sınağını düzgün icra etmiş, “Romberq” vəziyyətində dayanıqlı, yerişi sərbəst, hərəkətləri tam həcmdə izlənilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit müşahidə edilməmişdir. ##.##.2025-ci il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 40 (qırx) db, sol qulaq 40 (qırx) db.” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-cü il tarixli İ********ZEB nömrəli göndərişində “Epilepsiya” xəstəliyi yanaşı xəstəlik kimi göstərildiyindən, həkim-ekspertlər tərəfindən EEQ müayinəsinə göndəriş təqdim edilmiş, lakin vətəndaş müayinə olunmaqdan imtina edərək hal-hazırda xəstəliyə dair heç bir şikayətinin olmadığını və heç bir dərman qəbul etmədiyini, sonuncu dəfə “Epilepsiya” xəstəliyi səbəbilə 2021-ci il tarixində müalicə aldığını bildirmişdir. Nəticədə, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-cü il tarixli İ********ZEB nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

15. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin 390/2025 ekspert rəyində qeyd edilmişdir: - “İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən ##.##.2025-ci il tarixində BERA müayinəsi üçün “ATU-nun X6”na göndərilmiş və müayinədən sonra LOR həkimi tərəfindən ona “Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu müəyyən edilmişdir. Onun hazırkı sağlamlıq vəziyyəti göstərilən hallardan 3.2. bəndinə “eşitmə zəifliyi IV dərəcə, ikitərəfli” uyğun gəlir. - Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Ağdam rayon mərkəzi xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, ********IZEB nömrəli Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: H93.3-eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit. Ağırlaşma:H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, hər iki tərəfli IV (dördüncü) dərəcəli neyrosensor ağıreşitmə azlığı. Yanaşı xəstəliklər: G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, kəllədaxili hipertenziya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) vegetativ damar krizləri ilə kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş kəlləbeyin travması nəticəsində sağ ənsə sümüyünün basılmış sınığı, G03.9-dəqiqləşdirilməmiş meningit, keçirilmiş neyroinfeksiya- serebral araxnoidit, davamlı qalıq əlamətləri” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələr əsasında qoyulmuş və xəstəlik xroniki hala keçərək ağırlaşdığından onların varlığını hazırda da inkar etmək mümkün deyildir. - Əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar zərurət yarandıqda ixtisaslaşmış müəssisələrə yerləşdirilməklə instrumental müayinə vasitələrindən istifadə olunmaqla müalicə edilsə də, sağalma ehtimalı yoxdur.

16. Bakı Inzibati Məhkəməsinin (hakim S.Qənbərova) *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində göstərilmişdir ki, “Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. “X2”ndə ##.##.2025-ci il tarixdə keçirilmiş audiometriya müayinəsində pasiyentin verdiyi cavaba əsasən ikitərəfli çox ağır dərəcədə olan sensonevral tip ağıreşitmə. Bera müayinəsi məsləhət görülür. İddiaçı “ATU-nun X6”nda ##.##.2025-ci il tarixində medikamentoz yuxu şəraitində BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnH intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Beləliklə, vətəndaş İddiaçı ##.##.2025-ci il tarixində “ATU-nun X6”nda aparılan BERA testi zamanı sağ qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnH intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının qulağında hər iki tərəfdə IV dərəcə eşitmə zəifliyi aşkar edilmişdir. Belə ki, ağıreşitmənin ümumdünya təsnifatına əsasən:

1. İ dərəcə - 26-40 db – danışıq məsafəsi – 4-6 m;

2. II dərəcə -41-55 db - danışıq məsafəsi – 1-4 m;

3. III dərəcə - 56-70 db - danışıq məsafəsi – 0,25-1 m;

4. IV dərəcə 71-90 db- 0 metr; 5. eşitmənin ikitərəfli tam itirilməsi (karlıq) - > 91 db – 0 m. Iddiaçının hazırda sağ və sol qulağında 80 dBnHL intensivlikdə V dalğa əldə edilməsi, onun hər iki qulağında IV dərəcə eşitmə zəifliyinin olduğunu göstərir. Işdən görünür ki, cavabdeh iddiaçının əlilliyini qiymətləndirərkən bu halları nəzərə almamış, nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, cavabdeh audiometriya müayinəsinin nəticəsini "Sağ qulaq 40 (qırx) db, sol qulaq 40 (qırx) db.” kimi qiymətləndirmişdir. Qeyd edilməlidir ki, audiometriya subyektiv testdir – yəni xəstənin cavablarına əsaslanır (səs eşidəndə düyməyə basmaq və ya reaksiya vermək), subyektiv olduğuna görə xəstənin diqqətindən və əməkdaşlığından asılıdır. Lakin BERA test obyektiv testdir – eşitmə siniri və beyin kötüyü səviyyəsində səs stimullarına neyrofizioloji cavabı qeydə alır. Yalan və ya subyektiv cavabların qarşısını alır. Sinir keçiriciliyi barədə əlavə məlumat verir (məsələn, retrokochlear patologiyalarda). Məhz buna görə də, məhkəmə hesab etmişdir ki, hazırkı halda audiometriya müayinəsinin deyil, BERA testinin nəticələri əsas götürülməlidir. Çünki iddiaçı eşitmə cihazında istifadə edir və bu hal audiometriya müayinəsinin nəticəsinə təsir etmək imkanına malikdir. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə iddiaçının hər iki qulağında 80 dBnHL intensivlikdə V dalğa əldə edilməsini nəzərə alaraq hesab etmişdir ki, onun hər iki qulağında IV dərəcə eşitmə zəifliyi olduğundan, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər N.Nəbizadə /sədrlik edən və məruzəçi/, V.Qasımov və K.Əkbərov) *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin “iş yetərincə araşdırılmayıb” dəlili faktiki əsasdan məhrumdur. Əksinə, birinci instansiya məhkəməsi mübahisənin tibbi komponentini “xüsusi bilik” tələb edən məsələ kimi dəyərləndirib, bu ziddiyyətin aradan qaldırılması üçün məhkəmə-tibbi ekspertizanın keçirilməsini təmin etmiş, iddiaçının sağlamlıq vəziyyətinin göndərişdəki diaqnozlarla uyğunluğu, eşitmə zəifliyinin dərəcəsi və epilepsiyanın olubolmaması daxil olmaqla konkret halları müəyyənləşdirməyə çalışmışdır. Bu, inzibati məhkəmə icraatında “işin hallarının araşdırılması” prinsipinə (məhkəmənin yalnız tərəflərin gətirdiyi ilə kifayətlənməməsi) uyğun prosessual davranışdır və həmin prinsipin məhz özündə aktiv araşdırma vəzifəsini ehtiva etməsi apellyasiya şikayətində də istinad edilən müddəalarla uzlaşır. Belə olan halda, apellyasiya şikayətinin bu istiqamətdə əsaslandırılması, əslində, məhkəmənin araşdırma aparmaması deyil, araşdırma nəticəsində əldə olunmuş sübutların (ekspert rəyinin və obyektiv test nəticələrinin) cavabdehin mövqeyinə uyğun gəlməməsi ilə bağlı narazılıq kimi qiymətləndirilməlidir. Bundan əlavə qeyd edilməlidir ki, apellyasiya şikayətində istinad olunan “məhkəmə diskresion səlahiyyətə müdaxilə edib” dəlili də hər hansı hüquqi əsasa söykənmir. Belə ki, diskresion səlahiyyətin mövcudluğu inzibati aktın məhkəmə nəzarətindən kənar qalması demək deyil. Məhkəmə diskresiyanı “əvəz etmir”, lakin diskresiyanın hüquqa uyğun şəkildə həyata keçirilib-keçirilmədiyini yoxlayır. Hazırkı işdə məhkəmə “tibbi qərarı özü vermək” yolunu tutmamış, əksinə, tibbi mübahisə üzrə səlahiyyətli ekspertin rəyini almış, daha sonra cavabdeh orqanın rəddinin əsaslı olub-olmadığını qiymətləndirmişdir. Başqa sözlə, məhkəmənin müdaxiləsi diskresiyanın mahiyyətinə deyil, diskresiyanın faktiki-sübut bazasının və əsaslandırmasının hüquqa uyğunluğuna yönəlmiş nəzarətdir. Həmçinin vurğulanmalıdır ki, sübutların müqayisəli çəkisi baxımından cavabdehin əsaslandığı “audiometriya – 40 db/40 db” nəticəsi ilə ekspertiza çərçivəsində müəyyənləşdirilən nəticələr arasında əsaslı ziddiyyət mövcuddur. Bu ziddiyyətin həlli isə məhz məhkəmənin (və ekspertizanın) funksiyasıdır. Qərarda göstərildiyi kimi, iddiaçı ##.##.2025-ci ildə ATU-nun X6 aparılmış BERA testində hər iki qulaq üzrə 80 dBnHL intensivlikdə V dalğa əldə olunmuş, nəticədə hər iki qulaqda IV dərəcəli neyrosensor tip ağıreşitmə qeyd edilmişdir. Bu nəticə iddiaçının göndərişdə göstərilən “ikitərəfli IV dərəcəli neyrosensor ağıreşitmə azlığı” diaqnozu ilə də uyğunluq təşkil edir. Birinci instansiyası məhkəməsi, həm də tibbi metodun etibarlılığını izah edərək audiometriyanın subyektiv, BERA-nın isə obyektiv test olması, eşitmə siniri və beyin kötüyü səviyyəsində neyrofizioloji cavabları qeydə alması səbəbilə hazırkı hal üzrə BERA nəticələrinin daha etibarlı götürülməli olduğunu əsaslandırmışdır. Bu, “məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxardı” dəlilini də neytrallaşdırır: məhkəmə tibbi nəticəni özü vermir, ekspertiza və obyektiv instrumental müayinəni əsas götürərək hüquqi nəticə çıxarır. Bundan əlavə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü “MTE və PAB əlavə müayinə həyata keçirmədən rəy verib” tezisi iş materialları ilə uzlaşmır. Qərarda məhz BERA testinin ##.##.2025-ci ildə ATU klinikasında aparıldığı göstərilir. Ekspert rəyinin məzmununda da göndərişdəki diaqnozların və ağırlaşmaların iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğunluğu, eşitmə zəifliyinin dərəcəsinin müəyyənləşdirilməsi kimi sualların qoyulduğu görünür. Yəni burada “sadəcə anamnestik məlumat” əsasında nəticəyə gəlmək deyil, konkret instrumental müayinənin (BERA) nəticəsi ilə mövqenin əsaslandırılması var. Eyni zamanda cavabdehin “epilepsiya” komponentinə dair arqumenti də apellyasiya mərhələsində qərarın ləğvinə aparan “həlledici” hüquqi əsas yaratmır. Şikayətdə iddiaçının EEQ-dən imtina etdiyi, hazırda şikayətinin olmadığı və dərman qəbul etmədiyi göstərilir. Lakin mübahisənin mərkəzində duran əsas funksional pozuntu (eşitmə) üzrə obyektiv testlə (BERA) ağır (IV) dərəcəli ikitərəfli ağıreşitmə təsdiqləndiyi halda, epilepsiya xəttində qeyrimüəyyənlik (və ya hətta inkar) eşitmə üzrə əlilliyin qiymətləndirilməsi üçün əsas ola biləcək ağırlaşmaları aradan qaldırmır. Üstəlik, göndərişin natamam doldurulması və instrumental müayinələrin dəqiqləşdirilməsi tələbi ilə geri qaytarılması kimi hallar orqanın “sübutlar dəqiqləşdirilmədən rədd” mövqeyinin nə dərəcədə mütənasib olması sualını doğurur.

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

TƏTBIQ EDILƏN HÜQUQ

24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

27. ##.##.2022-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

28. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti

6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1.[95] S02- Başın travmaları S09 Baş və boynun açıq yaraları T01.0 Baş və boyun nahiyəsinin sınıqları T02.0 Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər T06.0 sinirlər ilə müştərək travmaları Başın travmalarının nəticələri T90 Yumşaq toxumalarda qalmış yad cisim M79.5 Anensefaliya və buna oxşar inkişaf Q00 qüsurları Ensefalosele Q01 Mikrosefaliya Q02 Anadangəlmə hidrosefaliya Q03 Beynin digər anadangəlmə inkişaf Q04 qüsurları Spina bifida Q05 Onurğa beynin digər anadangəlmə Q06 inkişaf qüsurları Sinir sisteminin digər anadangəlmə Q07 inkişaf qüsurları Kəllə və üz sümüklərinin digər Q75 anadangəlmə inkişaf qüsurları Vegetativ (avtonom) sinir sisteminin G90 pozuntuları Hidrosefaliya G91 Toksiki ensefalopatiya G92 Qiymətləndirmə ümumi beynin mülayim pozuntuları ilə 6.1.1. 40-60 1 il baş beynin əzilməsi, kontuziyası ümumi beynin təzahür edən pozuntuları 6.1.2. 65-80 2 il ilə baş beynin əzilməsi, kontuziyası 6.1.3. baş beynin əzilməsi, kontuziyası 35 1 il psixi təzahür edən pozuntularla baş 6.1.4. 65-80 2 il beynin əzilməsi, kontuziyası vegeto-damar mülayim pozuntuları ilə 6.1.5. 40 1 il baş beynin əzilməsi, kontuziyası vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez- 6.1.6. tez baş verən paroksizmal vəziyyətlərlə 50-60 2 il (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə 6.1.7. beyin maddəsində yad cismin olması 80 müddətsiz 6.1.8. ventrikuloperitoneal şuntlama 50 2 il anadangəlmə inkişaf qüsurlarının ağır 6.1.9. 90 müddətsiz formalarında 6.1.10. müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativdistrofik) Hentinqton xəstəliyi G10 irsi ataksiya G11 sinir və sümük-əzələ sisteminə aid olan R25simptomlar və nişanələr R29 Qiymətləndirmə başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim 6.1.10.1. pozuntusu, piramid çatışmazlıq 35-60 1 il əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli 6.1.10.2. pozuntusu, piramid çatışmazlıq 65-80 2 il əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır 6.1.10.3. dərəcədə pozuntusu, piramid 85-100 müddətsiz çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi

6.7. Epilepsiya G40 Qiymətləndirmə epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına 6.7.1.[116] adaptasiyanın çətinləşməsi ilə nəticələnən 35-60 1 il orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) 6.7.2.[117] gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 50-60 2 il ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və 6.7.3.[118] 65-80 2 il həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) 6.7.4. ayda 4 və daha artıq ağır tutma, yaxud 4 85-100 müddətsiz və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik)

9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). 9.1.[135] Qulağın və məməyəbənzər çıxıntının H60-H95 xəstəlikləri Qulağın eşitmə pozuntusu törədən Q16 anadangəlmə inkişaf qüsurları Qiymətləndirmə 9.1.1. 7 yaşa qədər anadangəlmə və ya 60 müddətsiz qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) 9.1.2. daha sonra qazanılmış (8-18 60 müddətsiz yaşlarında) eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu) 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə III dərəcə, 40 5 il [136] digər tərəf üzrə IV dərəcə 9.1.4. eşitmə zəifliyi IV dərəcə, ikitərəfli 50 müddətsiz 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi 60 müddətsiz 9.1.6. psixi pozulmalarla müşayiət olunan 85 [137] müddətsiz eşitmənin tam itirilməsi və nitqin tam olmaması

29. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərəalmaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Bununla belə, apelyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın nəticəvi hissəsində iddiaçının orqanizm funksiyalarının pozulması faizlərinin müəyyən edilməsinə, eləcə də əlilliyin təyinat tarixinə münasibət bildirilmədiyi üçün həmin hissələrdə qərar dəyişdirilməlidir.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərində nəzərdə tutulmuş tələblər nəzərə alınmamışdır.

37. Həmin bəndlərdə göstərilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.

38. Ilkin olaraq məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddiaçı barəsində tərtib olunmuş ##.##.2024-cü il tarixli göndərişdə göstərilmiş, ekspert rəyi və digər tibbi sənədlərlə iddiaçıda mövcudluğu təsdiqini tapmış “Ağırlaşma: “H90.3 – Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, hər ikitərəfli IV dərəcəli neyrosensor ağıreşitmə azlığı” diaqnozunun “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 9.1.4-cü bəndində nəzərdə tutulmuş “eşitmə zəifliyi IV dərəcə, ikitərəfli” qiymətləndirmə göstəricisinə uyğunluğu barədə mövqeyi ilə razılaşır.

39. Bununla yanaşı, məhkəmə kollegiyasının apardığı qiymətləndirmə üzrə iddiaçı barəsində tərtib olunmuş ##.##.2024-cü il tarixli göndərişdə (iş v. 75-81) qeyd olunan xəstəliklərdən “Yanaşı xəstəlik - G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, kəllədaxili hipertenziya tez-tez təkrarlanan qıcolma turmaları ilə (ayda 8.10 dəfə), vegetativ damar krizləri ilə kəskin ifadə olunmuş astenonevrotik sindrom” diaqnozunun “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 6.7.2-ci bəndində – “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır)”, eləcə də “Yanaşı xəstəlik - T90.5 Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travması nəticəsində. Sağ ənsə sümüyünün basılmış sınığı” diaqnozunun “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 6.1.1-ci bəndində – “ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası” və ya 6.1.2-ci bəndində - “ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası” qiymətləndirmə göstəriciləri ilə uyğunluğu müəyyən edilir.

40. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı barəsində aparılmış sonuncu– ##.##.2024-cü il tarixli qiymətləndirilmənin (imtinanın) verilməsinə əsas olmuş ##.##.2024cü il tarixli göndərişdə qeyd edilən diaqnozların yuxarıda qeyd edilən qiymətləndirmə göstəriciləri üzrə uyğunluğu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərinin tələbləri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, icra mərhələsində cavabdeh tərəfindən məhkəmənin hazırkı qərarında göstərilən hüquqi dəyərləndirmələr rəhbər tutulmalıdır.

41. Apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini şərtləndirən əsaslardan biri də əlilliyin təyinat tarixinin qeyd edilməməsi ilə əlaqədardır. Əlillik sonuncu göndəriş əsasında verilmiş sonuncu imtina tarixindən təyin edilməlidir. Hazırkı iş üzrə ##.##.2024-cü il tarixli göndəriş əsasında iddiaçı barəsində aparılmış sonuncu qiymətləndirmə (imtina) ##.##.2024-cü tarixlidir. Bu səbəbdən, məhkəmə tərəfindən əlilliyin təyin edilmə tarixi məhz həmin sonuncu imtina qərarının tarixi – ##.##.2024-cü ildən müəyyən edilməlidir.

42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar