Məhkəmə qərarları › İş №2-1(1-8)-2753/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-2753/2026

22.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-2753/2026 22.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 və qeyrisinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina, kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 və qeyrisinə qarşı "X1 PHŞ və cavabdeh4 olaraq FMP hesabatın təqdim edib tərtib edərək, vakansiyalar bankının işləməməsi və işaxtaran və işsiz qeydiyyat pulunu hesablayıb bu zamanadək vurulan maddi və mənəvi ziyanları və əldən çıxmış faydaların hesablanıb ödənməsi və əmsalların da təyin olunması öhdəliyinin qoyulması və ya müştərək cavabdehlərin üzərinə öhdəlik qoyulması və sair" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*- *)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 və qeyrisinə qarşı "X1 PHŞ və cavabdeh4 olaraq FMP hesabatın təqdim edib tərtib edərək, vakansiyalar bankının işləməməsi və işaxtaran və işsiz qeydiyyat pulunu hesablayıb bu zamanadək vurulan maddi və mənəvi ziyanları və əldən çıxmış faydaları hesablayıb ödəməsi və əmsalların da təyin olunması öhdəliyinin qoyulması və ya müştərək cavabdehlərin üzərinə öhdəlik qoyulması və sair" barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-****/**** nömrəli # #### 2026-cı il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Daha sonra iddiaçı dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, dövlət hesabına vəkillə təmin olunma barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.

7. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, eyni zamanda kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi aşağıda qeyd olunan səbəblərdən təmin edilməməli, həmçinin onun kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

10. Kassasiya şikayətinin Inzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

11. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin Inzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

12. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı elektron imza ilə təsdiq edilməklə ## #### 2026-cı il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində yerləşdirildiyindən (təqdim edildiyindən) və iddiaçı tərəfindən kassasiya şikayəti # ###### 2026-cı il tarixində təqdim edildiyindən iddiaçı kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 10 günlük prosessual müddəti ötürmüşdür.

13. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Şikayətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.

14. Bu qərardadın 8-ci bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. Eyni zamanda, bu qərardadın 8-ci bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

16. Iddiaçı ##.##.2026-cı il tarixdə təqdim etdiyi “buraxılmış müddətin bərpasına dair” ərizəsində müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyini və buraxılmış prosessual müddətin bərpa olunması xahiş etmişdir.

17. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə iddiaçının ərizəsində istinad etdiyi hallar və təqdim etdiyi sənədlər mübahisələndirilən ##.##.2026-cı il tarixli məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilən 10 gün müddətin daxilində olan dövrə aid olmadığı üçün müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün əsas verə bilməz.

18. Göründüyü kimi, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin məhkəməyə müddətin üzrlü səbəbdən və onun təqsiri olmadan buraxılmasına dair yetərli sübutlar təqdim etməmişdir.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar