Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-279/2026 01.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsi; işğal altında olmayan ərazilərdəki hərbi hissələrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməyən şəxslər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrdən olan çıxarışda qeyd edilmişdir ki, İddiaçı müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarından gəldiyinə görə, ## #### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və bütün növ təminatlara qoyulması, “əsgər” hərbi rütbəsi verilməklə - qərargah və təchizat taqımının aerodrom-istismar və təmir manqasının quraşdırıcısı vəzifəsinə təyin olunması əmr edilmişdir.
2. Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin ##.##.2021-ci il tarixli ** nömrəli əmrdən olan çıxarışda qeyd edilmişdir ki, qərargah və təchizat bölüyünün avtomobil-təmir taqımının aerodrom-istismar və təmir manqasının quraşdırıcısı olan əsgər İddiaçı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular qanunvericiliklə nəzərdə tutulmuş hərbi xidmət müddətlərini başa vurduqlarına görə ## #### 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, ## #### 2021ci il tarixdən isə pul təminatından çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilməsi əmr edilmişdir.
3. Iddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.
4. Iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi ##.##.2024-cü il tarixə qədər cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır.
5. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin məhkəməyə ünvanlandığı ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, N nömrəli Hərbi Hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmamışdır. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı hərbi hissə komandirinin müvafiq döyüş əmrlərində hərbi qulluqçu barədə qeyd yoxdur. 44 günlük “Vətən müharibəsi” zamanı əsgər İddiaçı Yevlax rayonunda yerləşən X8 taborunun qərargah və təchizat bölüyünün avtomobil-təmir tağımının aerodromistismar və təmir manqasının quraşdırıcı vəzifəsində günün nizam qaydasına uyğun olaraq taborun gündəlik fəaliyyəti üzrə xidmətini davam etdirmişdir.
6. Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin ##.##.2025-ci il tarixli *-**-***/*- ***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçuları X4, X6, X1, X12 və X3 müharibə veteranı adının verilib-verilməməsi barədə hərbi hissədə qeydiyyat yoxdur. N nömrəli Hərbi Hissənin hərbi qulluqçuları X7 və X2 müharibə veteranı adı və vəsiqəsi ilə Nazirlər Kabineti tərəfindən təltif olunmuşlar. N nömrəli Hərbi Hissənin hərbi qulluqçuları X7, X2 və sabiq hərbi qulluqçular X3, X4, X1 44 günlük vətən müharibəsində hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli № *** nömrəli məxfi əmrinə əsasən tam heyətin tərkibində döyüş əməliyyatlarında iştirak etmişlər. 44 günlük vətən müharibəsində İddiaçı tam heyətin tərkibində döyüş əməliyyatlarına cəlb olunmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2020-il tarixdən ##.##.2021-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. N nömrəli Hərbi Hissə Müdafiə Nazirliyinin müvafiq əmri ilə 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab edilir. Vətən Müharibəsi dövründə o, döyüş əməliyyatının döyüş təminatı ilə məşğul olmuşdur. Lakin ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, ##.##.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirmiş, imtinanı isə əsassız və qanunsuz hesab etmişdir. Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci hissəsinin 11-ci abzasında göstərilən sentyabrın 27-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi göstərilir. Müdafiə nazirinin ##.##.2021-ci il tarixli, *** nömrəli əmri ilə müharibə veteranı adının verilməsi üçün meyarlar müəyyən edilmişdir. Həmin əmrin 3-cü bəndində 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Hərbi Aviasiya Hava Hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində (bu hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilərə daxil olmadan həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular nəzərdə tutulur) həmin döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara müharibə veteranı adının verilməsi şərtləndirilir. O isə pilotsuz uçan aparatların döyüşdə istifadə edilməsi üçün hazırlanmasında iştirak etmişdir.
9. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinintərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin vəzifəsinə uyğun olaraq ixtisas bilik, bacarıqları və səlahiyyətləri çərçivəsində döyüş əməliyyatlarında iştirak edən bölmələrə döyüş təminatı ilə əlaqədar məlumatların ötürülməsi, əməliyyatların planlaşdırılması və idarə edilməsi nəzərdə tutulur. Norma ümumiləşdirilərək qeyd edilir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Bu Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli Hərbi Hissənin tərtib etdiyi arayış-məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman Yevlax rayonunda xidmət etmiş (8-ci bənd), həmin dövrdə döyüş əməliyyatları ilə əlaqədar hər hansı fəaliyyət növü ilə məşğul olmamışdır (9-cu bənd). Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın ##.##.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı barəsində təqdim edilmiş arayış-məlumatın 3-cü, 6-cı və 8-ci bəndlərində göstərilən hərbi hissə komandirinin döyüş əmrindən çıxarışının olmamasına və Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
10. Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, iddiaçı İddiaçı “müharibə veteranı” statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün məcburidir: şəxsin xidmət keçməsi; bunun müvafiq sənədlərdə - hərbi biletlə yanaşı hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışında əks olunması. Iş materiallarına əsasən iddiaçının döyüş əməliyyatlarında iştirakı iş materialları ilə öz təsdiqini tapmışdır. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, ocümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Iddiaçı İddiaçı N nömrəli Hərbi Hissəyə ezam olunduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir (bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir).
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə – məruzəçi, V.Qasımov və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
17. Kassator bildirir ki, iddiaçı Yevlax rayonunda yerləşən X8 taborunun qərargah və təchizat bölüyünün avtomobil-təmir tağımının aerodrom-istismar və təmir manqasının quraşdırıcı vəzifəsində günün nizam qaydasına uyğun olaraq taborun gündəlik fəaliyyəti üzrə xidmətini davam etdirmişdir. Işə baxan apellyasiya məhkəməsi iş üzrə qeyd olunanları nəzərə almadan cavabdehin apellyasiya şikayətini təmin etməmişdir. Belə olan halda birinci və ikinci instansiya məhkəmələri tərəfindən Əsasnamənin 11-ci bəndinin tələbləri pozulmuş və məhkəmə iddianı təmin etməklə Əsasnaməyə zidd və əsassızdır qərar qəbul etmişdir.
18. Kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı mülahizəsini məhkəməyə təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
20. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRI Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili Işlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il ######ın #-dən 1951-ci il ######ın ##-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; Ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların X16 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X16 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixə qədər gedən döyüşlərdə N nömrəli Hərbi Hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Öz mövqeyini əsaslandırmaq üçün iddiaçı onunla eyni hərbi hissədə xidmət etmiş digər şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etmişdir.
28. Mübahisə predmeti iddiaçının müharibə veteranı adının almasına hüququnun olub-olmaması ilə bağlıdır.
29. Qeyd etmək lazımdır ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı hallar üzrə hüquqi əsas “Veteranlar haqqında” Qanun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təşkil edir.
30. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab edilir. Həmin normaya görə qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş bütün şəxslərə deyil, müəyyən kateqoriya şəxslərə bu statusun verilməsini məqsədə müvafiq hesab edir ki, belə şəxslərin dairəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşir.
31. Məhkəmə kollegiyası bildirir ki, müharibə veteranı adının verilməsi ilə bağlı olan şəxslərin dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə əksini tapmışdır.
32. Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək olan dövr üzrə müharibə veteranı adı və vəsiqəsi verilən şəxslər əsasən iki kateqoriyaya bölünmüşdür.
33. Onlardan biri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçular və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (hərbi hissə (bölmə) və ya orqanların mülki işçiləri), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərdir.
34. Onlardan digəri isə 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərdir.
35. Iddiaçı birinci hala istinad etməmişdir. Onsuz da, iddiaçının vəziyyəti birinci hala uyğun gəlmir. Iddiaçı ikinci hala əsaslanmışdır.
36. Iş materiallarına əsasən müəyyən edilir ki, N nömrəli Hərbi Hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, yəni iddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmamışdır, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı hərbi hissə komandirinin müvafiq döyüş əmrlərində onun adı qeyd olubmamışdır. 44 günlük “Vətən müharibəsi” zamanı əsgər İddiaçı Yevlax rayonunda yerləşən X8 taborunun qərargah və təchizat bölüyünün avtomobil-təmir tağımının aerodrom-istismar və təmir manqasının quraşdırıcı vəzifəsində günün nizam qaydasına uyğun olaraq taborun gündəlik fəaliyyəti üzrə xidmətini davam etdirmişdir.
37. Iddiaçı ilə eyni hərbi hissədə qulluq edən bəzi hərbi qulluqçular X7, X2 və sabiq hərbi qulluqçular X3, X4, X1 iddiaçıdan fərqli olaraq hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli № *** nömrəli məxfi əmrinə əsasən tam heyətin tərkibində döyüş əməliyyatlarında iştirak etmişlər.
38. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətindən imtina iddiaçıya münasibətdə fərqli rəftara, bərabərlik prinsipinin pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Çünki N nömrəli Hərbi Hissə komandirinin döyüş əməliyyatlarında iştirak etmə ilə bağlı əmrində iddiaçının adı olmamış, eləcə də, iddiaçı günün nizam qaydasına uyğun olaraq taborun gündəlik fəaliyyəti üzrə xidmətini davam etdirmişdir.
39. Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
40. Iddiaçının adı N nömrəli Hərbi Hissə komandirinin döyüş əməliyyatlarında iştirak etmə ilə bağlı ##.##.2020-ci il tarixli № *** nömrəli məxfi əmrində olmamış, iddiaçı həmin hərbi hissədə günün nizam qaydasına uyğun olaraq taborun gündəlik fəaliyyəti üzrə xidmətini davam etdirmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən tələbləri baxımından iddiaçının xidməti “döyüş əməliyyatlarında bilavasitə iştirak edən şəxslər” və ya “döyüş təminatı üzrə tapşırıqları yerinə yetirən şəxslər” kateqoriyasından heç birinə aid deyil.
41. Odur ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsaslar olmadığından iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.