Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-281/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Mahdavi Hasan Firuzun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə müavinətin bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı Mahdavi Hasan Firuzun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə müavinətin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentinin ##.##.2005-ci il tarixli, QS-*** saylı Qərarının surətindən görünür ki, Iran Islam Respublikasının vətəndaşı olan X2 “qaçqın” statusu verilmişdir. 2.Azərbaycan Respublikasının Qaçqın Vəsiqəsinin surətindən görünür ki, Iran Islam Respublikasının vətəndaşı olan, ##.##.1967-ci il təvəllüdlü Mahdavi Hasan Firuzun daimi yaşadığı ölkə Azərbaycan Respublikası, yaşadığı yer Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 159 A-dır. Vəsiqə ##.##.2024-cü il tarixdə verilmişdir, ##.##.2026-cı il tarixədək etibarlıdır. 3.Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Iran Islam Respublikasının vətəndaşı ##.##.1967-ci il təvəllüdlü Məhdəvi Həsənə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ## ###### 2005-ci il tarixli, QS-*** saylı Qərarla qaçqın statusu verilmiş və o, hazırda Azərbaycan Respublikasında qaçqın statusu əsasında yaşayır. Mahdavi Hasan sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən etibarlılıq müddəti ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək olan QV ******* saylı qaçqın vəsiqəsi ilə təmin edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il ## ### tarixli Qanununun 12-ci maddəsinin 3-cü hissəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. 4.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ** saylı Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, Mahdavi Hasan Firuza ##.##.2015-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. TSEK diaqnozu: arterial hipertenziya II dərəcə QDÇ II dərəcə, Əlilliyin müəyyən olunması meyarı: 2.2.Ikinci dərəcə əlillik – Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı. 5.Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (Abşeron) ##.##.2015-ci il tarixli, ** №-li qərarından görünür ki, Mahdavi Hasan Firuza II qrup əlil kimi ##.##.2014-cü il tarixdən ##.##.2016-cı il tarixədək aylıq 50 manat məbləğində sosial müavinət təyin olunmuşdur. 6.Müavinət miqdarının dəyişdirilməsi haqqında ##.##.2016-cı il tarixli Sərəncam ilə Mahdavi Hasan Firuza ##.##.2016-cı il tarixdən ##.##.2020-ci il tarixədək II qrup əlil kimi aylıq 55 manat məbləğində müavinət verilməsi göstərmişdir. 7.Sonradan cavabdehin sosial müavinətin təyinatı üzrə ##.##.2020-ci il tarixli, **** №-li qərarı ilə Mahdavi Hasan Firuza ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək II qrup əlilliyə görə aylıq 130 manat məbləğində, ##.##.2020-ci il tarixli, **** №-li qərarı ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək II qrup əlilliyə görə aylıq 130 manat məbləğində, ##.##.2021-ci il tarixli, ***** №-li qərarı ilə ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək II qrup əlilliyə görə aylıq 130 manat məbləğində, ##.##.2022-ci il tarixli, *********** №-li qərarı ilə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək II qrup əlilliyə görə aylıq 180 manat məbləğində müavinət təyin edilmişdir. 8.Sonuncu dəfə cavabdehin sosial ödənişin təyin edilməsindən imtina olunması haqqında ##.##.2025-ci il tarixli qərarından görünür ki, “Sosial müavinətlər haqqında” Qanunun 3.2-ci maddəsinə əsaslanmaqla, Mahdavi Hasan Firuza sosial ödənişin təyin olunmasından imtina edilmiş, onun Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsi olmadığından (qaçqın vəsiqəsi) əlilliyə görə müavinət ödənişində ##.##.2016-##.##.2020, ##.##.2021-##.##.2024-cü il tarixlərində artıq ödəmə müəyyən edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 9.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmasını əsas götürərək, sosial təminat hüququnun təmin edilməsi və aylıq əlilliyə görə müavinətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 10.Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Mahdavi Hasan Firuza ##.##.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsi barədə qərar qəbul edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi dəyişdirilmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - ##.##.1967-ci il təvəllüdlü Mahdavi Hasan Firuz Iran Islam Respublikası vətəndaşıdır. Iranda mövcud vəziyyətlə əlaqədar 1995-ci ildə Azərbaycana köçərək, burada qaçqın statusu almışdır. Həmin statusu təsdiq edən Azərbaycan Respublikası tərəfindən verilmiş QV №******* identifikasiya nömrəli qaçqın qeydiyyat vəsiqəsinin daşıyıcısıdır. Eyni zamanda BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığınında qeydiyyatdadır. Təxminən 10 ildir ki, əlilliyə görə müavinət alırdı. Beləliklə, artıq 30 ildir ki, Azərbaycan Respublikasında daimi və qanuni əsaslarla yaşayır. Iddiaçının dövlət tərəfindən təyin edilən sosial müavinət almasına dövlət orqanları tərəfindən maneçilik yaradılır və bununla, Azərbaycan Respublikası vətəndaşları ilə bərabər olmayan şərait yaradılaraq hüquqları məhdudlaşdırılır. Belə ki, ## ###### 2024-cü il tarixdə ona sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından *-**-*/*-m******/**** nömrəli məktub gəlmiş və burada ona II dərəcə əlilliyə görə sosial müavinətin təyin edilməsinin mümkünsüz olduğu göstərilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, həmin Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir.” Bu qanunvericilik tələbinə istinad edərək, dövlət orqanı iddiaçının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin olmadığına görə müavinət verilməsindən imtina etmişdir. Belə ki, qeyd olunan məsələ ilə bağlı ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir və bu müraciətinə eyni cavab gəlmişdir. ## ###### 2025-ci il tarixli №*-17-1/2-m-26978/2025 saylı cavab məktubunda əks edilmiş imtina cavabı onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, həmin Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir. Iddiaçı dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi artıq 32 ildir ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayır və onun qaçqın vəsiqəsində Azərbaycan Respublikası daimi yaşadığı ölkə kimi göstərilmişdir. Bütün sadalananlar onun Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağını sübut edir. Beləliklə, hazırkı iş üzrə cavabdeh olan inzibati orqan öz öhdəliyini icra etməkdən yayınmış, imtina etmişdir.
12. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş, iddiaçı Mahdavi Hasan Firuza ##.##.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsi barədə qərar qəbul edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaçqın statusu verilmiş şəxslərə həmçinin daimi yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulmur. Belə olan halda məhkəmə hesab edir ki, vətəndaşlığı olmayan şəxslərə və ya əcnəbilərə verilmiş qaçqın vəsiqəsi özlüyündə həmin şəxsin şəxsiyyətini müəyyən edən və ona Respublika ərazisində qanuni qalmaq hüququ verən sənəd kimi daimi yaşamaq icazəsinə bərabər sənəd hesab olunur. Beləliklə, iddiaçıya da müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaçqın vəsiqəsinin verilməsi işin mübahisəsiz halı olduğundan ona əlilliyə görə sosial müavinətin təyin edilməsindən cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməlidir. 14.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: C.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və H.Ağalarov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, Mahdavi Hasan Firuza ##.##.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsi barədə qərar qəbul edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Qanunvericiliyin normalarından göründüyü kimi, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaçqın statusu verilmiş şəxslərə həmçinin daimi yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulmur. Iddiaçıya da müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaçqın vəsiqəsinin verilməsi işin mübahisəsiz halıdır. Belə olan halda kollegiya hesab etmişdir ki, vətəndaşlığı olmayan şəxslərə və ya əcnəbilərə verilmiş qaçqın vəsiqəsi özlüyündə həmin şəxsin şəxsiyyətini müəyyən edən və ona Respublika ərazisində qanuni qalmaq hüququ verən sənəd olsa da, daimi yaşamaq üçün icazə sənədinə bərabər tutula bilməz. Belə ki, qaçqın statusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan şəxsdir və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə əsasən vətəndaşlığı olduğu ölkədə qeyd olunan təqiblər aradan qaldırıldıqdan sonra şəxsin qaçqın statusu itirilir. Başqa sözlə desək, qeyd olunan vəziyyətin aradan qaldırılması mücərrəd xarakterli olduğuna görə qaçqın statusuna istənilən vaxt xitam verilməsi istisna deyil. Bu isə qaçqın statusu alan şəxsi daimi əsaslarla yaşamaq hüququ icazəsi alan əcnəbi şəxslərdən fərqləndirir. Bundan başqa o da nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.8-ci maddəsində Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin göstərilməsi və həmin subyektlərin sırasında qaçqın statusu olan şəxslərin olmaması bir daha ona dəlalət edir ki, qaçqın statusu olan şəxslərə yaşamaq üçün verilən icazə daimi xarakter daşımır. 17.Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri: 18.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentinin ##.##.2005-ci il tarixli, QS-*** saylı Qərarı ilə Iran Islam Respublikasının vətəndaşı olan X3 “qaçqın” statusu verilmişdir. Ona təqdim edilən Qaçqın Vəsiqəsi sonuncu dəfə ##.##.2024-cü il tarixdə verilmişdir və ##.##.2026-cı il tarixədək etibarlıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il ## ### tarixli Qanununun 12-ci maddəsinin 3-cü hissəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ** saylı Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunan X1 ##.##.2015-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. TSEK diaqnozu: arterial hipertenziya II dərəcə QDÇ II dərəcə, Əlilliyin müəyyən olunması meyarı: 2.2.Ikinci dərəcə əlillik – Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (Abşeron) ##.##.2015-ci il tarixli, ** №-li qərarı ilə X1 II qrup əlil kimi ##.##.2014-cü il tarixdən ##.##.2016-cı il tarixədək aylıq 50 manat məbləğində sosial müavinət təyin olunmuşdur. Müavinət miqdarının dəyişdirilməsi haqqında ##.##.2016-cı il tarixli Sərəncam ilə X1 ##.##.2016-cı il tarixdən ##.##.2020-ci il tarixədək II qrup əlil kimi aylıq 55 manat məbləğində müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının Sosial müavinətin təyinatı üzrə ##.##.2020-ci il tarixli, **** №-li qərarı ilə, Mahdavi Hasan Firuza ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək II qrup əlilliyə görə aylıq 130 manat məbləğində müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının Sosial müavinətin təyinatı üzrə ##.##.2020-ci il tarixli, **** №-li qərarı ilə Mahdavi Hasan Firuza ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək II qrup əlilliyə görə aylıq 130 manat məbləğində müavinət təyin edilmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
19.“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunu: Maddə 6. Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: ...dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq. Qaçqın statusu almış şəxs Azərbaycan Respublikasının qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlarından istifadə edir və vəzifələri daşıyır. Maddə 12. ....Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Maddə 14. .....qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla) qaçqın statusu itirilir. Maddə 16. ....qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur.
20.Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası: Bənd 3. “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. Qaçqın statusu almış şəxslər haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir. Bənd 5. Şəxsin “Qaçqın” statusu verilməsi haqqında vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə, 24 saat ərzində ona və ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindən vəsatətə baxılan müddətədək şəxsiyyətini təsdiq edən xüsusi formada hazırlanmış müvəqqəti şəhadətnamə təqdim edilir.
21.“Sosial müavinətlər haqqında” Qanun: Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda.
22.Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs. 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs. 4.3. Azərbaycan Respublikasında qaçqın statusunun verilməsi, qaçqın statusunun itirilməsi, qaçqın statusundan məhrum etmə, habelə qaçqın statusu almış şəxslərə verilən sənədlər və həmin şəxslərin hüquqi vəziyyətinin əsasları müvafiq qanunla tənzimlənir
23.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
24.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 25.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 28.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyə görə müavinətin bərpa olunması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 29.Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 30.Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan şəxs dedikdə, qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs başa düşülür. Normanın məzmunundan göründüyü kimi, qanunverici daimi yaşama statusunu yalnız müvafiq qaydada verilmiş daimi yaşamaq icazəsi ilə əlaqələndirmiş, qaçqın statusu həmin anlayışa daxil edilməmişdir. 31.Iş materialları ilə müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikasında qaçqın statusu verilmiş və bu statusu təsdiq edən qaçqın vəsiqəsi təqdim edilmişdir. Lakin iddiaçı Azərbaycan Respublikasında uzun zaman daimi yaşamasına istinad edərək ona uzun illər əlilliyi ilə bağlı verilmiş sosial müavinətin dayandırılmasını qanunsuz hesab edir və onun bərpasına nail olmaq istəyir. 32.Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, qaçqın statusunu almış şəxslər həm də daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin olunmalı olan şəxslər sayılmır. Nəzərə alınmalıdır ki, qaçqın vəsiqəsi şəxsin Azərbaycan Respublikasının ərazisində qanuni qalmasını və şəxsiyyətini təsdiq edən sənəd olsa da, hüquqi mahiyyətinə görə daimi yaşamaq üçün icazə sənədini də əvəz etmir. 33.Bu barədə xüsusilə qeyd olunur ki, qaçqın statusu "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanunun müddəalarına uyğun olaraq müəyyən hallarda itirilə və ya ona xitam verilə bilər. Yəni, bu status öz təbiəti etibarilə şəxsə müvafiq ölkədə daimi yaşama icazəsi haqqını da qazandırmır.
34. Belə olan halda iddiaçı “Sosial müavinətlər haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi olmadığı üçün onun Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinəti almaq hüququ olmamışdır. 35.Bildirilir ki, daimi yaşamaq üçün icazə sənədini almaqla bağlı qanunvericilikdə ayrıca icraat qaydası müəyyən edilmiş və yalnız qanunda nəzərdə tutulmuş əsasların mövcud olduğu halda həmin sənədin verilməsi mümkündür. Odur ki, daimi icazə sənədinin verilməsi ayrıca bir icraatın nəticəsi olduğu halda hazırkı işdə iddiaçının belə bir icraatın iştirakçısı olduğu və həmin daimi yaşama icazəsini alan şəxs olduğu müəyyən olunmadığı üçün ona uzun illər əlilliyi ilə bağlı verilmiş sosial müavinətin dayandırılması barədə cavabdeh qurumun hərəkəti qanuni olmuşdur. 36.Bununla yanaşı, iddiaçıya əvvəlki illərdə sosial müavinətin təyin olunaraq ödənilməsi sonradan da onun həmin hüquqa malik olması barədə müstəqil hüquqi əsas yaratmır. Inzibati orqanın əvvəlki dövrdə yol verdiyi hüquqi qiymətləndirmə səhvi qanunun tələblərinə zidd ödənişlərin davam etdirilməsi üçün əsas hesab edilə bilməz. Sosial təminat sahəsində hüquqlar yalnız qanunda nəzərdə tutulmuş şərtlər mövcud olduqda yarandığı üçün inzibati orqanın əvvəlki səhv hesab etdiyi qərarları sonrakı dövr üçün də mütləq hüquqi nəticə doğurmamalıdır. 37.Beləliklə, iddiaçının yalnız qaçqın vəsiqəsinə malik olması onun Azərbaycan Respublikasında həm də daimi yaşayan şəxs kimi qiymətləndirilməsi üçün yetərli olmadığından cavabdehin ona verdiyi sosial müavinəti bərpa etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. 38.Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 39.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.