Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-290/2026 15.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “X2 Sanayi ve Ticaret” Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin pozulması; Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı “X2 Sanayi ve Ticaret” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2020-ci il tarixli **************** nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama nəticəsində ##.##.2021-ci il tarixli *************** nömrəli akt tərtib edilmişdir.
2. ##.##.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. 3.Həmin qərara əsasən iddiaçı tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə 88.004,50 manat, 2018-ci ilin mənfəət vergisi üzrə 15.997,92 manat, 2017-ci ilin ƏDV üzrə 463.505,15 manat, 2018-ci ilin ƏDV üzrə 88.932,14 manat, 2019-cu ilin ƏDV üzrə 4844.97 manat, 2020-ci ilin ƏDV üzrə 411.808,99 manat , 2018-ci ilin ödəmə mənbəyində vergisi üzrə 55.253,25 manat vergilərin azaldılması müəyyən edilmiş, nəticədə həmin məbləğlərin 50% məbləğində maliyyə sanksiyası, habelə vergi hesabatının və arayışının vaxtında təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 4.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. 5.Iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, yoxlama aktında yoxlamanın nəticəsi olaraq 2017 – 2019-cu illər üzrə ümumilikdə 104.002,42 manat əlavə olaraq mənfəət vergisi hesablanmış və 52.001,21 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aktda qeyd edilmiş əlavə vergi məbləğinin hesablanması ekspert rəyinə və Nazirlər Kabinetinin # #### 2001-ci il tarixli ** saylı qərarına əsaslanmışdır. Belə ki, yoxlama zamanı “Ekspertizanın təyin edilməsi haqqında” # ### 2021-ci il tarixli qərar çıxarılmış və “X1” MMC-nin nümayəndəsi ekspert kimi cəlb olunmuşdur. Ekspertə 26 avtonəqliyyat vasitəsinin siyahısı, 2 texnikanın alqı-satqı müqaviləsi təqdim edilmiş və ekspert tərəfindən real bazar qiymətlərinin müəyyənləşdirilməsi barədə ## ### 2021-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. Lakin bazar qiymətini müəyyən etmək üçün ekspert tərəfindən hazırlanmış ekspert rəyində qeyd olunan qiymətlər real bazar qiymətlərini əks etdirmir. Belə ki, ekspertiza rəyində qiymətlərin formalaşmasında mövcud bazarı əks etdirən mənbələrə istinad edilməmiş, avtonəqliyyat vasitələri və texnikaların texniki vəziyyətləri araşdırılmamış və nəticə etibarı ilə bazarda mövcud olmayan qiymətlər rəydə öz əksini tapmışdır. Beləliklə, yoxlama ilə bazar qiymətlərini özündə düzgün əks etdirməyən ekspert rəyinə əsasən 2017 – 2019-cu illər üzrə gəlir əsassız olaraq 220.964.89 manat şişirdilmişdir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin # #### 2001-ci il tarixli ** saylı qərarı vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında mənfəəti şərti üsullardan biri ilə müəyyən edilməsini tənzimləyir. Yoxlama aktında Nümayəndəliyin gəlirinin qarşılıqlı əlaqələri təsdiq edən sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmuşdur. Deməli, qarşılıqlı əlaqələri təsdiq edən sənədlər gəlirdən çıxılan xərclərin də müəyyən edilməsinə imkan verir. Nazirlər Kabinetinin həmin qərarının tətbiqi şərti hesablama üsulu olduğundan, belə halda onun tətbiqinə ehtiyac qalmır, yəni qarşılıqlı əlaqələri təsdiq edən sənədlər daha real xərclərin hesablanmasını əhatə edir. Lakin yoxlama aktında şərti hesablama düsturundan istifadə edilməklə əsassız olaraq ümumilikdə 104.002,42 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, yoxlama aktında yoxlama ilə əhatə olunan dövrdə 969.091.25 manat ƏDV-nin əlavə olaraq, 445.174.2 manat ƏDV-nin artıq hesablanması müəyyən olunmuş və nəticədə 523.917,05 manat ƏDV əlavə vəsait kimi hesablanmışdır. Yol verilmiş pozuntuya görə 484.545,64 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Aktda yoxlanılan dövr üzrə 22 avtonəqliyyat vasitəsinin, 2 texnikanın satış dəyəri ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə götürülərək, əsassız olaraq ümumilikdə 115.361,80 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, yoxlama zamanı “X1” MMC-nin nümayəndəsinə (ekspertinə) 26 avtonəqliyyat vasitəsinin siyahısı, 2 texnikanın alqı-satqı müqaviləsi təqdim edilmiş və ekspert tərəfindən real bazar qiymətlərinə dair ## ### 2021-ci il tarixli rəy tərtib edilmişdir. Lakin həmin ekspert rəyində qeyd olunan qiymətlər real bazar qiymətlərini əks etdirmir. Belə ki, həmin ekspertiza rəyində qiymətlərin formalaşmasında mövcud bazarı əks etdirən mənbələrə istinad edilməmiş, avtonəqliyyat vasitələri və texnikaların texniki vəziyyətləri araşdırılmamış və nəticə etibarı ilə bazarda mövcud olmayan qiymətlər rəydə öz əksini tapmışdır. Beləliklə, yoxlama ilə bazar qiymətlərini özündə düzgün əks etdirməyən ekspert rəyinə əsasən yoxlanılan dövrdə əsassız olaraq əlavə ƏDV məbləği hesablanmışdır. Yoxlama aktında 2020-ci ilin oktyabr ayı üzrə 2.287.872,7 manat mal qalığı üzrə 411.808,99 manat vergi hesablanması və 205.904,49 manat maliyyə sanksiyasının tətbiq edilməsi qeyd edilmişdir. Bununla əlaqədar qeyd olunur ki, oktyabr ayında 2.287.872,7 manat mal qalığı mövcud olmamışdır. Yoxlama aktında bu rəqəmin necə hesablandığı barədə heç bir qeyd yoxdur. Bundan əlavə, Vergi Məcəlləsinin müddəalarına müvafiq mal qalığının əskik gəlməsinə görə vergi hesablanması üçün malın mövcudluğunun yoxlanılması barədə nəzarət tədbirləri görülməli və mal qalığının əskik gəlməsi faktı müvafiq qaydada rəsmiləşdirilməlidir. Yoxlama aktında isə, mənbəyi bəlli olmayan rəqəm mal qalığı kimi götürülərək əsassız vergi məbləği hesablanmışdır. Aktda qeyd edilir ki, “xxxx” ASC-dən daxil olan sənədlərə əsəsən Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə 2.473.333.63 manat ödəniş işlər təhvil verildikdən 30 gün keçdikdən sonra, yəni ## ###### 2017-ci il tarixdə bank hesabına daxil olduğuna görə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama aktında bu hal pozuntu kimi qəbul edilərək, 222.600,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məlumdur ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Məcəllənin 135-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Nümayəndəlik “xxxx” ASC ilə uzunmüddətli müqavilə bağlamış və bu müqavilədə nəzərdə tutulan işlərin görülməsinin tam başa çatdığı vaxtadək aparılan ödənişlər Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq olaraq ayrıca əməliyyat kimi nəzərə alınmalıdır. Lakin yoxlama ilə Vergi Məcəlləsinin tələbləri pozularaq əsassız maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı Nümayəndəlik tərəfindən Türkiyədə yerləşən Atina Muhendislik Inşaat Sanayi ve Ticaret Anonim Sirketinə alınmış mallar üçün ödənilmiş 552.532.5 manat baş ofisə (qeyrirezidentə) dividend ödənilməsi kimi qəbul edilərək, 10% dərəcə ilə 55.253,25 manat ödəmə mənbəyindən tutulan vergi hesablanmış və 27.626.63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X4 Muhendislik Inşaat Sanayi ve Ticaret Anonim Sirketi ilə mal alışına görə müqavilə bağlamış, alınmış mallar Azərbaycan sərhədini keçdikdə Dövlət Gömrük Komitəsi tərəfindən yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və malların dəyəri ödənildikdə bank tərəfindən ödəniş sənədində təyinat mal alışı kimi göstərilmişdir. Lakin yoxlama zamanı rəsmi dövlət orqanlarının sənədləri nəzərə alınmamış, hətta sənədlər şübhə altına alınaraq, şəxsi mülahizəyə əsasən tam əsassız olaraq əlavə 55.253,25 manat vergi və 27.626,63 manat maliyyə sanksiyası hesablanmışdır. 6.Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən vergilərin yayındırılması halları müəyyən edilmişdir. Belə ki, “xxxx” ASC-dən daxil olan sənədlərə əsasən Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə ## ###### 2017-ci il tarixdə bank hesabına 2.473.333,63 manat (10% tutulmanın ödənişi) daxil olmuşdur. DIN BDYPI-dən daxil olan sənədlərə əsasən 2017-ci ildə 7 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2017-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 204.000 manat müəyyyən edilmişdir (ƏDV çıxılmaqla 172.881 manat). 2017-ci il üzrə malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən ümumi gəlir 2.646.214,63 manat (o cümlədən, işlərin görülməsindən (Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri) gəlir 2.473.333,63 manat, malların (DYP-dən alınmış məlumata əsasən 2017-ci ildə satılmış, lakin bəyannamələrə salınmamış nəqliyyat vasitələrinin ekspert tərəfindən müəyyən edilən dəyərinin ƏDV-siz hissəsi) təqdim edilməsindən gəlir 172.881 manat), məzənnə fərqindən mənfi fərq 1.013.27 manat müəyyən edilmişdir. 2017-ci il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edilmiş 2.386.606,26 xammal və materiallar xərci yoxlama ilə təsdiqini tapmadığınndan, mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Nazirlər Kabinetinin # #### 2001-ci il tarixli ** saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən 2017-cı ildə müəssisənin hesablama metodu ilə malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən 2.646.214,63 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti hesablanmışdır. Bundan əlavə, Yoxlamaya 2018-ci il üzrə qarşılıqlı əlaqələrə dair sənədlər daxil olmuşdur. DIN BDYPIdən daxil olan sənədlərə əsasən 2018-ci ildə 19 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 558.000 manat müəyyyən edilmişdir (ƏDV çıxılmaqla 472.881 manat). Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən dekabr 2018-ci ildə 1 ədəd ekskovator (Komatsu PC-27019) 25.000 manata (ƏDV çıxılmaqla 21.186,45 manat) satılmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 21.186,44 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı xərclərdə təqdim edilmiş əsas vəsaitlərin dəyəri isə 41.196,85 manat hesablanmışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış ekskovatorun dəyəri 50.000 manat (ƏDV çıxılmaqla 42.372.88 manat) müəyyən edilmişdir. Yoxlama ilə ekskovatorun satışından mənfəət 1.176,03 (42.372,88 – 41.196,85) manat müəyyən edilmişdir. DIN BDYPI-dən daxil olan sənədlərə əsasən təqdim edilmiş nəqliyyat vasitələri üzrə vergi ödəyicisi tərəfindən həmin nəqliyyat vasitələrinin satış və qalıq dəyəri barədə heç bir sənəd və ya məlumat verilməmişdir. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi 558.000 manat (ƏDV çıxılmaqla 472.881 manat) müəyyyən edilmişdir. Lakin satılmış nəqliyyat vasitələrinin qalıq dəyəri barədə məlumat olmadığına görə həmin satış üzrə mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Nazirlər Kabinetinin # #### 2001-ci il tarixli ** saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən 2018-cı ildə müəssisənin nəqliyyat vasitələrinin təqdim edilməsindən gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti hesablanmışdır. Mənfəət vergisi ilə bağlı iddiaçı iddia ərizəsində Nazirlər Kabinetinin # #### 2001-ci il tarixli ** saylı qərarına əsasən hesablamaların qanunauyğun olmadığını, xərclərin qarşılıqlı sənədlərlə müəyyən olunduğunu bildirsə də, vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlər təqdim edilməmiş, yoxlama ilə də xərcləri təsdiq edən hər hansı sənəd və ya məlumat aşkar edilməmiş, bu səbəbdən vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Bundan əlavə, yoxlama ilə əhatə olunan # ###### 2017ci il tarixdən # ###### 2020-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergi qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. Belə ki, “xxxx” ASC-dən daxil olan sənədlərə əsasən Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə ödəniş 30 gün keçdikdən sonra başa çatdığına görə (## ###### 2017-ci il tarixdə bank hesabına 2.473.333,63 manat daxil olduğundan) Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin məbləğ 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. DIN BDYPI-dən daxil olan sənədlərə əsasən 2017-ci ildə cəmi 7 ədəd minik avtomobili, o cümlədən yoxlama ilə əhatə olunan dövrdə, yəni ## ###### 2017-ci il tarixdə 3 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2017-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 204.000 manat (ƏDV çıxılmaqla 172.881 manat), o cümlədən yoxlama ilə əhatə olunan dövrdə, yəni ## ###### 2017-ci il tarixdə satılmış 3 ədəd minik avtomobilinin dəyəri cəmi ƏDV ilə 120.000 manat (ƏDV çıxılmaqla 101.695 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 101.695 manat məbləğdə 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməli ƏDV 0 manat müəyyən edilmiş, dekabr ayı üzrə ƏDV bəyannaməsində isə, 37.645,41 manat artıq əvəzləşmə aparılması aşkar edilmişdir, o cümlədən “xxxx” MMC-nin ## ###### 2017-ci il tarixli HR *****-***** nömrəli VHF-lar üzrə “xxxx” ASC-də müvafiq hesab üzrə cəmi 209.000 manat malın dəyərinin ödənişi # ###### 2018-ci il tarixdə başa çatdığına görə cəmi 37.620 manat ƏDV əvəzləşməsi 2017-ci ilin dekabr ayında deyil 2018-ci ilin yanvar ayında aparılmalıdır. “xxxx” MMC-nin HQ ****** nömrəli və HQ ****** nömrəli VHF-lər üzrə xidmətin dəyərinin bank hesabı üzrə ödənişi aşkar olunmadığına görə 25,41 manat ƏDV əvəzləşdirilə bilməz. Yoxlama ilə 2017-ci ilin noyabr ayı üzrə 2.575.028,63 (2.473.333,63 + 101.695) manat dövriyyə üzrə 463.505,15 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 463.505,15 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 463.505,15 manat azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə 2017-ci ilin dekabr ayı üzrə 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 279.315,54 manat ƏDV məbləği çıxılmaqla büdcədən qaytarılan məbləğ 279.315,54 manat hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 407.554,2 manat (bəyannamə üzrə 128.238,66 + yoxlama üzrə 279.315,54 manat) artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 37.620 manat az əvəzləşmə aparılması aşkar edilmişdir, o cümlədən “xxxx” MMC-nin ## ###### 2017-ci il tarixli HR *****-***** nömrəli VHF-lər üzrə “xxxx” ASC-də müvafiq hesab üzrə cəmi 209.000 manat malın dəyərinin ödənişi # ###### 2018-ci il tarixdə başa çatdığına görə cəmi 37.620 manat ƏDV əvəzləşməsi 2018-ci ilin yanvar ayında büdcədən qaytarılan məbləğ kimi hesablanmalıdır. Nəticədə 2018-ci ilin yanvar ayında ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 37.620 manat artıq hesablanması müəyyən olunmuşdur. 2018ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmışdır. DIN BDYPI-dən daxil olan sənədlərə əsasən 2018-ci ilin fevral ayında 19 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 558.000 manat (ƏDV çıxılmaqla 472.881 manat) müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 472.881 manat məbləğ 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 472.881 manat dövriyyə üzrə 85.118,58 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 85.118,58 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 85.118.58 manat azaldılması müəyyən olunmuşdur. 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində 21.186,44 manat dövriyyə üzrə 3.813,56 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 2,7 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 3.810,86 manat vergi hesablanmışdır. Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 2018-ci ilin dekabr ayında 1 ədəd ekskovator (Komatsu PC-27019) satılmışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış ekskovatorun dəyəri 50.000 manat (ƏDV çıxılmaqla 423.72,88 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 42.372,88 manat məbləğ 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində 42.372,88 manat dövriyyə üzrə 7.627,12 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 2,7 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 7.624,,42 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3.813,56 (3.810,86 – 7.624,42) manat azaldılması müəyyən olunmuşdur. 2019cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 23.950 manat dövriyyə üzrə 4.311 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0,38 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 4.310,62 manat vergi hesablanmışdır. Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 2019-cu ilin fevral ayında 1 ədəd ekskovator (tamdönərli CAT 330DL) satılmışdır. Ekspert tərəfindən 2019-cu ildə satılmış ekskovatorun dəyəri 60.000 manat (ƏDV çıxılmaqla 50.847,46 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 50.847,46 manat məbləğ 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 50.847,46 manat dövriyyə üzrə 9.152,54 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0,38 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 8.152,16 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4.841,54 (4.310,62 – 9.152,16) manat azaldılması müəyyən olunmuşdur. 2019- cu ilin aprel – sentyabr, noyabr və dekabr ayları üzrə “xxxx” MMC-nin vergi hesab-fakturaları üzrə xidmətin dəyərinin bank hesabı üzrə ödənişi aşkar olunmadığına müvafiq məbləğlər əvəzləşdirilə bilməz. Araşdırma zamanı iddiaçı tərəfindən 2016-cı ildə 3.379.992,76 manat məbləğində malın alındığı, 1.153.260,54 manat silindiyi, yoxlama dövrünə aid olan 2017-ci ilin əvvəlinə 2.226.732,22 manat mal qalığının olduğu müəyyən edilmişdir. 2017-ci ildə 1.763.478,02 manat məbləğində malın alındığı, 1.702.382,54 manat məbləğində malın silindiyi müəyyən edilmiş, 2017-ci ilin sonuna 2.287.827,7 (2.226.732,22 + 1.763.478,02 – 1.702.382,54) manat məbləğində mal qalığının mövcud olmalı olduğu aşkar edilmişdir. Nümayəndəliyin fəaliyyəti ## ###### 2020-ci il tarixdən ## ###### 2025-ci il tarixədək dayandırılmışdır. Yoxlama zamanı Nümayəndəliyin ünvan 1 ünvanına baxış keçirilmiş və Nümayəndəliyinin ofisi, obyekti, anbarı və mal qalığı aşkar olunmamış, # ###### 2020-ci il tarixə müəyyən edilmiş mal qalığı Vergi Məcəlləsinin 67.15 və 159.5-cı maddəsi üzrə yoxlama dövrünün sonuncu ayında vergiyə cəlb olunmalıdır. 2020-ci ilin oktyabr ayı üzrə 2.287.827,7 manat mal qalığı üzrə 411.808,99 manat vergi hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövrdə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən cəmi 969.091,25 manat azaldılması və 445.174,2 manat artıq hesablanması müəyyən olunmuşdur. Nəticədə ƏDV üzrə 523.917,05 (969.091,25 – 4451.74.2) manat əlavə vəsait müəyyən olunmuşdur. Iddiaçı 2017-ci ilin noyabr ayı üçün hesablanmış maliyyə sanksiyasının əsassız olduğunu, Vergi Məcəlləsinin 135-ci maddəsinə istinad edərək gəlirin onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayıldığını bildirir. Iddiaçının isitnad etdiyi Vergi Məcəlləsinin 135-ci maddəsi gəlir və mənfəət vergisi məqsədləri üçün istifadə edilə bilər. ƏDV üzrə isə, vergi tutulan əməliyyatın vaxtı Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 2017-ci ildə qüvvədə olan redaksiyasının 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bundan əlavə, alınmış mal (alınmış arac makina ekipman üçün ödəniş) adı ilə # ###### 2018-ci il tarixdə “xxxx” ASC-də müvafiq hesabdan xaricə – təsisçi Atinak Muhendislik Inşaat ve Ticaret Anonim Şirketinə ödənilmiş 552.532,5 manat məbləğdə mal alınması müəyyən olunmadığına və nəticədə ödənilmə təyinatının təhrif olunduğuna görə 2017-ci ilin əvvəlinə qalıq olan 362.464 manat xalis mənfəət və 2017-ci il üzrə yoxlama ilə müəyyən olunmuş 352.018,02 manat xalis mənfəət üzrə cəmi 714.482,02 manat xalis mənfəətin bir hissəsinin xaricdəki baş öfisə (qeyri-rezidentə) dividend kimi ötürülməsi kimi qəbul edilmiş və yoxlama ilə Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən 55.253,25 manat (10%) ödəmə mənbəyindən vergi hesablanmışdır. 7. 8.Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## #### 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilərək, cavabdehin # #### 2021-ci il tarixli **************** nömrəli qərarı “103.427,11 manat ƏDV və 22.581,60 manat mənfəət vergisinin hesablanması, bu vergi məbləğlərinə görə 50% miqdarında maliyyə sanksiyalarının və bəyannamələrin təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiqi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmişdir. 9.Məhkəmə qeyd etmişdir ki: 9.1. Məhkəmə icraatının gedişində keçirilmiş məhkəmə ekspertizasının nəticələri üzrə səlahiyyətli orqanın (Məhkəmə Ekspertiza Mərkəsinin) eksperti tərəfindən məhkəməyə təqdim olunmuş ## ###### 2023-cü il tarixli */**** nömrəli rəyində göstərilmişdir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlaması zamanı toplanmış qarşlıqlı əlaqəli sənədlər vergi ödəyicisi kimi hazırkı iddiaçının yoxlanılan dövrdə mənfəətini, o cümlədən gəlir və gəlirdən çıxılan xərclərini müəyyənləşdirmək imkanı verir. Hazırkı məhkəmə icraatında ## ####### 2022-ci il tarixli məhkəmə qərardadı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ## ###### 2023-cü il tarixli */**** nömrəli ekspertiza rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının müvafiq dövr üzrə gəlirləri və gəlirdən çıxılan xərcləri sənədlərlə müəyyən edildiyindən, onun mənfəətinin Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinadən hesablanması əsassızdır. 9.2. Yoxlama zamanı iddiaçının satdığı, yəni təqdim etdiyi avtonəqliyyat və texniki vasitələrin bir qisminin dəyərini təsdiqləyən sənədlər mövcud olduğu halda, vergi orqanının təşəbbüsü ilə keçirilmiş ekspertizanın nəticələrinə dair “X1” MMC-dən alınmış rəydə mövcud sənədlər nəzərə alınmadan bütün avtonəqliyyat və texniki vasitələrinin bazar qiymətləri müəyyənləşdirilmişdir. Məhkəmə ekspertizasının nəticələrinə dair rəydə isə, həmin vasitələrin satış sənədlərindəki qiymətlər əsas götürülərək vergi məbləğləri hesablanmışdır. Nəzərə alnmalıdır ki, iddiaçının mal satışını həyata keçirdiyi qurum Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi olmuşdur və malların satışı elektron qaimə fakturalar əsasında həyata keçirilmişdir və məhkəmə ekspertizasının rəyində də həmin qiymətlər əsas görürülməklə dövriyyə və vergi məbləğləri hesablanmışdır. Vergi yoxlaması zamanı “X1” MMC-dən alınmış ## ### 2021-ci il tarixli rəyə gəldikdə isə, həmin rəy mötəbər mənbələrə istinad olunmadan, ümumi sözlərlə formal şəkildə əsaslandırılmış kimi qiymətləndirilməlidir. Həmin rəy əsasında mənfəət vergisi və ƏDV hesablanması isə qanuni sayıla bilməz. 9.3. Yoxlama zamanı iddaçının müvafiq dövr üzrə fəaliyyəti çərçivəsində onun bəyan etdiyi xərc sənədlərinin mötəbər qəbul edilmədiyi və bununla əlaqədar şərti rentabellik qaydasında mənfəətinin hesablandığı halda, mal qalığının məbləğinin müəyyən edilməsi məntiqi və real görünmür. Iddiaçının müvafiq dövr üzrə xərc sənədləri nəzərə alındığı halda, onun mal qalığının hesablanması mümkün ola bilər. Odur ki, məhkəmə cavabehin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçıya mal qalığının hesablanması həm tutarlı süburlarla təsdiqlənmir, həm də vergi orqanının digər istinadları ilə ziddiyyət təşkil edir. Həmin xüsusatla bağlı iddiaçıya hesablanmış ƏDV məbləği və həmin məbləğə görə tətbiq edilmiş 50% miqdarında maliyyə sanksiyası, eləcə də bəyannamənin təqdim edilməməsinə görə VM-in 57.1-ci maddəsi üzrə 40 manar maliyyə sanksiyasının tətbiqi qanunsuzdur. 9.4. Vergi orqanı yoxlama zamanı 2017-ci ilin noyabr ayı üzrə hesabladığı ƏDV məbləğini həmin dövr üzrə iddiaçı tərəfindən görülmüş işlərin təqdim edilməsi, daha dəqiq desək təhvil verilməsi ilə əsaslandırır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının gördüyü müvafiq işlər uzun müddətli müqavilə əsasında həyata keçirilmişdir və müqavilədə nəzərdə tutulan işlər tamamlandıqdan sonra onlar təhvil verilmiş sayılır. Odur ki, vergi orqanının iddiaçıya 2017-ci ilin noyabr ayı üzrə bu əməliyyata görə 445.200,05 manat ƏDV hesablaması əsassızdır. Əməliyyatın dəyəri 2017-ci ilin dekabr ayında iddiaçıya ödənildiyindən, həmin vergi məbləğini o, vergi orqanına qeyd olunan dövr (dekabr ayı) üzə özü bəyan etmişdir. 9.5. Iddiaçının 2018-ci ilin İ rübü üzrə qeyri-rezident kimi özünün xarici ölkədəki baş təşkilatına (ofisinə) malları alışı ilə bağlı ödədiyi məbləğlər və bunun müqabilində aldığı mallar müvafiq bank və gömrük orqanlarının bəyannamələri ilə təsdiqləndiyi halda, vergi orqanı bu sənədlərin mötəbərliyini tutarlı əsas olmadan şübhə altına alaraq, ehtimallara istinadən bu əməliyyatı “qeyri-rezidentə divident ödənişi” kimi qiymətləndirilmiş və əsassız olaraq ödəmə mənbəyində tutulan vergi məbləğiyə cəlb etmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, iddiaçıya hesablanmış 2018- ci ilin 1-ci rübü üzrə ödəmə mənbəyində tutulan vergi və həmin məbləğə tətbiq edilmiş 50% maliyyə sanksiyasının, eləcə də bəyannamənin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsi üzrə 40 manat maliyyə sanksiyasının tətbiqi əsassızdır. 9.6. Cavabdeh inzibati orqanın (vergi orqanının) # #### 2021-ci il tarixli **************** nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 15.2, 23, 59, 57, 62-ci maddələrinə və IPM-in 38.1-ci maddəsinə (maliyyə sanksiayaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. 9.7. Beləliklə, məhkəmə icraatında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış və sübut kimi mötəbər qiymətləndirilmiş ## ###### 2023-cü il tarixli */**** nömrəli rəydə iddiaçının səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə apardığı əməliyyatlara görə 126.008,71 manat məbləğində vergilərin – ƏDV üzrə 103.427,11 manat, mənəfət vergisi üzrə 22.581,60 manat az hesablanması müəyyən edilmişdir. Məhkəmə ekspertin bu qənəati ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqanın # #### 2021-ci il tarixli **************** nömrəli qərarı həmin məbləğdə vergilərin hesablanması və müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna zidd olmamışdır. 10.Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 11.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Məmmədov və H.Ağalarov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuşdur.
12. Apelyasıya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki: 12.1. Birinci instansiya məhkəməsinin qərarı qəbul edilərkən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış və sübut kimi mötəbər qiymətləndirilmiş ##.##.2023- cü il tarixli */**** nömrəli ekspert rəyinin nəticəsinə uyğun iddia qismən təmin edilmişdir. Lakin, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış və işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, iddianın təmin edilmiş hissəsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılan zamanı Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(103)-162 /**** nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi yenidən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Inzibati iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025- ci il tarixli */** nömrəli ekspert rəyi verilmişdir. Rəyə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə “X3 Sanayi ve Ticaret” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vergidən yayındırdığı məbləğin ƏDV üzrə 103427,11 manat, mənfəət vergisi üzrə isə 22581,60 manat olduğu müəyyən olunmuşdur. Iş materiallarında olan sənədlərdən göründüyü kimi, “X3 Sanayi ve Ticaret” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iddia tələbi ilə bağlı məhkəmələrin ##.##.2022-ci il tarixli 2-1(112)- ****/**** nömrəli və ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadları ilə ekspert qarşısına qoyulmuş suallar eyni məzmunlu olmuşdur. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli 9 /** nömrəli ekspert rəyinin tədqiqat prosesinin təsviri və nəticə hissələrindən göründüyü kimi, əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ekspert qarşısında qoyulmuş suallar üzrə ekspert heç bir əlavə araşdırma aparmamış, hazırkı iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi üzrə verilmiş ##.##.2023-cü il tarixli */**** nömrəli ekspert rəyinin tədqiqat prosesinin təsviri və nəticə hissələrini olduğu kimi ##.##.2025-ci il tarixli rəyə köçürməklə kifayətlənmişdir. Odur ki, hazırkı iş üzrə verilmiş və işin materiallarında olan ekspert rəyləri mötəbər sübut kimi qəbul edilə və hesablanmış vergi məbləğlərinin ləğv edilməsi üçün əsas ola bilməz. 12.2. “X2 Sanayi ve Ticaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. 12.3. Beləliklə, müəyyən olunur ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün zəruri olan halları nəzərə almamış, işin faktiki hallarına uyğun olmayan ekspert rəyini mötəbər sübut kimi qəbul etməklə iddianın qismən təmin edilməsi hissəsi üzrə düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab etmişdir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı iddianın təmin edilmiş hissəsində qanuni və əsaslı deyildir. Odur ki, həmin hissədə qərar ləğv edilməli və iddia təmin edilməməlidir. 13.Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 14.Kassasiya şikayətində iddiaçı işin hallarına, iddia ərizəsindəki dəlillərə istinad etmiş, əlavə olaraq aşağıdakıları qeyd etmişdir. Iddiaçı şikayətində mübahisələndirilən qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirərək, apellyasiya instansiyası məhkəməsinin vergi orqanının hesablamalarını və dəlillərini lazımi qaydada yoxlamadan iddianı rədd etdiyini göstərmişdir. Belə ki, kassator mənfəət vergisi üzrə əlavə hesablamanı mübahisələndirərək bildirmişdir ki, vergi orqanı 2017–2019-cu illər üzrə ümumilikdə 220.964,89 manat mənfəət vergisi hesablayarkən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan şərti rentabellik metodunu əsassız tətbiq etmişdir. Kassatorun mövqeyinə görə, vergi orqanı bu metoda yalnız vergitutma obyektini və vergitutma bazasını birbaşa müəyyən etmək mümkün olmadıqda müraciət edə bilərdi. Halbuki hazırkı halda iddiaçının həm gəlirlərinə, həm də təsərrüfat fəaliyyəti ilə bağlı xərclərinə dair sənədlər mövcud olmuş və həmin sənədlər yoxlama zamanı vergi orqanına təqdim edilmişdir. Bundan əlavə, kassator səyyar vergi yoxlaması zamanı nəqliyyat vasitələrinin satış qiymətlərinin müəyyən edilməsində istifadə edilmiş ekspert rəyinin mötəbərliyini mübahisələndirmişdir. Onun bildirdiyinə görə, ekspert tərəfindən 26 nəqliyyat vasitəsinin siyahısı əsasında aparılmış qiymətləndirmə real bazar qiymətlərini əks etdirmir, ekspertiza zamanı mövcud bazar məlumatlarından istifadə edilməmiş, avtomobillərin texniki vəziyyəti və digər fərdi xüsusiyyətləri araşdırılmamış, faktiki olaraq bazarda mövcud olmayan qiymətlər formalaşdırılmışdır. Həmin qiymətlər əsasında isə dövriyyənin müəyyən edilməsi və əlavə mənfəət vergisi və ƏDV hesablanması qanunsuzdur. Bundan əlavə, cavabdeh bazar qiyməti əsasında nəqliyyat vasitələrinin qiymətini müəyyən etsə də, ümumiyyətlə bazar qiymətinin tətbiqinə, yəni tərəflərin qarşılıqlı əməliyyatda müəyyən etdiyi qiyməti şübhəyə salmağa əsaslar olmamışdır. Bundan əlavə, səyyar vergi yoxlaması aktında mal qalığı ilə bağlı qeyd edilənlər reallığı əks etdirmir. Mal qalığı barədə məlumatların necə əldə edildiyi və əskik gələn malların həcminin necə müəyyən edildiyi aydın deyil. Digər tərəfdən, malın mövcud olubolmaması ilə bağlı əlavə nəzarət tədbirləri də həyata keçirilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
15.Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər (HYPERLINK "https://e-qanun.az/framework/53080" \o "Azərbaycan Respublikasının # ###### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanunu"# ###### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə ikinci halda “qurtardıqdan sonra” sözlərindən sonra “(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri əlavə edilmişdir) Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir (HYPERLINK "http://eqanun.az/framework/44014" \o "Azərbaycan Respublikasının ## ###### 2019-cu il tarixli ****-VQD nömrəli Qanunu"## ###### 2019-cu il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir).
16.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
17.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
19.Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. 20.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 21.Hazırkı iş üzrə iddiaçı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarını mübahisələndirir ki, həmin qərara əsasən iddiaçı tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə 88.004,50 manat, 2018-ci ilin mənfəət vergisi üzrə 15.997,92 manat, 2017-ci ilin ƏDV üzrə 463.505,15 manat, 2018-ci ilin ƏDV üzrə 88.932,14 manat, 2019-cu ilin ƏDV üzrə 4844.97 manat, 2020-ci ilin ƏDV üzrə 411.808,99 manat , 2018-ci ilin ödəmə mənbəyində vergisi üzrə 55.253,25 manat vergilərin azaldılması müəyyən edilmiş, nəticədə həmin məbləğlərin 50% məbləğində maliyyə sanksiyası, habelə vergi hesabatının və arayışının vaxtında təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 22.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərarın qanuniliyinə qiymət verilərkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri nəzərə alınmamışdır.
Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddət və bu müddəanın hazırkı işin hallarına tətbiqi
23. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin zamana görə tətbiqi məsələsi həll edilərkən, ilk növbədə, həmin normanın hüquqi təbiəti və tənzimlədiyi münasibətin mahiyyəti müəyyən edilməlidir. Sözügedən norma yalnız vergi yoxlamasının həyata keçirilməsinin prosessual qaydasını müəyyən etmir, vergi orqanının keçmiş hesabat dövrlərinə münasibətdə vergi, faiz və maliyyə sanksiyası hesablamaq və yenidən hesablamaq səlahiyyətinin zaman sərhədlərini müəyyən edir. Başqa sözlə, norma bir tərəfdən vergi orqanına müəyyən müddət ərzində əlavə vergi öhdəliyi müəyyən etmək imkanı verir, digər tərəfdən isə həmin müddət başa çatdıqdan sonra vergi ödəyicisinin keçmiş hesabat dövrünə münasibətdə əlavə vergi öhdəliyinə məruz qalmasının qarşısını alan zaman təminatı yaradır. 24.Vergi Məcəlləsinin 85.4-cü maddəsinin 2019-cu il ## ###### tarixli ****-VQD nömrəli Qanunla dəyişiklik edilməzdən əvvəlki redaksiyasına əsasən (Qanun ##.##.2020-ci ildən qüvvəyə minmişdir), vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malik idilər. Həmin normada istifadə edilən “vergini, faizləri və maliyyə sanksiyasını hesablamaq” ifadəsi yalnız vergi yoxlaması çərçivəsində müvafiq riyazi hesablamaların aparılması və ya yoxlama materiallarında müəyyən məbləğin göstərilməsi kimi başa düşülə bilməz. Vergi yoxlaması zamanı müəyyən edilmiş əlavə vergi öhdəliyi, faiz və maliyyə sanksiyası vergi ödəyicisi üçün hüquqi nəticə yalnız həmin yoxlamanın nəticələri üzrə səlahiyyətli vergi orqanının müvafiq qərarı ilə rəsmiləşdirildikdə doğurur. Bu baxımdan 85.4-cü maddədə nəzərdə tutulan “hesablamaq hüququ” vergi orqanının əlavə vergi öhdəliyini müəyyən etməsi və bunu vergi ödəyicisinə münasibətdə hüquqi nəticə doğuran qərarla rəsmiləşdirməsi səlahiyyətini ehtiva edir. Başqa sözlə, səyyar vergi yoxlamasının başlanması, yoxlama aktının tərtib edilməsi və ya yoxlama materiallarında müəyyən məbləğlərin hesablanması özüözlüyündə25. 85.4-cü maddənin mənasında vergi ödəyicisinin vergi, faiz və maliyyə sanksiyasının yekun şəkildə hesablanması kimi qiymətləndirilə bilməz. Bunlar vergi nəzarəti və məsuliyyətin müəyyən edilməsi prosesinin ayrı-ayrı mərhələləridir. Vergi ödəyicisinin üzərinə əlavə vergi öhdəliyinin qoyulması və maliyyə sanksiyasının tətbiqi isə həmin prosesin yekununda qəbul edilən müvafiq qərarla baş verir. Buna görə də 85.4cü maddədə müəyyən edilmiş üçillik müddət yalnız yoxlamanın bu müddət daxilində başlanmasını deyil, həmin müddət ərzində vergi orqanının hesablama səlahiyyətini həyata keçirərək müvafiq qərar qəbul etməsini tələb edirdi. 26.Normanın əvvəlki redaksiyasının mətnində qanunverici müddətin başlanğıcını konkret olaraq “vergiyə cəlb edilən hesabat dövrünün qurtarması” ilə, həmin müddət ərzində həyata keçirilməli olan səlahiyyəti isə verginin, faizlərin və maliyyə sanksiyasının “hesablanması” ilə əlaqələndirmişdi. Deməli, normanın mətnindən irəli gələn hüquqi nəticə ondan ibarət idi ki, müvafiq hesabat dövrünün başa çatmasından sonra üç il ərzində vergi ödəyicisinə münasibətdə əlavə hesablamanın hüquqi əsası yaradılmalı, yəni bununla bağlı səlahiyyətli orqanın yekun qərarı qəbul edilməli idi. Bu yanaşmada yoxlamanın hansı tarixdə başlanmasının müstəqil həlledici əhəmiyyəti yox idi. Məsələn, müvafiq hesabat dövrü üzrə üçillik müddətin başa çatmasına az müddət qalmış səyyar vergi yoxlamasının başlanması həmin müddətin axımını özlüyündə dayandırmır və ya onun sonunu daha sonrakı tarixə keçirmirdi. Əvvəlki redaksiyada belə hüquqi nəticə yaradan ayrıca qayda müəyyən edilmədiyindən, yoxlamanın üçillik müddət daxilində başlanması vergi orqanına həmin müddət başa çatdıqdan sonra qeyri-məhdud zaman ərzində əlavə vergi, faiz və maliyyə sanksiyası hesablamaq imkanı verən hal kimi şərh edilə bilməzdi.
27. Bununla yanaşı, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə ## ###### 2019-cu il tarixli ****-VQD nömrəli Qanunla yeni məzmunda ikinci abzas əlavə edilmiş və müəyyən olunmuşdur ki, bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. 28.Bu dəyişikliklə qanunverici 85.4-cü maddədə nəzərdə tutulan üçillik müddətin tətbiqi üçün əvvəlki hüquqi tənzimləmədə mövcud olmayan yeni meyar müəyyən etmişdir. Belə ki, əvvəlki redaksiyada üçillik müddətin başlanğıcı və sonu müvafiq vergi üzrə vergiyə cəlb edilən hesabat dövrünün başa çatdığı tarixə bağlanır və həmin müddət ərzində vergi orqanı tərəfindən vergi, faiz və maliyyə sanksiyasının hesablanması tələb olunurdusa, dəyişiklikdən sonra səyyar vergi yoxlamasının əhatə edə biləcəyi dövrün müəyyən edilməsində yoxlamanın keçirilməsi barədə qərarın qəbul edildiyi tarix ayrıca hüquqi əhəmiyyət kəsb etməyə başlamışdır. 29.Başqa sözlə, əvvəlki hüquqi tənzimləmədə əsas sual “müvafiq hesabat dövrünün başa çatmasından sonra üç il ərzində əlavə hesablama aparılıbmı?” olduğu halda, yeni tənzimləmə “müvafiq hesabat dövrünün başa çatmasından sonra üç il ərzində səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilibmi?” sualını ön plana çıxarmışdır. Əvvəlki və yeni hüquqi tənzimləmənin müqayisəsi onu göstərir ki, hər iki halda qanunvericinin müəyyən etdiyi zaman intervalı üç il olaraq qalsa da, bu üçillik müddət daxilində vergi orqanının hansı hüquqi hərəkəti həyata keçirməli olması dəyişmişdir. Məhz bu fərq 2019-cu ildə qanunvericiliyə edilmiş dəyişikliyin mahiyyətini və onun zamana görə tətbiqi məsələsini müəyyən edən əsas amildir. 30.Odur ki, bu dəyişiklik vergi ödəyicisinin hüquqi vəziyyətinə real təsir göstərir. Məsələn, müəyyən hesabat dövrü üzrə əvvəlki qaydaya əsasən üçillik müddət 2020-ci ildə başa çatırdısa, həmin tarixədək əlavə vergi, faiz və maliyyə sanksiyasını müəyyən edən qərar qəbul edilmədiyi halda vergi orqanının hesablama səlahiyyəti başa çatmış hesab edilməli idi. Yeni qaydanın tətbiqi zamanı isə həmin müddət başa çatmamış səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın qəbul edilməsi kifayət edir və yoxlamanın nəticələri üzrə məsuliyyət qərarının üçillik müddətdən sonra qəbul edilməsi özlüyündə həmin dövr üzrə əlavə hesablamanı istisna etmir. 31.Bu baxımdan növbəti sual meydana çıxır: səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar # ###### 2020-ci ildən sonra qəbul edilmiş, lakin yoxlamanın əhatə etdiyi vergi dövrləri # ###### 2020-ci ilədək olan dövrə aid olmuşdursa, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin hansı redaksiyası tətbiq edilməlidir? 32.Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın # ###### 2020-ci ildən sonra qəbul edilməsinə əsaslanaraq Vergi Məcəlləsinin 85.4-cü maddəsinin yeni redaksiyasının yoxlamanın əhatə etdiyi bütün əvvəlki hesabat dövrlərinə tətbiq edilməsi düzgün deyil. Əks yanaşma nəticə etibarilə yeni normanın geriyə qüvvə ilə tətbiq edilməsinə gətirib çıxarardı. 33.Belə ki, vergi ödəyicisinin müvafiq hesabat dövründə və ondan sonrakı üç il ərzində mövcud olmuş hüquqi vəziyyətinə görə müəyyən tarixdən sonra əlavə vergi öhdəliyini müəyyən etmək imkanı başa çatdığı halda, sonradan qəbul edilmiş normanın tətbiq edilməsi həmin dövrün yenidən vergi nəzarətinin və əlavə hesablamanın predmetinə çevirmiş olardı. Bu isə sadəcə yoxlamanın həyata keçirilməsi üsulunun dəyişməsi deyil, vergi ödəyicisinin hüquqi vəziyyətinin ağırlaşdırılması və artıq başa çatmış məsuliyyət müddətinin sonrakı qanun əsasında faktiki olaraq genişləndirilməsi nəticəsini doğurardı. 34.Burada 85.4-cü maddədəki müddətin funksiyası da nəzərə alınmalıdır. Vergi münasibətləri mahiyyət etibarilə uzun müddət ərzində davam edə bilən və keçmiş təsərrüfat əməliyyatlarının sonradan yoxlanılmasını nəzərdə tutan münasibətlərdir. Buna görə qanunvericinin vergi orqanının əlavə hesablama aparmaq səlahiyyətini müddətlə məhdudlaşdırması hüquqi müəyyənlik baxımından xüsusi əhəmiyyət daşıyır. Vergi ödəyicisi qanunla müəyyən edilmiş müddət keçdikdən sonra əvvəlki hesabat dövrünün qeyri-müəyyən müddət ərzində yenidən qiymətləndirilməsi riski altında saxlanılmamalıdır. 35.Müddətin bu funksiyası nəzərə alındıqda onun hesablanma qaydasında sonradan edilmiş və vergi orqanının daha əvvəlki dövrləri əhatə etmək imkanını genişləndirən dəyişiklik sırf prosessual norma kimi keçmiş münasibətlərə avtomatik tətbiq edilə bilməz. Prosessual norma, bir qayda olaraq, icraatın aparılması formasını və ardıcıllığını müəyyən edir. Burada isə söhbət hansı tarixədək yoxlamanın aparılmasından deyil, hansı keçmiş hesabat dövrü üzrə vergi ödəyicisinə əlavə vergi öhdəliyi, faiz və maliyyə sanksiyası müəyyən edilə bilməsindən gedir. Buna görə də norma vergi ödəyicisinin maddi hüquqi vəziyyətinə birbaşa təsir göstərir.
36. Başqa sözlə, 2020-ci ildən sonra başlanmış yoxlama 2017, 2018 və ya 2019cu illərin vergi öhdəliklərini yoxlayırsa, vergi ödəyicisinin həmin dövrlərdəki davranışının hüquqi nəticələri və həmin davranışa görə hansı müddət ərzində əlavə vergi öhdəliyi və məsuliyyət müəyyən edilə bilməsi məsələsi də həmin dövrlərə aid hüquqi vəziyyət nəzərə alınmaqla həll edilməlidir. Əks halda, vergi orqanı eyni 2017-ci il hesabat dövrünü 2019cu ildə yoxladıqda əvvəlki müddət qaydası, 2020-ci ildə yoxlama barədə qərar qəbul etdikdə isə yeni müddət qaydası tətbiq edilərdi. Halbuki hər iki halda əlavə hesablamanın predmeti eyni dövrdə yaranmış eyni vergi öhdəliyidir. 37.Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə belə nəticəyə gəlmək olur ki, mübahisələndirilən qərarla hesablanan 2017-ci ilin mənfəət vergisi və ƏDV, habelə 2018-ci ilin İ rübü üzrə hesablanmış ÖMV Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinin pozulması ilə hesablanmışdır. Belə ki, ##.##.2021-ci il tarixə qeyd edilən vergilər üzrə hesabat dövrünün qurtarmasından 3 ildən artıq müddət keçmişdir. Yəni, 2017-ci il üzrə mənfəət vergisi üçün hesabat dövrü ##.##.2017-ci ildə, 2017-ci ilin ayrı-ayrı ayları üzrə ƏDV və 2018-ci ilin İ rübü üzrə ÖMV üçün isə müvafiq olaraq həmin ayların və rübün sonunda başa çatmışdır. Buna görə ##.##.2021-ci il tarixinə qeyd olunan bütün vergi öhdəlikləri üzrə hesabat dövrünün başa çatmasından 3 ildən artıq müddət keçmiş sayılır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 85.4-cü maddəsinin imperativ tələblərini nəzərə almadan iddianı bu hissədə rədd etmişdir. 38.Odur ki, vergi orqanının mübahisələndirilən qərarı həmin vergi tədiyyələri ilə bağlı, yəni 2017-ci il üzrə mənfəət vergisinin 88.004,50 manat, 2017-ci il üzrə ƏDV-nin 463.505,15 manat, 2018-ci il üzrə ödəmə mənbəyində verginin 55.253,25 manat azaldılması hissəsində qanunsuz olduğundan iddia tələbi həmin hissələrdə əsaslıdır. Qeyd edilən vergi tədiyyələri üzrə hesablama müddət ötürülməklə aparıldığından onların hesablanmasının qanuniliyinə də qiymət verilməsinə zərurət yoxdur.
Mübahisələndirilən qərarla 2018-ci il üzrə hesablanmış mənfəət vergisi və vergi hesabatının və arayışının verilməməsinə görə tətbiq edilmiş 80 manat maliyyə sanksiyası ilə bağlı qeydlər
39.Işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi 22.581,60 manat mənfəət vergisinin hesablanması və bu vergi məbləğlərinə görə 50% miqdarında maliyyə sanksiyalarının və bəyannamələrin təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiqi hissəsində rədd edilmişdir (iddiaçı qərardan apellyasiya şikayəti verməmişdir). Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianı 22.581,60 manat mənfəət vergisinin hesablanması hissəsində rədd edərkən ekspert rəyinə istinad etmişdir. Ekspert rəyinin məzmunundan isə müəyyən olunur ki, sözügedən məbləğ vergi ödəyicisinin 2018-ci il üzrə fəaliyyətinə aiddir. 40.Odur ki, iddia tələbi 22.581,60 manat mənfəət vergisinin hesablanması və bu vergi məbləğlərinə görə 50% miqdarında maliyyə sanksiyalarının və bəyannamələrin təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiqi hissəsində rədd edildikdən sonra iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi üçün iddianın rədd edilən hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin qərarı qüvvəyə minmişdir. 41.Belə olan halda isə, mübahisələndirilən qərarla 2018-ci il üzrə hesablanmış mənfəət vergisi və 80 manat maliyyə sanksiyası hazırda kasasiyanın predmeti deyildir və bu səbəbdən mübahisələndirilən qərarın həmin hissələrdə qanuniliyinin qiymətləndirilməsi zərurəti yoxdur.
Mübahisələndirilən qərarla 2018-2020-ci illər üzrə hesablanmış ƏDV ilə bağlı qeydlər
42. Səyyar vergi yoxlaması aktında 2018-2020-ci illər üzrə əlavə ƏDV-nin hesablanma əsasları aşağıdakı kimi qeyd olunmuşdur: - 2018-ci ilin fevral ayı üzrə DIN BDYPI-dən daxil olan sənədlərə əsasən 2018ci ilin fevral ayında 19 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 558.000 manat (ƏDV çıxılmaqla 472.881 manat) müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 472.881 manat məbləğ 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 472.881 manat dövriyyə üzrə 85.118,58 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 85.118,58 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 85.118.58 manat azaldılması müəyyən olunmuşdur; - 2018-ci ilin dekabr ayı üzrə Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 2018-ci ilin dekabr ayında 1 ədəd ekskovator (Komatsu PC-27019) satılmışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış ekskovatorun dəyəri 50.000 manat (ƏDV çıxılmaqla 423.72,88 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 42.372,88 manat məbləğ 2018ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində 42.372,88 manat dövriyyə üzrə 7.627,12 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 2,7 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 7.624,42 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3.813,56 (3.810,86 – 7.624,42) manat azaldılması müəyyən olunmuşdur; - 2019-cu ilin fevral ayı üzrə Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 2019-cu ilin fevral ayında 1 ədəd ekskovator (tamdönərli CAT 330DL) satılmışdır. Ekspert tərəfindən 2019-cu ildə satılmış ekskovatorun dəyəri 60.000 manat (ƏDV çıxılmaqla 50.847,46 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 50.847,46 manat məbləğ 2019cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 50.847,46 manat dövriyyə üzrə 9.152,54 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0,38 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 8.152,16 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4.841,54 (4.310,62 – 9.152,16) manat azaldılması müəyyən olunmuşdur; - Araşdırma zamanı iddiaçı tərəfindən 2016-cı ildə 3.379.992,76 manat məbləğində malın alındığı, 1.153.260,54 manat silindiyi, yoxlama dövrünə aid olan 2017-ci ilin əvvəlinə 2.226.732,22 manat mal qalığının olduğu müəyyən edilmişdir. 2017-ci ildə 1.763.478,02 manat məbləğində malın alındığı, 1.702.382,54 manat məbləğində malın silindiyi müəyyən edilmiş, 2017-ci ilin sonuna 2.287.827,7 (2.226.732,22 + 1.763.478,02 – 1.702.382,54) manat məbləğində mal qalığının mövcud olmalı olduğu aşkar edilmişdir. Nümayəndəliyin fəaliyyəti ## ###### 2020-ci il tarixdən ## ###### 2025-ci il tarixədək dayandırılmışdır. Yoxlama zamanı Nümayəndəliyin ünvan 1 ünvanına baxış keçirilmiş və Nümayəndəliyinin ofisi, obyekti, anbarı və mal qalığı aşkar olunmamış, # ###### 2020-ci il tarixə müəyyən edilmiş mal qalığı Vergi Məcəlləsinin 67.15 və 159.5-cı maddəsi üzrə yoxlama dövrünün sonuncu ayında vergiyə cəlb olunmuşdur. 43.Işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla bağlı ƏDVni qismən əsaslı hesab edərkən (ƏDV ilə bağlı 103.427,11 manat hissədə iddia rədd edilmişdir) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş */**** nömrəli ekspert rəyinə istinad etmişdir. Işə baxan apellyasiya instasniya məhkəməsi isə iddianı bütövlükdə rədd edərkən yalnız cavabdehin dəlillərini sadalamaqla kifayətlənmişdir. 44.Məhkəmə kollegiyası hesab edir ki, 2018-2020-ci illər üzrə ƏDV-nin hesablanmasının qanuniliyi ilə bağlı işin halları hərtərəfli araşdırılmamışdır. 45.Belə ki, yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçıya ƏDV nəqliyyat vasitələrinin satışına görə və mal qalığının aşkar edilməməsinə görə hesablanmışdır.
46. Ilk növbədə, nəqliyyat vasitələrinin satışına görə ƏDV-nin əlavə hesablanmasının qanuniliyinin qiymətləndirilməsi üçün yalnız vergi orqanının istinad etdiyi ekspert rəyində müəyyən edilmiş bazar dəyərinin düzgün olub-olmamasının araşdırılması kifayət etmir. Vergi öhdəliyinin yaranmasının ilkin şərti müvafiq vergitutma əməliyyatının faktiki mövcudluğudur. Buna görə də məhkəmə ilk növbədə iddiaçının 2018ci ilin fevral və dekabr, habelə 2019-cu ilin fevral aylarında səyyar vergi yoxlaması aktında göstərilən nəqliyyat vasitələrini həqiqətən özgəninkiləşdirib-özgəninkiləşdirmədiyini müəyyən etməlidir. Cavabdeh vergi orqanı bu əməliyyatların baş verdiyini Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsindən və Aqrar Xidmətlər Agentliyindən əldə edilmiş sənədlərlə əsaslandırmışdır. 47.Belə olan halda, işə baxan məhkəmə həmin sənədlərin məzmununu bilavasitə araşdırmalı, həmin sənədlərdə nəqliyyat vasitəsinin iddiaçı tərəfindən satıldığı, satışın tarixi və satış qiyməti göstərilmişdirsə, ilk növbədə bu məlumatların mötəbərliyini şübhə altına almağa əsas verən halların olub-olmamasını qiymətləndirməlidir. Belə ki, dövlət orqanının rəsmi sənədlərində satış əməliyyatı və onun qiyməti əks etdirilmişdirsə, həmin məlumatların həqiqətə uyğun olmadığını göstərən konkret sübutlar mövcud olmadığı halda onların nəzərə alınmaması və birbaşa ekspert tərəfindən müəyyən edilmiş başqa dəyərin vergitutma bazası kimi qəbul edilməsi ayrıca əsaslandırılmalıdır. 48.Əgər satış sənədlərində nəqliyyat vasitəsinin faktiki satış qiyməti müəyyən edilə bilirsə, növbəti mərhələdə həmin əməliyyatın və sənəddə göstərilən satış məbləğinin iddiaçının müvafiq hesabat dövrü üzrə ƏDV bəyannaməsində əks etdirilib-etdirilmədiyi yoxlanılmalıdır. Satışın həqiqətən baş verdiyi və iddiaçının həmin əməliyyatı ƏDV bəyannaməsində ümumiyyətlə göstərmədiyi müəyyən edilərsə, prinsip etibarilə əlavə ƏDV hesablanması üçün əsasın mövcudluğu qəbul edilə bilər. Lakin bu halda da verginin hansı məbləğdən hesablanmalı olduğu ayrıca müəyyən edilməlidir. 49.Belə ki, satış əməliyyatını təsdiq edən mötəbər sənəddə faktiki satış qiyməti göstərilmişdirsə, ilk növbədə həmin qiymətin vergitutma bazasının müəyyən edilməsində əsas götürülməsinin mümkünlüyü məsələsi qiymətləndirilməlidir. Iddiaçının əməliyyatı bəyannamədə göstərməməsi özü-özlüyündə sənədlərlə təsdiqlənən faktiki satış qiymətinin kənara qoyulmasına və vergitutma bazasının avtomatik olaraq ekspert tərəfindən müəyyən edilən başqa qiymət əsasında hesablanmasına səbəb olmur. Ən azı, sənədlə təsdiqlənmiş satış qiymətinin bəyannamədə göstərilmədiyi hissədə əlavə vergi öhdəliyinin yaranması məsələsi ayrıca qiymətləndirilməli, bu zaman vergi orqanı tərəfindən ekspert qiymətləndirməsinə keçidin hüquqi və faktiki zəruriliyi də əsaslandırılmalıdır. 50.Bu səbəbdən hazırkı işdə ƏDV-nin nəqliyyat vasitələrinin satışına aid hissəsinin yalnız ekspert rəyində göstərilən məbləğlərin müqayisəsi baxımından tamamilə əsaslı və ya əsassız olması barədə nəticəyə gəlmək düzgün olmazdı. Məhkəmə hər bir nəqliyyat vasitəsi üzrə ardıcıl olaraq satış faktını, satış tarixini, faktiki satış qiymətini təsdiq edən sənədlərin olub-olmamasını, həmin sənədlərin mötəbərliyini və müvafiq əməliyyatın ƏDV bəyannaməsində əks etdirilib-etdirilmədiyini müəyyən etməlidir. Satışın və satış qiymətinin mötəbər sənədlərlə təsdiq olunduğu, lakin həmin dövriyyənin bəyannamədə göstərilmədiyi müəyyən edilərsə, ƏDV hesablanması həmin sənədlərlə təsdiqlənən məbləğ həddində, yəni qismən əsaslı hesab oluna bilər. 51.Digər tərəfdən, satış faktı təsdiqləndiyi halda satışın real qiymətini müəyyən etməyə imkan verən sənədlərin ümumiyyətlə mövcud olmadığı və ya əldə edilməsinin mümkün olmadığı müəyyən edilərsə, habelə sənədlərin mötəbərliyinə şübhə etməyə əsas olarsa, vergitutma bazasının müəyyənləşdirilməsi üçün xüsusi biliklərdən istifadə olunması və nəqliyyat vasitələrinin müvafiq dövrdəki dəyərinin ekspertiza yolu ilə müəyyənləşdirilməsi özü-özlüyündə əsassız yanaşma sayıla bilməz. Bu halda əsas məsələ artıq ekspertizanın keçirilməsinin mümkünlüyü deyil, ekspert tərəfindən müəyyən edilmiş dəyərin mötəbərliyi və vergitutma məqsədləri üçün istifadə edilə biləcək səviyyədə əsaslandırılıb-əsaslandırılmamasıdır. 52.Əgər iddiaçı cavabdehin inzibati icraatda əldə etdiyi ekspert rəyində müəyyən edilmiş qiymətlərin real satış və ya müvafiq dövrün bazar qiymətlərinə uyğun olmadığını əsaslandırılmış şəkildə mübahisələndirirsə, məhkəmə yalnız həmin rəyin mövcudluğuna istinad etməklə kifayətlənməməlidir. Inzibati məhkəmə icraatında işin hallarının tam və hərtərəfli araşdırılması prinsipi məhkəməyə zərurət yarandıqda əlavə və ya təkrar ekspertiza təyin etməklə mübahisəli halları özünün də araşdırmaq imkanını verir. Buna görə də mövcud ekspert rəyinin nəticələrinin mötəbərliyinə əsaslı şübhə yarandığı halda məhkəmə müvafiq nəqliyyat vasitələrinin məhz satış tarixindəki dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edə bilər. Beləliklə, nəqliyyat vasitələrinin satışına görə əlavə ƏDV hesablanmasının qanuniliyi barədə nəticəyə gəlmək üçün ilk növbədə satış əməliyyatlarının baş veribvermədiyi
53. və onların hansı sənədlərlə təsdiqləndiyi, bundan sonra isə həmin sənədlərdə faktiki satış qiymətinin əks olunub-olunmadığı müəyyən edilməlidir. Satış qiyməti mötəbər sənədlərlə müəyyən edilə bildiyi halda həmin məbləğin iddiaçının ƏDV bəyannaməsində əks etdirilib-etdirilmədiyi yoxlanılmalı və göstərilmədiyi hissədə verginin əlavə hesablanmasının əsaslılığı qiymətləndirilməlidir. Satış qiymətini sənədlər əsasında müəyyən etmək mümkün olmadıqda isə ekspert qiymətləndirilməsindən istifadə prinsip etibarilə mümkün olsa da, ekspert rəyinin mötəbərliyi ilə bağlı tərəflərin dəlilləri məhkəmə tərəfindən yoxlanılmalı, zərurət olduqda isə müvafiq hal məhkəmənin təyin etdiyi ekspertiza vasitəsilə dəqiqləşdirilməlidir.
Məhkəmə mal qalığının aşkar edilməməsinə görə hesablanmış ƏDV ilə bağlı isə aşağıdakıları qeyd edir.
54.Mal qalığına münasibətdə cavabdeh vergi orqanının mövqeyi ondan ibarətdir ki, iddiaçının əvvəlki illər üzrə mühasibat və vergi uçotu məlumatları onun sərəncamında əhəmiyyətli həcmdə mal qalığının mövcud olmasını göstərdiyi halda, yoxlama zamanı həmin malların faktiki mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdehin hesablamasına görə, iddiaçı 2016-cı ildə 3.379.992,76 manat məbləğində mal almış, həmin mallardan 1.153.260,54 manat məbləğində hissə silinmiş və nəticədə 2017-ci ilin əvvəlinə 2.226.732,22 manat mal qalığı yaranmışdır. 2017-ci ildə isə əlavə olaraq 1.763.478,02 manat məbləğində mal alınmış və 1.702.382,54 manat məbləğində mal silinmişdir. Cavabdeh bu göstəricilərin müqayisəsi əsasında 2017-ci ilin sonuna 2.287.827,70 manat məbləğində mal qalığının mövcud olmalı olduğu qənaətinə gəlmişdir. Bununla yanaşı, nümayəndəliyin fəaliyyətinin ## ###### 2020-ci ildən dayandırılması, onun ünvanında keçirilmiş baxış zamanı ofis, obyekt, anbar və mal qalığının aşkar edilməməsi əsas götürülərək uçot məlumatlarına görə mövcud olmalı mal qalığı yoxlama dövrünün sonuncu ayında vergiyə cəlb edilmişdir. 55.Məhkəmə kollegiyasının qənaətinə görə, bu hissədə mübahisənin düzgün həlli istiqamətində əsas araşdırılmalı məsələ mühasibat və vergi uçotunda əvvəlki dövrlərdən mövcudluğu görünən malların sonrakı hərəkətinin və nəticə etibarilə taleyinin müəyyən edilməsidir. 56.Malların təsərrüfat fəaliyyəti çərçivəsində hərəkəti ardıcıl uçot zənciri yaratmalıdır. Əvvəlki hesabat dövrünün sonuna mövcud olan mal qalığı növbəti dövrün əvvəlinə qalıq kimi keçməli, həmin dövrdə alınmış mallar buna əlavə edilməli, satılmış, istehsalda istifadə edilmiş, silinmiş, qaytarılmış və ya başqa qanuni əsasla təsərrüfat dövriyyəsindən çıxmış mallar isə müvafiq ilkin sənədlər və mühasibat uçotu məlumatları ilə təsdiqlənməlidir. Dövrün sonunda yaranan nəticə növbəti dövrün başlanğıc göstəriciləri ilə uzlaşmalıdır. Bu ardıcıllıq malların təsərrüfat dövriyyəsindəki hərəkətinin izlənilməsinə və hər hansı mal kütləsinin uçot zəncirindən izahsız şəkildə çıxmasının qarşısının alınmasına xidmət edir. 57.Bu səbəbdən hazırkı işdə araşdırma 2016-cı və 2017-ci illərin ayrı-ayrı rəqəmlərinin sadalanması ilə yekunlaşmamalı, mal qalığının illər üzrə hərəkəti vahid və davamlı uçot zənciri üzrə izlənilməlidir. Bunun üçün 2016-cı ilin sonuna mövcud olduğu göstərilən mal qalığının 2017-ci ilin əvvəlinə keçirilib-keçirilmədiyi, 2017-ci ildə hansı həcmdə yeni malların alındığı, hansı malların satıldığı və ya digər əsaslarla uçotdan çıxarıldığı, 2017-ci ilin sonuna hansı qalıq yarandığı, həmin qalığın 2018-ci ilin əvvəlinə keçirilib-keçirilmədiyi və eyni qaydada bu hərəkətin 2018, 2019 və 2020-ci illər üzrə necə davam etdiyi müəyyən edilməlidir. Belə araşdırmanın məqsədi sırf formal mühasibat hesablaması aparmaq deyil, uçotda mövcud olan hər bir mal kütləsinin sonrakı taleyini izləmək və malların vergitutma baxımından izahsız şəkildə dövriyyədən çıxıb-çıxmadığını müəyyən etməkdir. 58.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən 2018–2020-ci illər üzrə ƏDV-nin əlavə hesablanmasının qanuniliyi yuxarıda göstərilən istiqamətlər üzrə ətraflı və hərtərəfli araşdırılmamışdır. Iş materiallarında olan ekspert rəyi də özü-özlüyündə qeyd edilən çatışmazlığı aradan qaldıran və mübahisənin həlli üçün əhəmiyyət daşıyan bütün suallara cavab verən yetərli sübut hesab edilə bilməz. 59.Bununla yanaşı nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə ƏDV üzrə tələbin 103.427,11 manat hissəsində iddia rədd edilmiş və məhkəmə qərarı həmin hissədə iddiaçı tərəfindən apelyasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəyə minmişdir. Odur ki, işə yenidən baxılarkən araşdırmanın və hüquqi qiymətləndirmənin predmeti qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq həll edilmiş həmin hissəni əhatə etməməli, yalnız ƏDV üzrə mübahisənin həll edilməmiş və yenidən baxılmalı olan hissəsi ilə məhdudlaşmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarı qismən – 2017-ci il üzrə mənfəət vergisinin 88.004,50 manat azaldılması və ona müvafiq tətbiq edilmiş 50% maliyyə sanksiyası, 2017-ci il üzrə 463.505,15 manat ƏDV-nin azaldılması və ona müvafiq tətbiq edilmiş 50% maliyyə sanksiyası, 2018-ci il üzrə 55.253,25 manat ödəmə mənbəyində verginin azaldılması və ona müvafiq tətbiq edilmiş 50% maliyyə sanksiyası hissəsində ləğv edilsin. Iddia tələbi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarın 2018, 2019 və 2020-ci illər üzrə hesablanmış ƏDV (103.427,11 manat istisna olmaqla) və ona müvafiq tətbiq edilmiş 50% maliyyə sanksiyasının ləğv edilməsi hissəsində təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.