Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-291/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “arayışın təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı İnzibati Məhkəməsinin 2022-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyi 3 (üç) il 9 (doqquz) ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2022-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2023cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. X1 yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Daha sonra X1 yenidən ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarın qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş ## ###### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarına və eyni nömrəli ## #### 2024-cü il tarixli qərardadına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməsi və icraatın təzələnməsi haqqında qərardad qəbul edilməklə, ilkin icraat üzrə araşdırmanı davam etdirilməsini və iddia tələbinin təmin olunmasının barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli qərarı və həmin qərarla bağlı ## #### 2024cü il tarixli qərardadı qəbul edilərkən iş üçün həlledici əhəmiyyət kəsb edən bir sıra faktiki və hüquqi hallar məhkəməyə məlum olmamış, habelə qanuni qüvvəyə minmiş həmin məhkəmə aktlarından sonra səlahiyyətli dövlət orqanlarından əldə edilmiş yeni rəsmi sənədlər və hüquqi izahlar nəzərə alınmamışdır. Ərizəçi göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin ## ###### 2023-cü il, ## ###### 2024-cü il, ## ###### 2024-cü il və ## ###### 2025-ci il tarixli cavab məktublarında onun iddia tələbinin hüquqi əsasına təsir göstərən mühüm məsələlərə münasibət bildirilmiş, həmin sənədlər əvvəlki məhkəmə baxışı zamanı mövcud olmadığından məhkəmə tərəfindən qiymətləndirilə bilməmişdir. Ərizəçi, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ####### 2018-ci il və Dövlət Sosial Müdafiə Fondunun ## ####### 2018-ci il tarixli cavab məktublarının isə iş materiallarında olmasına baxmayaraq məhkəmə tərəfindən lazımi hüquqi qiymət verilmədən nəzərdən kənarda saxlanıldığını bildirmişdir. Ərizəçinin dəlillərinə görə, qeyd olunan rəsmi sənədlərlə “Əmək pensiyaları haqqında” Qanunun 24.0.1-ci maddəsində nəzərdə tutulmuş güzəştlərin əmək pensiyası hüququ verən sığorta stajına aid olduğu, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində olma müddətinin ikiqat ölçüdə sığorta stajına daxil edilməsinin qanunvericilikdə birbaşa təsbit olunduğu, habelə Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.3-cü bəndində nəzərdə tutulan "xüsusi rütbəli şəxslər" anlayışına prokurorluq işçilərinin də aid edildiyi və bununla əlaqədar ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarın prokurorluq işçilərinin qulluq illərinin hesablanmasına da şamil olunduğu izah edilmişdir. Ərizəçi hesab etmişdir ki, həmin hüquqi mövqelər onun döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində iştirak etdiyi müddətin prokurorluq orqanlarında əmək pensiyası hüququ verən qulluq (sığorta) stajına güzəştli qaydada daxil edilməli olması barədə iddiasını təsdiq edən, işin nəticəsinə təsir edə biləcək yeni həlledici sübutlardır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi işə baxarkən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci, 24.0 və 24.0.1-ci maddələrinin, Nazirlər Kabinetinin ## ###### 1992ci il tarixli *** nömrəli Qərarının, ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarla təsdiq edilmiş Qaydaların 4.1, 4.1.5, 4.1.17, 4.1.18 və 4.3-cü bəndlərinin, habelə digər aidiyyəti normativ hüquqi aktların müddəalarını düzgün tətbiq etməmiş, bunun əvəzinə hüquqi mövqeyini başqa inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərarına istinad etməklə əsaslandırmışdır. Onun fikrincə, həmin yanaşma nəticəsində işin faktiki halları tam araşdırılmamış, yeni əldə olunmuş rəsmi sənədlərin hüquqi əhəmiyyəti qiymətləndirilməmiş, nəticədə maddi və prosessual hüquq normaları pozulmaqla qanunsuz məhkəmə aktları qəbul edilmişdir. Ərizəçi hesab etmişdir ki, göstərilən rəsmi cavab məktublarında əks olunmuş hüquqi izahlar və onlarla təsdiq olunan hallar İnzibati Prosessual Məcəllənin 100-cü maddəsi mənasında sonradan aşkar olunmuş yeni sübutlar və ya yeni açılmış hallar hesab edilməli, həmin sübutlar əvvəlki məhkəmə baxışı zamanı məhkəməyə məlum olsaydı, iş üzrə fərqli nəticəyə gəlinməsi mümkün olardı. Bu əsasla o, yeni açılmış hallarla bağlı icraatın təzələnməsini, əvvəlki məhkəmə aktlarının ləğv edilməsini və işə həmin yeni sübutlar nəzərə alınmaqla yenidən baxılmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər F.Mədətli /sədrlik edən və məruzəçi/, A.Oruczadə və E.Əliyev) ərizə təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar edildiyi, həmin sübut və ya halların isə ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı hallarda yol verilə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçının yeni açılmış hallar kimi istinad etdiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-Q-*/****-C-***** nömrəli məktubu qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbulundan sonra aşkar edilmiş yeni sübut və ya yeni hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizədə göstərilən dəlillər İnzibati Prosessual Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunu təsdiq etmədiyindən, inzibati məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi üçün hüquqi əsas yaratmır.
11. Ərizəçi kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
12. Ərizəçi kassasiya şikayətində yeni açılmış hallarla bağlı ərizədə göstərdiyi dəlillərə istinad etmişdir.
b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə etirazında göstərmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin ## ###### 2025-ci il tarixli cavab məktubu məzmun etibarilə yalnız hüquqi mövqenin açıqlanmasına xidmət edən izah xarakterli sənəddir, hər hansı yeni faktiki halın müəyyən olunmasına yönəlməmişdir, əksinə mövcud normativ hüquqi tənzimləmənin şərhindən ibarət olmuşdur. Belə bir sənədin təqdim edilməsi nə əvvəllər məlum olmayan halların aşkar edilməsi kimi qiymətləndirilə bilər, nə də iş üzrə artıq müəyyən edilmiş faktların dəyişdirilməsi və ya yenidən qiymətləndirilməsi üçün hüquqi əsas yaradır. Oldur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinin mənasında yeni açılmış hal və ya sonradan aşkar olunmuş yeni sübut hesab edilə bilməz. Cavabdehin mövqeyinə görə, qeyd olunan sənədlər yeni faktiki halları təsdiq etmir, yalnız mövcud qanunvericiliyin tətbiqinə dair hüquqi izah xarakteri daşıyır və buna görə də qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması üçün hüquqi əsas yaratmır. Bundan başqa, iddiaçının istinad etdiyi digər sənədlər ilkin məhkəmə baxışı zamanı mövcud olmuş, onların həmin mərhələdə əldə edilərək məhkəməyə təqdim edilməsinin mümkünsüzlüyü isə sübuta yetirilməmişdir. Həmçinin iddiaçının kassasiya şikayətində irəli sürdüyü sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, habelə əvvəlki məhkəmə aktlarının qanuniliyi ilə bağlı dəlillər mahiyyət etibarilə yeni açılmış hallar institutunun predmetinə aid olmayıb, əvvəlki məhkəmə instansiyalarında araşdırılmış məsələlərin yenidən mübahisələndirilməsinə yönəlmişdir. Bu baxımdan, iddiaçının təqdim etdiyi dəlillərin İnzibati Prosessual Məcəllənin 100 və 106-cı maddələrində nəzərdə tutulan meyarlara cavab vermədiyindən kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş yeni açılmış hallar institutu müstəsna xarakter daşıyır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edildikdən sonra işin nəticəsinə həlledici təsir göstərə biləcək yeni sübutların və ya faktiki halların aşkar olunduğu, habelə həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin məhkəmə baxışı zamanı təqdim edilməsinin mümkün olmadığı hallarda tətbiq edilir. Bu institutun məqsədi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının düzgünlüyünün yenidən yoxlanılması və ya işə mahiyyəti üzrə təkrar baxılması deyil.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Y.Cümşüdovun şikayəti üzrə # #### 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması o halda qəbul edilir ki, həmin materiallar işə baxılarkən məhkəməyə məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Eyni zamanda vurğulanmışdır ki, yeni açılmış hallar dedikdə işə baxıldığı zaman mövcud olan, lakin məhkəməyə təqdim edilməmiş hallar başa düşülməlidir.
20. Hazırkı işdə iddiaçı yeni açılmış hal kimi, ilk növbədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-Q-*/****-C-***** nömrəli cavab məktubuna istinad etmişdir. Kollegiya qeyd edir ki, həmin məktubun məzmunundan görünür ki, orada hər hansı yeni faktiki hal müəyyən edilməmiş, yaxud əvvəllər mövcud olmayan sübut ortaya qoyulmamışdır. Məktubda yalnız Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tətbiqinə dair hüquqi mövqe ifadə olunmuşdur. Normativ hüquqi aktın tətbiqinə dair dövlət orqanının hüquqi izahı faktiki hal yaratmır və belə izahın sonradan verilməsi İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinin mənasında yeni hal və ya sübut hesab oluna bilməz.
21. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin ## ###### 2023-cü il, ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixli, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ####### 2018-ci il və Dövlət Sosial Müdafiə Fondunun ## ####### 2018ci il tarixli məktublarına münasibətdə isə kollegiya qeyd edir ki, həmin sənədlər də yeni açılmış hallarla bağlı icraat çərçivəsində icraatın təzələnməsi üçün əsas yaratmırlar. Belə ki, iddiaçının həmin sənədlərə istinadı daha çox qanuni qüvvəyə minmiş məhkəmə aktının əsaslılığının mübahisələndirilməsi ilə bağlı məsələdir.
22. Kollegiya hesab edir ki, kassasiya şikayətində irəli sürülən digər dəlillər də eyni mahiyyət daşıyır. İddiaçı faktiki olaraq əvvəlki məhkəmə icraatında araşdırılmış hüquqi məsələlərin və məhkəmələrin gəldiyi nəticələrin yenidən qiymətləndirilməsini tələb edir. Halbuki, yeni açılmış hallar üzrə icraatın predmeti məhkəmə səhvlərinin aradan qaldırılması və ya qanuni qüvvəyə minmiş məhkəmə aktlarının təkrar yoxlanılması deyil. Hazırkı iş üzrə ərizəçi işə ilkin baxış zamanı mövcud olmuş, lakin məhkəməyə təqdim edilməsi ondan asılı olmayan səbəblərdən mümkün olmayan işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək hər hansı yeni sübut və ya hal göstərməmiş, təqdim etdiyi sənədlər isə ya hüquqi izah xarakteri daşımış, ya da əvvəlki məhkəmə icraatlarında artıq araşdırılaraq hüquqi qiymət verilmiş sənədlərdən ibarət olmuşdur.
23. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından apellyasiya instansiyası məhkəməsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina etməkdə düzgün nəticəyə gəlmişdir.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.