Məhkəmə qərarları › İş №2-1(1-8)-295/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-295/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-295/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə (Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və plan-ölçünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X7 ilə İddiaçı arasında 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi və Buzovna tərəvəzçiliksüdçülük sovxozunun direktoru T.Şəfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi bağlanmışdır.

2. Dövlət Arxivinin ## ######## 2017-ci il tarixli, H-*** nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Tarixi Arxivi üzrə Buzovna kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adı qeyd olunub: X1 – 43 yaş. Onun oğlanları: X2 – 7 yaş, X3 – 2 yaş. Onların Buzovna kəndində 756 kv.m bərabər olan torpaqda üzüm sahəsi olmuşdur. Ailə 5 rubl 30 qəpik dəyərində dövlət vergisi və torpaq rüsumu ödəmişdir.

3. Bakı şəhəri * saylı Xüsusi Notariat ofisinin notariusu X8 tərəfindən Cavabdeh ünvanlanan ## ###### 2022-ci il tarixli, ** nömrəli məktubda qeyd edilir ki, X1 varisi nəticəsi İddiaçıdur.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-*****/** nömrəli məktubunda qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə ayrılmış əraziləridir. Sahə 3 (üç) hissədən ibarət olmaqla ümumilikdə 7194,0 kv.m təşkil edir.

5. Buzovna bələdiyyəsinin **/*** nömrəli, ##.##.2023-cü il tarixli məktubunda qeyd edilir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ərazisi (Malik Musayev küçəsi) Buzovna Bələdiyyəsinin balansında deyil. İddiaçı istifadəsində olan Buzovna qəsəbəsi, Buzovna tərəvəzçilik sovxozu ərazisində (Malik Musayev küçəsi) yerləşən torpaq sahəsi uzun illər İddiaçı ulu babasının istifadəsində olmuş, daha sonra isə İddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Göstərilənlər Azərbaycan Respublikasının X9 məktubu və qəsəbə sakinlərinin notariat qaydasında təsdiq olunmuş ərizələri ilə də tam təsdiq olunmuşdur. X10 Bələdiyyəsi yarandığı tarixdən 2012-ci ilə qədər istifadəsində olan torpaq sahəsinə dair torpaq vergisi vermiş, daha sonra isə həmin vergilər Buzovna Tərəvəzçilik-Südçülük sovxozuna ödənilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X7 ilə İddiaçı arasında bağlanmış 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi və Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru T.Şəfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986-cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş cəmi 4.6 ha torpaq sahəsinin hazırda faktiki olaraq onun sahiblik və istifadəsində olan 0.71 ha hissəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Buzovna tərəvəzçilik-südçülük sovxozunun ##.##.1963-cü il tarixli, ** saylı əmrinə əsasən həmin sovxozun tərəvəzçilik şöbəsinə mövsüm üzrə fəhlə qəbul edilmiş və ##.##.1992-ci il tarixli, **/o saylı əmrinə əsasən müqavilə müddəti bitdiyinə görə işdən azad edilmişdir. ##.##.1995-ci il tarixli, **/k saylı əmrinə əsasən ##.##.1995-ci il tarixdən mövsümlə əlaqədar olaraq tərəvəzçilik briqadasına müvəqqəti fəhlə qəbul edilmiş və ##.##.1996-cı il tarixli, **/k saylı əmrinə əsasən işdən azad edilmişdir. Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X7 ilə İddiaçı arasında bağlanmış 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sovxoz ərazisindən 2.1 hektar torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş (müvəqqəti təhkim olunmuş) və İddiaçı həmin torpaq sahəsindən keyfiyyətli məhsul əldə edib sovxoza təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa, Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru T.Şəfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986-cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sovxoz ərazisindən 2.5 hektar torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş (müvəqqəti təhkim olunmuş) və İddiaçı həmin torpaq sahəsindən keyfiyyətli məhsul əldə edib sovxoza təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin torpaq sahələri müqavilə bağlandığı tarixlərdən İddiaçı sahiblik və istifadəsində olmuş, sonradan torpaq sahələrinin çox hissəsi digər şəxslər tərəfindən zəbt olunaraq İddiaçı sahiblik və istifadəsindən çıxmış, hazırda İddiaçı faktiki sahiblik və istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 0.71 ha təşkil edir. Mübahisə predmeti olan torpaq sahələrinin hazırda iddiaçı İddiaçı faktiki istifadəsində olan 0.71 ha hissəsi torpaq sahələrinə dair müqavilə bağlandığı vaxtdan hazırkı vaxtadək iddiaçının faktiki sahiblik və istifadəsində olmaqla, iddiaçı həmin torpaq sahələrinin onun adına qeydiyyata alınması üçün Buzovna tərəvəzçilik-südçülük sovxozunun torpaqlarına dair qaytanlanmış kitablardan çıxarışın surətlərinin, həmçinin 1985 və 1986-cı ildə İddiaçı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozu arasında bağlanmış müqavilələrə dair şəhadətnamənin surətinin əldə edilməsi üçün müxtəlif idarə və təşkilatlara sorğular verilsə də, həmin sənədlərin mövcud olmaması ilə bağlı hər hansı bir məlumat verilməmiş, cavab vermiş idarə və təşkilatlar həmin sənədlərin onlarda olmadığını və ya başqa idarə və təşkilatlara təhvil verildiyini bildirmişlər. Abşeron Rayon Dövlət Arxivinin ##.##.2016-cı il tarixli, F-**** nömrəli məktubunda Buzovna tərəvəzçilik-südçülük sovxozunun sənədlərinin saxlanılması üçün Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının Aparatının ##.##.2020-ci il tarixli, H-***-*** nömrəli məktubunda Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən verilən sənədlərin Bakı Şəhər Icra Hakimiyyətinin arxivində saxlanılmadığı göstərilmişdir. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının Aparatının ##.##.2023-cü il tarixli, *-**/*-H-***/*-***/**** nömrəli məktubunda Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən verilən qərarların və X18 sənədlərinin Bakı Şəhər Icra Hakimiyyətinin arxivində saxlanılmadığı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2022-ci il tarixli, BA-*****- **** nömrəli məktubunda Abşeron rayon Buzovna Südçülük-Tərəvəzçilik Sovxozunun arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi göstərilmişdir. Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, 5- **/*-****/**** nömrəli məktubunda Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun torpaqlarına dair qaytanlanmış kitablardan çıxarışların Abşeron Rayon Dövlət Arxivinə təhvil verildiyi göstərilmişdir. Abşeron Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli, ***/**** nömrəli məktubunda Abşeron rayon Buzovna tərəvəzçilik-südçülük sovxozuna dair qaytanlanmış kitabların saxlanılması və mühafizəsi üçün Abşeron Rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/** nömrəli məktubunda “təsərrüfatbaşına kitablardan çıxarış”, “Kolxoz və Sovxozun Qaytanlanmış kitablarından çıxarış” və “müqavilələrin şəhadətnamələrinin ərazi idarəsinin arxivində saxlanılmadığından İddiaçı məxsus tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin arxiv sənədlərinin surətlərinin təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi mübahisə predmeti olan və Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X7 ilə İddiaçı arasında bağlanmış 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi və Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru T.Şəfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986-cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin hazırda faktiki olaraq onun sahiblik və istifadəsində olan 0.71 ha hissəsi digər şəxslər, dövlət və özəl idarə və təşkilatlar tərəfindən mübahisələndirilməməsinə, qeyd olunan müqavilələrin İddiaçılə bağlanması faktının mövcud olmasına, həmçinin torpaq sahəsinə dair digər arxiv sənədlərinin İddiaçı tərəfindən əldə edilməsi üçün cəhdlər edilməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən əldə edilməməsinə və İddiaçı faktiki olaraq sahiblik və istifadəsində olan torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müraciət etməsinə baxmayaraq, həmin müraciətin təmin edilməsindən imtina edilmişdir. Hazırda Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X7 ilə İddiaçı arasında bağlanmış 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi və Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru T.Şəfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986-cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş cəmi 4.6 ha torpaq sahəsinin hazırda faktiki olaraq onun sahiblik və istifadəsində olan 0.71 ha hissəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi zəruridir. Buna baxmayaraq, həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə birlikdə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə digər sənədlər də təqdim edilsə də, cavabdeh həmin sənədləri görməzdən gəlmiş və nəzərə almamışdır.

8. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

10. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, G.Sevdimalıyeva və O.Ismayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Buzovna tərəvəzçiliksüdçülük sovxozunun ##.##.1963-cü il tarixli, ** saylı əmrinə əsasən həmin sovxozun tərəvəzçilik şöbəsinə mövsüm üzrə fəhlə qəbul edilmiş və ##.##.1992-ci il tarixli, **/* saylı əmrinə əsasən müqavilə müddəti bitdiyinə görə işdən azad edilmişdir. ##.##.1995-ci il tarixli, **/k saylı əmrinə əsasən ##.##.1995-ci il tarixdən mövsümlə əlaqədar olaraq tərəvəzçilik briqadasına müvəqqəti fəhlə qəbul edilmiş və ##.##.1996-cı il tarixli, **/k saylı əmrinə əsasən işdən azad edilmişdir. Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X7 ilə İddiaçı arasında bağlanmış 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sovxoz ərazisindən 2.1 hektar torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş (müvəqqəti təhkim olunmuş) və İddiaçı həmin torpaq sahəsindən keyfiyyətli məhsul əldə edib sovxoza təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa, Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru T. Səfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986-cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sovxoz ərazisindən 2.5 hektar torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş (müvəqqəti təhkim olunmuş) və İddiaçı həmin torpaq sahəsindən keyfiyyətli məhsul əldə edib sovxoza təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Qeyd edir ki, həmin torpaq sahələri müqavilə bağlandığı tarixlərdən İddiaçı sahiblik və istifadəsində olmuş, sonradan torpaq sahələrinin çox hissəsi digər şəxslər tərəfindən zəbt olunaraq İddiaçı sahiblik və istifadəsindən çıxmış, hazırda İddiaçı faktiki sahiblik və istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 0.71 ha təşkil edir. Mübahisə predmeti olan torpaq sahələrinin hazırda iddiaçı İddiaçı faktiki istifadəsində olan 0.71 ha hissəsi torpaq sahələrinə dair müqavilə bağlandığı vaxtdan hazırkı vaxtadək iddiaçının faktiki sahiblik və istifadəsində olmaqla, iddiaçı həmin torpaq sahələrinin onun adına qeydiyyata alınması üçün iddiaçı tərəfindən Buzovna tərəvəzçiliksüdçülük sovxozunun torpaqlarına dair qaytaqlanmış kitablardan çıxarışın surətlərinin, həmçinin 1985 və 1986-cı ildə İddiaçı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozu arasında bağlanmış müqavilələrə dair şəhadətnamənin surətinin əldə edilməsi üçün müxtəlif idarə və təşkilatlara sorğular verilsə də, sorğularaq verilmiş cavablarda həmin sənədlərin mövcud olmaması ilə bağlı hər hansı bir məlumat verilməmiş, cavab vermiş idarə və təşkilatlar həmin sənədlərin onlarda olmadığını və ya başqa idarə və təşkilatlara təhvil verildiyini bildirmişlər. Belə ki, Abşeron Rayon Dövlət Arxivinin ##.##.2016-cı il tarixli, F-**** nömrəli məktubunda Buzovna tərəvəzçilik-südçülük sovxozunun sənədlərinin saxlanılması üçün Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının Aparatının ##.##.2020-ci il tarixli, H-***-*** nömrəli məktubunda Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən verilən sənədlərin (sərəncam, qərar, yerləşmə sxemi, cizgi və s.) Bakı Şəhər Icra Hakimiyyətinin arxivində saxlanılmadığı göstərilmişdir. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının Aparatının ##.##.2023-cü il tarixli, *-**/*-H***/*-***/**** nömrəli məktubunda Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən verilən qərarların və X18 sənədlərinin Bakı Şəhər Icra Hakimiyyətinin arxivində saxlanılmadığı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2022-ci il tarixli, BA- *****-**** nömrəli məktubunda Abşeron rayon Buzovna Südçülük-Tərəvəzçilik Sovxozunun arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi göstərilmişdir. Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, *-**/*-****/**** nömrəli məktubunda Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun torpaqlarına dair qaytaqlanmış kitablardan çıxarışların Abşeron Rayon Dövlət Arxivinə təhvil verildiyi göstərilmişdir. Abşeron Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli, ***/**** nömrəli məktubunda Abşeron rayon Buzovna tərəvəzçilik-südçülük sovxozuna dair qaytanlanmış kitabların saxlanılması və mühafizəsi üçün Abşeron Rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/** nömrəli məktubunda "təsərrüfatbaşına kitablardan çıxarış", "Kolxoz və Sovxozun Qaytağlanmış kitablarından çıxarış" və "müqavilələrin şəhadətnamə”lərinin ərazi idarəsinin arxivində saxlanılmadığından İddiaçı məxsus tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin arxiv sənədlərinin surətlərinin təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin ##.##.2024-cü il tarixli, *-**-DA/*-H***- **-***/**** nömrəli məktubunda təsərrüfat başına kitablar, kolxoz və sovxoz kitablarının arxivə dövlət mühafizəsinə verilmədiyi göstərilmişdir. Abşeron Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli, 3-48-RA/2-H-1200-35- ****/**** nömrəli məktubunda Azərbaycan Respublikası Prezidentinin Fərmanları və X24 sovxozunun sənədlərinin saxlanması və mühafizəsi üçün Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçılə bağlanmış müqavilələrin şəhadətnamələri, təsərrüfatbaşına kitablar və qaytanlanmış kitabların araşdırılmasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının ##.##.2024-cü il tarixli, *-**-*F/*-H-****-*-****/**** nömrəli məktubunda Abşeron rayonunun Buzovna tərəvəzçilik-südçülük sovxozunun arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi X27 ##.##.2024-cü il tarixli, *- *-**/*-***/**** nömrəli məktubunda Azərbaycan Respublikası Prezidenti Işlər müdirinin ##.##.2000-ci il tarixli, ** saylı Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin tabeliyində olan Tərəvəzçilik-südçülük sovxozunun ləğv edildiyi, 2-ci bəndinə əsasən Tərəvəzçilik-südçülük sovxozunun bazasında X25 yaradıldığı, "Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** nömrəli Fərmanının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X25 ləğv edildiyi və ləğv edilmiş X25 sənədlərinin Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X26 təhvil verildiyi göstərilmişdir. Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, *-**/*-***/**** nömrəli məktubunda (Abşeron rayon Buzovna tərəvəzçilik-südçülük sovxozunun torpaqlarına dair qaytaqlanmış kitabların Abşeron Rayon Dövlət Arxivinə hansı tarixlərdə və hansı qaydada təhvil verilməsi barədə məlumat verilməsi, təhvil verilməsini təsdiq edən, eləcə də Abşeron Rayon Dövlət Arxivi tərəfindən qəbul edilməsini təsdiq edən sənədlərin surətlərinin təqdim edilməsi barədə tərəfimdən verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli sorğuya cavab) Abşeron rayonunun tabeliyində olan sovxozlara aid sənədlərin Rayon Dövlət Arxivinə təhvil verilməsinin həmin sovxozlar tərəfindən həyata keçirildiyindən RIH tərəfindən həmin sənədlərin təqdim olunmasının mümkün olmadığı göstərilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

15. Torpaq Məcəlləsi: Maddə 55. hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 66. dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.0. torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

17. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: Bənd 1. bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd 4. bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bənd 18. müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Bənd 21. müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından çıxarışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

26. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş hazırkı qərarın 1-5-ci bəndlərində sadalanan sənədlər mübahisəli torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan hüquqi əsas kimi qiymətləndirilə bilməz. Belə ki, 1985 və 1986-cı illərə aid məhsul istehsalına dair podrat müqavilələri yalnız tərəflər arasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edir və həmin müqavilələr torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya digər əşya hüquqlarının yaranmasını təsbit edən hüquqmüəyyənedici sənədlər hesab edilmir.

27. Eyni zamanda, vergi ödənişlərinə dair qəbzlər, qonşu tərəfindən verilmiş notariat qaydasında təsdiq edilmiş ərizə, Dövlət Arxivinin məktubu, habelə notariusun varislik barədə müraciəti torpaq sahəsinin faktiki istifadəsi, ailə mənsubiyyəti və ya şəcərə əlaqələri ilə bağlı müəyyən halları təsdiq edə bilsə də, onların heç biri mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüququnun yaranmasını və ya həmin hüququn dövlət qeydiyyatına alınması üçün zəruri hüquqi əsasın mövcudluğunu təsdiq etmir.

28. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar