Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-305/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: işsizlikdən sığorta ödənişinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4rşı “iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx arasında ## ### 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı həmin qurumda Layihələrlə iş şöbəsinin müdiri vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnın ##.##.2024-cü il tarixli 3-17-6/3-4- ***/**** saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutulmaqla (əmək müqaviləsinin müddətinin başa çatması) xitam verilmişdir.
3. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, 2024-cü il üzrə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat var: fevral 2024– iyul 2024, 2.394,70 manat gəlir, ödənilmiş məcburi sosial sığorta haqları 598,69 manat.
4. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş ##.##.2025 ci il tarixli arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda imtahan rəhbəri kimi fəaliyyət göstərib və 2024-cü ildə gəlirləri 2.394,7 manat təşkil etmişdir.
5. İddiaçı tərəfindən işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 tərəfindən müraciətin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, elektron informasiya sisteminin “Sığorta” altsistemində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzindən gəlir aşkar olunduğu üçün iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişi təyin edilməsi mümkün olmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx arasında ## ### 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı həmin qurumda Layihələrlə iş şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. Milli Observatoriyanın ## ###### 2024-cü il tarixli, *-**-*/*-*- ***/**** nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar xitam verilmiş və onunla son haqq-hesab aparılmışdır. İddiaçı bildirir ki, əmək müqaviləsinə xitam verildikdən sonra o, işsiz şəxs kimi qeydiyyata alınmaq və işsizlikdən sığorta ödənişinin təyin edilməsi məqsədilə cavabdeh X4 müraciət etmişdir. “Esosial” internet portalında olan məlumatlara əsasən, iddiaçı ## ###### 2024-cü il tarixdə cavabdeh qurumda qəbulda olmuş, işaxtaran və işsiz şəxslərə vakansiyalar barədə məlumat verilməsi istiqaməti üzrə müraciət etmişdir. Cavabdeh qurumun əməkdaşı tərəfindən ona işsiz şəxs kimi qeydiyyata alındığı, peşəyönümlü məsləhət xidməti göstərildiyi və fərdi məşğulluq proqramının təsdiqinə köməklik göstərilməsi üçün müvafiq əməkdaşa yönləndirildiyi bildirilmişdir. Bundan sonra iddiaçı ## ###### 2024-cü il tarixdə işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı yenidən cavabdehə müraciət etmiş, ona hər ay boş iş yerlərinə göndəriş verilməsi üçün müraciət etməli olduğu və fərdi məşğulluq proqramının icrası barədə hesabatı hər ayın sonuncu iş günü bitənədək təqdim etməli olduğu izah edilmişdir. İddiaçı ## ######## 2024-cü il tarixdə eyni məsələ ilə bağlı təkrar müraciət etdikdə isə ona işsizlikdən sığorta ödənişinin təyin edilməsi və müddəti barədə məlumat verilmiş, həmçinin fərdi şəxsi hesabında Dövlət İmtahan Mərkəzindən ödənişlərin olduğu bildirilmişdir. İddiaçı qeyd edir ki, dəfələrlə müraciət etməsinə və qəbulda olmasına baxmayaraq, ona işsizlikdən sığorta ödənişinin təyin edilməsindən əsassız olaraq imtina edilmişdir. O, ## ######## 2024-cü il tarixdə cavabdehə rəsmi imtina cavabının təqdim edilməsi barədə müraciət etmiş, cavabdeh qurumun əməkdaşı tərəfindən isə Dövlət İmtahan Mərkəzindən təqdim edilmiş arayışın nəzərə alınacağı və imtina olacağı təqdirdə rəsmi cavab veriləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ## ######## 2024-cü il tarixli arayışına əsasən, iddiaçı həmin qurumla əməkdaşlıq etmiş, sonuncu dəfə ## #### 2024-cü il tarixdə keçirilmiş imtahana imtahan rəhbəri qismində cəlb olunmuş, onun hesabına son ödəniş isə ## ###### 2024-cü il tarixdə 98 manat məbləğində aparılmışdır. İddiaçının mövqeyinə görə, Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığı daimi xarakter daşımamış, yalnız imtahanların təşkili ilə bağlı epizodik və mövsümi fəaliyyət olmuş, hər imtahan üzrə ayrıca ödəniş aparılması ilə məhdudlaşmışdır. İddiaçı həmçinin bildirir ki, ## ###### 2024-cü il tarixdən sonra Dövlət İmtahan Mərkəzi ilə faktiki əməkdaşlıq etməmiş, həmin qurumdan hər hansı tapşırıq almamış və hər hansı gəlir əldə etməmişdir. Qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunmadığından o, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmamışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış ödənişlər üzrə sosial sığorta haqları isə ödəmə mənbəyində tutulmuş və onun fərdi sosial sığorta hesabına köçürülmüşdür. İddiaçı hesab edir ki, Dövlət İmtahan Mərkəzi ilə epizodik və mövsümi xarakter daşıyan əməkdaşlığın olması onun işsiz şəxs kimi qeydiyyata alınmasına və işsizlikdən sığorta ödənişi almaq hüququna maneə yaratmamalıdır. Bu səbəbdən cavabdehin işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur.
8. Cavabdeh tərəfindən verilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1.1ci, 13.1.2-ci və 13.1.4- 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, bu Qanunun 13.1.1ci, 13.1.2-ci və 13.1.4- 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan, bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilir və hesablanır. Qanunun 4.1.2-ci maddəsinə və 5.12.1-ci maddəsinin qarşılıqlı təhlilinə əsasən, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər məşğul şəxslər hesab olunur və bu şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. İddiaçı İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra- MEİS) “Əmək və məşğulluq” altsistemində (bundan sonra- ƏMAS) işsiz kimi qeydiyyata alındığı zaman müvafiq altsistemdə onun Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində xidməti müqavilə əsasında çalışdığı aşkar edilməmişdir. Hazırkı iddia üzrə iddiaçı # ###### 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə görə işsiz statusu ala bilməz (işsiz statusunun olması isə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün əsas şərtlərdən biridir), belə ki, müvafiq altsistemdə iddiaçının 2023-2024-cü illər üzrə Dövlət İmtahan Mərkəzindən gəlirlərinin olduğu öz əksini tapmış, beləliklə İddiaçı qüvvədə olan mülki-hüquqi xarakterli müqavilə üzrə məşğul şəxs olmuşdur. Belə olduğu halda şəxsin mülki-hüquqi xarakterli müqavilənin qüvvədə olduğu dövrdə işsiz statusu alması qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil edir. Qanunun 5.11.4-cü maddəsinə əsasən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatların aşkar olunması şəxslərin işsiz statusunun ləğv edilməsi əsaslarındandır. Qeyd olunanlara əsasən iddiaçı İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilməsi qanunvericilik baxımından hüquqi və əsaslı xarakter daşıyır.
9. Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.İsmayılzadə) iddianın təmin edilməsi, iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçının işsizlikdən sığorta ödənişini almaq hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci bəndinə uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə # ###### 2024-cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə məhz ƏMnin 73-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq xitam verilmişdir ki, bu sığorta hadisəsinin baş verdiyinə dəlalət edir ki, bu da faktiki olaraq “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən işsizlikdən sığorta almaq hüququnu verir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, G.Sevdimalıyeva və H.Ağalarov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə xitam verildikdən sonra o, işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün Agentliyə müraciət etmişdir. Müraciət araşdırılarkən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin müvafiq altsistemində iddiaçının 2023- 2024-cü illər üzrə Dövlət İmtahan Mərkəzindən gəlirlərinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı qanunvericiliyə əsasən məşğul şəxs hesab edilmiş və ona işsizlikdən sığorta ödənişinin təyin edilməsi qanunamüvafiq sayılmamışdır. Cavabdeh hesab edir ki, iddiaçının Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığının MEİS-in “Əmək və məşğulluq” altsistemində əks olunmaması həmin əməkdaşlığın mövcud olmadığını göstərmir. Mülkihüquqi xarakterli müqavilələrin bütün hallarda həmin altsistemdə qeydiyyata alınması və bu altsistemin Dövlət İmtahan Mərkəzinin məlumatları ilə inteqrasiya olunması qanunvericilikdə nəzərdə tutulmadığından, məhkəmələr yalnız əmək müqaviləsinin mövcud olub-olmaması meyarından çıxış etməklə yanlış nəticəyə gəlmişlər. Şikayətdə qeyd edilmişdir ki, Dövlət İmtahan Mərkəzinin arayışlarına əsasən iddiaçı həmin qurumun təşkil etdiyi imtahanlarda imtahan rəhbəri kimi fəaliyyət göstərmiş, 2024-cü ilin fevral, mart, aprel, may, iyun və iyul ayları üzrə gəlir əldə etmiş, sonuncu dəfə ## #### 2024-cü il tarixdə imtahan rəhbəri kimi cəlb olunmuş, ## ###### 2024-cü il tarixdə isə onun hesabına 98 manat ödəniş edilmişdir. Bu hallar iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra da Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığının davam etdiyini və məşğul şəxs sayılmalı olduğunu göstərir. Cavabdeh həmçinin bildirmişdir ki, mübahisənin düzgün həlli üçün iddiaçı ilə Dövlət İmtahan Mərkəzi arasında qüvvədə olan mülki-hüquqi xarakterli müqavilənin mövcud olub-olmamasının araşdırılması mühüm əhəmiyyət kəsb etmişdir. Bu məqsədlə birinci instansiya məhkəməsində Dövlət İmtahan Mərkəzinə sorğu göndərilməsi barədə vəsatət verilsə də, həmin vəsatət təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsi də bu prosessual çatışmazlığı aradan qaldırmamışdı. İddiaçı məhkəmə iclasında Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq etdiyini etiraf etmiş, lakin bu əməkdaşlığın və mülki-hüquqi müqavilənin qüvvədə olmaması barədə arayış təqdim etməmişdir. Cavabdehin fikrincə, bu hallar iddiaçının həmin qurumla mülki-hüquqi xarakterli münasibətlərinin mövcudluğunu göstərən hallar kimi qiymətləndirilməli idi. Cavabdehin qənaətinə görə, məhkəmələr işin faktiki hallarını tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normalarını yanlış tətbiq etmişlər.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Əsas anlayışlar 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; ... 2.0.6. sığorta hadisəsi– sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları; 2.0.7. sığorta haqqı– bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği; ... 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti;
Maddə 13. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: ... 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən;
18. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar .... 1.1.18. sığorta ödənişi – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir.
Maddə 4. Məşğul şəxslər 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: ... 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
Maddə 5. İşaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəalar 5.1. İşaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı iş üzrə mübahisə iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh X4 üzərinə qoyulması tələbi ilə bağlıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə xitam verilmiş, bundan sonra o, işsiz şəxs kimi qeydiyyata alınmış və işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
26. Cavabdeh inzibati orqan iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtinanı onun Dövlət İmtahan Mərkəzindən gəlirlərinin olması ilə əsaslandırmışdır. Cavabdehin mövqeyinə görə, iddiaçının DİM ilə mülki-hüquqi xarakterli müqavilə əsasında əməkdaşlıq etməsi onun “Məşğulluq haqqında” Qanunun mənasında məşğul şəxs hesab edilməsinə səbəb olur və bu hal işsizlikdən sığorta ödənişinin təyin edilməsini istisna edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlilinə düzgün hüquqi qiymət vermişdir. Belə ki, “Məşğulluq haqqında” Qanunun 4.1.2-ci maddəsində mülki-hüquqi xarakterli müqavilələrlə işləyən şəxslərin məşğul şəxslər sırasına aid edilməsi nəzərdə tutulsa da, həmin normanın tətbiqi üçün şəxsin faktiki olaraq belə müqavilə əsasında işləməsi, yəni müəyyən haqq müqabilində iş və ya xidmət yerinə yetirməsi müəyyən edilməlidir. Yalnız əvvəlki dövrlərdə müəyyən ödənişlərin mövcud olması şəxsin müraciət etdiyi tarixdə məşğul şəxs hesab edilməsi üçün yetərli əsas kimi qəbul oluna bilməz.
28. İş materiallarında olan Dövlət İmtahan Mərkəzinin arayışından görünür ki, iddiaçı sonuncu dəfə ## #### 2024-cü il tarixdə imtahana imtahan rəhbəri qismində cəlb edilmiş, onun hesabına son ödəniş isə ## ###### 2024-cü il tarixdə 98 manat məbləğində aparılmışdır. Həmin ödənişin ## #### 2024-cü il tarixdə görülmüş işlə bağlı sonradan aparılması, iddiaçının ## ###### 2024-cü il tarixdən sonra faktiki məşğul şəxs olması nəticəsinə gəlmək üçün kifayət etmir. Başqa sözlə, əmək müqaviləsinə xitam verildikdən sonra əvvəlki dövrdə görülmüş işə görə ödənişin həyata keçirilməsi işsizlikdən sığorta hüququnu avtomatik olaraq aradan qaldırmır.
29. Bundan əlavə, iş materiallarında iddiaçının ## ###### 2024-cü il tarixdən sonra DİMdən hər hansı tapşırıq aldığı, imtahanlara cəlb edildiyi, xidmət göstərdiyi və ya bu tarixdən sonra müstəqil gəlir əldə etdiyi təsdiq olunmur. Əksinə, DİM tərəfindən təqdim edilmiş arayışlarda iddiaçının sonuncu dəfə ## #### 2024-cü il tarixdə imtahana cəlb edildiyi göstərilmişdir. Bu hal iddiaçının DİM ilə əməkdaşlığının daimi və fasiləsiz xarakter daşımadığını, epizodik qaydada ayrı-ayrı imtahanlara cəlb olunmaqla məhdudlaşdığını göstərir.
30. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Dövlət Vergi Xidmətinin məlumatına əsasən iddiaçının vergi orqanında vergi ödəyicisi kimi uçota alınması barədə məlumat müəyyən edilməmişdir. DOST Mərkəzinin arayışına əsasən isə iddiaçı MEİS-in “Əmək və məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olmuş və onun adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bu sübutlar məcmu şəkildə qiymətləndirildikdə, iddiaçının işsiz kimi qeydiyyata alınmasının formal deyil, mövcud məlumatlar əsasında aparıldığı görünür. Cavabdehin kassasiya şikayətində iddiaçı ilə DİM arasında qüvvədə olan mülkihüquqi
31. xarakterli müqavilənin mövcudluğunun araşdırılmadığı barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan imtina qərarını qəbul edərkən həmin imtinanın faktiki və hüquqi əsaslarını müəyyən etməli və sübut etməlidir. Hazırkı halda cavabdeh iddiaçının məhz müraciət etdiyi dövrdə qüvvədə olan mülki-hüquqi müqavilə əsasında işlədiyini, müəyyən xidmət göstərdiyini və ya həmin dövrdə gəlir əldə etdiyini təsdiq edən sübut təqdim etməmişdir.
32. İddiaçının DİM ilə əvvəllər əməkdaşlıq etməsini etiraf etməsi də onun müraciət etdiyi tarixdə məşğul şəxs olması kimi qiymətləndirilə bilməz. Çünki mübahisə predmeti iddiaçının ümumiyyətlə hansısa dövrdə DİM ilə əməkdaşlıq edib-etməməsi deyil, əmək müqaviləsinə xitam verildikdən və işsizlikdən sığorta ödənişi üçün müraciət etdikdən sonra onun məşğul şəxs hesab edilməsinə əsas verən faktiki və hüquqi halların mövcud olub-olmamasıdır. Bu hal isə iş materialları ilə təsdiqini tapmamışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları məcmu şəkildə qiymətləndirmiş, iddiaçının işsizlikdən sığorta ödənişi almaq hüququnun yaranması üçün qanunla tələb olunan əsas şərtlərin mövcud olduğunu düzgün müəyyən etmişdir. İddiaçının əmək müqaviləsinə qanunda nəzərdə tutulmuş əsasla xitam verilmiş, o, işsiz kimi qeydiyyata alınmış, cavabdeh isə onun məşğul şəxs hesab edilməsinə əsas verən kifayət qədər sübut təqdim etməmişdir.
34. Beləliklə, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması müəyyən olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 0# ###### 2025-ci il tarixli qərarı qanuni və əsaslıdır. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.