Məhkəmə qərarları › İş №2-1(1-8)-316/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-316/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-316/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi, vergi borcunun və dəbbə pulunun silinməsi, işin hallarının araşdırılması prinsipinin pozulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakim Cəmilova Xəyalə Adil qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh qarşı “qərarın ləğv edilməsi, vergi borcunun və dəbbə pulunun silinməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin ## #### 2016-cı il tarixdə qeydiyyata alındığı “xxxx” MMC-yə dair ## ###### 2022-ci il tarixli, **************** nömrəli çıxarış verilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyinin ## ###### 2019-cu il tarixli, ***/** nömrəli məktubundan görünür ki, gətiriləcək Hava gəmilərinə quraşdırılan ehtiyat xxxxlərinə və komponentlərə texniki xidmət göstərilməsi zamanı onların təmizlənməsi, yuyulması, anti-korroziya prosesləri, yağlanması və digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş müxtəlif növ yuyucu məhsulları və sürtkü yağlarını dövlət gigiyena qeydiyyatına alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2016-cı il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Sanitariya nəzarətinə aid malların siyahısı”nda nəzərdə tutulmur.

3. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Sənaye parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair” ## #### 2022-ci il tarixli, IN/TS-***/**** nömrəli, Sumqayıt Kimya Sənaye Parkının ## #### 2017-ci il tarixli, *********** nömrəli qeydiyyat şəhadətnaməsi əsasında rezidenti olan “xxxx” MMC-yə verilmiş təsdiqedici sənəddən görünür ki, siyahıda göstərilmiş texnika, texnoloji avadanlıqlar və qurğular həmin rezident tərəfindən məlumatların (datanın) emalı, qeydə alınması və ötürülməsinin təşkili məqsədilə Azərbaycan Respublikasına idxal edilir.

4. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Sənaye parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair” # ##### 2022-ci il tarixli, IN/TS-***/**** nömrəli, Sumqayıt Kimya Sənaye Parkının ## #### 2017-ci il tarixli, *********** nömrəli qeydiyyat şəhadətnaməsi əsasında rezidenti olan “xxxx” MMC-yə verilmiş təsdiqedici sənəddən görünür ki, siyahıda göstərilmiş texnika, texnoloji avadanlıqlar və qurğular həmin rezident tərəfindən məlumatların (datanın) emalı, qeydə alınması və ötürülməsinin təşkili məqsədilə Azərbaycan Respublikasına idxal edilir.

5. ## ### 2023-cü il tarixli mal qəbul edən MMC-nin “Gömrük bəyannaməsi”ndən görünür ki, həmin bəyannamə “mühərrik yağlarının tərkibinə qatılan Sadə efir nümunəsi: “Nacol Ether 6” (di-n-hexyl ether), kodu 290919, imtiyazlar 615, gömrük dəyəri 9,10” mala dair tərtib edilmişdir.

6. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Sənaye parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair” MMC-yə dair tərtib edilmiş ## ###### 2024-cü il tarixli, IN/TS-***/**** nömrəli Təsdiqedici sənəd təqdim edilmişdir.

7. ## #### 2024-cü il tarixli mal qəbul edən MMC-nin “Gömrük bəyannaməsi”ndən görünür ki, həmin bəyannamə “Helecopterin texniki xidmətlərində istifadə olunan yuyucutəmizləyici vasitə, P/n Solstice PF-C, kodu 340290, gömrük dəyəri 2194,00” mala dair tərtib edilmişdir.

8. ## ###### 2024-cü il tarixli mal qəbul edən MMC-nin “Gömrük bəyannaməsi”ndən görünür ki, həmin bəyannamə “mürəkkəb poliefirlər əsasında dispersləşdirilmiş boyalar və laklar aviasiyada istifadə üçün p/n novechhfe-7100, kodu 320810, imtiyazlar 000, gömrük dəyəri 3063,40” mala dair tərtib edilmişdir.

9. ## ###### 2024-cü il tarixli mal qəbul edən MMC-nin “Gömrük bəyannaməsi”ndən görünür ki, həmin bəyannamə “Ölçü və ya nəzarət cihazları, qurğuları və ya maşınları: siqaret istehsalında istifadə oluna Siqaret Ölçmək üçün Quantum Neo XCVH Windows 10 Test Stansiyası MZ1109 Quantum Neo XCVH Windows 10 Test Station for Measuring C, kodu 903180, imtiyazlar 516, gömrük dəyəri 545,87” mala dair tərtib edilmişdir.

10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh # ###### 2025-ci il tarixli, *-**-*-****/***Q nömrəli qərarından görünür ki, aparılmış inzibati icraat nəticəsində aşkar olunmuş ## #### 2022-ci il tarixli, 01221000100655 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 43.294,83 manat əlavə dəyər vergisi (bundan sonra – “ƏDV”), 15.802,61 manat dəbbə pulu olmaqla ümumilikdə 59.097,44 manat; # ### 2022-ci il tarixli, 01221000145417 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 43.294,83 manat ƏDV, 15.802,61 manat dəbbə pulu olmaqla, ümumilikdə 59.097,44 manat; hər iki bəyannamə üzrə cəmi 118.194,88 manat məbləğində gömrük borcunun on gün müddətində dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

11. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh MMC-yə göndərilmiş ## ###### 2025-ci il tarixli, *-**-****/*-******/**** nömrəli məktubundan görünür ki, Gömrük Məcəlləsinin (bundan sonra – “GM”) 9.0.3-cü maddəsində nəzərdə tutulan “gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq” hüququnu rəhbər tutaraq, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan MMC tərəfindən təqdim edilmiş ## ###### 2024-cü il tarixli, 01241000540766 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş malların gömrük ödənişləri üzrə (idxal gömrük rüsumu və ƏDV-ə münasibətdə) azadolma əsasının müvafiq olaraq Azərbaycan Respublikasının ## #### 2013-cü il tarixli, ***-IVQ nömrəli “Gömrük tarifi haqqında” Qanununun 20.0.19-cu maddəsinə və Vergi Məcəlləsinin (bundan sonra –“VM”) 164.1.16-cı maddəsinə uyğunluğunu müəyyən etmək məqsədilə tərəfindən müvafiq araşdırmanın aparılması zərurəti aşkarlanmışdır. Belə ki, MMC tərəfindən ## ###### 2024-cü il tarixli, 01241000540766 sorğu nömrəli gömrük bəyannaməsi əsasında mallar (Laborator məqsədləri üçün şüşə qablar, kalibrfənmiş: Siqaret istehsalında istifadə olunan Boxed Set of PD Stds 200/400 Gal & Cert Vol-UMeter) xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XIF MN) üzrə “7017 90 000 0” alt yardımçı mövqeyində bəyan olunmuş, idxal gömrük rüsumu və ƏDV üzrə azadolma tətbiq edilərək son istifadə xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Ilkin araşdırmaya əsasən, MMC tərəfindən təqdim edilmiş ## ###### 2024-cü il tarixli, 01241000540766 sorğu nömrəli gömrük bəyannaməsi ilə “7017 90 000 0” təsnifat kodunda, 4-cü mal mövqeyində bəyan olunmuş şüşə qablar gömrük ödənişlərindən azadolma əsaslarının Azərbaycan Respublikasının ## #### 2013cü il tarixli, ***-IVQ nömrəli “Gömrük tarifi haqqında” Qanununun 20.0.19-cu maddəsinin və VM-in 164.1.16-cı maddəsinin tələblərinə uyğun olmadığından, idxal gömrük rüsumuna və ƏDV-yə cəlb edilməlidir. Həmçinin, qeyd olunan mal Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın şərtlərinə cavab vermədiyindən son istifadə gömrük prosedurunda bəyan olunmamalıdır. Qeyd edilənləri nəzərə alaraq, MMC tərəfindən təqdim olunmuş ## ###### 2024-cü il tarixli, 01241000540766 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 77,80 manat idxal gömrük rüsumu, 294,09 manat ƏDV, 16,36 manat dəbbə pulu olmaqla, ümumilikdə 388,25 manat borcu müəyyən olunmuşdur. Qeyd olunmuş dəbbə pulu ## ###### 2025-ci il tarixə kimi hesablanmışdır.

12. ## ###### 2025-ci il tarixli mal qəbul edən QSC-nin “Gömrük bəyannaməsi”ndən görünür ki, həmin bəyannamə “Yuyucu vasitələr və təmizləyici vasitələr: Fluid, specialty, Vertrel MCA, kodu 340290, imtiyazlar 000, gömrük dəyəri 545,87” mala dair tərtib edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsindəki icraat

13. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin # ###### 2025-ci il tarixli, *-**-*-****/***Q nömrəli qərarının ləğv edilməsi, həmin qərar üzrə hesablanmış vergi borcu və dəbbə pulunun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 14.

15. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, qanunvericiliklə müəyyən olunan hallarda idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə köçürülməli olan vergi və digər ödənişlərin alınması sahəsində vergi orqanının səlahiyyətləri birbaşa gömrük orqanlarına həvalə edildiyindən, gömrük orqanları da öz növbəsində sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ölkəyə idxal olunan mallara münasibətdə qanunla müəyyən edilmiş güzəşt və azadolmaların tətbiqi şərtlərinə və hüquqi əsaslarına uyğun qaydada gömrük bəyannamələrinin rəsmiləşdirilməsini aparmaqla yanaşı, eyni zamanda Gömrük Məcəlləsinin 249-cu maddəsində qeyd edilən müddət ərzində aşkar olunmuş səhvlər nəticəsində ödənilməmiş məbləğlərin dövlət büdcəsinə köçürülməsinin təmin olunması öhdəliklərini daşıyırlar. AR GM-in 9.0.3-cü maddəsində nəzərdə tutulan “gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq” hüququnu rəhbər tutaraq Sumqayıt Kimya Sənaye Parkının rezidenti iddiaçının adından gömrük orqanına təqdim edilmiş ## #### 2022-ci il tarixli, 01221000100655 sorğu nömrəli və # ### 2022-ci il tarixli, 01221000145417 sorğu nömrəli gömrük bəyannamələrində aşkarlanmış bir sıra səhvlərin araşdırılması zərurəti yarandığından iddiaçı barəsində ## ###### 2025-ci il tarixdən inzibati icraat başlanılmışdır. Iddiaçının adından təqdim edilən gömrük bəyannamələri üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, idxal olunan mallar üzrə vergi və gömrük rüsumlarından azadolmanın əsasları və bu əsaslardan irəli gələn tətbiqi şərtləri qanunvericiliyin tələbləri ilə uyğunluq təşkil etmir. ƏDV və gömrük rüsumları üzrə gömrük ödənişlərindən azadolmanın tətbiqi şərtlərini aşağıdakı kimidir: - Malların rezident tərəfindən ölkəyə idxalının məqsədi yalnız istehsal sahəsinin tikintisinə, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsinə və istehsala xidmət etməlidir. Başqa sözlə, bu elə bir stimullaşdırıcı tədbirdir ki, dövlət rezidentin yalnız kommersiya məqsədləri üçün deyil, sənaye parkında öz istehsal sahəsini yaratmasına, genişləndirməsinə və daxili istehlakı təşkil etməsinə kömək məqsədilə yüksək keyfiyyət və standartlara cavab verən malları onun barəsində əlavə xərc yaratmadan idxal etməsinə şərait yaradır. Bu səbəbdən “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin 4.10-cu bəndinə əsasən sənaye parkının ərazisində sənaye parkının rezidenti tərəfindən yaradılan istehsal sahələri, habelə rezident və qeyri-rezident tərəfindən quraşdırılan avadanlıq və qurğular onların mülkiyyəti hesab olunur. - Istehsal sahəsinin qurulması və yuxarıda qeyd olunan digər fəaliyyət sahələri üzrə işlərin görülməsi yalnız texnika, texnoloji avadanlıqlar və qurğular hesabına mümkün olduğundan müvafiq normada rezident tərəfindən idxal olunan malların dairəsi də konkretləşdirilmişdir. Rezident tərəfindən sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal ilə əlaqədar olaraq texnika, texnoloji avadanlıq və qurğuları idxal etməsinin məqsədi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin sənədi ilə təsdiq edilməlidir. Məhz bu baxımdan, müvafiq icra hakimiyyət orqanının təsdiqedici sənədi hazırkı münasibətlərin iştirakçılarını ƏDV və digər gömrük ödənişlərindən azad edən inzibati akt kimi deyil, idxal əməliyyatlarının məqsədinin həqiqətən də, VM-in 164.1.16-cı və “Gömrük tarifi haqqında” Qanununun 20.0.19-cu maddələrində qeyd edilən işlərin görülməsi və xidmətlərin göstərilməsi olduğunu təsdiq edən sənəd kimi başa düşülməlidir. - Tələb olunan bütün şərtlərə əməl etməsi halında hüquqi şəxslər və fərdi sahibkarlar sənaye, yaxud texnologiyalar parklarının qeydiyyat şəhadətnaməsi əsasında rezident kimi qeydiyyata alındığı tarixdən 10 il ərzində gömrük ödənişlərindən azad olunurlar. Göründüyü kimi, hazırkı münasibətlər vergi və digər gömrük ödənişləri üzrə azadolmanı düzgün qaydada tətbiqinə nəzarət edən inzibati orqan qismində sonda gömrük orqanları səlahiyyətlidir. Iddiaçı tərəfindən ## #### 2022-ci il və # ### 2022-ci il tarixlərdə ölkəyə “xxxx” Amerika şirkətinin istehsalı olan 20 çəllək netto çəkili “Novec 7100 Engineered Fluid” adlı xüsusi təmizləyici sənaye mayesi idxal olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” əsas götürülməklə, iddiaçı tərəf 20 çəllək sənaye mayesini 01221000100655 və 01221000145417 sorğu nömrəli gömrük bəyannamələri əsasında “2909 19 900 0” təsnifat kodunda bəyan etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli Qərarında “2909” mal mövqeyində - sadə efirlər, efirospirtlər, efirofenollar, efirospirtfenollar, spirtlərin, sadə efirlərin, asetalların, poliasetalların və ketonların peroksidləri (müəyyən və ya qeyri-müəyyən tərkibli) və onların hallogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri əks olunmuşdur. Qeyd edilən mallar 0% tarif dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb olunur. Lakin GMin 224.5-ci maddəsi ilə bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürüldüyündən, nəticə etibarilə, iddiaçı tərəfin “2909 19 900 0” təsnifat kodunda bəyan etdiyi mühəndislik mayelərinin VM-in 164.1.16-cı maddəsi ilə məhdud dairəsi müəyyən edilmiş malların sırasında – texnika, texnoloji avadanlıq və qurğu şəklində şərh edilməsi mümkün deyildir və normanın tətbiqi şərtinə uyğun gəlməyən həmin mallar ƏDV-yə cəlb edilməlidir. Bu maye “methyl perfluoropropyl ether” kimyəvi birləşməli dielektrik mayedir və immersiya soyutma tətbiqləri üçün əlverişli olan; şəffaf, rəngsiz, termal cəhətdən sabit və çox aşağı temperaturda (-120°C) işləyə bilən; ozon qatını incəltməyən və çox aşağı qlobal istiləşmə potensialına malik olan bir sıra termofiziki xüsusiyyətlərə malikdir. 3M™ Novec™ 7100 Engineered Fluid elektron avadanlıqların suda batırılaraq soyudulması prinsipinə əsaslanır. Avadanlıqlar işlədikcə, Novec mayesi buxarlanır, istiliyi çəkir, sonra kondensator üzərində kondensasiya olaraq yenidən maye halına gəlir və tankın dibinə axır. Bu proses, nasoslara ehtiyac olmadan təbii dövranla həyata keçirilir. Bu üsul, ənənəvi hava soyutma sistemlərinə nisbətən enerji sərfiyyatında 95%-ə qədər qənaət təmin edir və su istifadəsini azaldır. Təlimatda bu sənaye mayesinin emissiyalarını azaltmaq və utilizasiyası üçün aşağıdakı tədbirlər tövsiyə edilir: halogenli materialları idarə edə bilən lisenziyalı sənaye tullantı müəssisəsində yandırma. boş və təmizlənmiş məhsul konteynerlərini qeyritəhlükəli tullantı kimi atmaq mümkündür. X1 Services şirkəti istifadə olunmuş mayelərin utilizasiyası proqramını icra edərək, təkrar emalını və satışını həyata keçirir. Proqrama qatılmaq üçün ən azı 30 çəllək (təxminən 114 litr) istifadə olunmuş maye tələb olunur ki, bu göstəricidən az miqdarda maye üçün utilizasiya xərcləri istifadəçi tərəfindən qarşılanır. Iddia olunan tələbə əsasən sözügedən sənaye mayesi istifadə olunduğu texnika, texnoloji avadanlıq və qurğunun ayrılmaz komponenti hesab oluna bilməz. Çünki, bu mayenin ayrılıqda ölkəyə idxal olunması və utilizasiyası mümkündür. Istehsal sahəsinin yaradılması və inkişafına dəstək məqsədilə dövlət idarəetməsi vergi və digər ödənişlərdən azadolmanı rezidentin idxal etdiyi hər hansı markalı sənaye mayelərinə deyil, texnika, texnoloji avadanlıq və qurğuya münasibətdə müəyyən etməkdə daha haqlıdır. Əks təqdirdə qanunvericiliyin müvafiq normasında rezidentin idxal etdiyi bütün mallara azadolmanın tətbiq edilməsi nəzərdə tutulardı. “Sənaye parkları haqqında nümunəvi Əsasnamə”nin 4.10-cu bəndində də, qurğular quraşdırıla bilən və rezidentin mülkiyyətində olan mal kimi şərh edilmişdir. GMin 249.3-cü maddəsinə əsasən, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Cavabdeh adından qəbul olunmuş “gömrük borcunun yaranması haqqında” # ###### 2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarın icrası məqsədilə, iddiaçı ## ###### 2025-ci il tarixdən aşkarlanmış gömrük borcuna dair *-**-****/****/**** nömrəli bildiriş əsasında VM-in 65-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində ödənilməyən gömrük borcunun borclu şəxsin hesablarından alınması və ya pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması istiqamətində müvafiq addımların atılacağı barədə xəbərdar edilmişdir. Iddiaçı tərəfin təqdim etdiyi sənədlər sırasında göstərilən invoys, müqavilə və ödəniş tapşırığında 80 çəllək sənaye mayesi 3M şirkəti tərəfindən 75 gün ərzində müxtəlif dövrlər üzrə təmin edilməsi şərti ilə iddiaçıya 141.486,37 ABŞ dollarına satılmışdır. 16. “Təqdim olunan texnikaya baxış keçirilmişdir. Hal-hazırda texnika istismara yararlıdır və “Novac 7100” məhlulu istifadə edilir. 1) Təqdim olunan avadanlıq-Data Tank məlumat emalı avadanlığıdır. 2) “Novac 7100” məhlulu istilik idarəetməsini və məlumat mərkəzlərində immersion soyutma funksiyasını daşıyır. Məhlul 61 dərəcə qaynama nöqtəsinə malik olduğundan avadanlığın fəaliyyəti üçün zəruridir. 3) Data Tank məlumat emalı avadanlığı xxxxvi şəkildə olur və sonradan istismar sahəsində quraşdırlır. Quraşdırma zamanı avadanlığın tam germetik olmağı şərtdir. “Novac 7100” məhlulu avadanlığın quraşdırılması zamanı əlavə olunur və istismar müddəti boyunca dəyişdirilmir. 4) “Novac 7100” məhlulu istifadə edildikdə azalma və ya yenilənmə kimi texniki tələbləri yoxdur. Məhlul əksər metallar və bərk polimerlərlə uyğun gəldiyindən termal parçalanmaya və hidrolizə qarşı yüksək davamlılığa malikdir. Bu səbəbdən daimi istifadə üçün nəzərdə tutulub”.

17. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin # ###### 2025-ci il tarixli, ***/*-****/**** nömrəli məktubundan görünür ki, Iqtisadiyyat Nazirliyi tərəfindən Sumqayıt Kimya Sənaye Parkının rezidenti “xxxx” MMC-yə 11 mart və # ##### 2022-ci il tarixli müvafiq olaraq INITS-147/2022 və INITS-***/**** nömrəli təsdiqedici sənədlər verilmiş və onların surəti aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə təqdim edilmişdir. Həmin təsdiqedici sənədlər əsasında rezident tərəfindən sənaye parkında həyata keçirilən investisiya layihəsi - məlumatların emalı və ötürülməsinin təşkili üzrə bir sıra texnika, texnoloji avadanlıq və qurğuların, o cümlədən “3M NOVEC 7100 Engineered Fluid 600 LB 3M” adlı mühəndislik mayesinin ƏDV və gömrük rüsumlarından azad edilməklə ölkəyə idxalı nəzərdə tutulmuşdur. Buna uyğun olaraq rezident tərəfindən həmin texnika, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə ölkəyə idxalı təmin edilmişdir. Sözügedən təsdiqedici sənədlərdə texniki avadanlıqlarla yanaşı, onların ayrılmaz tərkib xxxxsi olan kimyəvi birləşməli xüsusi təmizləyici sənaye mayesi də nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 135.9-cu maddəsinə əsasən, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib xxxxlərinə şamil edilir. Həmin Məcəllənin 135.11-ci maddəsinə əsasən isə ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir. Bundan başqa, VM-in 164.1.16-cı və “Gömrük tarifi haqqında” Qanununun 20.0.19cu maddələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 10 il müddətinə ƏDV-dən və gömrük rüsumundan azaddır. Azərbaycan Respublikası Prezidentinin “Vergi Məcəlləsinin tətbiqi haqqında ## ###### 2000-ci il tarixli, *** nömrəli Fərmanının 1.28-ci və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” # #### 2013-cü il tarixli, *** nömrəli Fərmanının 3.6-cı bəndlərinə əsasən, sənaye parklarında istehsal sahələrinin tikintisi, elmitədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə parkın rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənəd Iqtisadiyyat Nazirliyi tərəfindən verilir. Lakin məhkəmənin icraatında olan inzibati işdən göründüyü kimi, Dövlət Gömrük Komitəsinin Cavabdeh tərəfindən qəbul edilmiş # ###### 2025-ci il tarixli qərara əsasən INITS-147/2022 və INITS-***/**** nömrəli təsdiqedici sənədlərin qüvvədə olmasına baxmayaraq, yuxarıda qeyd edilən mühəndislik mayesinə görə rezidentə ƏDV üzrə 86.589,66 manat əsas borc və 3.160.522 manat dəbbə pulu hesablanmışdır. Nəzərə çatdırılmışdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – “IIQ”) 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bildirilmişdir ki, Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 11 mart və # ##### 2022-ci il tarixli müvafiq olaraq INITS-147/2022 və INITS-***/**** nömrəli təsdiqedici sənədlərlə bağlı sadalanan hallardan heç biri baş verməmişdir. Həmçinin, sözügedən təsdiqedici sənədlər qanunsuz hesab edildiyi halda onların ləğv edilməsi Qanunun 67.2-ci və 67.12-ci maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qeyd olunanlara əsasən, Dövlət Gömrük Komitəsinin Cavabdeh # ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi, “xxxx” MMC barəsində hesablanmış borcun və dəbbə pulunun silinməsinə dair müvafiq qərarın qəbul olunması məqsədəuyğun hesab edilmişdir.

18. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh # ######## 2025-ci il tarixli vəsatət verərək bildirmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin ## #### 2022-ci il tarixli və # ##### 2022-ci il tarixli təsdiqedici sənədləri VM-in 164.1.16-cı maddəsinə əsasən, malların sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə ölkəyə idxalını təsdiqləyir və bu sənədlərin hüquqi qüvvəsi mübahisələndirilmir. Lakin GM-in 321.3-cü maddəsinin tələblərinə əsasən bildirilmişdir ki, malların sərbəst təsnifatlandırılması və həmin Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən bəyannamə ilə birgə təqdim olunan sənədlərin düzgünlüyünün yoxlanılması hüququ gömrük orqanın səlahiyyətinə aid olan məsələdir. IIQ-nin 4.3-cü maddəsinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Lakin Cavabdeh tərəfindən Iqtisadiyyat Nazirliyinin müvafiq iş üzrə səlahiyyətləri və səlahiyyətləri çərçivəsində qəbul etdiyi təsdiqedici sənədlər mübahisələndirilmədiyindən, hesab edilir ki, burada inzibati orqanlar arasında səlahiyyətlə bağlı mübahisə mövcud deyildir. Çünki, qanunvericilik açıq şəkildə malların ölkəyə idxal məqsədinin təsdiq edilməsi səlahiyyətini Iqtisadiyyat Nazirliyinə, malların avadanlıq, qurğu və ya texnika olmasının müəyyən edilməsinə və buna münasibətdə yekunda “imtiyaz kodu” adlanan 36-cı qrafa da daxil olmaqla gömrük bəyannaməsinin düzgün qaydada doldurulmasına nəzarəti isə gömrük orqanlarına həvalə etmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin məhkəməyə təqdim etdiyi # ###### 2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubuna gəldikdə isə burada istinad olunan yeganə əsas MM-in 135-ci maddəsi olmaqla, xüsusi təmizləyici mayenin avadanlığın ayrılmaz tərkib xxxxsi hesab edilərək onların birlikdə mürəkkəb əmlak (komplekt mal) kimi nəzərdən keçirilməsidir. Bu məsələyə münasibətdə ilk öncə nəzərə alınmalı zəruri məqam ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə, rəqabət və inzibati münasibətlərə tətbiq edilmir. Komplekt mallar bəyan olunarkən gömrük bəyannaməsində eyni mal mövqeyində, eyni təsnifat kodunda bəyan olunur. Həmçinin komplekt mal vahid alqı-satqı müqaviləsinin predmetini təşkil edir. Belə ki, iddiaçı tərəflə təchizatçı şirkət arasında da sözügedən malla bağlı müqavilə imzalanmışdır. Hazırkı mübahisə predmeti olan 3M Novec 7100 markalı mühəndislik mayesi isə ayrıca alqı-satqı müqaviləsinin predmeti olmuş, həmçinin özlüyündə müstəqil mal kimi 01221000100655 və 01221000145417 sorğu nömrəli gömrük bəyannamələri üzrə ayrıca qrafada, təsnifat kodunda və dəyərdə bəyan olunmuşdur. Hətta cavabdehin sübut olaraq məhkəməyə təqdim etdiyi ekspertiza rəyində belə, həmin maye hər hansı bir avadanlığın ayrılmaz tərkib xxxxsi kimi müəyyən edilməmişdir. Sadə izah: sənaye mayeləri (istər soyuducu, istər istilikkeçirici, istərsə də təmizləyici kimi) – ayrı bir kimyəvi məhsullardır. Onun funksiyası özbaşına mövcuddur və müəyyən təsnifat kodu altında ayrıca təsnif olunur. Bu maye hər hansı avadanlığın “natamam halı” və ya “sökülmüş xxxxsi” deyildir. O, texnikaya daxil edilərək istifadə olunur, amma onunla ayrılmaz bütöv təşkil etmir. Nümunə olaraq, soyuducu maşın üçün freon qazı lazımdır. Amma freon özü soyuducu maşının natamam forması deyil, çünki o olmadan da maşın “komplekt cihaz” kimi mövcuddur. Eynilə, printer üçün mürəkkəb də ayrıca təsnif olunur, printerin natamam xxxxsi sayılmır. Birdəfəlik və ya çox dəfə istifadə üçün nəzərdə tutulması onun “ayrılmaz tərkib xxxx” kimi hesab edilməsinə təsir göstərmir. Doğru işləmə şəraitində maye “illərlə” (praktiki olaraq məhdudiyyətsiz) istifadə oluna bilər. Əgər avadanlığın ayrılmaz xxxxsi olsaydı, o zaman avadanlıqla birlikdə gətirilməli idi. 2 fərqli gömrük bəyannaməsi üzrə ayrı-ayrı çəlləklərdə (toplamda 20 çəllək) idxal isə müstəqil mal dövriyyəsinin bariz sübutudur. “Ayrılmaz tərkib xxxx” statusu yalnız o zaman mümkündür ki, mal başqa malla konstruktiv olaraq birləşmiş olsun (məsələn, avtomobilin mühərriki, telefonun prosessoru). Əgər mübahisə predmetini təşkil edən sənaye mayesi də həqiqətən “xxxx” hesab olunsaydı, bu halda şirkətin özünün də onu “xxxx” mövqeyi altında bəyan etməsi gözlənilən olardı. Hansı ki, “xxxx” kimi bəyan etdiyi analoji bəyannamə iş materialına əlavə edilmişdir. Belə ki, Iqtisadiyyat Nazirliyinin nümayəndəsi “Mübahisə predmeti olan maye hansı avadanlığın və ya qurğunun tərkib xxxxsidir” sualına belə konkret cavab verə bilməmişdir. Həmçinin, Cavabdeh tərəfindən verilən “Iqtisadiyyat Nazirliyində təsdiqedici sənədin qəbul edilməsi üzrə inzibati icraat aparılarkən malların birlikdə komplekt təşkil etməsinin müəyyənləşdirilməsinə dair ekspertiza aparılıb mı?” sualına da nümayəndə cavab olaraq ekspertiza aparılmadığını bildirmişdir. Heç bir ekspertiza aparılmadan israrla malın konkret olaraq adını belə ifadə etməkdə çətinlik çəkdikləri hansı avadanlığın tərkib xxxxsi olması qənaətinə gəlinməsi malla bağlı xüsusiyyətlərin düzgün şərh olunmadığını bir daha göstərir

19. Sumqayıt Inzibati Məhkəməsinin (hakim K.Ə.Həbibova) *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il qərarı ilə iddia təmin edilmişdir.

20. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti rədd edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən maye məhsulların məhz müvafiq icra hakimyyəti orqanının yaratdığı sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmitədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların fəaliyyət göstrəməsi məqsədilə idxal edilməsi, habelə həmin texnologiya və qurğuların fəaliyyəti üçün bu məhsulun olmasının zəruri olması, həmin məhsul olmadan fəaliyyətinin mümkün olmaması halını cavabdeh tərəfindən də qəbul etməklə, işin mübahisəsiz halları kimi çıxış edir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd etmişdir ki, həmin normanın dispoztiv şərti yalnız idxal edilən məhsulun növlərini deyil, onun hansı məqsədlə və hansı sahədə istifadə edilməsi ilə bağlı idxalına dair şərtləri də özündə ehtiva etmişdir. Başqa sözlə desək, idxal edilən məhsulun ƏDV-dən azad edilməsi ilə bağlı həmin normanın təsiri altına düşməsi üçün məhsulun hansı məqsədlə və hansı istehsal sahəsində fəaliyyət göstərilməsi məqsədilə idxalı ilə bağlı şərtlər də mövcud olmalıdır. Həmçinin, qeyd edilməlidir ki, sözügedən normanın qanunvericilikdə təsbit edilməsinin əsas mahiyyəti sözügedən istehsal sahələrinin inkaşafının təşviq edilməsinə, sahibkarların bu sahədə maraqlarının artırılmasına, investisiya qoyulması və s. kimi yönəlmişdir. Indiki halda sözügedən məhsulun məhz həmin normanın dispozitiv şərtində ehtiva edilən məqsədlə və həmin istehsal sahəsində tətbiq edilməsi üçün nəzərdə tutulan texnika və qurğuya xidmət etmək, onun normal fəaliyyətinin tənzimlənməsi üçün idxal edilməsi halı (bu məhsulun həmin texnika üçün zəruri olması halı) aşkar olduğu halda, həmin məhsulların texnika və qurğu ilə birlikdə bəyan edilməməsi halı onun həmin normanın təsiri altına düşməməsini deməyə əsas vermir. Başqa sözlə desək, işin müəyyən edilmiş (sözügedən məhsulun məhz sənaye parkında fəaliyyət göstərən qurğu, texnika və avadanlığın fəaliyyət göstərməsi üçün idxal edilməsi, habelə məhz müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədlərinin predmeti kimi vergi və gömrük rüsumularından azad olunan məhsul kimi nəzərdə tutulması) halları özlüyündə həmin məhsulun idxalının məhz müvafiq normanın təsiri altına düşməsinə səbəb olur. Kollegiya hesab etmişdir ki, işin qeyd edilən xüsusi faktiki hallarının nəzərə alınmaması halı özlüyündə normanın hərfi mənada formal tətbiq etməsinə gətirib çıxarda bilər ki, bu formada tətbiqetmə isə nəticə etibarilə normanın mahiyyətinə və məqsədinə zidd olmuş olardı. Nəticə etibarilə kollegiya hesab edir ki, sözügedən məhsul məhz həmin normanın dispozitiv şərtində ehtiva edilmiş məqsədlə, həmin istehsal sahəsində fəaliyyət göstərən texnikanın normal fəaliyyət göstərməsi (işləməsi) məqsədilə idxal edildiyindən, özü texnika, qurğu və avadanlıq anlayışına daxil olmasa da, onların tərkib xxxxsi kimi idxal edildiyindən, sözügedən məhsulların idxalı həmin normanın təsiri altına düşür. Bundan əlavə, kollegiya cavabdehin şikayətinin dəlili kimi istinad etdiyi hallarla bağlı onu qeyd etmişdir ki, sözügedən məhsulun müstəqil olaraq ayrıca alqı-satqı müqaviləsinin predmeti olması, habelə gömrük bəyannaməsində texnikanın tərkib xxxxsi kimi və ya onun üçün idxal edilməsinin nəzərdə tutulmaması halları formal xarakter daşımaqla, işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib olunmuşdur. Cavabdeh inzibati orqan özü də inzibati icraat çərçivəsində işin xüsusi hallarını müəyyən etmək imkanına malik olduğu halda formal olaraq həmin əsasa istinad etmiş, formal yanaşma tətbiq etmişdir. Bu baxımından cavabdehin həmin arqumentləri əsassız olmuşdur.

23. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Iddiaçı xüsusilə qeyd edir ki, maye şəklində yanacaq, yağ, kimyəvi reagent və s. kimi mallar istənilən texnoloji avadanlıq üçün zəruri ola bilər, lakin onlar avadanlığın konstruktiv bir elementi deyildir. Birinci instansiya və apellyasiya instansiyaları mübahisə predmeti olan mayeni avadanlığın ayrılmaz tərkib xxxxsi kimi qiymətləndirmişdir. Lakin bu mövqeyə münasibətdə bildiririk ki, iddiaçının özünün əvvəlki idxalat təcrübəsində fərqli hallar da mövcud olmuşdur. Nümunə olaraq, iş materiallarına “xxxx” MMC tərəfindən idxal olunmuş “mayeli radiator” adlı mallara dair ##.##.2025-ci il tarixli, 01251000429911 sorğu nömrəli gömrük bəyannaməsini əlavə olunur. Belə ki, mayeli radiatorlar konstruktiv baxımdan öz daxilində daimi soyuducu maye ilə işləyən, müstəqil texniki qurğulardır, ixracatçı tərəfindən vahid mal kimi satılır, bir mal mövqeyində bəyan olunur və bu səbəbdən də sözügedən mallar - onlar üçün nəzərdə tutulmuş «8516 29 100 0» təsnifat kodu ilə, ayrıca mal kimi bəyan olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli Qərarında da malın təsnifat kodunun məzmunu da “mayeli radiator” şəklindədir. Nümunə olaraq, qeyd olunan mal barəsində də, Iqtisadiyyat Nazirliyi tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilmiş, nəticədə bu 9. Kassasiya şikayəti verən şəxsin tələbi 10. Kassasiya şikayətinə əlavə edilmiş sənədlər mallar həm idxal edən subyektin statusuna, həm təsdiqedici sənədlərlə müəyyən edilmiş istifadə məqsədinə, həm də malların kateqoriyasına (texnika, texnoloji avadanlıq və ya texniki qurğu) uyğun gəldiyindən, Vergi Məcəlləsinin 164.1.16-cı maddəsinə əsasən imtiyaz tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Vergi Məcəlləsinin 164.1.16-cı bəndinin normativ mətnində “məhsulun hansı məqsədlə və sahədə istifadə olunduğu” meyarını ön plana çəkmiş, lakin imtiyazın tətbiqinə əsas verən predmet meyarını arxa plana atmışdır. Bu isə Vergi Məcəlləsinin 164.1.16-cı maddəsinin düzgün tətbiqi sayıla bilməz, çünki normada imtiyazın tətbiqi şərtlərinin ödənilməsi üçün həm idxalın məqsədi, həm də əhatə olunan malların növləri eyni vaxtda tələb olunur. Yalnız məqsədə uyğundur deyə, qanunda adı çəkilməyən bir məhsulun bu azadolmaya aid edilməsi hüquqi olaraq əsassızdır. Son nəticədə, məhkəmə kollegiyası tərəfindən sözügedən maye – “Data tank” məlumat emalı avadanlığının ayrılmaz tərkib xxxxsi hesab edilmiş, hətta iclas zalında tərəfimizdən bununla bağlı hər hansı icraat aparılıb-aparılmadığı, yeganə arqumentimizin təkcə gömrük bəyannaməsi olması barədə suallar ünvanlanmışdır. Əlavə olaraq, məhkəmə kollegiyası bildirmişdir ki, gömrük orqanının işi bu malın hazırda harada istifadə olunduğunu araşdırmaqdır. Onların qənaətinə görə, gömrük orqanında mütəxəssis olmalı, həmin mütəxəssis də aparılan inzibati icraat zamanı bu mayenin hansı texnikanın tərkib xxxxsi olubolmamasını müəyyən etməli idi. Lakin, Nazirliyə münasibətdə məhkəmə kollegiyası, Iqtisadiyyat Nazirliyi tərəfindən təsdiqedici sənədin qəbul edilməsi üzrə inzibati icraat aparılarkən sənaye mayesinin avadanlıqla birlikdə - komplekt halda nəzərdən keçirilməsinə dair ekspertizanın aparılıb-aparılmaması barədə oxşar suallarını nümayəndəyə ünvanlamamışdır. Nazirliyin nümayəndəsi bildirmişdir ki, “gömrük orqanı normaya hərfi yanaşır, bildirirlər ki, burada maye sözü yoxdur, texnika yazılıb. Bəs bu rezident qurğunu gətirdi, bu mayeni də tökməsə işləməyəcək, alternativ maye də yoxdur. Deməli həmin maye də, sözügedən normanın tətbiq dairəsinə düşməlidir”. Əvvəla, avadanlığın bu maye olmadan işləyə bilməməsi halı tərəflərə bəlli olmadığı kimi, alternativ mayenin də satılmadığı halını bildirmək yanlışdır. Sadəcə sözdə qeyd edilən bu izahatlar sübut olunsa belə, Sumqayıt Apellyasiya Məhkəməsinə bildirilmişdir ki, gətirilən malın sonradan sahibkar tərəfindən hansı məqsədlərlə istifadə olunacağını araşdırmaq gömrük orqanlarının fəaliyyət sahəsinə daxil deyildir. Birinci instansiya məhkəməsində keçirilən iclasda, tərəfimizdən Nazirliyin nümayəndəsinə ekspertizanın keçirilməsi ilə bağlı analoji sual ünvanlansa da, nümayəndə cavab olaraq ekspertiza aparılmadığını bildirmişdir. Heç bir ekspertiza aparılmadan israrla malın konkret olaraq adını belə ifadə etməkdə çətinlik çəkdikləri hansı avadanlığın tərkib xxxxsi olması qənaətinə gəlinməsi - malla bağlı xüsusiyyətlərin düzgün şərh olunmadığını bir daha göstərir. Iclas zamanı, printer üçün mürəkkəbin və ya avtomobil üçün mühərrik yağlarının da müstəqil mal kimi gətirildiyi bildirilsə də, Iqtisadiyyat Nazirliyinin nümayəndəsi tərəfindən sənaye mayesinin mühərrik yağı ilə eyni mahiyyət daşımadığı bildirilmiş, “mühərrik yağının dəyişdirilə bilən olduğu, amma bu sənaye mayesinin dəyişdirilmədən avadanlığın tərkibində qaldığı” bildirilmişdir. Əgər dəyişməzlik meyarı ilə malın avadanlığın xxxxsi sayılması mümkün olsaydı, bu zaman avtomobillərdə istifadə olunan antifriz və ya əyləc mayesi kimi uzunmüddətli istifadə üçün nəzərdə tutulan (bəzi avtomobillərdə ümumiyyətlə dəyişdirilməyən) texniki mayelər də avtomobilin ayrılmaz xxxxsi kimi qəbul edilməli idi. Halbuki bu mayelər, təyinat və funksional əhəmiyyətinə baxmayaraq, «3825» mal mövqeyində ayrıca təsnif olunur və “mühərrikli nəqliyyat vasitələrinin xxxx və ləvazimatları” şəklində «8708» mal mövqeyində sinifləşdirilmir. Əgər mübahisə predmetini təşkil edən sənaye mayesi, həqiqətən də “xxxx” hesab olunsaydı, bu halda şirkətin özünün də onu “xxxx” mövqeyi altında bəyan etməsi gözlənilən olardı. Nümunə olaraq, “xxxx” MMCnin ##.##.2022-ci il tarixli 01221000188028 sorğu nömrəli gömrük bəyannaməsini iş materiallarında təqdim edirik, ona görə ki, 4-cü mal mövqeyi üzrə iddiaçı tərəf idxal etdiyi malları “xxxx” kodunda «8473» mal mövqeyində bəyan etmişdir. Bu hal açıq şəkildə göstərir ki, iddiaçı tərəf hər hansı maşının konstruktiv xxxxləri ilə başqa mallar arasında fərq qoymaq qabiliyyətinə malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli Qərarının XVI Bölməsinin Qeyd 2(a)-nın tələblərinə əsasən 84-cü və ya 85ci qrupun hər hansı bir mal mövqelərinə daxil edilmiş xxxxlər (8409, 8431, 8448, 8466, 8473, 8487, 8503, 8522, 8529, 8538 və 8548 mal mövqelərindən başqa) bütün hallarda onlar üçün nəzərdə tutulmuş mal mövqelərində sinifləşdirilməlidir. Bu norma “xxxx” anlayışına konkret hüquqi çərçivə qoyur və avadanlıqlara aid olan xxxxnin yalnız xüsusi hallarda ayrıca təsnifat kodlarında bəyan edilməsini mümkün sayır. Gömrük Məcəlləsinin 239.2.1-ci maddəsinə əsasən gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda bəyannaməçi natamam bəyannamə təqdim edir. Əgər “Novec 7100” məhlulu gətirilmiş texniki avadanlığın ayrılmaz tərkib xxxxsi hesab edilirdisə, onda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 239.2.1-ci maddəsinə uyğun olaraq, həmin mal partiyasının tam təqdim olunmaması səbəbilə bəyannaməçi tərəfindən müvafiq gömrük orqanına natamam gömrük bəyannaməsi təqdim edilməli idi. Lakin mayenin natamam gömrük bəyannaməsi əsasında bəyan olunmaması onu göstərir ki, bəyannaməçi özü də “Novec 7100” məhlulunu avadanlığın ayrılmaz texniki xxxxsi kimi qiymətləndirməmiş, düzgün olaraq onu ayrıca mal qismində bəyan etmişdir. Bu halı hətta iddiaçının özü də məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli ərizəsində də təsdiq etmişdir. (iş materiallarına əlavə edilmişdir). Komplekt mallar bəyan olunarkən gömrük bəyannaməsində eyni mal mövqeyində, eyni təsnifat kodunda bəyan olunur. Həmçinin, komplekt mal vahid alqı-satqı müqaviləsinin predmetini təşkil edir. Belə ki, iddiaçı tərəflə təchizatçı şirkət arasında da sözügedən malla bağlı ##.##.2021-ci il tarixli müqavilə imzalanmışdır. Hazırki mübahisə predmeti olan 3M Novec 7100 markalı mühəndislik mayesi həmin alqı-satqı müqaviləsinin predmeti olmuş, həmçinin özlüyündə müstəqil mal kimi 01221000100655 və 01221000145417 sorğu nömrəli gömrük bəyannamələri üzrə ayrıca qrafada, təsnifat kodunda və dəyərdə bəyan olunmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Iddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirir ki, kassasiya mərhələsində yeni sübutlar qəbul edilmir. Cavabdeh nəyə görə həmin sübutları əvvəlki instansiyalardakı geniş araşdırmalar zamanı təqdim etmədiyini əsaslandırmamışdır. Bununla belə cavabdehin əlavə etdiyi sübutlar mübahisə predmeti ilə əlaqədar olmayan və bu iş üzrə inzibati təcrübə yaratmayan xarakterdədir.

TƏTBIQ EDILƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 164. ƏDV-dən azadolmalar və güzəştlər 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.16. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə;

27. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi;.... 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Maddə 227. Gömrük orqanları tərəfindən alınan vergilər 227.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır. 227.2. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Maddə 228. Əlavə dəyər vergisi Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Maddə 238. Malların idxalı üzrə gömrük borcu 238.1. Idxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır. 238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. 238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. 238.4. Bu Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir. Maddə 249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. 249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar.

28. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Gömrük rüsumlarından azad etmə 20.0. Aşağıdakılar gömrük rüsumlarından azad edilirlər: ... 20.0.19. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmitədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 10 il müddətinə

29. Azərbaycan Respublikası Prezidentinin ## ##### 2013-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında nümunəvi Əsasnaməsi”.

30. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma xxxxsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

33. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, işin tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

34. Hazırki iş üzrə iddia tələbi iddiaçı barəsində iki bəyannamə üzrə 118194,88 manat gömrük borcunun hesablanmasına dair cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi, vergi borcunun və dəbbə pulunun silinməsi ilə bağlıdır.

35. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əsas şərhetmə qaydalarından da aydın olduğu kimi, 01221000100655 və 01221000145417 sorğu nömrəli gömrük bəyannamələri əsasında «2909 19 900 0» təsnifat kodunda bəyan olunan “Novec 7100” kimyəvi birləşməli xüsusi təmizləyici sənaye mayesinin, texnika, texnoloji avadanlıq və qurğu hesab edilmədiyindən, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2022-ci il tarixli, 01221000100655 sorğu nömrəli və ##.##.2022-ci il tarixli, 01221000145417 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan mühəndislik mayeləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.16-cı maddəsinin tələblərinə uyğun olmadığından əlavə dəyər vergisinə cəlb edilməlidir.

36. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır.

37. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı vergi ödəyicisi olmaqla, sahibkar qismində Sumqayıt Sənaye Parkının rezidenti hesab edilir.

39. Iddiaçı tərəfindən rezident qismində 3M NOVEC 7100 ENGINEERED FLUID 600LB 3M məhsulu məhz üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş ## #### 2022-ci il tarixli təsdiqedici sənəd əsasında idxal edilir, həmin sənədin məzununda isə siyahıda göstərilmiş texnika, qurğu və avadanlıqların rezident tərəfindən məlumatların (datanın) emalı, qeydə alınması və ötürülməsinin təşkili məqsədilə Azərbaycan Respublikasına idxal edildiyi və siyahıda 2909199000 XIF MN-in kodu olan 3M NOVEC 7100 ENGINEERED FLUID 600LB 3M məhsulu qeyd edilmişdir.

40. Iddiaçı tərəfindən ##.##.2022-ci il və ##.##.2022-ci il tarixli hər iki bəyannamə ilə sözügedən məhsul bəyan edilərək ölkəyə idxal edilmiş, cavabdeh inzibati orqan tərəfindən həmin vaxtda ƏDV məbləğinin ödənilməsi ilə bağlı heç bir tələbi olmamış, sonradan sənədlərin düzgünlüyünün araşdırılması ilə bağlı inzibati icraat başlanmış, həmin icraatın nəticəsində iddiaçı barəsində iki bəyannamə üzrə idxal edilən məhsulların VM-nin 164.1.16-cı maddəsinin təsiri altına düşmədiyindən, vergiyə cəlb edilməli olduğu əsas götürülərək, mübahisə predmeti olan qərar qəbul edilmişdir (hər iki bəyannamə üzrə əsas və faiz borcu ilə birlikdə ümumilikdə 118194,88 manat borc məbləği hesablanmışdır).

41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə müəyyən edilməli olan hal məhz iddiaçı tərəfindən idxal edilən maye məhsulun VM-nin 164.1.16-cı maddəsinin dispozitiv şərtinin təsiri altına düşüb-düşməməsi ilə bağlı olan haldır. Sözügedən qanun normasının dispozitiv şərtinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə ƏDV ödəməkdən azaddır.

42. Indiki halda iddiaçının müvafiq icra hakimiyyəti orqanının yaratdığı sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görməsi və istehsal məqsədi ilə sənaye və texnologiyalar parkının rezidenti olması, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında məhsul idxal etməsi halı işin mübahisəsiz halı qismində çıxış etməklə, qanunvericiliyin bu barədə olan şərtləri ödənilir.

43. Işin mübahisəli halı məhz idxal olunan mayenin müstəqil, hazır məhsul kimi qiymətləndirilməli olması, yoxsa texnika və avadanlıqların tərkib xxxxsi hesab edilərək vergi güzəşti (VM-nin 164.1.16-cı maddəsi) ilə əhatə olunmasıdır.

44. Cavabdeh inzibati orqan qərarını onunla əsaslandırır ki, “3M NOVEC 7100” kimyəvi birləşməli xüsusi təmizləyici sənaye mayesi «2909 19 900 0» təsnifat kodu (XIF MN) ilə ayrıca bəyan edilmişdir. Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli, *** nömrəli Qərarına əsasən bu mühəndislik mayesi texnika, texnoloji avadanlıq və ya qurğu hesab edilmir. Həmçinin, bu məhsul xüsusi alqı-satqı müqaviləsinin predmeti kimi ölkəyə daxil olmuşdur. Nəticə etibarilə, həmin maye Vergi Məcəlləsinin 164.1.16-cı maddəsinin (texnika və avadanlıqların idxalının 10 il müddətinə ƏDV-dən azad edilməsi) təsiri altına düşmür və ümumi qaydada ƏDV-yə cəlb edilməlidir.

45. Iddiaçı isə bildirir ki, sözügedən məhsul Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin ##.##.2022-ci il tarixli təsdiqedici sənədi əsasında idxal edilmişdir. Həmin məhsulların da idxalı məhz müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan qurğu, texnika və avadanlıqlarla bağlı idxal edildiyindən, həmin normanın təsiri altına düşdüyündən, vergi məbləğini ödəməkdən azad olunmalıdır. Həmçinin iddiaçı təqdim etdiyi ekspert rəyinə əsasən hesab edir ki, bu maye məlumat emalı, qeydə alınması və ötürülməsinin təşkili (sənaye parkındakı investisiya layihəsi) üçün gətirilən texnoloji avadanlıqların ayrılmaz xxxxsidir. Belə ki, məhsul superkompüterlərin, məlumat mərkəzi serverlərinin (“Data Tank”) immersion soyudulmasında istifadə olunur. Bu maye avadanlığa əlavə edilir, istismar müddətində tükənmir, azalma və ya yenilənmə tələb etmir. Həmin maye olmadan müvafiq texnoloji qurğuların fəaliyyət göstərməsi mümkünsüzdür.

46. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisəli halın həlli məqsədilə, idxal olunan məhsulun (“3M NOVEC 7100 ENGINEERED FLUID” məhlulu) “Data Tank” məlumat emalı avadanlığının hermetik sisteminin və normal fəaliyyətinin ayrılmaz tərkib xxxxsi olub-olmaması, həmin məhsulun avadanlığın istismar prosesində tükənib-tükənmədiyi (azalma və ya yenilənmə tələb edirmi), avadanlığın daimi funksional elementi kimi dəyişdirilmədən istifadə oluna bilməsi, məhsulun göstərilən texnoloji avadanlıqlardan kənar, müstəqil şəkildə (məsələn, spirt və ya efir yağları kimi) digər sahələrdə sərbəst şəkildə və ya texnoloji baxımdan istifadəsinin mümkün olub-olmamasının və bu kimi digər halların müəyyən edilməsi üçün apellyasiya məhkəməsi tərəfindən işin təkrar baxışı zamanı məhkəmə ekspertizası təyin edilməlidir.

47. Məhz bu xüsusi bilik tələb edən suallara aydınlıq gətirilərək, idxal olunan məhsulun ayrıca hazır məhsul kimi çıxış etməsi və ya texnika, qurğu və avadanlıqların tərkib xxxxsi olan məhsul olduğunu müəyyən etmək mümkündür.

48. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən xüsusi bilik tələb edən məsələlərə ekspert cəlb edilməklə aydınlıq gətirilmədiyi üçün iş üzrə tam və hərtərəfli araşdırma aparılmamış sayılır. Ona görə də, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Təkrar apellyasiya baxışında işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu qərarın əsaslandırıcı xxxxsində qeyd edilən halların araşdırılması və dəqiq müəyyənləşdirilməsi təmin edilməlidir.

49. Iş ilə bağlı araşdırmanın aparılması zəruri olduğundan kassasiya şikayəti qalan xxxxdə təmin edilməməlidir.

50. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan xxxxdə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar